Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


əsas şumerşünasların fikir və rəyləri üst-üstə düşür, bir-birin-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

92 
 
əsas şumerşünasların fikir və rəyləri üst-üstə düşür, bir-birin-
dən xəbərsiz gəldikləri nəticələr bir nöqtədə birləşir: Şumerlər 
dünyanın ilk sivilizasiyalı xalqıdır; şumerlər müasir türk xalq-
larının əcdadlarıdır.” (Əlibəyzadə, 1998, s. 61).            
 Oljas Süleymenovun araşdırmalarından belə məlum olmuş-
dur ki, şumer dilində türk dilinə xas olan nümunəvi ―imperativ + 
en  və  ya  ―-an‖  şəkilçisi  =  keçmiş  zaman  feli  sifəti‖  sxemi  də 
mövcud  olmuşdur.  Bu  isə  ümümi  sintaktik  quruluşdan  xəbər 
verməkdədir. Ümumi cəhətlərdən biri də şumer dilində rastlanan 
―ra‖  yönlük  hal  şəkilçisinin  Orxon-Yenisey  kitabələrində  hələ 
məhsuldar  şəkilçi  kimi  çıxış  etməsidir.  Eyni  şəkilçi  bu  gün  də 
dilimizdə işlənir. Məsələn, ―ora‖, ―bura‖... 
Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqa-
yisə edərək, hər iki  dilin leksikonunun  eyni  bazaya malik  oldu-
ğunu göstərmişdir. Özü də bu halda həmin 60 söz Dyakonovun 
nümunə  kimi  göstərdiyi  100-dən  bir  qədər  artıq  şumer  sözü 
içərisindən seçilmişdir. Bu isə o deməkdir ki, 5 min öncəki türk 
dilində, yəni şümer dilində mövcud olmuş sözlərin ən azı 60 fai-
zi bu gün də öz yaşarlılığını sürdürməkdədir. Məsələn: 
           
ġumercə            Türkcə 
------------------------------------------------------------------------ 
AB, EB            
EV, OBA 
Eġ             
EġĠK 
ED             
GET 
ZAQQĠN            YAXIN  
QULġE            GÜLÜġ 
ME             
MƏN 
QAġ             
QUġ  
DEġ             
DEġĠK 
Uġ             
ÜÇ                 
HAME            
NƏ, NƏMƏNƏ 
EN          
ƏN həyat (Süleymenov, 1993, s. 195-203). 
------------------------------------------------------------------------ 
 


93 
 
Elməddin  Əlibəyzadənin  sözlərinə  görə,  hazırda  elmi  ədə-
biyyatda  çox-çox  qədim  və  Şumerdən  əzəli  olan  Kür-Araz  mə-
dəniyyətindən  söz  açılır.  Kür-Araz  mədəniyyəti,  onun  daha  qə-
dimliyi, inkişafı, əhatə dairəsi barədə tədqiqatlar aparılır, fikir və 
mülahizələr söylənilir:  
“Azərbaycanın  Kürlə  Araz  çaylarının  qoynuna  sığınmış 
Qarabağında,  bu  ana  torpağın  dağlı  -  düzənli  yerlərində  mi-
laddan  öncə  çox  qədim  mədəniyyətin  nişanələri  olan  çoxsaylı 
kurqanlar  məhz  bu  mədəniyyətin  canlı  yadigarları  deyilmi? 
Bunlar bizim şumer-türk əcdadlarımızın məskəni, ocaqlarıdır” 
(Əlibəyzadə, 1998, s. 61).               
 Görkəmli dilçi alimimiz Aydın Məmmədov yazmışdır:   
“..ġumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini 
daha aydın duymaq üçün ilk növbədə bu dilləri müqayisə etmək 
və onları yaxınlaĢdıran fonetik, leksik və qrammatik eyniyyətlər 
bir  tərəfdən  ġumer  dilinin  genetik  mənĢəyini  daha  obyektiv  Ģə-
kildə öyrənməyə Ģərait yaradırsa, digər tərəfdən də türk dilləri-
nə məxsus sözlərin tərkibində daĢlaĢmıĢ bəzi köklərin arxetiplə-
rini bərpa etməyə tutarlı əsas verir" (Məmmədov, 1989, s. 5). 
Aydın Məmmədov özünün ―Şumer-Türk leksik paralelləri‖ 
adlı  məqaləsində  dillərin  yaxınlıq  səviyyəsini  müəyyənləşdir-
məkdə  leksik  qatın  əvəzsiz  rol  oynadığını  nəzərə  alaraq,  şumer 
dili  ilə  türk  dillərinin  genetik  bağlılığını  sübut  edən  120  leksik 
paraleli misal gətirmişdir. Məsələn: 
 
   ġumercə           
Türkcə 
------------------------------------------------------- 
   UZU           
 
OZAN 
   UD           
 
ÖD (zaman) 
   Uġ            
 
US, HUġ (ağıl) 
   Uġ            
 
UġAQ 
   ĠZĠ            
 
ĠSTĠ 
   ARA           
 
ARA (orta) 
   KAġ           
 
QAÇ(maq)               
   AġTAR            
AÇAR 


94 
 
   E            
 
DE 
   UMA           
 
UMMAQ 
   DURU          
 
DURU 
   BAR           
 
BARDAQ 
   PA            
 
BAĞIR(maq) 
   PA            
 
BAĞ(lamaq) 
   SA            
 
SÖZ 
   DE            
 
DEMƏK                  
   BE            
 
BƏY  
   BADARA           
BAYRAQ 
   SA            
 
SAĞ 
   SAA           
 
SAP (kəndir) 
   QUM           
 
QUM  
   SU            
 
SU 
   MĠ         
 
MƏMƏ
 
(Məmmədov, 1989, s. 5-6).  
 
 Maraqlıdır  ki,  Aydın  Məmmədovun  müqayisəyə  çəkdiyi 
sözlərin, bir neçəsi istisna olmaqla, heç biri Oljas Süleymenovun 
60 sözü ilə üst-üstə düşmür. Yəni bu halda tamam başqa sözlər 
müqayisəyə  çəkilmişdir.  Bu  deyilənlərlə  kifayətlənməyən  alim 
―Türk dillərində ilkin köklərin bərpasının nəzəri məsələləri‖ adlı 
digər məqaləsində müqayisələrdə daha da dərinə getmiş, bu dəfə 
ayrı-ayrı  türk  ləhcə  və  şivələrində  rast  gəlinən  sözləri  deyil, 
ümumtürk mahiyyəti daşıyan sözləri bütün semantik yuvalarına 
görə müqayisə etmiş və hər iki dilin genetik qohumluğunu tək-
zibolunmaz  bir  şəkildə  ortaya  qoymuşdur.  Daha  sonra  proto-
türklərin,  yəni  əcdad  türklərin  Ön  Asiyada  təşəkkül  tapdığı  və 
oradan Avrasiyanın geniş ərazilərinə yayıldığı fikrini ifadə edən 
alim Azərbaycanın da həmin təşəkkül zonası ilə bağlı olduğunu 
qeyd etmişdir.           
Şumer-türk paralellərinin və bu paralellər  əsasında genetik 
qohumluq əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq 
Hacıyevin əməyi də yüksək qiymətləndirilməlidir. İstər fonetika, 
istər  leksika,  istər  morfologiya  və  istərsə  də  sintaktik  quruluş 
baxımından  böyük  maraq  doğuran  paralelləri  üzə  çıxaran  alim 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə