Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə51/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

151 
 
hesab olunan adla  yaş arasında  bir rəqabət var və bu rəqabətdə 
yaş  daha  çox  əski  «qut»a  aiddir.  Köç  zamanı  itirilən  bir  uşaq 
aslanlar tərəfindən tapılır,  böyüdülür  və  o da aslan olur. Böyük 
şaman Dədə Qorqud onu axtarmağa çıxır, tapır, ailəsinə gətirir 
və ona ad verərək deyir:  
Adungı  mən  verdüm,  yaşungı  Allah  versün  (Adını  mən 
verdim, yaşını Allah versin)
1
.  
İslamın  yaradıcı  Tanrısının  bu  rəqabəti,  bəlkə,  hələ  davam 
edir.  
 
Can alan Tanrı  
Türklərin əski dinində Tenqri cəza olaraq, sadəcə can alırdı. 
«Kitabi-Dədə  Qorqud»da  geniş  şəkildə  müşahidə  olunan  can 
alan Tanrı obrazı buradan qaynaqlana bilir. 
Allah əmriyle ol yiğit öldi (O igid Allahın əmri ilə öldü)
2

Ölüm ruhun bədəndən çıxmasının qədim türklərdə və hətta 
mətnimizdə can-quşun (türkdilli  ədəbiyyatlarda ruha bəzən can-
quş deyirlər – Q.Şəhriyar) bədəndən uçub getməsidir. Belə söy-
lənilir:  
Cihan can gerü gelmez (çıxan can geri gəlməz)
3
.  
Yenə də bu ifadəyə baxmayaraq, ruhun xəstəlik səbəbilə bə-
dəndən müvəqqəti ayrıla biləcəyi qəbul edilirdi:  
Tenqri verən tatlu canung seyranda imiş anıt ahı,  
Öz gevdengde canung var isə oğul haber manga.  
(Tanrının sənə verdiyi şirin canın səyahətə çıxdı,  
Onu təkrar bədəninə  endir. Əgər canın  bədənində  isə  söylə 
mənə)
4
;  
Ruhun şaman həkim tərəfindən axtarıb tapılmasından başqa, 
burada şamanizmin nümunələrindən biri təkrarlanır. Altay xalq-
                                                
1
 Ergin, s. 207 
2
 Ergin, s. 177 
3
 Ergin, s. 73 
4
 Ergin, s. 88 


152 
 
larının inanclarında ruhu o biri dünyaya aparan mənəvi bir varlı-
ğın tapılması Allah tərəfindən can almaq tapşırılan ölüm mələyi 
Əzrailə bənzədilir.  
Vallah bir iğit Allah Taâlâdan buyruk oldi al kanallu Əzrail 
ol  yigidüng  canın  aldı  (Vallah,  qırmızı  qanadlı  Əzrail  Allahın 
əmri ilə bu igidin canını aldı)
1
.  
Canını alacağı insanın Əzrailə qarşı mücadilə etməsi, ümu-
miyyətlə,  boş  işdir.  Kitabın  bölümlərindən  birində  bir  adamın 
Əzrailə  qarşı  mücadilələri  anladılır:  Adam  Əzraili  məğlub  edə 
bilmir, onu rədd edərək Allaha müraciət edir və əvəzinə başqası-
nın  canını  almasını  təklif  edir.  Ana,  ata,  oğlanlarının  canının 
müqabilində  öz  canlarını  verməyi  rədd  etdikdən  sonra  qadının 
əri  üçün  öz  canını  fəda  etməsi  Admetin  hekayəsini  xatırladır; 
burada  bir  az  yunan  təsiri  görünsə  belə,  qurbanların  bir-birinin 
yerini alması və üçüncü şəxsin çıxıb könüllü olaraq fəda etməsi 
Altay mədəniyyətinin özülündə  mövcuddur: Monqol Tului özü-
nü  fəda  edərək  böyük  xaqanı  qurtarmışdır,  türk  xaqanı  Babür 
şah da oğlu Humayunu qurtarmaq üçün öz canını vermişdir
2
. Al-
tay ənənələrində can istəyən güc Göy deyil, lakin alçaldılmış ki-
çik ilahlar, məsələn, müqəddəs topraq və sudur. Bu ikinci dərə-
cədə  gələn  ilahların  zərərli  təsirindən  «Kitabi-Dədə  Qorqud»da 
bəhs  edilməməsi  mümkün  deyil:  Bir  çox  dəfə  təhdid  edilən  bir 
qəhrəman hər dəfə ölümdən qurtulur və bağırır:  
Tenqrim kurtardı (Məni Tanrım qurtardı)
3

 
İlahi təzyiq  
Gördüyümüz  kimi,  Tanrı  iradəsini  mələklərə  və  insanlara 
əmr verərək göstərir:  
                                                
1
  Ergin,  s.  177. Eyni  zamanda  ətraflı  məlumat  üçün  bax:  P.N.Boratav. 
Notes Sur Azrail dans Ie folklore turc. Oriens, 1951. 4, 1 
2
 Blochet. Introduction a I'histoire des Mongols. Leide-Londres, 1910, s. 
220-221; Pavet de Courteille, Memoires de Babur, 2 cilt. Paris 1971, cilt 2, s. 
459-460 
3
 Ergin, s. 212-213 


153 
 
Hak  Taâlâ  Cəbrailə  buyurdu  (Allah  Cəbrailə  buyurdu)
1

Tanrının belə birbaşa başqa bir müdaxiləsini bilməyən antik türk 
inanclarına daha uyğun bir şəkildə Allah, belə görünür ki, insan-
lara  etdiyi  təzyiqlə  də  hərəkət  edə  bilir.  Allah  izn  vermədikdən 
sonra  heç  bir  şeyin  olamayacağını  dilə  gətirən  anlaşılması  çox 
çətin olan ifadələrdə, bəlkə də, izah edilən elə bu idi
2
. Lakin bir 
duadan götürülən bu iki misra çox aydındır: 
Urdugin ulıtınayan Ulu Tenqri,  
Başdugın belürtmeyen bellü Tenqri. 
(Vurduğun bir daha ayağa qalxmaz, ulu Tanrım! 
Əzdiyin bir daha dirçəlməz, bəlli Tanrı)
3
.  
Burada adı çəkilən və təzyiqi ifadə edən «bas» kəlməsi əski 
türk  kitabələrində  gördüyümüzlə  eynidir:  Tenqri  basdı  (Tanrı 
təzyiq  göstərdi)
4
. Tanrının  nadir  hallarda  müdaxilə  etdiyi görü-
nür;  ancaq  Göydən  gələn  Göyün  bənzəri  (və  ya  Dədə  Qorqud 
kimi söyləsək, Tanrının yer üzündəki kölgəsi)
5
 hökmdarla  əlbir 
olmadığı və artıq Göyün istədiyi kimi davranmadığı zaman çıxıb 
müdaxilə etmə ehtiyacını duyur. 
 
Göyə çıxma  
«Kitabi-Dədə  Qorqud»da Orta Asiya  antik dövrünə  aid  bir 
təsvir  və  ya termindən  istifadə olunduğu zaman  bunun  xüsusilə 
bir  təsadüf  olduğuna  inanmamağımız  bunların  adı  çəkilən  şeir-
də,  eyni  zamanda  göyə  yüksəlişi  ehtiva  edən  və  başqa  sözlə, 
ənənəvi  hadisələrin  bütövlüyünü  göstərən  bir  misranın  olma-
sındadır. 
 
 
                                                
1
 Ergin, s. 224 
2
 Trois fois, s. 187  
3
 Ergin, s. 205; Rossi, s. 163, Kur'an, 111, 25 
4
  H.N.Orkun.  Eski  Türk.  Cilt  1,  s.39-40;  R.Giraud.  L  'inscription  de 
Bain Tsokto. Paris, 1961, 38-ci sətir, s.56-63 
5
 Ergin, s. 208 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə