62
Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı
bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün ―Türk
mifologiyası‖ kitabının Avropa hunlarının maralla bağlı əfsanələ-
rindən söz açan bölümündə həmin əfsanəni də təqdim edir:
Vaxtilə Kimmer kralınn Kutriqur və Utiqur adlı iki oğlu
var imiş. Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çı-
xır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və marall
qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən
nəhayət bir dənizin kənarına gəlirlər. Uşaqlar maralı dənizə
sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üzməyə
başlayır. Uşaqlar da üzə-üzə maralın dalınca gedirlər. Maral
qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya
ayaq basan kimi maral yoxa çıxır (Ögəl, 2006, s. 575).
Hun türklərinin genezisi ilə bağlı bu əfsanə sözügedən xal-
qın Anadoludan Şərqi Avropaya gəldiklərini, soy ağaclarının
kimmerlərdən, deməli, Azərbaycan və Şərqi Anadoludan cücər-
diyini söyləməyə tam əsas verir.
Yuxarıda qeyd etdik ki, Musa Kağankatlının yazdığına
görə, Yafəsin oğullarından biri Kimer idi və kimmerlər onun
soyundandır (Kalankaytuklu, 1993, s. 14-15). Müəllif eyni za-
manda kimmerlərin soy babası olan Kimeri Azərbaycanın (Al-
baniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir.
1933-cü ildə Aşşurbanipalın (e.ə.668-663) Ninəviyyədəki
İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında
başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme
(Toxtamış) "Saka ölkəsi"nin və ya sakların hökmdarı kimi təq-
dim edilir. Mətnin naşiri R.Tompson "saka" (sak) ifadəsindən
sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu
halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslan-
dırmaq istəmişdir. Lakin sonralar X Tadmor iddia etdi ki, ifa-
dəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxu-
maq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmerlərin
öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduq-
ları məlum olan sakların üzərində də hökm sahibi imiş (Гран-
товский, 1960, c. 84).
63
Herodotun yazdıqlarından belə anlaşılır ki, kimmerlərin bu
bölgədəki hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları
Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha
sonra isə şimal sahillərinə sıxışdırmışdır. Tarixin atasının yaz-
dığına görə, iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz
çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə
başladılar (Гасанов, 2000, c. 24). Lakin mütəxəssislər həmişə
nədənsə iskitlərdən Azərbaycana gəlmə xalq kimi söhbət açmış-
lar. Halbuki, arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də
iskit və iskit-sakların ilkin vətəninin məhz Azəbaycan və Ön
Asiya olduğunu göstərməkdədir.
Musa Kağankatlı Yafəsin övladlarından, yəni oğullarından
və nəvələrindən danışarkən, Əşkinazın (Aşkenaz, Askenaz) da
adını xüsusi vurğulayaraq sarmatların onun soyundan olduqları-
nı qeyd etmişdir:
“Tirasın oğulları bunlardır: Əşkinaz – sarmatların cəd-
didir...” (Kalankaytuklu, 1993, s. 15).
Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon
(e.ə.63-b.e.23) iskitləri əsasən iki yerə: roksolanlara və sarmat-
lara bölmüş, ikncilərin isə çar sarmatları və kaziq sarmatlarından
ibarət olduqlarını vurğulamışdır (Гасанов, 2000, c. 51). İosif
Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi söz
açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə "iskit-
lərin sarmat adlanan hissəsi" ifadəsini işlətməkdədir (Гасанов,
2000, c. 53).
Yuxarıda qeyd etdiymiz kimi, Strabona görə, sarmatların
bir bölümü "sarmat -kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar.
Maraqlıdır ki, qazax xalqının etnogenezində iştirak etmiş soy-
lardan biri də sarmatlar olub (Абромзон, 1960, 116). Antik
müəlliflərin fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdiva-
cından törəmişlər və iskit dilində danışırdılar. Bu müəlliflərin
yazdığına görə, sarmatlar Qara dəniz iskitlərindən və Don ça-
yından şərqdə məskun idilər. Eyni mənbələrin təhlilindən belə
aydın olur ki, onların torpaqları bugünkü Rusiyanın Kalmıkiya,
Həştərxan, Stavropol və Rostov bölgələrini əhatə edirdi. Antik
64
müəlliflərin bəziləri sarmatları "savromat" da adlandırmışlar.
Məsələn, Herodot "savromat" yazdığı halda, eradan əvvəl lV
əsrdə yaşamış Skilak Karianidli "sarmat" ifadəsini işlətmiş, Ovi-
diy Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunan-
ların sarmatları "savromat" adlandırdıqlarını bildirmişdir (Гей-
буллаев, 1991, c. 329-330).
Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar
Midiyadan, yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə
zorlanmışlar. Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları
midiyalılarla, yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy
və Yuliy Solin sarmatları midiyalıların törəmələri hesab etmiş-
lər. Pliniy türkləri sarmatların bir qolu saymış, Pomponiy Mela
isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır. Eradan
əvvəl ll əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla ey-
niləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soyla-
rından biri də sarmatlar olub və onlar qazaxların içərisində "şer-
mat" və "sarmat teleu" adları ilə məşhur idilər (Гейбуллаев,
1991, s. 329-330, 334). Bu fakt qədim Atropatenanın paytaxtı-
nın nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və nə-
dən qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində
xüsusi bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur.
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy baba-
ları saydıqları maday xalqının da qazaxların etnogenezində iş-
tirak etdikləri məlumdur (Востров, Муканов, 1968, c. 118).
Müqəddəs "Tövrat" kitabında Yafəsin oğullarından söz açılar-
kən, onlardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl IX-
VIII əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalqdan
- maday xalqından və eradan əvvəl VII-VI əsrlərə aid mixi ya-
zılarda isə bu xalqın Azərbaycanda qurduğu Madayya dövlətin-
dən söhbət açılır. Qədim yunan müəllifləri, o cümlədən eradan
əvvəl V əsrdə yaşamış Herodot bu dövləti Midiya dövləti, xalqı-
nı isə midiyalılar kimi qeyd etmişlər.
Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər
türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə
Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı
Dostları ilə paylaş: |