Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə44/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

130 
 
odun parçası» (T.K. Türkçe Sözlük); türkməncədə «kör»: «otdan 
galyan  ovnuk  koz,  ovnuk  koz  gatişikli  kul»  –  atəşdən  sonra 
qalan  yanan kiçik köz, küllə qarışıq  yanan kiçik  köz (Türkmen 
tilinin sözlügi. Türkmenistan SSC. Bilimler Akademisi, Aşkabat 
1962, s.180b)
1

Türkmən dilində bu kəlmənin o saitinin uzun olduğunu bil-
dirməkdə  fayda  var;  bunun  qədim  forması  «kör»  şəklində  ol-
malıdır. Yakut dili  ilə  müqayisəsi, təəssüf ki, dəqiq  nəticə  ver-
mir: yakutcada bir «kuor»/»küör» kəlməsi vardır; bunun ilk şək-
li «kor»dur, lakin «çirk», «kir» mənasını verir; bunun «küllə qa-
rışıq  kömür»  sözündən  gəldiyini  güman  etmək  olar;  amma  sö-
zün belə dəyişimi o qədər də dəqiq deyil. Çuvaşcada isə «kavar» 
«yanan  kömür:  yandırıcı»  kəlməsi  ö  səsindən  çox  o  səsindən 
gəlməsinin  mümkün  olduğunu  iki  sait  səs  göstərir,  lakin  baş-
lanğıcdakı  k-  (x-  olmaması)  kəlmənin  ön-damaq  mənşəli  oldu-
ğunu  isbat  edir;  yəni  «kör»dən  çox  «kör»  (Osmanlıca  «köz», 
türkməncə  «köz» (yanan kömür). Bir tərəfdən tez-tez rast gəli-
nən  r/z  səsdəyişməsi,  digər  tərəfdən  türkcə  bir  kəlmənin  istisna 
hal kimi cüt sait səslərin bir kateqoriyada mövcud olmasını nə-
zərə  aldığımız  zaman  (M.Rasanen.  Materilienzur  Lautgeshichte 
der  Türkischen  Sprachen.  Helsinki,  1949,  s.57-59)  yakut  dilin-
dəki  «kuar»/»küör»  şəklini  də  nəzərə  alsaq,  «kör»/»köz»  mən-
şəli birləşməni də ehtimal edərik. «Kor»u göstərən və aşağıda 4 
bənddə cəmlənən türkcə isimlər arasındakı «kör», «köz», «kör», 
«köz» şəkilləri də bu birləşmədən yaranır: 
1.
 
kör: türkməncə  «kör», osmanlıca  «kor», qırğızca  «kor», 
özbəkcə «kur» (yakutca «quar»?). 
2.
 
köz:  Altay  ləhcələrində  «kos»  (Radlova  görə,  Altay, 
Teleut, Lebed, Şor). 
3.
 
kör: çuvaşca «kãvar» (yakutca «küör»?). 
                                                
1
  Qor  –  «Azərbaycan  dilinin  izahlı  lüğəti»ndə  isə  bu  söz  «ocaq  və  ya 
təndirdə  odun  yandıqdan  sonra  qalan  xırda  od  parçaları,  kül  arasında  işıl-
dayan xırda kömür parçaları» kimi izah olunmuşdur – Q.Şəhriyar. 


131 
 
4.
 
köz:  türkməncə  «köz»,  osmanlıca  və  Azərbaycanca 
«köz», Sağay, Koybal (və bugünkü Qafqaz) «kös», Tuva «xöz» 
(Qaşğaridə «köz»). 
Bu  dəyişikliklərdən  başqa,  türkcə  «kor»  adı  «kör»,  «qor» 
şəkli ilə maraqlı məna dəyişikliyinə məruz qalmışdır. Bunlar iki 
əsas  istiqamətdə  formalaşmışdır:  Bir  tərəfdən  küllərin  altında 
qalmış közlərlə yenidən atəşin yanması ilə qurudulmuş məhsul-
lar  qatmaqla  qatıq  və  buna  bənzər  mayalı  məhsulların  istehsalı 
arasındakı  bənzətmə  «kör»u  (Qaşğaridə  «uzun»)  və  bunun  ən 
yeni qısaldılmış forması «kor»a (türkməncədə: ləhcələrarası də-
yişikliklə və ya arxadakı iki səsin fəfqlənməsi ilə qısaldılmışdır) 
«qatıq  mayası  və  ya  süddən  hazırlanan  içki  mayası»  mənasını 
yükləməyə  sövq  etmişdir;  digər  tərəfdən,  külün  altındakı  qor-
ların atəşi yenidən alovlanmağı təmin etməsi və bunların atəşin 
əlavə deposu mövqeyində olması kəlmənin aşağıdakı metaforik 
(istiharəli)  mənalar  qazanmasına  yol  açmışdır:  əlavə  ehtiyat  (ot 
və  pul),  sərmayə  (qırğızca  «kor»),  zənginlik  (məhsuldar)  (türk-
məncə «kor»: «maya» sözündəki ilə eyni qısaltma) və s. Özbək-
cə  «kür-kut»un  (=kor-kut)  «toplanmış  mal,  zənginlik,  xəzinə» 
mənaları  qazanması  haqqında  danışdığımız  ikinci  mənanın  or-
taya çıxması ilə yaranmışdır; «kut» kəlməsi də özbəkcədə tək is-
tifadə olunduğu zaman çuvaş dilindəki «xãt» kimi «bolluq» mə-
nasını verir. 
İlahi  həyat  cövhəri  olan  və  insana  çadırın  baca  dəliyindən 
ocağa düşərək gələ bilən «kut» ilə atəşin canı olan «qor» arasın-
dakı  yaxınlıq  və  ayrıca  tünd-qırmızı  kiçik  kütlə  (heç  şübhəsiz, 
başlanğıcda  təzə  qan  laxtası)  olan  «kut»  ilə  kiçik  tünd-qırmızı 
kömür  parçası  olan  «kör»  arasındakı  ölçü  və  rəng  bənzərliyi 
(olduqca sərt səs bənzəməsi: partlayıcı qırtlaq səsi, yuvarlaqlaş-
mış sait, dişarxası samit), özbəkcədə hələ də yaşayan «kör-kut» 
ikilisinin qədim bir tarixə malik olma ehtimalını önə sürür. Ayrı-
ca bu bənzərliklər məşhur oğuz şairi Qorqud Ata və ya Dədə(m) 
Qorqud və  ya Atam Qorqud adının mənşəyində də bu kəlmənin 


132 
 
olduğu düşüncəsini doğurur. Şübhəsiz ki, buradakı məna özbək-
cədəkində  daha  əski  və  daha  dinidir.  Özbəkcədəki  məna  «ilahi 
həyat  cövhəri  və  «kor»un  müqəddəs  xüsusiyyəti»,  müqəddəs 
şairin  göyün  ilhamlandırdığı  dini  gücünü  çağırmaq  üçün  topla-
nan anlayışlar olmalıdır. 
Bu  səs  etimologiyasında  edilən  etiraz  oğuzcada  və  osman-
lıcada sərt samitin (Qorqud) qorunmuş olmasının yanında yum-
şaldılmış  şəkillərin  (Korkud:  1156-cı  ildən  etibarən)  də  olması 
üzərində dayanılır. Halbuki «kut» kəlməsinin bir qısa saiti vardır 
və  –t  samitinin  oğuzcada,  türkməncədə  və  osmanlıcada  əsla 
yumşaq söylənməz.  –T  ilə  bitən  bütün  çoxhecalı  sözlərin oğuz-
cada  –t  samitinin  (xüsusilə  də  saitdən  əvvəl)  və  –t-dən  əvvəl 
gələn saitin uzun, ya da qısa olmasından asılı olaraq –d şəklində 
yumşalması göz önünə gətirilərsə, etiraz etmək üçün heç bir əsas 
olmaz:  beləliklə,  qədim  «kânat»  (ailə)  osmanlıcada  «kanat», 
türkməncədə  «gãnad»  olmuşdur,  burada  birinci  hecada  uzun 
sait, ikinci hecada isə qısa sait vardır; osmanlıcada «Qorqud»da 
–u kimi «kanat»la «qanad» arasında da bir tərəddüt vardır. 
«Qorqud»  («Korkud»  –  Q.Şəhriyar)  şəklindəki  yumşalma 
bizə  bu  ifadənin  (XII  əsrdən  etibarən)  iki  təkhecalı  sözün  bir 
yerdə yazılması nəticəsində  əmələ gəlmədiyini, bunun təkhecalı 
kəlmə  olduğunu  göstərir.  Buradan  bunu  anlayırıq  ki:  XII  əsrdə 
oğuzların  böyük  əksəriyyətində  və  daha  sonra  Osmanlılarda 
Qorqud  etimologiyası  ikinci  termin  kimi  «kut»la  birlikdə  artıq 
mənimsənmirdi; ona görə də «kör-kut» ikilisi oğuzların istifadə-
sindən  asanlıqla  çıxmış  və  ancaq  özbək  ləhcələrində  varlığını 
qoruyub-saxlamışdır («kör-kut» ikilisi bu ləhcələrdə öz etimolo-
giyasına  yaxın  bir  mənanı  qoruya  bilmişdir).  Bu  şərtlərdə,  bir 
yandan «kork-ut» – «Qorqud» feilin icbar növünün varlığı, digər 
tərəfdən bu feilin əmr şəklindən alınmış həddən çox insan adının 
olması  Qorqud  formasında  bir  xalq  etimologiyasının  qədim 
dövrlərdən bu günə qədər inkişaf etməsi faktını qaçınılmaz edir. 
Bu baxımdan L.Rasoni tərəfindən iddia edilən bu izah müəyyən 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə