89
mişdir ki, şumer dilində həm qərbi, həm də şərqi türk ləhcə və
şivələrinin ünsürlərinə rast gəlinir. Əhməd Cavad yazmışdır:
"Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edil-
mişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdi-
rən Vulli şumerlərin morfoloji cəhətdən əski türkcəyə bənzər
bir dildə danışdığını qəbul edir: Şumerlərin türk olduğu
məsələsinin çoxlu sübutu var. Bizi bu qənaətə gətirən ən güclü
sübut ikidir: 1) Dil sübutu; 2) Geoloji və arxeoloji sübut."
(Cavat, 1933, s. 58-59).
Dmitri Rederin sözlərinə görə, Şumerlərin dili ayrıca bir
dildir. Bizə məlum olan dillərlə onu bağlamaq hələlik əsaslı və
mübahisəsiz nəticələr verməmişdir. Yalnız onu qəti demək olar
ki, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən
çox türk dilləri ilə müqayisə edilə bilər (Редер, 1965, c. 15).
Qulo Vinkler isə bildirmişdir:
"Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsu-
siyyətlərini hələlik izah edə bilməsək də, dünyada ən qədim
mədəni dil olan şumer dilinin ümumi xarakteri barədə bizdə
yetərincə təsəvvür yaranıb. Bu dil əsas əlamətlərinə görə türk
dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin qu-
ruluşundan tamamilə fərqlənir" (Винклер, 1903, c. 6-7).
Filoloq alim Elməddin Əlibəyzadə deyir:
“Məşhur Amerika şumerşünası Samuel Kramer şumer-
lərə həsr etdiyi kitabını belə adlandırıb: “Tarix Şumerdən
başlayır.” Kitabın ayrı-ayrı fəsil və bölmələri bu məntiqi da-
vam edir: “İlk məktəblər”, “İlk ikipalatalı Parlament”, “İlk
tarixçi”, “Heyvanlar haqqında ilk təmsillər”, “İlk ədəbi mü-
bahisələr”, “Bəşəriyyətin ilk qəhrəmanlıq əsəri”, “İlk matəm
nəğmələri”, “İlk ədəbi əxzetmə”, “İlk məhəbbət nəğməsi”, “İlk
kitabxana kataloqu” və sairə. Hər şeyin ilki, hər şeyin çıxış
nöqtəsi, yəni tarixin başlanğıcı.
Kitabda zəngin mətnlər, yazılar əsasında təsdiq edilir və
göstərilir ki, miladdan ən azı 3 min il əvvəlki qədim Şumerdə
güclü mədəniyyət, elm, ədəbi ənənə olmuşdur. Şumerdə mək-
təblər, sistemli oxu mətnləri, sabit dərsliklər, müəllimlər,
90
mirzələr, xəttatlar var idi. Şumerdə zəngin kitabxana və orada
gil lövhələrdən ibarət kitablar, yüzlərcə müxtəlif növ kitablar,
elmi əsərlər vardı. Rəsm və şumer dili müəllimləri fəaliyyət
göstərirdi, yaxşı işlənmiş qrammatika kitablarından istifadə
edilirdi. Elmin ayrı-ayrı sahələrinə aid dərs vəsaitləri, proq-
ramlar yaradılmışdı və sairə” (Əlibəyzadə, 1998, s. 61-62).
Tanınmış qazax ədibi və tədqiqatçısı Oljas Süleymenov be-
lə hesab edir ki, qədim mixi yazılarda qeyri-dəqiq ifadə olunmuş
şumer vokal sisteminin bərpası məsələsində müasir türk dili
materialı ilə müqayisənin böyük əhəmiyyəti vardır. Onun
fikrincə, bu halda U-Ü və A-Ə qarşıdurması nəzəri cəlb edir.
Oljas Süleymenov şumer cingiltili samitlərinin bir qayda
olaraq türk kar samitlərinə uyğun gəldiyini söyləyir və fikrini
aşağıdakı nümunələrlə əsaslandırır:
ġumercə
Türkcə
------------------------------------------------------------------------------
DĠNGĠR
TENQRĠ (TANRI)
UD
UT (OD)
UDUN
UTUN (ODUN)
ADA
ATA
DĠRĠQ
TERĠK (DƏRĠN)
TAQ
TAK (TƏK)
------------------------------------------------------------------------------
“Məsələn, şumerlər Tanrıya “Dinqir” dedikləri halda əski
türk dilində bu kəlmə “Tenqri” formasında qeydə alınmışdır.
Əski türk mənbələrində “od” kəlməsi “ut”şəklində yazıldığı
halda, şumer mətnlərində eyni kəlmə “ud”kimi yazılmışdır.
Şumercədəki “D” cingiltili səsinə əski türkcədəki “T” kar sa-
mitinin uyğun gəlməsini dərin mənasında olan “diriq-terik”
qarşıdurmasında da müşahidə edə bilərik. Bu halda “Q-K”
qarşıdurması da diqqəti çəkir. Eyni hal “taq-tak” münasibət-
lərində də özünü göstərir” (Süleymenov, 1993, s. 207-208).
Şumer dilinin morfologiyasından söhbət açan Oljas Süley-
menov həmin dilin morfologiyasına istinadən ―məsdər + k =
91
isim‖ türk sözdüzəldici sxeminin qədimliyi haqqında fikir söy-
ləyərək maraqlı nəticələrə gəlmişdir:
ġumercə Türkcə
------------------------------------------------------------------------------
URU QURmaq, QURUluĢ
URUQ QURĞU, tikili, Ģəhər
YÜZÜ ÜZmək
YÜZÜK ÜZGÜ, ÜZən, su quĢu
EġTĠ EġĠTmək
QEġTUQ qulaq
TURU DĠRĠ olmaq
TURUQ DĠRĠLĠK, həyat (Süleymenov, 1993, s. 207-208).
------------------------------------------------------------------------------
Şumercə ―uru‖ türkcədəki ―qur‖ feli ilə üst-üstə düşür. Şu-
mer dilində bu felə ―q‖ sözdüzəldici şəkilçisi artırmaqla feldən
isim düzəldilmişdir. Nəticədə yeni ―uruq‖ kəlməsi yaranmışdır
ki, bu kəlmə dilimizdəki ―qurğu‖ kəlməsinə uyğundur və tikili,
şəhər mənalarını da ifadə edir. Eyni yolla, yəni ―k‖ və ya ―q‖
sözdüzəldici şəkilçisinin artırılması ilə üz, üzmək mənasında
olan ―yüzü‖ felindən üzgü, üzgüçü və ya da su quşu mənalarını
verən ―yüzük‖ kəlməsi törəmişdir.
Bu sözlərdən göründüyü kimi ortada 5 min illik bir fasilə
olsa da şumer dilinin sözləri ilə bugünkü dilimizin sözləri ara-
sında fərq o qədər də böyük deyildir. Feldən isim düzəldilməsi
mexanizmi də, bu zaman işlədilən sözdüzəldici şəkilçilər də
eynidir.
Elməddin Əlibəyzadə yazır:
“Artıq XIX əsrdən dünya tarixində yeni bir elm sahəsi -
Şumerşünaslıq yaranıb və inkişaf etməkdədir. Dünyanın bir
çox görkəmli şumerşünas alimləri yetişib və fəaliyyət gösərir.
Bu sahədə qarşıya çıxan ilk problem şumerlərin kimliyi, hansı
müasir xalqların əcdadları olması problemidir. Problem
ətrafında çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və
söylənilir. Bu, təbiidir; lakin bir həqiqət gün kimi aydındır ki,
Dostları ilə paylaş: |