Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə50/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   46   47   48   49   50   51   52   53   ...   78

148 
 
İnsan  tipinin  mənşəyi  ilə  deyil,  insanın  doğuluşu  ilə  bağlı 
anlayışlar daha qarışıqdır. Bunları Tanrının razılığı  və  müxtəlif 
səbəblərdən  və  xüsusilə  insan  oğlunun  sözlərinə  cavab  olaraq 
sıx  müşahidə  olunan  narazılıq  nöqteyi-nəzərindən  müzakirə 
edəcəyik:  
Hak-Taâlâ  Domrulung  sözi  xoş  gəlmədi  (Tanrı  Domrulun 
sözlərindən xoşlanmadı)
1
.  
Allah Taâlâya Dəli Domrulun burada sözi xoş gəldi (Allah 
burada Dəli Domrulun sözlərindən xoşlandı)
2
.  
Həqiqətən də, Tanrının narazılığının, xüsusilə söhbət övladı 
olmayan  insanlardan  gedəndə,  özünü  göstərməsi  diqqəti  cəlb 
edir. Hökmdarın özü də məmnun deyil, biz bu mühakimə para-
lelliyində şahzadənin gəldiyi, bənzəri olduğu varlığın fıkirləri ilə 
hər  zaman  harmoniya  içərisində  olması  şəklindəki  qədim  inan-
cın əksini görürük.  
Oglı kız olmayan Allah Taâlâ kargayupdur 
(Oğlu-qızı olmayanı Allah qarğıyıbdır)
3
.  
Orlaçum yok (...) Allah Taâlâ məni kargayupdur.  
(Oğlum yoxdur (...) Allah məni qarğıyıbdır)
4
.  
Halbuki insan övladı olmadığı və bundan şikayətləndiyi za-
man Tanrını günahlandırır: 
Tenqri Taâlâ bizə bir oğul verməz nədəndür. 
(Tanrı bizə niyə bir oğul vermədi?)
5
.  
Övlad  sahibi  olmaq  istədiyi  və  ya  bunu  dostlarından  biri 
üçün dilədiyi zaman Ona müraciət edir:  
Ola kim bir ağzı dualınung alkısıylə tenqri bizə bir batman 
ayal verə (Ola ki, Tanrı bizə bir ağzı uğurlunun (ağzı dualının  – 
Q.Şəhriyar) razılığı ilə oğul-uşaq verir)
6
.  
                                                
1
 Ergin, s. 177 
2
 Ergin, s. 180. Ətraflı məlumat üçün bax: Avec Hag, s. 184, eyni mətn. 
3
 Ergin, s. 78-79 
4
 Ergin, s. 116. Ətraflı məlumat üçün bax: s. 80 
5
 Ergin, s. 80 
6
 Ergin, s. 81 


149 
 
Allah  Taâlâ  sana  bir  oğul  versün  (Allah  sənə  bir  oğul 
versin)
1
.  
Allah  Taâlâ  mana  da  bir  kız  verə  (Allah  mənə  də  bir  qız 
versin)
2

Nəhayət,  uşaq  olduğu  zaman  bu  xoşbəxt  hadisə  Ona  aid 
edilir:  
Allah-Taâlâ Bay Pürə bəgə bir oğul, Bay Bisən bəgə bir qız 
verdi  (Allah  Bay  Pürə  bəyə  bir  oğul,  Bay  Biçən  bəyə  bir  qız 
verdi)
3
.  
Ziddiyyət  bizi  çaşdırmamalıdır.  Övladsızlığın  necə  sona 
yetdiyini və  Allah övlad verdiyi zaman bütövlükdə nə  verdiyini 
araşdırmaq  daha  əhəmiyyətlidir.  Mətn  məhsuldarlığın  səbəbləri 
və  dolayısıyla  insan  soyu  mövzusu  ilə  olduqca  zəngindir  və 
bunlar  haqqında  önə  sürdüyü  şeylər  hələ  də  geniş  şəkildə  əski 
türk  inanclarına  bağlıdır.  Burada  bizi  mövzudan  uzaqlaşdıra 
bilən insanın heyvanlarla bağlı soy zənciri üzərində danışmaya-
cağıq, lakin sadəcə uşaqsız evlərdə icra olunan ayinlərdən bəhs 
edəcəyik.  Tanrı  tərəfindən  lənətlənən  ər-arvad  baş-başa  verir. 
Qadın ərinə deyir:  
Aç görsəng toyurgıl, yalınçak gürsəng tonatgıl.  
(Ac görsən, doyur, çılpaq görsən, geyindir)
4
.  
Sonra böyük bir ziyafət verilir və bu ziyafət dövründə evin 
xanımı hamilə qalır.  
«Kitabi-Dədə Qorqud»dakı duaların birində qadının ərindən 
istədiyini – Tanrının onun canını almaq istəyi, lakin onu vermə-
mək üçün mücadilə edən bir adam tərəfindən dilə gətirilməsidir. 
Bu  halda  ömrün  uzadılmasının  yenidən  doğuşu  tələb  etdiyi 
düşünülə  bilər (şamanizmdəki  bu ömrün  yenilənməsi  ayinlərini 
bilirik). Tanrının insana bəxş etdiyi zaman tükənir, ona yeni bir 
                                                
1
 Ergin, s. 117 
2
 İbid. 
3
 İbid, ətraflı məlumat üçün bax: s. 121 
4
 Ergin, s. 81 


150 
 
zaman  daha  verilməlidir.  Burada  zaman  adlandırdığımız  şey 
göydən  gələn  bir  ömür  hədiyyəsi,  yəni  «qut»dur.  Bu,  insanın 
içərisinə yerləşir və günün birində tükənir, onsuz həyat mümkün 
deyil, lakin ən azından bəzi vəziyyətlərdə  yenilənə bilir: İrk Bi-
tigdə  bir  quş,  bir  geyik  və  bir  oğlan  Tenqrinin  onlara  qut  ver-
məsi ilə ölümdən qurtulurlar; bir-birlərini təbrik edib sevinirlər
1

yerdə sürünən və qut üçün yalvaran bir adam onu Tenqridən alır 
və ömrü uzanır
2
.  
Mətninizdə  Tanrı  tərəfindən  bəhs  edilən  «qut»un  müəyyən 
bir tərifi olmasa da, bunun mövcud olduğunun izlərini «qutlu ol-
sun» ifadəsində görürük; bunu günümüzdə «xoşbəxt olsun» şək-
lində tərcümə etməyə çalışsaq belə, əsas istifadə edildiyi dövrdə-
ki etimoloji mənasını daha üstün tutmalıyıq
3
.  
Əski  türk  sivilizasiyasında  Tanrının  başqa  bir  lütfu  olan 
«ülüg»ün  də  tapılmasına  baxmayaraq,  islamın  Tanrıdan  gələn 
bir  yardım
4
,  bir  lütf
5
  olaraq  gördüyü  şeydə  və  ya  insanın  xoş-
bəxtliyi  üçün  lazım  olduğuna  baxmayaraq,  nə  olduğu  aydın 
olmayan  «lütf»də  ala  biləcəyimiz  qarşılıq,  bəlkə  də,  yenə  qut 
olmalıdır:  
Qadir  Tenqri  verməyincə  ər  bayımaz  (Qüdrətli  Tanrı  ver-
məyincə, insan zəngin olmaz)
6
.  
İslamlaşma  Dədə  Qorquda  canı  insana  Allahın  verdiyini 
söylədir. Bəzən bu mövzu ilə bağlı sual da verə bilər:  
Ya  pəs  can  veran,  can  alan  Allah-Taâlâmıdır?  (Canı  verən 
və  alan  Allahdırmı?)
7
.  Kitabın  bir  hissəsində  başqa  bir  termin 
önə çıxır
8
: yaş. Şamanizmin də qəbul etdiyi kimi, başqa bir can 
                                                
1
 H.N.Orkun. Eski Türk. cilt II, s. 76 
2
 Ibid, cilt II, s. 85 
3
 Ergin, s. 121, 145 
4
 Ergin, s. 187 
5
 Ergin, s. 194 
6
 Ergin, s. 73 
7
 Ergin, s. 179 
8
 Məsələn, Ergin, s. l79 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə