71
əsasən bozoklar və üçoklar adı altında böyük türk elinin idarə-
çilərinə çevrilirlər. Bu halda Oğuz xanın özü həm də bir növ ha-
mi ruh qismində çıxış edir və bu cür də kultlaşır. ―Dədə Qor-
qud‖ eposunda isə əcdad kultu kompleksində Qorqud Ata obrazı
da xüsusi diqqət çəkir. R.Əlizadənin fikrincə, arxaik strukturunu
qoruyub saxlamış obraz kimi Qorqud Ata eposun müqəddimə və
boylarında həm bir övliya, həm də ulu əcdad olaraq əksini tapıb:
“Eposun oxunuşu zamanı aydın görünür ki, Qorqud Ata
funksional baxımdan bir çox mifoloji varlıqlara (Boz qurd,
Xızır, Uluq Türük, Domrul və s.) yaxınlaşmış, mərasim ham-
isinə xas özəllikləri daşımış və eyni zamanda mədəni qəh-
rəmana aid edilən cizgilərə də sahib olmuşdur. Diqqəti cəlb
edən başlıca elementlərdən biri budur ki, Qorqud Ata mərasim
hamisi obrazında çıxış edərək əcdadlar dünyasına, yaxud
axirət aləminə bağlanır. Bu bağlantı Qorqudun möcüzəli yolla
dünyaya gəlişini, yaşamını və ölümünü açıq şəkildə təqdim
edir” (Əlizadə, 2008, s. 100).
Ə.Nəvai türklər arasında çox məşhur olan bu şəxsin, ola-
caqları öncədən xəbər verdiyinə işarə edərək, onu böyük övliya
kimi xarakterizə etmişdir (Özdək, 1992, s. 12).
Maraqlıdır ki, başqırdların mərasim nəğmələrində Qorqud
bir sehrkar kimi təqdim edilir, onun yaman ruhları qovmaq
gücünə sahib olduğuna inanc diqqət çəkir. Bir sözlə, o, qam (şa-
man) kimi tərənnüm edilir. Qorqud Atanın fəlakətlərdən hifzet-
mə qüdrətinə inanmış baxşılar bunu belə dilə gətirmişlər: ―Ölü
desəm, ölü eməs, tiri desəm, tiri eməs, Ata Qorqud övliya‖ (Рад-
лов, 1870, с. 47).
Əfsanələrin dəyişik variantlarında Qorqud ağsaqqal, qopu-
zu yaradan şaman olaraq göstərilir. «Dədə Qorqud» eposunda
şaman tipində funksiya yerinə yetirən digər bir obraz Bayandır
xandır. Bunu onun adındakı «bay» sözü və atasının qam (şaman)
olması da təsdiqləyir (Əlizadə, 2008, s. 101).
R.Orucoğlu «Kitabi-Dədə Qorqud» eposunun boylarında
zaman və məkan anlayışlarına münasibət bildirərkən haqlı ola-
raq yazır ki, Azərbaycan Dədə Qorqud qəhrəmanlarının doğma
72
yurdudur. Onlar nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər.
Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir.
Qonşularına – Qara dəniz ətrafı gürcülərə, Xəzərüstü qıpçaqlara
və Trabzon içi yunanlara münasibətdən hiss olunur ki, Qafqaz
oğuzları turukların, sakların, midiyalılaran, massagetlərin, alban-
ların varisləridirlər (Qafarov, 2010, s. 18-19).
Rəşidəddin ―Oğuznamə‖sində Oğuzun soyu da Nuh oğlu Ya-
fəsə bağlanır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində
də açıq şəkildə ifadə edilir. Prof. Füzuli Bayat yazır ki, Azər-
baycandan toplanmış bir əfsanədə diqqət çəkən yön, Qorqudun
atasının, Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk olduğu qey-
dinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi ol-
ması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır (Bayat, 2003, s. 7.).
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycandan toplanmış
bənzər əfsanə və rəvayətlərin, demək olar ki, hamısı bu və ya di-
gər dərəcədə Rəşidəddin ―Oğuznamə‖sinin süjeti ilə səsləşmək-
dədir. Onlardan birində deyilir:
Çox əzazil, özündən deyən bir padşah varımış. Bütün
adamnar bının əlinnən zağ-zağ əsirmişdər. Bir adamın hünəri
nəymiş ki, bınnan icazəsiz cınqırığını çıxatsın. Ta işi o yerə
çıxatmışdı ki, özünü allah élan eləmişdi. Hamı da qorxudan
bını allah sayırdı.
Əmə bının uşağı olmurmuş. Bı da fikir eliyirmiş ki, bə
ölənnən sora taxt-taja kim sahib olacax?
Bir gün bının yanına bir nurani qoca gəlir. Bına bir alma
verip deyir ki, ala bını arvadınnan ye, bir oğlun olacax, əmə
gərəh oğlan nə desə əməl eliyəsən.
Padşah razılaşır, almanı götürüp arvadıynan yeyir. Bəli,
vədə yetişir, bının bir kürəyişütün oğlu olur. Tez qurban
kəsillər, sora camahətə əhfalatı deyillər.
Uşağın qırxı çıxannan sora yığışıllar ki, ona ad qoysullar.
Elə bu vaxt uşax dil açıp deyir ki, bə mənim adım Uğuzdu.
Hamı məhəttəl qalır. İsdiyillər uşağı danışdırsınlar, əmə uşax
ta danışmır. Bının adını Uğuz qoyullar.
73
Bir xeylah keçir. Uğuz on beş yaşına çatır. Bir iyid olur ki,
tayı-bərabəri tapılmır. Günlərin bir günü Uğuz cəməhəti
başına yığıp deyir ki, bə mənim atam allah deyil, allah göydədi,
özü də heş kimin gözünə görsəmməz.
Padşah bını eşidir. Gəlir ki, oğlunu öldürsün. Uğuz atası-
nı öldürür, özü keçir onun yerinə. Deyir ki, hamı gərəh göy-
dəki allahı tanısın. Bınnan sora insanlar həqiqi allahı tanı-
yıllar (Azərbaycan mifoloji mətnləri, 1988, s. 42).
Maraqlıdır ki, ―Oğuznamə‖lərin uyğur və Rəşidəddin va-
riantlarından, eləcə də Orta Asiyada qələmə alınmış variantlar-
dan fəqli olaraq qərbdə yaranmış variantlarda oğuzların mənşəyi
bilavasitə Azərbaycan və Anadolu ilə bağlanılır. Bu baxımdan
Övliya Çələbinin qeydə aldığı rəvayətlər xüsusi maraq doğurur.
İşin ən maraqlı tərəfi isə budur ki, onun oğuzların ilkin ata yurdu
kimi qələmə verdiyi məkanın adına eyniylə qədim şumer
mənbələrində də rastlanılır.
S.N.Kramer "Tarix Şumerdən başlayır" kitabının XlV fəs-
lində 450 sətirlik "Enki və Kainat" adlı poema barədə məlumat
verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim
üçün maraqlı edən buradakı Mahan toponimidir:
"Ölkələr... Mahan və Dilmun baxaraq mənə,
Dilmun gəmiləri şalban daşıyır.
Mahan gəmiləri göyə qədər yüklənib,
Meluhhidən "mahilum" yelkənli gəmilər
Qızıl və gümüş gətirir onlar.
Hamısı daşıyırlar Nippura." (Oğuz, 2002, s. 42-43).
Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün ma-
raqlı edən əsas cəhət ona türk tarixi mənbələrində və folklor
nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi
yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını
görürük. Övliya Çələbi Axlat şəhərinin təsviri zamanı bildir-
mişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu
da "Oğuz şəhəri" deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni
misal gətirərək yazır:
Dostları ilə paylaş: |