Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə43/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

127 
 
sosial məna ifadə edir:  «Kut» ilahi mənşəli xeyirxah güc məna-
sındadır və bu adı daşıyan hər kəs gördüyü işlərdə uğur qazanır 
(Dədə Qorqudda bu güc açıq şəkildə müşahidə olunur). 
Bu  kəlmə  türkcədir  və  başlanğıcından  etibarən  qısa  saitlə 
söylənilir. Bu  xüsusiyyətinə görə, onu  yakutca  və türkməncəyə 
də aid edənlər (hər ikisində də «kut»un eynı qısa ifadəsi var) və 
osmanlıcada  son  partlayıcı  samitlə  səsləndirilməməsi  ilə  tənqid 
edənlər də  olmuşdur («kut-i»,  müasir türkcədə  «kut-u»); çuvaş-
cada qısa «u» «a» saiti ilə qısaldılmışdır; başqa ləhcələr əsasən 
«kut»  şəklini  qoruyub-saxlamışlar  (yenə  də  Qafqaz  qrupunda 
«xut» şəkildə müşahidə olunur). 
«Xeyirxah güc, xoşbəxtlik» mənası müxtəlif nüanslarla ge-
niş şəkildə verilir (rifah, uğur, yaxşılıq və s.), lakin bəzi türk ləh-
cələri, xüsusilə də qədim şamanizmin izlərinin canlı qaldığı ləh-
cələr bu kəlmədə qədim dini seçimlərini qorumaqdadır. 
Yakutlarda  «kut»  kəlməsi  həyati  ünsürləri,  mənəvi  var-
lıqları, insanların və heyvanların ruhlarını  ifadə edir (bunlardan 
hər biri normal olaraq bir çox «kut»la bəzənmişdir. Ən geniş ya-
yılmış  inanca  görə,  insanlarda  üç  «kut»  var).  Qırğızların  «Ma-
nas»  dastanında  da  «kut»  kəlməsi  üçün  buna  bənzər  bir  seçim 
müşahidə  edilir  (xüsusilə  «Ər  Töştük»  bölümündə).  Burada  bu 
«ruhlar», quşlar  və  böcəklər kimi kiçik, uçan  heyvanlar şəklin-
dədir.  Eyni  «mənəvi  varlıqlar»  mənası  Qafqaz  qrupunun 
«xut»unda  və  Altay  türklərinin  «kut»unda  da  müşahidə  edilir 
(Radloff, Teleut: kut «dasgeistige Leben, die Lebenskraft, Seele, 
Geistesgegenwart», heyvanların ruhları üçün olduğu qədər  «in-
san ruhu» üçün də istifadə edilir). «Kut»un müxtəlif quş və bö-
cək təmsil edilməsi bunun məna dərinliyi mövzusunda bizi yan-
lış  yerə  yönləndirməməlidir.  Müxtəlifliyi  içərisində  heyvan-kut 
ancaq «mənəvi cöhvər»in dəstək maddəsidir və bunun başqa for-
malarda göründüyü də qəbul edilir. Buna görə də Pekarski «Ya-
kutca  lüğət»ində  «insan  kuta»  («insan  kutu»=«kişi  kuti»)  ifa-
dəsindən  bəhs  edir:  «Şamanın  Şərqdən  başqa  bütün  yönlərdən 


128 
 
(cəhətlərdən – Q.Şəhriyar) yuvarlaq top şəklində  gətirdiyi insan 
ruhu».  Daha  da  maraqlısı  isə  Yudahinin  «Qırğız  lüğəti»ndə 
göstərdiyi  qırğızca  «kut»un  izahıdır:  «Çadırın  baca  dəliyindən 
ocağa düşən və onu tuta bilən insana xoşbəxtlik gətirən tünd-qır-
mızı rəngdə jelatin maddə  hissəsi» (daha sonra deyilir: Bundan 
sadəcə yaxşılıq edənlər, təmiz ruhlu insanlar yararlana bilər. Pis 
insanların əlində isə bir nəcisə çevrilir). 
Etimoloji  problemin  həlli  üzərində  apardığımız  çalışma-
larımızda qırğızların  bu  «kut» anlayışı  «kut»,  yəni  çadırın  baca 
dəliyi  (tündük)  ilə  ocaq  (kolomto)  arasında  qurduğu  əlaqə  və 
«kut»un tünd-qırmızı rəngi ilə diqqətimizi çəkir. 
Bu rəngi sahib olduğumuz məlumatlarla, bəzi əski mətnlərlə 
və müasir etnoqrafların «ruh»la bağlı türk-monqol inancları əsa-
sında  hazırladıqları  anketlərlə  asanlıqla  izah  edə  bilərik.  Həqi-
qətən də, ruhun  xüsusilə  qanda  yerləşdiyi güman  edilir. Düşün-
cəmizə  görə,  monqolca  «qan»  kəlməsinin  kökü  «cisun»  (-sun 
şəkilçidir) qədim «ti(n)»ə qədər gedib çıxır (ci- buradan gəlir) və 
bu kök əski türkcədəki «tin» (can, həyat) kəlməsinin qarşılığıdır 
(uyğurcada:  tin-lig=canlı  varlıq).  «Kut»un  qırğızcadakı  təsviri 
olan  tünd-qırmızı  jelat  kütlə  təzə  qan  laxtasını  xatırladır.  Bu 
fərziyəni  «Monqolların  gizli  tarixi»ndə  Çingiz  xanın  doğulma-
sından bəhs edən parça da təsdiqləyir: «…Elə o anda Çingiz xan 
dünyaya gəldi. Doğularkən sağ  əlinin ovucunda aşıq sümüyünə 
bənzəyən bir qan laxtasını bərk-bərk tuturdu (Pelliotun tərcümə-
si). Ən kiçik təfərruatların əsasən simvolik və dini dəyərinin ol-
duğu bu parçada Çingiz xanın doğulması ilə bağlı bu ayrıntının 
(tatar  Tämüjin-ügänın  tutulmasından  bəhs  edilən  yeganə  təfər-
ruat) xüsusilə altından xətt çəkilməsinin, bizcə, səbəbi ənənənin 
ümumbəşəri  xaqanının  doğulan  kimi  bu  çox  önəmli  gücün 
türklərin  «kut»,  monqolların  «kutuk»  («kut»dan  gəlmə)  dediyi 
və  qırğızların  «tünd-qırmızı  kiçik  jelatin  kütləsi»  olan  təzə  qan 
laxtası  şəklində  düşünülən  və  uğurun  ilahi  təminatı  olan  bir 
qüdrət sahibi olduğunu göstərir. 


129 
 
«Kut»un yayılmasında çadırın baca dəliyinin  və ocağın ro-
luna gəlincə, bu, türklərin və monqolların əski dini və ümumbə-
şəri anlayışlarına tamamilə uyğun gəlir. Çadırda ocağın ortasını 
baca dəliyi  ilə  birləşdirən  mərkəz dirəyin kainatın xüsusi dirək-
lərindən biri olduğu bilinir. İnsanların dünyası ilə ilahi aləm ara-
sındakı  qarşılıqlı  əlaqələr  burada  reallaşır.  Məsələn,  «Monqol-
ların  gizli  tarixi»  ilə  (L,  21)  kifayətlənsək,  Çingiz  xanın  atası 
gözəl dul Alan-Qoanı üç dəfə dölləyən «parlaq sarı kişi» çadırın 
baca dəliyindən girmişdir. Alan-Qoa, beləcə, dünyaya üç «səma-
vi  oğlan»  gətirmişdir.  Bunlardan  Bodanzar  böyük  imparatorun 
kişi sülalə zincirinin onuncu soyudur. Digər tərəfdən, ocağın di-
ni dəyəri və müqəddəs xarakteri «ilk» insan üçün güc və rahatlıq 
qaynağı olan atəşin müqəddəs ləyaqətlə bağlı əski və ibtidai din-
lərin çoxunda ortaqdır. Göydən gələn həyat cövhəri «kut»un in-
sana yetişməsi üçün çadırın baca dəliyini seçməsi və çadırın mü-
qəddəs yeri olan ocağa düşməsi təəccüb doğurucu bir hal deyil. 
Ocağın  özü  də  insan  üçün  çox  böyük  əhəmiyyəti  olan  bir 
cövhərdir: bu, onun söndüğünü gördüyü atəşi yenidən yandırma-
sını,  bir  yerdən  başqa  bir  yerə  aparmasını  və  yaymasını  təmin 
edir. Başqa bir güc və həyat enerjisi olan bu «atəş toxumu» so-
yuğa  və  vəhşi  heyvanlara  qarşı  qorunmağı,  eyni  zamanda  ye-
məklərin  bişirilməsini,  mədənlərin  fəaliyyətini  və  s.-ni  təmin 
edir, külü olduğu kimi onu isti tutan qızıl qoru da var; müxtəlif 
türk  xalqları  yanan  kömür  parçasına  qor  deyirlər,  bu  da  özbək 
dilinin «kor-kut» (qor-qut – Q.Şəhriyar) ikili quruluşunun digər 
ünsürüdür. 
Kür-kut  (=kor-kut)  ifadəsini  aldığımız  və  «kut»un  «xoş-
bəxtlik»  və  «bolluq»  mənasını  bildirən  «Özbəkcə-rusca  lüğət» 
bizə «kür» (=kor) kəlməsi üçün (I: s.637a) aşağıdakı izahı verir: 
«Xəfif  küllə  örtülü  yanan  kiçik  kömürlər;  köz».  Bu,  eyni  za-
manda  «qor»un  Osmanlıca  qarşılığıdır:  «yanan  halda  kömür» 
(Sami bəy) müasir türkcədəki (Türkiyə tütkcəsindəki – Q.Şəhri-
yar)  «kor»dur:  «Hər  tərəfi  yanıb  atəşə  çevrilmiş  kömür  və  ya 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə