Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə55/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

163 
 
«Hekayət-i Oğuznâme, Qazan Beğ ve Gayrı» adı ilə altı bö-
lümdən  ibarət  ikinci  əlyazma  Vatikan  kitabxanasında  mühafizə 
edilir.  Əsəri  italyan  dilinə  tərcümə  edən  E.Rossi  yazdığı  geniş 
ön sözündə bu dastanı tamamilə izah etməyə çalışmışdır (İl Ki-
tab-i  Dədə  Qorqut.  Racconti  epico-cavalereschi  dei  Turchi 
Oguz, Citta del Vaticano, 1952). 
Türkiyədə ilk nəşri Drezden nüsxəsi əsasında (Kitab-i Dedem 
Korkud Alâ Lisan-ı Taife-i Oğuzan, İstanbul, 1916) Kilisli Müəl-
lim Rifət tərəfindən hazırlanmışdır. Bu tərcümə digər tədqiqatlara 
işıq salmışdır. O zamandan etibarən həm türk xalqlarında həm də 
digər xalqlarda bu dastana maraq artmışdır. Xarici dillərdə dastan 
haqqında üç yüzdən çox kitab, tədqiqat işi  və  müzakirələr  möv-
cuddur. Müasir türk dilinə edilən tərcümələrlə yanaşı, bu günə qə-
dər dastan alman, rus, italyan və ingilis dilinə tərcümə edilmişdir. 
Bu sətirlərin  yazarı  hal-hazırda  dastanın çex dilinə  tərcümə  edil-
diyini bilir. Tərcüməmiz üçün Orxan Şaiq Gökyayın bu mövzuda 
Türkiyədə,  şübhəsiz  ki,  ən  ciddi  tədqiqatlardan  olan  nəşrindən 
(Dədəm Korkudun Kitabı, İstanbul, 1973) istifadə etmişik. 
«Dədə Qorqud kitabı» müqəddimə və 12 bölümdən ibarətdir. 
Girişdə Dədə Qorqudun şəxsiyyətindən, daha doğrusu, hik-
mətindən  bəhs  edilir.  Qorqud  şeir  yazmaq  bacarığı  olan,  oğuz 
boylarının  adət-ənənəsinin  ən  önəmli  təmsilçisi,  həqiqi  müdrik 
şəxs  kimi  göstərilir.  Bu  xüsusiyyəti  ona  insanlara  təsir  göstər-
məsinə yardım edir. «O, oğuzun müdrik şəxslərindən idi. Nə de-
yərsə, olurdu (…) Qorqud Ata oğuz qövmünün müşkülünü  həll 
edirdi. Hər nə iş olsa, Qorqud Ata ilə məsləhətləşməsələr etməz-
dilər. Hər nə buyursa, qəbul edərdilər. Sözünü tutub yerinə yeti-
rirdilər». Lakin feodal ideoloji və dini anlayışın təsiri ilə bu köh-
nə  xarakterə  yeni xüsusiyyətlər əlavə edilmişdir. Qorqud boyla-
rın  müdrik  şəxsiyyətindən  xanların  məsləhətçisinə,  şamandan 
sufi anlayışını dəstəkləyən sufiyə (dədə, ata və b.) çevrilmişdir. 
Dastan  formalaşdıqdan  sonra  əlavə  edilən  giriş  bu  əsərin  XVI 
əsr, ya da daha sonra son şəklini aldığını göstərir. Girişdə Qor-


164 
 
qudun aşağıdakı sözləri vurğulanır: «Axır zamanda xanlıq yeni-
dən  qayıya  keçəcək.  Kimsə  əllərindən  almayacaq  axır  zaman 
olub qiyamət qopuncaya qədər. Bu dediyi Osman nəslidir,  hələ 
də davam edir. Və buna bənzər daha neçə söz söylədi». 
Əsərin hər hekayəsi bir mənada müstəqil və tamdır. 12 bö-
lüm fundamental bir məzmunla bir-birinə bağlanmamasına bax-
mayaraq,  birlikdə  böyük  bir  bütövlüyü  əmələ  gətirir.  Bu  bü-
tövlüyə  daxil  olan  macəralar,  həyat  tərzi  və  dünyagörüşü  oğuz 
cəmiyyətinin  əksidir.  Bölümləri  bir  bütövlüyün  ətrafında  bağ-
layan başqa bir ünsür isə dastanın qəhrəmanlarıdır və her şeydən 
əvvəl Dədə Qorqudun özüdür. 
Dastanın qəhrəmanlarından sadəcə oğuz müdriki və dini li-
deri  (patrik)  olan  Dədə  Qorqud  bütün  bölümlərdə  iştirak  edir. 
Girişdə  Qorqudun  Məhəmməd  peyğəmbərin  dövründə  yaşadığı 
bildirilir. «Qeybdən dürlü xəbər söylərdi. Haqq-Təala onun kön-
lünə ilham edərdi». Xalqın ruhunu və əski təsəvvürlərini əks et-
dirən atalar sözləri və deyimlər Qorquda aid edilir. Qorqud, eyni 
zamanda döyüşdən sonra təşkil olunan məclisdə qopuzu götürüb 
bölümün  qəhrəmanına  ithaf  etdiyi  nəğməni  söyləyən  ozandır. 
Hər bölümdə xan və bəylərə öyüd verən müdrikdir. 
Digər  tərəfdən,  Qorqud  oğuz  dastanın  ən  mübahisəli  qəh-
rəmanıdır.  Müdrik  qoca,  dini  lider  və  Orta  Asiya  şamanlarına 
bənzəyən  ozan  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Qorqud  ilk 
qəhrəmanlıqlarından sonra oğlan uşaqlarına ad qoyur. Dəli Qar-
carın problemini  həll edir (III bölüm), Təpəgözlə oğuzların  xə-
racı ilə bağlı sövdələşir (VIII bölüm). Qeyri-adi gücə sahibdir və 
tez-tez möcüzələr  yaradır. Hər bölümün sonunda  qopuz çalaraq 
qəhrəmanlıq rəvayətləri söyləyir. Qorqudun adını daşıdığı bütün 
dastanın,  ya  da  sadəcə  bir  qisminin  müəllifi,  yaxud  həqiqi  biri, 
və  ya  bir  ozan  tərəfindən  yaradılan  qəhrəman  olub-olmadığı 
sualı meydana çıxır. 
Bədii  qəhrəman  olaraq  Qorqud  çox  təsirlidir.  Zəif  bağlarla 
bir-birinə  bağlanan  bölümlərin  bütövlüyünü  meydana  gətirir, 


165 
 
sözləri  ilə  bölümlərin  çərçivəsini  yaradır. Digər tərəfdən,  bayat 
boyundan  gələn  Qorqud  adlı  tarixi  şəxsiyyət  haqqında  kifayət 
qədər məlumata sahibik. Dədə və Ata terminləri bilikli türk yaş-
lıları üçün də  istifadə olunan ünvanlardır. Rəşidəddindən («Ca-
miət-Təvarix») etibarən XV əsr tarixçiləri Qorqudu Yenikənddə 
yaşayan IX və X əsr hökmdarları İnal Sir Yaqbu, Qayı İnal xan 
və Tumana xizmət göstərən bir dövlət xadimi və  diplomat kimi 
dəyərləndirirlər.  Bunların  yanında  tarixçilərin  söylədiklərinin 
doğruluğuna  şübhə  var.  Belə  ki,  Qorqudun  qeyri-adi  gücü  və 
uzun  ömrü  (295  yaş)  haqqında  danışmağa  başlanıldığında  bu 
tarixçilərin  istinad  mənbəyinin  xalq  olduğu  anlaşılır.  XV  əsrdə 
Yazıçıoğlu  («Tarixi-Ali  Səlcuq»)  o  tarixdə  hökmdar  olan  Os-
manlıların  öz  atalarının  boyu  kimi  qəbul  etdiyi  qayı  boyunun 
hökmdarlığı  ələ  keçirəcəyi  və  bu  hökmdarlığın  sonsuza  qədər 
davam edəcəyi ilə bağlı uzaqgörənliyi də Qorquda aid edilir. 
Zamanla  Qorqud  islam  hagioqrafiyasına
1
  müsəlmanların 
müqəddəsi olaraq daxil olmuş və Orta Asiyada kulta çevrilmiş-
dir.  Jirmunskiyə  görə  (В.М.Жирмунский.  Тюркский  герои-
ческий эпос. Ленинград, 1974, s.545), əfsanəvi məzarı XX əsrə 
qədər  Sır-Dəryanın  üst  qismində,  bugünkü  Daşkənd-Kazalinsk 
dəmiryolundakı Qorqud adlı stansiyada olduğuna inanılırdı. 
Ancaq  «Kitab»ın  Qorqud  tərəfindən  yaradıldığı  ehtimalı 
azdır.  Qorqudun  daha  qədim  türk  tarixinin  ənənəvi  ozan  və 
ozanlıq ruhunu təmsil etdiyinə  inanılır. Dastanda  da qəhrəman-
lardan  biri Dədə  Qorqudun qopuzu haqqında  bu sözdən  məcazi 
mənada bəhs edir.  
Qam-Qan  oğlu  Bayındır  xan  bütün  oğuz  toprağının  hökm-
darıdır.  Adətən  ikinci planda durur, heç  bir  bölümdə qəhrəman 
kimi  göstərilmir.  Passif  rolu  vardır.  Onun  vəzifəsi  döyüş  üçün 
bəylərə  izn  vermək,  ehtiyac  yarandıqda  bəyləri  böyük  divana 
toplamaq  və  ildə  bir  dəfə  ziyafət  təşkil  etməkdir.  Döyüşdəki 
uğurlarına görə divandakı bəylərin yerini müəyyənləşdirir. Bəy-
                                                
1
 Hagioqrafiya – övliya mənqəbələri, avtobioqrafiya – Q.Şəhriyar. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə