Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə35/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

103 
 
VIII, s.208) orta əsr qərb cəngavərliyinin Trabzonlu Komnenoslar 
vasitəsilə  keçə  biləcəyi  fərziyyəsi  ilə  G.A.Marininin  «Colloan-
dros»unu  (təxminən  1590-1650)  irəli  sürdü.  Həqiqətən,  istər  «II 
Colloandro  Sconosciuto»  adlı  romanda  (1652-1653-cü  illərdəki 
yayınında (ilk yayını 1640-1641) adı «II Colloandro Fedele» ol-
muşdur) olsun, istərsə də G.A.Marininin «II Colloandro» (1640) 
adlı  tragikomediyasında  olsun,  Trabzondan  və  Türkmənistandan 
bəhs  edilirdə  də,  heç  bir  tarixi  əsası  yoxdur.  Bununla  yanaşı,  nə 
G.A.Marininin  əsərlərindən,  nə  XV-XVI  əsrlərdəki  fransız  və 
italyan dilindəki qərbi cəngavərlik dastanlarında, məsələn, Trabi-
sonda  (Venedikdə  1488-ci  ildə  nəşr  edilmiş  cansıxıcı  səkkizlik 
dastan) Montalbanolu Finaldonun Trabzon və şərqdəki macərala-
rından, eyni zamanda orta əsr Trabzonundakı Komnenosların xə-
yali  cəngavərlik  həyatından  bəhs  edən  məlumatlar  əldə  edilə 
bilər
1

Erməni dastan və xalq ədəbiyyatı üzərində çalışan mütəxəs-
sislər  «Dədə  Qorqud  hekayələri»ndə  bəlki  bəzi  bənzərliklər  aş-
karlaya bilərlər. Kiçik Ermənistan kralı Leonun Məmlüklər tərə-
findən əsir alınmasına dair (1266-cı ildə) bir xalq türküsü
2
, eyni 
dövrün yunanca dastansayağı şərqilərinı xatırladır. Sasonlu (To-
ros dağları) Davidin atı ilə «dənizdən doğma» macərası
3
 və Şah-
zadə Kxandut (Xan-doht) ilə olan, yəni dueldə qalib gələrək ev-
lənməsi bəzi ayrıntıları ilə «Dədə Qorqud» eposunu xatırladır. 
Ruben adı çəkilən əsərində «Dədə Qorqud hekayələri» üzə-
rində  Hindistan  mədəniyyəti  və  folklorunun  müqayisəsini  apar-
mış və yenə əvvəlcə «Raznixan  Mahfiruz» adlı məqaləsində
4
 
türk  hekayəçiliyində  Hindistan  motivlərinin  aşkarlanmasına  sə-
                                                                                                     
yunan sözlərindən də bəhs edir. 
1
  A.A.Vasiliev.  The  Empire  of  Trebisond  in  History  and  Literature. 
Byzantion, XV, 1940-1941, s.316-377. 
2
Recueil des Historiens des Croisades. Documents arméniens, s.539. 
3
Abeghian. Das armenische Volksepos. Mitteil. der Ausland-Hochschu-
le, Berlin, c.42, 1939, Westas. Studien, s.225-238. 
4
 Ülkü, XVII, 1941, Ankara, s.489 və digərləri. 


104 
 
bəb olaraq buddist hinddilli abidələrin uyğur dilinə çevrilməsini 
göstərmişdi. 
Rusların Bizans və türklərlə bizim bu göstərdiyimiz dövrdə 
əlaqələri olmasına baxmayaraq, Slav dünyasına aid çox az qeyd-
lər  vardır.  XII  əsrdəki  məşhur  «İqor»  dastanında  (slovo,  epik 
Şərqi türk dilindəki soylama kimi, türk epik tərzi ilə bəzi bənzər-
likləri  irəli  sürülə  bilir  (girişdəki)  «yer  üzündəki  bozqurd».  Bi-
lindiyi kimi, mətndə türk dilində bəzi sözlər vardır
1

Qərb  dünyasının  qəhrəmanlıq  şeirləri  və  cəngavərlik  heka-
yələrinin müqayisəsindən xalq qəhrəmanlığının ümumi bənzəmə-
sindən çox gözləyə  bilmərik. II və  IV hekayələrdəki  əsir oğlunu 
axtaran ata Cozue Karduççinin «II Passo di Roncisvalle» adlı ro-
manında  təkrarlanan  İspanya  və  Portuqaliya  şərqilərindən  çox 
uzaqdır. Həmçinin XII hekayədə ölmək üzrə olan Beyrəyin fran-
sız dastanındakı «Rolandın şərqisi»ni xatırlatması kimi. 
 
«Kitabi-Dədə Qorqud»un dilinin orta əsrlərdə  
Qərb türkcəsində olan yazılı mənbələr arasında yeri 
 
«Kitabi-Dədə  Qorqud»un  mətni,  bildiyim  qədəri  ilə  dilçi-
likdə indiyə qədər araşdırılmamışdır. Lakin mətnin sərbəstliyi və 
əhəmiyyəti  baxımından  türkoloq  və  türk  dili  tarixinin  tədqiqat-
çıları  tərəfindən  bəzi  nüansları  göz  önünə  gətirilərək  tədqiqata 
cəlb olundu
2
.
 
 
                                                
1
  A.Zajaczkowski.  Zwiazki  jezykowe  poloiweckow  polowieckich. 
Wroclaw,  1949,  s.48-62.  D.A.Rasovski  bir  rus  salnaməsində  gördüyü  «Ku-
man  dastan»  şərqisinin  adını  çəkir  və  Kuman  (türk  mənşəli  köçəri  tayfa  – 
Q.Şəhriyar)  qəhrəmanlıq  şərqilərinin  (rusca  «половцы»)  ruslar  tərəfindən 
tərcümə  və  təqlid  edildiyi  fikri  üzərində  durdu:  «Les  Comans  et  Byzance», 
Sofyada  toplanan  4.  Milletlerarası  Bizans  toplantıları  Actesleri,  c.  1,  1934, 
s.346-355. 
2
J.Deny.  Grammaire  turque,  Paris  1921,  türlü  yerler;  C.Brockelmann, 
«Altosmanische Sprachstudien I», ZDMG, LXXIII (1919), s.1-29, türlü yer-
ler. Saadet Çağatay, «Eski Osmanlıcada Fiil Müştakları»,  A.Ü. Dil ve Tarih 
Çoğrafya Fak. Dergisi, VI/1-2, s. 537 vd. Ömer Asım Aksoy, Gaziantep Ağzı 


105 
 
«Kitabi-Dədə  Qorqud»  ilə  birlikdə  mətnin  anlaşılmasına 
yardım  etməsi  üçün  bir  neçə  Osmanlıdan  əvvəl  və  ya  arxaik 
Osmanlı dili ilə yazılmış əsərlərlə Azərbaycan və türkmən ədə-
biyyatına  dair  son  zamanlarda  müxtəlif  elm  adamları  (A.Vam-
beri,  C.Brokelmann,  F.Taeşner,  H.V.Duda,  T.Houtsma,  K.Foy, 
A.Zajakovski,  T.Banquoğlu,  Əbdülbaki  Gölpınarlı,  Mükrimin 
Xəlil  Yinanç,  Fuad  Köprülü,  Səadət  Çağatay,  V.Minorski  kimi 
dahilər) tərəfindən  nəşr edilmiş  və  ya araşdırmış  əsərləri tədqiq 
etdim. Hər nə qədər «Dədə Qorqud» mətninə yaxın bir mətn əl-
də edə bilmədimsə də, XIV-XV əsrdə Anadoluda yazılmış mətn-
ləri  incələyib  yaxınlığını  gördüm.  Bu  arada  XVI  əsr  mətnlərini 
də  gözardı  etmədim.  Dilçilik  baxımından  Yunis  Əmrənin  «Di-
van»ı  Brokelmann  tərəfindən  tədqiq  olunan  «Qisseyi-Yusif», 
Aşıq  Paşanın  «Qəribnamə»si,  Əhmədinin  «İskəndərnamə»si, 
Ənvərinin  «Düsturnamə»si,  Aşıq  Paşazadə  və  Nəşrinin  «Ta-
rix»ləri,  «Behcətül-Həqayiq»
1
  XIV-XV  əsrlərdə  türk  dilinə  tər-
cümə  edilən  ərəbcə  və  farsca  dini  mətnlər  (Quran,  Aydınoğlu 
Mehmed  bəyin  əmri  ilə  «Araisül-Məcalis»  adı  altında  tərcümə 
edilən  «Qisseyi-Ənbiya»),  «Qabusnamə»,  «Kəlilə  və  Dimnə» 
kimi  əsərləri  tədqiq  etdim.  Dil  və  üslub  baxımından  bənzərlik-
lərlə  yanaşı,  içərisində  dastansayağı  havalar da  mövcuddur. Se-
yid  Battalın  «Qəzavat»ını  və  ya  digər  adı  ilə  «Battalnamə»sini 
və eyni zamanda «Danişməndnamə»ni də gözardı etmədim. Adı-
nı  çəkdiyim  bu  son  əsəri  S.Smirnovun  «Записки  Восточного 
отделения  Императорского  Русского  археологического  об-
щества»  (XVIII,  1908)  adlı  dərgidə  çıxan  araşdırması  ilə 
M.Ş.Akkayanın  «A.Ü.Dil  ve  Tarih-Coğrafya  Fakültesi»  dərgi-
sində çıxan məqaləsindən tanıdım (VIII, 1951). 
                                                                                                     
I (1945), s.334 III (sözlük). A.Cevat Emre, Türk Dilbilgisi, İstanbul 1945, s. 
330-331, 533, 568-570. 
1
 I.H.Ertaylan, Ed. Fak. Dergisi, III (1949), s.275-294. XIII. asır sonuna 
ait olması muhtemel, çok ehemmiyetli bir metindir. Yusuf ve Zuleiha üzerine 
de bir araştırması vardır (s. 211-230). 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə