Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə41/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

121 
 
dastan qalıqlarının  yaşadığı  halda,  islam  missionerləri olan dər-
vişlər onları islam  əfsanələri qəlibinə salmışlar. Qədim türk na-
ğıl  motivlərini də  bu gün  yalnız toplanmaqda olan  böyük  nağıl 
xəzinəsi ilə müqayisə edərək fikir yürütmək mümkündür. Nağıl 
ünsürləri  başqa tayfalara da keçdiyindən  və  müqayisə üsulu  ilə 
əvvəlki şəkli çox uğurla təsbit edilə bildiyi üçün əski türk nağıl-
larını da az-çox «rekonstruksiya» etmək mümkündür. Macar na-
ğıllarındakı  bəzi  əski  ünsürlər  də,  böyük  ehtimalla,  bozqırlarda 
yaşayan  türk babalarından qalmış olmalıdır. Bu ünsürlər  yalnız 
türklərdə  müşahidə  edildiyindən  başqa  mülahizələr  irəli  sürülə 
bilməz. Hətta Əziz Laszlo əfsanəsində kralın Kuman bahadırı ilə 
duelindəki bəzi ünsürlər Geza Nagi və  xüsusilə Gyula Laszlonu 
araşdırmalarına əsasən, üzərində atlar gəzən torpaqların təsvirlə-
rində mövcuddur və türk nağıllarında da adları çəkilir. Bu halda 
bunlar macarlara türklərdən keçmiş olmalıdır. 
Folklordan  ədəbiyyata geri dönsək, görərik ki, türk  ədəbiy-
yatı üç böyük çağa bölünərək tədqiq olunur: 
I) İslamdan öncəki ədəbiyyat, 
II) İslam təsiri altındakı ədəbiyyat, 
III) Qərb təsirləri altında yaranan ədəbiyyat. 
İlk  çağa  Göktürk  kitabələri,  uyğur  buddist,  manixeizm  və 
xristian; ikinciyə uyğur və  ya qaraxanlı, cağatay, özbək, Qazan, 
Azərbaycan və əhəmiyyətli dərəcədə Osmanlı ədəbiyyatı; üçün-
cüyə  XIX  əsrdən  başlayaraq  yeni  bir  yön  alan Osmanlı, Qazan 
və Qafqaz türk ədəbiyyatı daxildir. 
 
Türk xalq musiqisi 
Türk xalqları musiqi folklorunun bu gün iki və əsas tamami-
lə  ayrı  köklərdən  qaynaqlanan  sahələri  vardır:  şimal  və  cənub 
sahəsi. Cənub sahəsindən təxminən 50 dərəcə şimal enliyinə qə-
dər  ərəblərin  makamının  özünəməxsus  səs  rəngləri  (chromatis-
me) və qamların əvəzedilməz zəngulələri ilə dəyərlidir. Bu mu-
siqi müsəlmanlıqla birlikdə yayılmışdır. Ən qədim türklük nöq-


122 
 
teyi-nəzərindən bu bizi maraqlandırmır. Qədim türklük bu musi-
qiyə yad idi. 
Əsas mənşəyi «autochton»
1
 olan xalq musiqisi daha çox şi-
malda Volqa-Ural  və  Sibir  ətrafında qalmışdır. Bununla  yanaşı, 
cənub türk qövmlərinin köçəri  həyat  tərzi keçirən və şəhər  mə-
dəniyyətinin təsirindən uzaq qalan Yörük türkmənlərində qədim 
ənənələrinin  yaşadığı qəbul edilə  bilər. Bir  neçə  gənc türk təd-
qiqatçısı ilə 1936-cı ildə Bela Bartokun Anadoluya səyahəti za-
manı topladığı materiallar bu nəticəyə gəlməyimizə əsas verir. 
Şimalda  yaşayan  türklərdə,  başda  tatarlar,  çuvaşlar  və 
onların  mədəniyyətlərinin  təsiri  altında  qalan  Volqa  ətrafında 
məskunlaşan  fin  əsilli  çeremislərdə  ortaq  musiqi  xüsusiyyətləri 
aşağıdakılardır: 
Yarı səsi olmayan pentatonik, başqa sözlə, a, b, c, d, f-dən 
ibarət beş səsli «qam»ların nizamı (quint addım), simmetrik dört 
sətirli və enişli taganni, başqa sözlə, taganniyə ən yüksək pərdə-
dən başlayıb tədricən alçalma və sonda ən dərin səslə bitirmə. 
Macarlar arasında macar xalq musiqisinin ən qədim üslubu 
Transilvanyadakı  sekelərdə
2
  mühafizə  edilərək  adı  çəkilən  türk 
xalq  musiqisi  təbəqəsinə  aid  edilir.  Mezosiq  və  Maldovadakı 
çanqa-tar vasitəsi ilə bu musiqi onlara qonşu olan rumenlilərə də 
təsir  etmişdir.  Bu  macar  musiqisi  böyük  ehtimalla,  qədim  ana 
yurdun bir mirasıdır. Bu nəticəyə əsasən, Koday (Zoltan Koday 
(1882-1967) – Q.Şəhriyar), Sabolç (Bens Sabolç (1899-1973) – 
Q.Şəhriyar)  və  Bartokun  (Bartok  Bela  (1881-1945)  –  Q.Şəhri-
yar)  macar  xalq  musiqisinin  bənzərinə  Volqanın  ətrafında  və 
Cənubi  Anadolu  Yörükləri  arasında  rast  gəlmələrinə  heyrətlən-
mək lazım deyil. Kodayın fikrincə, ən azından bir-iki yüz hava-
da  bu  əsas  musiqi  dili  pozulmadan  qalmışdır.  Şərq  mirasını  ən 
təmiz şəkli ilə  yaşadan bu havaların unudulma ehtimalının yük-
                                                
1
 Göstərilən ərazilərdə yaşayan yerli əhali nəzərdə tutulur – Q.Şəhriyar. 
2
 Macarlarda bir subetnosdur – Q.Şəhriyar. 


123 
 
sək  olması  ilə  yanaşı,  yeni  musiqi  üslubunda  inkişaf  və  davam 
etməsini müşahidə edirik. 
Bugünkü  türklük  musiqi  alətləri  arasında  indi  də,  qədim 
dövrlərdə də qopuz (macar dilində «koboz») başda gəlir. Uyğur 
ədəbiyyatında və Mahmud Kaşğarinin lüğətində də bu ad çəkilir. 
Bu  söz  əslində  türkcədir.  Kiçik  ölçülü  bu  musiqi  alətinin  Orta 
Avropada, çox güman ki, 4-5 sistemə əsasən köklənmiş qoşa teli 
vardı. Bunlar quart (qamda dört notluq aralıq), yaxud quint (beş 
notluq aralıq) üzərində tənzimlənirdi. Bu alət Asiya və Avropa-
da, adı ilə birlikdə geniş mühitdə – Çindən Orta Avropaya qədər 
yayılmışdı.  «Koboz»  hər  yerdə  eyni  formada  deyildi.  Məsələn, 
Radlova  görə,  bugünkü  qırğızlarda  «kobys»  iki  telli,  kamana 
bənzəyən bir musiqi alətidir. 
Başqa bir qədim türk musiqi aləti də qoşa qavaldır. Bu qa-
val  Macarıstanda Yanoşida qəzasında  bir  avar  məzarında aşkar 
edilmişdir.  Qaval  durna  sümüyündən  yüksək  sənətkarlıqla  dü-
zəldilmişdir.  Bu  xüsusiyyəti  qavalın  hər  yerdə  və  çox  qədim 
dövrlərdə istifadə olunduğunu və bunun bir ənənəsinin olduğunu 
göstərir. Bu  cür qoşa qavallar  indi  də Qafqazda  və  xüsusilə də 
Volqa ətrafında yaşayan xalqlar arasında istifadə edilir. Bartanın 
fikrincə, Çindən qərbi Avropaya qədər hər yerdə rast gəlinən bu 
musiqi  alətinin  vətəni,  böyük  ehtimalla,  Altay-Ural  arasıdır. 
Türklüyün vətəninin də bura olması gərəkdiyini daha əvvəl izah 
etmişdik.  2-5  dəlikli  avar  qavalının  tonimetrik  tədqiqi  qədim 
avar  qamlarının  mahiyyətini  müəyyənləşdirməkdə  bəlkə  bizə 
dəstək ola bilər. Qədim macar sip (şip) = düdük, qaval sözünün 
də türkcədən gəldiyi göstərilmişdir. 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə