Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə37/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

109 
 
özü anladığı kimi yazdığı üçün mübahisəli nəticəyə gəlmişdir. Bu 
nizamı Gökyay da öz nəşrində bəzi dəyişikliklərlə izləmişdir. 
Daha əvvəl də söylədiyim kimi, bəndlərin müxtəlif heca sa-
yı var. Adətən yeddi (4+3), səkkiz (4+4), on bir (4+3+4), on iki 
(4+4+4),  on  dörd  (4+3  və  4+3)  və  on  altı  (4+4+4+4)  hecalı 
bəndlər hakimdir. On dörd (4+3 və 4+3) ilə on altı hecalı bənd-
lər üçün yeddi və səkkiz hecalılar cütləşibdir deyə bilərik. Bənd-
lərin sonunda ara, fasilə hiss edilir. 
Qitələrin  quruluşu  ilə  bağlı  xüsusi  sxem  yoxdur.  «Soyla-
ma»ya daxil olan misralar və  ya misra qrupları  mövcuddur. Bə-
zən sərbəst qalan qafiyə və ya vəzn müşahidə olunur. Bəzi mis-
ralarda gördüyümüz bu müxtəlifliklər isə nəqarətdən irəli gəlir. 
Bəzi misallar bunlardır: 
I)
 
II boyda Beyrəyə qarşı bacısının dediyi sözlər
1
:
 
 
 
Mərə ozan! Qarşu yatan qara dağdan aşub gəldüñ (4+4+4+4)  
Aşduğuñda Beryək adlu bir yiğidə bulişmaduñ mı?  
           (4+4+4+4+1) 
Daşqun daşqun suları geçüp gəldüñ (4+3+4) 
Beryək adlu bir yiğidə bulışmaduñ mı? (4+4+4+4+1)  
Aġır adlu şəhərlərdən bərü gəldüñ (4+4+4) 
Beryək adlu bir yiğidə buluşmaduñ mı? (4+4+4+1 
Mərə ozan! Gördüñ isə digil baña (4+4+4) 
Qara başum qurban olsun, ozan, saña (4+4+4) 
3,  4,  6-cı  misralardaki  «mi
4
»  sual  şəkilçisi  ritmə  daxil  ol-
mur,  hətta  son  qismdə  vurğu  yoxdur.  3-cü  misrada  «sularını» 
şəklində oxusaq, o zaman 4+4+4 olur. 
II) Drezden nüsxəsindəki Dəli Domrulun Tanrıya yalvarma-
sı (Kilisli, s.90; Gökyay, s.51): 
Yücələrdən yücəsin! (4+3) 
Kimsə bilməz nicəsin! (4+3) 
Görklü Tañrı! Nicə cahillər 
                                                
1
 Drezden nüsxəsindən fərqlidir (Kilisli, s.57, Gökyay, s.38). 


110 
 
Səni göktə arar, yerdə istər. 
Sən çox möminlər gönlündəsin. 
Dâyim duran Cabbar Tañrı (4+4) 
Baki qalan Səttar Tañrı (4+4) 
Mənüm canumı alur olsañ, Sən algil, 
Əzrailə almağa qomagil. 
Bunlar  həqiqi  qitə  deyillər
1
,  çünki  heç  bir  şəkildə  məcburi 
«qafiyə» uyğunluğu yoxdur. Lakin yenə də şeirin daxilində və ya 
sonunda ahəng qanununun mövcud olduğunu (cahillər, arar, istər, 
möminlər)  görürük.  Bu  misraları  mən  nizamladım.  Bu  əsnada 
misralararası  və  ya  müəyyən  parçalarda  xüsusi  nəqarətlərlə  də 
qarşılaşırıq, bunu da başlanğıcdakı hərf və  ya  hecanın təkrarlan-
masından anlayırıq. Bəzən də şeir boyu bütün sözlər təkrarlanır. II 
hekayədəki Qaracuq Çobanın sözləri dediklərimizi təsdiqləyir: 
Qarşu yatan qara dağlar, 
Qarıyupdur, otı bitməz. 
(Qızıl) qızıl dəvələr, 
Qarıyıpdur, köşək virməz.  
Qazan begüñ anası  
Qarıyıpdur, oglı doğmaz
2

Diqqət edilməsi vacib olan sözlər birinci misradakı  «qarşu», 
«qara»  və  sonra  ikinci  misranın  əvvəlindəki  «qarıyubdur»  və 
üçüncü misradakı «qızıl» və s.-dir. V.Radlov qırğızların dastanla-
rının  mənzum  quruluşunu  «Proben  der  Volksliteratur  der  türki-
schen Stämme» əsərinin 3-cü cildinin girişində təhlil etmişdir. Gi-
rişdəki nəqarəti «akrostiş qafiyəsi» və ya «misra qafiyəsi» adlan-
dırır. Radlovun yuxarıdakı əsərindən bir parçanı misal gətirək: 
 
Ülköngö kirseñ kaldı da  
As kuyundu tegeşke  
Ülkön bilər kalganda,  
                                                
1
 Türk xalq şeirində dördlüklər «aaba» və ya «aaab» şəklində düzülür. 
2
Vatikan nüsxəsi, 89v. Dresden nüsxəsi haqqında ətraflı məlumat almaq 
üçün bax: Kilisli, s.34, Gökyay, s.22. 


111 
 
Kuldan kirdi keñeske;  
Keñeskende ne desti?  
Tırnadai moynun teñesti; 
Keñeskende ne desti?  
Birine biri sert kıldı,  
Öygo kedei kelgende,  
Bir ayak as bermeske
1

 
Minusinsk
2
  bölgəsində  məskunlaşan türklərin dastanlarında 
istifadə edilən bu ölçüyə qırğızlar tərəfindən  «gir» adı verilmiş-
dir.  Hər  hansı  bir  qaydası  yoxdur
3
.  Misralar  yeddi  (4+3  yaxud 
2+2+3) və ya səkkiz (3+2+3) ola bilər. 1-ci və 3-cü misralardakı 
«ülköngü»  və  «ülkön»  ilə  5-ci  və 7-ci  misralardakı  «keñesken-
de»  sözləri  birinci  heca  üçün  nümunədir.  1-ci  misradakı  «(ül) 
kön(gö) kir(señ)» və «kal(dı)» sözləri nəqarətdir. Son hecalarda 
bu, açıq şəkildə müşahidə olunur.  
Orta Asiya türklərinin şeirlərində istifadə etdikləri nəqarət və 
başlanğıc  qafiyələri  səciyyəvi  xarakter  daşıyır.  Xalq  şeiri  ilə  şa-
man dualarında bu, müəyyən olunur. Bundan həyəcanverici təsir 
yaratması  üçün  istifadə  edilmişdir.  V.Radlovun  «Proben  der 
Volksliteratur  der  türkischen  Stämme»  adlı  əsərində  buna  aid 
çoxlu  misal  mövcuddur.  Xüsusilə  IX  cilddə  Sayan  dağlarında, 
Abakan  vadisində  və  Minusinsk  bölgəsindəki  türklərin  istifadə 
etdikləri  mətnlərlə  N.T.Katanovun  qaraqaşlardan  topladığı 
mətnlər  mövcuddur.  Mani  dininə
4
  mənsub  uyğurların  şərqilərini 
                                                
1
 Proben der Volksliteratur der türkischen Stämme, mətn c. III, s.1. Rad-
lov burada alman dilinə tərcümə etmişdir. 
2
 Minusinsk – Şərqi Sibirin ən qədim şəhərlərindən biridir. Şəhər Yeni-
sey çayının hər iki sahilində yerləşir. Əhalisinin sayı 68270 nəfərdir (2015) – 
Q.Şəhriyar. 
3
Radlov  burada  qırğızların  «olong»  adlandırdıqları  şeir  növü  ilə  bağlı 
misallar verir. On bir və ya on iki hecalı aaba qafiyə quruluşları vardır. Türk 
xalq  ədəbiyatında  ən  çox  istifadə  olunan  «aaba»  və  ya  «aaab»  qafiyə  quru-
luşlu yedi, səkkiz və on bir hecalı qitə və ya misralar yaradırlar. 
4
  Manixeizm  və  ya  Manilik  –  Mani  (216-277)  tərəfindən  yaradılmış 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə