Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə39/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

115 
 
və türk xalq dastançılıq ənənələrində də geniş yayılmışdır
1
. Mü-
baliğə də hər dastan və xalq hekayələrində istifadə edilən bir ün-
sürdür. Lakin «Dədə Qorqud kitabı»ndakılar, sözün əsl mənasın-
da fövqəladədir, xüsusilə bu sözü Oğuz bəylərinin dəyəri, gücü, 
böyüklüyü  və nəhəngliyi üçün də demək  mümkündür. II və IV 
boylarda Uruz Qocadan bəhs edildiyi zaman qırx keçi dərisinin 
yetməyəcəyi söylənilir. Qara Günənin  beşiyi qara buğa dərisin-
dən
2
 idi və bığları o qədər uzun idi ki, ənsəsinə yeddi dəfə dola-
yırdı. Qazan Beyin mübaliğəli sözləri (XI boy) «Şəcəreyi-Təra-
                                                
1
O.Spies, adı çəkilən əsəri, A.Karahan. İslâmiyette 40 Adedi Hakkında. 
Türk Dili ve Edeb. Dergisi, IV-3, 1951. 
2
A.İnan  qazax-qırğız  türkləri  ilə  Altay  türkləri  arasında  şamanların 
duaları ilə bağlı bir neçə bənzərlikləri göstərdi (Ülkü, X, s.79). A.Düjevin rus 
dilində  yazdığı  «Qırğızların  dini  inancları»  (Moskva,  1899)  adlı  kitabından 
misallar da verdi: 
Toksan koydın terisi  
Ton şippagan Şarabaş  
Seksen koydun telisi  
Börk şıkpagan Şarabaş. 
Şarabaş şamanların üz tutduqları ruhlardan birinin adıdır. 
Fuad  Köprülü  «Meddahlar»  (Türkiyat  Mecmuası,  I,  1925,  s.1-7)  adlı 
məqaləsində türklərin qədim dastan ənənələrinin yalnız Anadolunun şərqində 
məskunlaşan  türkmən  qəbilələri  arasında  və  istisna  olaraq  da  buradan  Kas-
tamonu və Bolu kimi dağlık bölgələrə köç etmiş türkmənlər arasında mövcud 
olmasından bəhs edir. Şaqayiq Zeyli (s.631) öz əsərində Kastamonuda 1028/ 
1618-1619-cu  ildə  dünyasını  dəyişmiş  Ağ  Qaftan  ləqəbli  Kamal  Əfəndinin 
dağlarda  söylənilən  çoban türküləri  (qayabaşı)  ilə  oğuz  ənənələrini hüzn  və 
nostalji  hislərlə  xatırladığını  yazır.  Sultan  I  Əhmədin  zamanında  İstanbulda 
Yeni  Caminin  tikintisi  bitdikdən  sonra  Kamal  Əfəndi  gəldi  və  Oğuz  ataları 
kimi təntənəli şəkildə nitq söylədi. 
Monqollarda  da  bu  şəkildə nitq  üslubu  mövcuddur.  Rəşidəddin  Çingiz 
xanın ölümündən sonra bir monqol bəyinin söylədiyi cümlələri nümunə gə-
tirir və eynilə o şəkildə olduğunu söyləyir (Berezin nəşri, II-123. B.Vladimir-
stov. Le régime social des Mongols. Paris, 1948, s.109). 
O.Ş.Gökyay  (Dede  Korkut,  1938,  s.XV)  «Dədə  Qorqud  kitabı»ndakı 
deyimlərin və söyləyicilik tərzinin Orxon kitabələrində, Rabquzinin «Qisasi-
Ənbiya»sında,  «Battalanamə»də  və  Orta  Asya  türklərinin  «Manas» 
dastanında da müşahidə edildiyini yazır. 


116 
 
kimə» əsərində də öz təsirini göstərir. Bu fakt «Dədə Qorqud he-
kayələri»nin  türkmən  cəmiyyəti  arasında  da  mövcud  olduğunu 
isbat edir. Şərqi Anadolu ilə Qafqaz bölgəsindəki türkmən və tə-
rəkəmələr arasında dolaşan Qərb səyyahları bu dastan söyləyici-
liyi ənənəsinin davam etdiyi fikri üzərində dayanırlar. Oğuzların 
belə bir imtiyaza haqqı olduqlarına inandırılmışdılar.  
«Dədə  Qorqud  hekayələri»ndə  diqqət  edilməsi  vacib  olan 
dastan  söyləyiciliyinin  bir  başqa  xüsusiyyəti  də  insanların  və 
əşyaların adına daima sıfət qoşulmasıdır. Ata həmişə ağ saqqallı, 
ana ağ birçəkli olub, oğuzlar daima «qalın» (güclü)atlar da «qa-
zılıq» və ya «bədəvi»dir. Ağaclar kölgə verir, sular təmiz və axıcı, 
göy mavi, torpaq qara, göz yaşları qandan, qılınclar poladdandır. 
Gülməli və ya lətifə ola biləcək mözular da vardır: III boyda 
birələrin  oyunu,  XI  boyda  Qazan  bəyin  başdansovdu  cavabları 
və s. Zarafatlar bəzən də həqiqət olur. VI boyda Selcan xatun və 
türkmən qızı hadisəsindən bəhs edildiyi zaman «qorxudan başla-
rındakı bitlər yerə düşdü» cümləsində olduğu kimi. Təhqiredici 
məna  kəsb  edən  «kavad»  (ərəbcə  «kavvad»  sözündən  götürül-
müşdür) sözü əhalinin avam təbəqəsi üçün işlədilir və mən bunu 
burada  «eşqbaz»  kimi  tərcümə  etdim.  Dastanda  tez-tez  istifadə 
edilən bu ifadə V boyda Tanrı tərəfindən söylənilmişdir. Mətnin 
bu tək istisna halına diqqət çəkən V.Bartold da bu ifadəni «həd-
dən  artıq  həqiqətpərəst»  şəklində  izah  etmişdir
1
.  Lakin  «Dədə 
Qorqud hekayələri»nin hamısı bütövlükdə dilçiliyin şah əsəridir 
və  bu  da  ən  ali  hisslərin  əsaləti  ilə  V.Bartold  tərəfindən  yarım 
əsr  əvvəl  verilən  hökmlə  bağlı  bir  bəhanəyə  səbəb  olur.  O, 
«Anadoluda indiyə qədər bilinən bütün dastanlar Qorqudunkun-
dan şeir və zəriflik baxımından çox-çox aşağıdadır» demişdir
2

«Dədə Qorqud kitabı»nın redaktoru bu şeir çələnglərini Ana-
dolu və Qafqazın qara dağlarından toplayıb gətirdiyi üçün belə  
 
                                                
1
  ZVO, VIII, 1894, s.208. 
2
  ZVO, VIII, 1894, s.108. 


117 
 
çətin bir mətnin tərcüməsi zamanı meydana gələ biləcək bəzi zid-
diyyətlərin bu qənaətə görə dəyərləndirməsini təmənna edirəm
1

                                                
1
 Ettori Rossi ön sözünü təqdim etdiyimiz bu kitabı nəşr etdirdiyi əsnada 
«Osservazioni preliminari per una edizione critica del Kitabi-Dede Qorqut» 
(Rivista degli Studi Orientali, XXVII, 1952, s.68-73) adlı məqaləsini də ya-
yınlamışdır. O, bu məqaləsində dastanın Vatikan nüsxəsi ilə bağlı dəyərli mə-
lumatlar  vermişdir.  Dastanın  tam  variantını  nəşr  etdirdiyi  kitabda  isə  mətn 
orijinal və italyan dilində tərcümə ilə verilmişdir (s.96-228). Müəllifin burada 
göstərdiyi bəzi qeydlərdə tövsiyələri də yer alır. Vatikan nüsxəsində olmayan 
altı  boy  O.Ş.Gökyayın  nəşri  əsasında  tərcümə  edilmiş  (s.175-228)  və  mik-
rofilmə  əsasən  bəzi  dəyişikliklər  edilmişdir.  Kitabda  göstərilən  şəxs  və  yer 
adları ilə bağlı kataloq da tərtib etmişdir (s.357-362). 
Əsərdə Vatikan nüsxəsinın faksimiləsi də yer alır (s.230-325). Müəllif 
mətndə gedən bəzi yalnız ifadələrə düzəliş etmək üçün tövsiyələri və Vatikan 
nüsxəsində  çatışmayan  bir  səhifəni  də  Drezden  nüsxəsinə  əsasən  tamamla-
mışdır (s.326-329). 
E.Rossinin  çox  diqqətlə  və  Vatikan nüsxəsindəki  yerləri  göstərilməklə 
hazırladığı lüğət (s.331-354) də kitabın sonunda yer alır. Mətnin içərisində də 
tez-tez o lüğətə işarə vermişdir. Biz də müəllifin üslubuna və yazı dilinə xələl 
gətirməmək məqsədi ilə burada lüğəti göstərməsək də, E.Rossinin işarələrini 
olduğu kimi saxlamışıq. 
Sonda  bəzi  tamamlayıcı  şərhlər  və  kitab  qeydləri  də  vardır  (s.355). 
E.Rossi burada xüsusilə Faruk Sümər (Dəmirtaş) tərəfindən yazılan əsərlərə də 
yer  vermişdir  və hələ  çapda  olan  bir məqaləsinin  də adını  çəkmişdir («Dədə 
Qorqud  Kitabına  Dair  Bazı  Mülahazalar»,  Türk  Folklor  Araştırmaları,  Ocak 
1952, s.467-471). Amma E.Rossinin bu fikirlərə dəyər verməsinə və bu araşdır-
malara diqqət çəkməsinə baxmayaraq, Faruk Sümər adı çəkilən bu yazısındakı 
fikirlərindən sonrakı tədqiqatlarında imtina etmişdir – Q.Şəhriyar. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə