95
müqayisə edilən dil materiallarının fonetik qanunauyğunluqları
barədə deyir:
“Şumercədə bəzi mütəxəssislər 4, bəziləri 6 sait qəbul
edirlər. 18 samit qeydə alınmışdır. Bunlar müasir türk dilinin
sait-samit sisteminə uyğun deyildir, ancaq həmin səslərin ha-
mısı türk dilində var. Əlbəttə, bu, tipoloji uyğunluqdur və kök
sözlərdə, iki heca həcmində yalnız eyni sait çıxış edir. Bu,
ahəng qanununun ardıcıl izlənməsi deməkdir. Bu prinsip yal-
nız alınma sözlərdə pozulur. Samitlərin inkişafında, əvəzlən-
məsində də uyğunluq nəzərə çarpır. Köhnə və yeni şumercə-
dəki p-b, t-d-z, s-z, s-ş və sairə səs uyğunluqları türk dillərində
də mövcuddur. Hətta müvafiq səs uyğunluqlarını tutuşdur-
maqla bir çox şumer və türk sözləri arasında etimoloji əlaqə
alınır. Məsələn, şumercə də Tuş və suş, yəni düşmək, oturmaq,
türkcədə tüş və düş. Burada əlaqə birbaşa görünür. Şumer
dilində sipa, yəni çoban kəlməsini götürək. Həm şumercədə,
həm də türkcədə s-ç və p-b samit uyğunluqlarını qəbul etdikdə
sipa- çoban əlaqəsi təbiiləşir.
Bu dillər arasında bir sıra maraqlı fonetik-morfoloji uy-
ğunluqlar da müşahidə edilir. Şumer dilindəki “tibira”, yəni
misgər sözü türk dillərindəki “təmir”,“dəmir” sözü ilə bir
kökdəndir. Buradakı “t” səsi qeyri-sabitdir. Eyni hal səma, göy
mənasını verən “an” kəlməsində də görünür. Bu sözə “t” sə-
sini artır-maqla göy anlamına gələn “tan” sözü alınır” (Hacı-
yev, 1976, s. 22-23).
Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi, eləcə də
Qobustandakı şumer gəmi təsvirlərinin və Ağstafa rayonu əra-
zisindəki arxeoloji tapıntıların da sübut etdiyi kimi, qədim şu-
merlər bugünkü İraq ərazisinə məhz Azərbaycandan köçmüş-
dülər. Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir.
Alimlər təkəri və arabanı şumerlərin kəşf etdiklərini bildir-
məkdədirlər. Gəmiqayadan tapılan bu rəsm sözügedən kəşfin
Azərbaycan ərazisində edildiyini, şümerlərin də bu sahədə bilik-
ləri İkiçayarasına Azərbaycandan apardıqlarını söyləməyə əsas
verir.
96
―Oğuznamə‖nin verdiyi bir məlumatdan belə aydın olur ki,
arabanın kəşfi məhz türk-oğuz mühitində baş vermişdir:
Vuruşdan sonra Oğuz Kağanın ordusuna, əsgərlərinə, el-
gününə o qədər çox qənimət düşdü ki, yükləyib daşımağa at,
qatır, öküz azlıq etdi. Oğuz Kağanın ordusunda təcrübəli, usta
bir kişi vardı. Onun adı Barmaqluq Cosun Bilik idi. Bu usta
bir araba qayırdı. Arabanın üstünə cansız qənimətləri qoydu,
canlı qənimətləri arabaya qoşdu. Dartdılar, getdilər. Əsgərlər,
el-gün bunu görüb mat qaldı. Arabalar düzəltdilər. Kanğa,
anğa deməklə kanğa sözü belə yarandı. Bunun üçün də onlara
kanğa adını qoydular (Bayat, 1993, s. 133-134).
Maraqlıdır ki, qədim mixi yazılarda şumerlər özlərini kən-
gər və kanq adlandırırlar (Ağasıoğlu, 2005, s. 155).
Bu fakt da
şumerlərin türk-oğuz mühitindən qopduqlarını və Azərbaycan-
dan köçüb getdiklərini sübut etməkdədir. Elə bu üzdən də şumer
dili və ədəbiyyatının öyrənilməsi bizim üçün böyük önəm da-
şıyır. Çünki bu yolla 5 min il öncəki dil və ədəbiyyatımız barədə
müəyyən təsəvvür əldə etmiş oluruq. Eyni zamanda bu gün də
yaşamaqda olan bəzi adət və ənənələrimizin kökləri barədə
dolğun məlumat almış oluruq.
Bu gün Azərbaycanda, eləcə də digər türk ölkələrində bir
kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır. Belə
hesab olunur ki, yolçunun arxasınca su atmaq yolun uğurlu ol-
masına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan ―Bilqa-
mıs‖ dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir.
Bu isə o deməkdir ki, yola çıxan adamın ardınca su atmaq adə-
tinin ən azı 5 min il yaşı var:
Sabunlu köklər ilə bədənini yudu o.
Öz qamətinə layiq gözəl paltar geydi o.
Sinəsinə yaraşan boyunbağı da asdı
Belinə qurşaq vurub, başına tac qoydu o.
İgidlərin ardınca bir cam təmiz su atdı.
Pillələrlə çıxıb o evin damına qalxdı
(Bilqamıs dastanı, 1985, s. 32)
97
Məlum olduğu kimi, qədim türk dilində ―uçmaq‖ feli ―öl-
mək‖ felinin sinonimi kimi işlənmişdir.
Orxon-Yenisey abidələ-
rində bir sıra hallarda ―ölmək‖ yerinə ―uçmaq‖ yazılıb. Məsələn,
Kül Təkin abidəsinin şərq tərəfində, 16-cı sətirdə deyilir:
“Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım, yəni xa-
qan atam öləndə səkkiz yaşımda idim.”
24-cü sətirdə isə deyilir:
”Ecüm kağan uca bardı, yəni xaqan əmim öldü” (Rəcə-
bov,
Məmmədov, 1993, s . 73).
Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində,
şimal tərəfinin 1-ci sətrində, eləcə də Bilgə Xaqan abidəsinin cə-
nub tərəfinin 10-cu (Rəcəbov, Məmmədov, 1993, s . 103), qərb
tərəfinin 2-ci (Rəcəbov, Məmmədov, 1993, s . 104), Moyunçur
abidəsinin 12-ci (Rəcəbov, Məmmədov, 1993, s. 146) sətirlərin-
də və sairə üzləşirik. Qeyd etmək lazımdır ki, qədim türk dilində
―uçmaq‖ kəlməsinin bir mənası da cənnət, behişt olmuşdur. Bu
kəlməyə Azərbaycan klassik ədəbiyyatında, o cümlədən Mə-
həmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast
gəlinməkdədir.
İstər Orxon-Yenisey mətnlərində, istərsə də klassik Azər-
baycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən
"uçmaq" termini təktanrıçılıqdan əvvəlki mifik təsəvvürlərlə
bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o
biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən
qaynaqlanmışdır.
Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış
"Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusun-
da görən Enkidunun yuxusunu Bilqamısa danışdığı səhnə deyi-
lənlərə ən gözəl misaldır:
Gecə öz yatağına tənha uzanan zaman,
Enkidunun içinə bir ağrı doldu yaman.
O, dərdini açaraq öz dostuna söylədi,
"Gecə yuxu görmüşəm, əziz dost, eşit, - dedi, -
Göylər haray salırdı, nida qalxırdı yerdən,
Onların arasında dayanmışdım təkcə mən.