Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə40/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

118 
 
LASZLO RASONİ (1899-1984) 
 
Türkiyədə  macarşünaslığın  banisi  olan  türkoloq  Laszlo  Rasoni 
1899-cu  ildə  Macarıstanın  Liptoszentmiklos  şəhərində  dünyaya  gəl-
mişdir.  Budapeşt  və  Berlin  Universitetlərində  türkologiya  dərsləri 
alan  alim  1929-cu  ildə  Helsinki  Universitetində  fəaliyyətə  başlamış-
dır. 1933-1934-cü illərdə o, İstanbul Universiteti Araşdırmaları İnsti-
tutunda çalışmışdır. 1935-ci ildə Atatürkün dəvəti ilə Ankara Univer-
siteti dil, tarix və coğrafiya fakültəsində türk dili və türk tarixi dərsini 
tədris  etməyə  başladı.  1942-ci  ildə  Laszlo  Rasoni  Macarıstana  geri 
dönmüş, orada Kolozsvar Universitetində türkologiya sahəsindəki fəa-
liyyətini  davam  etdirdi.
 
1942-1944-cü  illərdə  bu  Universitetdə  türko-
logiya kürsüsü yaratdı və 1946-cı ildə Budapeştdə geri döndü. O, Bal-
kan İnstitutunda (1947-1949) və Macar Elmlər Akademiyasında çalış-
mış, Şərqşünaslıq İnstitutunu yaratmışdır. 1961-ci ildə təqaüdə çıxdıq-
dan sonra bir müddət Ankara Universitetində dərs vermişdir. 
Laszlo  Rasoninin  təqdim  etdiyimiz  məqaləsi  «Tarixdə  türklük» 
(Türk Kulturunu Araştırma Enstltusu Yayınları: 126, Seri: III – Sayı: 
A 34, Ankara, 1993) əsərindən götürülmüşdür. 
 
TARİXDƏ TÜRKLÜK 
 
Türk xalq ədəbiyyatı 
Prisk Paniyski
1
 V əsrdə hunlardan bəhs edərkən onların tür-
küləri  və  qəhrəmanlıq  dastanları  olduğunu  qeyd  edir.  Atillanın 
mərkəzinə  girərkən  hun  qızlarının  türkülərlə  qarşıladıqlarının 
şahidi  olduğunu  deyir  və  axşam  Atillanın  süfrəsində  «iki  hun 
ozanı  hazırladıqları  barbar  türküləri  ilə  onun  zəfərlərini  və  dö-
yüşdə göstərdiyi şücaətləri tərifləyirlər» – deyir. 
Çin  mənbələri  türklərdən  və  türk  dilində  danışan  Kao-çe 
qəbiləsini  xatırlarkən  türkü  bəstələdiklərini  əlavə  edir.  Kao-çe 
                                                
1
 Prisk Paniyski (yunanca: Πρίσκος Πανίτης) antik mədəniyyətin sonun-
da – V əsrdə yaşamış diplomat, tarixçi və yazıçıdır – Q.Şəhriyar. 


119 
 
oymaqları  göyə  ithaf  olunan  böyük  at  qurbanı  mərasimi  üçün 
toplandıqları zaman da türkülər (ilahilər) söyləyirdilər. 
Turfandakı xarabalıqlardan çıxarılan əlyazmaların qalıntıları 
arasında  uyğur  türküləri  aşkar  edilmişdir.  Məsələn,  bunlardan 
birinin vəzn və qafiyəsi belədir: 24-2+2+2, 2+2+2+2, 2+2+2+2, 
x,  a,  x,  a.  Bu  türküdə  yurdundan  uzağa  düşən  bir  uyğur  möv-
sümlərin  dəyişməsini  xatırlarkən  ana  yurdunda  qalanların  necə 
olduqlarını və onun arxasınca ağlayıb-ağlamadıqlarını soruşur. 
 
Aklar bulıt örlep kökirep  
Alkuka mu kar yağurur? 
Ak bir saçlığ karı anam  
Açıyu mu yaşların akıdur? 
Karalar bulıt örlep kökirep  
Kar mu yamğur ol yağurur? 
Karı yaşlığ ol anam  
Kayguta mu yaşın akıdur? 
Yazkı bulıt yaşlap kökürep  
Yağmurlar mu ol yağıdur? 
Yaşı kiçig alğanlarım  
Yaşların mu akıdur? 
Küski bulıt kökirep örlep  
Köp mü yamğur ol yağıdur? 
Köngül taşım iki kiçig  
Köz yaşların mu ol akıdur? 
Ağ buludlar gurlayaraq  
Həmişə qar yağdırırmı? 
Ağ saçlı ixtiyar anam  
Acıyaraq yaşların axıdırmı? 
Qara buludlar gurlayaraq  
Qar və ya yağmur yağdırırmı? 
İxtiyar, yaşlı anam 
Həsrətdən göz yaşların axıdırmı? 
Bahar buludu həyat bəxş edərək  
Yağmurlarını yağdırırmı? 
Kiçik yaşlı alqanlarım
1
 
Göz yaşlarını axıdırmı? 
Payızdakı bulud kimi kükrəyərək  
Çox yağmur yağdırırmı? 
Könül daşım iki kiçik  
Göz yaşların axıdırmı?
2
 
 
Bu türkü macar dilinə də şeir kimi çox uğurlu tərcümə edil-
mişdir. Qədim macar səkkiz hecalı türküləri də bunun eynisidir. 
Bu, əslində Ural-Altay tayfalarının ortaq xəzinəsi hesab edilmə-
lidir. Xüsusilə də XI  əsrdən qalan ensiklopedik  lüğətində Mah-
mud Kaşğari bir çox xalq mani nümunəsi vermişdir. Bu dörd sə-
                                                
1
 Alqan – zövcə 
2
  Uyğur  türküsünün  orijinalı.  Bang-Rachmati,  Lieder  aus  Alt-Turfan: 
AM. IX. s.131. 


120 
 
tirlik  manilərdə  çöl  və  dağlıq  ərazilərdə,  meşələrdə  yaşayan qə-
bilələrin  tabiətlə  ahəngdarlıq  təşkil  edərək  diqqətlərini  kiçik  tə-
fərrüata qədər ətraflarına yönəltdiklərini görürük. 
Məhəbbət türküləri  isə  bu gün Anadoluda mani adlandırılan 
dörd sətirlik şeirlərə çox bənzəyir. Bunlarda hər sətiri 2-4 hecadan 
ibarət 2-4 vəznli və vurğulu milli türk şeir şəklini görürük. Xoş və 
ahəngdarlıq,  milli  macar  xalq  türkülərində  olduğu  kimi,  şeirin 
ritmini saxlayır. Məsələn, Kaşğaridəki bir türkü (IH. 309) ritm və 
mənaya sadiq qalmaqla aşağıdakı kimi tərcümə edilə bilər: 
 
Yelkin bulup barduki  
Könglüm ağlar bağlayu,  
Keldim erinç kadguka  
Işım udhu yıglayu
1

(Sevgilim) qonaq olub getdi, halbuki  
Gönlümü ona bağladım, 
Qayğılandım, 
İşim arxasından ağlamaq oldu. 
 
Etil suvı aka turur,  
Kaya tübi kaka turur,  
Balık telim baka turur,  
Kölüng takı küşerür
2

İdil suyu axar, durar,  
Qayaların dibin döyər, durar,  
Bol balıalar baxar, durar,  
Göllər də daşar. 
 
Birincinin vəzn şəkli 2+2+3; 2+2+3; 2+2+3; 2+2+3, ikinci-
ninki isə 2+2+2+2; 2+2+2+2; 2+2+2+2; 2+2+3. Xalq ədəbiyya-
tının ümumilikdə  mühafizəkar olduğunu  və  əsrlər boyunca çox 
az dəyişdiklərini nəzərə  alsaq, XI əsrdən əvvəlki  ən qədim çağ-
larda da xalq şeirinin yuxarıda göstərilən şəkildə olduğunu iddia 
edə  bilərik.  Bir  mənzildən  o  biri  mənzilə  köç  edən  qopuzçular 
ov aləmində,  yas  və  digər  mərasimlərində, qədim  qəhrəmanlar-
dan  bəhs  edən  dastanlarını  və  yeni  hadisələrlə  bağlı  improvizə 
edilmiş türkülərini və ağılarını söyləmiş olmalıdırlar. 
Bu gün bilinən ən qədim türk dastanı (epik əsəri) oğuz xan-
dan bəhs edir. Əsərin islam təsirinə məruz qalmayan bir nüsxəsi 
aşkarlanmışdır. Xalq  ağzında  bunun kimi  bir çox  yadigarlar  və 
                                                
1
 M.Kâşgari. Ill, s.309 
2
 M.Kâşgari. I, s.73 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə