59
Əldə olan şumer mətnləri bu günə qədər Azərbaycanda yaşa-
maqda olan bəzi inanc və adətlərin Şumerdə də mövcud oldu-
ğunu göstərməkdədir (Azərbaycan tarixi, 1994, s. 65-66).
Maraqlıdır ki, ölkəmizin ərazisində kökü minilliklərin dərin-
liklərinə, daha dəqiq desək, ən azı Eneolit dövrünə qədər uzanan
―yağış çağırmaq‖ ovsunu Aratta dövləti dövründə (e.ə III-II mi-
nilliklərdə) də davam etmişdir ki, bu barədə şumer mətnləri xəbər
verməkdədir. Həmin mətnlərdən aydın olur ki, Aratta əhalisinin
həyatında əkinçilik önəmli yer tuturdu. Burada dəmyə əkinçiliyi
geniş yayılmışdı. Əkin sahələrinin məhsuldar olması isə yağışın
yağıb – yağmamasından asılı idi. Əsasən taxıl və noxud əkən
Aratta əhalisi quraqlıq zamanı kahinə (şamana) müraciət edir, o
da ovsun oxumaqla yağışın yağmasını təmin edirdi. Bu, şümer
mixi kitabələrinin birirndə öz əksini belə tapmışdır:
“Tanrıların ali kahini İşkur göyü guruldadır, ildırım çax-
dırır, dağlara lərzə salır və yağış yağdırır. Bu zaman buğda və
noxud göyərir... yetişən buğdanı anbara... Arattanın ali kahini
üçün gətirir və sarayda onun qabağına tökür...” (Azərbaycan
tarixi, 1994, s. 66).
Burada ən qədim türk inanc və adətlərinin izinə rast gəlirik.
Şumer mənbələrində haqqında
bəhs edilən olay bu ənənənin
köklərinin ən azı lll minilliyə və Azərbaycan (Aratta) ərazisinə
uzandığını sübut edir. Arxeoloji qazıntılar nəticəsində isə məlum
olmuşdur ki, ölkəmizin ərazisində bu inam və adət hələ Eneolit
dövründə (e.ə. VI-IV minilliklər) mövcud olmuşdur. Xatırladaq
ki, arxeoloq H.Cəfərovun yazdığına görə, Azərbaycanın Eneolit
əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də müəyyən
yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun tə-
sirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı ya-
ğış ―çağırmaq‖mərasimi ilə bağlayırlar (Azərbaycan tarixi,
1994, s. 32).
Şumer mənbələri Arattanın mədəni səviyyə baxımından
Şumerdən üstün olduğunu, bu üzdən də Şumer hökmdarı En –
Merkarın (Merkar xanın) öz ölkəsində məbədlər tikdirmək üçün
arattalı ustalara ehtiyac duyduğunu əks etdirməkdədir. Həmin
60
mənbələrə görə, Şumer hökmdarı Aratta sənətkarlarına sahib
olmaq üçün İniniyə (Umay Nənəyə) dua edərək deyərmiş :
“Xanımım İnini, (Aratta adamları) qoy mənə Urukda qızıl
və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parcaların-
dan, qızıl-gümüş qatışığındn, təmiz lacivərddən... Urukda, açıq
təpədə, sən yaşadığın “Anşan evində” qoy (məbəd) tiksinlər.
İşıqlı Giparın (İnini və kahinlərin yaşadığı ibadətgahın) orta-
sını, sən yaşadığın yeri Aratta (adamları) qoy mənim üçün
bəzəsin... Aratta adamları dağlarından dağ daşı gətirsinlər, qoy
mənim üçün böyük ibadətgah ucaltsınlar. Böyük məbədi,
(tanrılar) məbədini qoy parıldatsınlar. Mənim ayinlərimi
kulabda qoy mənim üçün qoy düzgün ifadə etsinlər. İşıqlı dağa
bənzər “abzu”(hovuz, şəlalə, fontan) qoy mənim üçün qur-
sunlar, (meşəli) dağa bənzər “eredu” mənim üçün qoy təmiz-
ləyib hazırlasınlar...” (Azərbaycan tarixi, 1994, s. 65-66).
Bu mətndən gördüyümüz kimi, Şumer şahı təkcə məbədlər
tikmək üçün yox, həm də dini ayinləri düzgün icra etmək üçün
arattalılara ehtiyac duymuşdur ki, bu da dolayısı ilə şumerlərin
Arattanın dini təsiri altında olduğunu və ya hər iki ölknin eyni
dini görüşləri paylaşdıqlarını göstərir. Başqa bir mətndən isə
belə aydın olur ki, hər iki ölkədə eyni dil və eyni yazıdan istfadə
olunurdu. Həmin mətndə şumer qasidinin En-Merkarın məktu-
bunu Aratta hökmdarına (ali kahininə) gətirməsindən söz açılır
və deyilir:
“Arattanın ali kahini bişmiş gili (mixi kitabəni) elçidən
aldı..., gilə baxdı, sözlər mismar kimi qalxdılar” (Azərbaycan
tarixi, 1994, s. 64).
Musa Kağankatlı özünün "Albaniya tarixi" kitabında qeyd
edir ki, Yafəsin oğullarından olan Kimerdən (Qamerdən) kim-
mer (qamer) xalqı törəmişdir:
“Yafəsin oğulları budur: Homer (Kimer) – hamirlər (kim-
merlər) onun nəslindəndirlər...” (Kalankaytuklu, 1993, s. 14-15).
Kimmerləri e.ə. VIII əsrin Azərbaycan və Ön Asiya sakin-
ləri kimi göstərən mixi kitabələrdən fərqli olaraq Herodot e.ə. V
əsrdə onlardan Qara dənizin quzey sahillərinin
sakinləri kimi söz