Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   22   23   24   25   26   27   28   29   ...   97

77 
 
qunun  vəzirlərindən  olub  (Ögəl,  2006,  s.  237).  Sözügedən 
―Oğuznamə‖də Div Yavqu haqqında isə bunlar yazılıb: 
“Qayı xanın (Söhbət Oğuz xanın oğlu Gün xanın oğlu Qayı 
xandan gedir) oğulları  çox idi. Qayı  xan bir  oğluna ulu baba-
larından birinin – Div Yavqunun adını vermişdi. O, öldükdən 
sonra  elin  kiçiyi  də,  böyüyü  də,  bir  sözlə,  hamı  sözü  bir  yerə 
qoyub, Div Yavqunu taxta çıxardılar.  
Günlərin bir günü Div Yavqu xan xalqdan soruşdu: 
Bizimlə  yaşayanlar  arasında  Oğuz  xanı  görən  adam 
varmı? 
Sualına cavab olaraq ona bildirdilər: 
- Bir nəfər qalmışdır. Bu da Salur elindən Ulaş adlı birisidir. 
Xan bunu eşitcək tez bir adam göndərdi və Ulaşı gətirtdi. 
Ondan  Oğuz  xanın  yurdda  necə  yaşadığını,  necə  iş  gördüyü-
nü,  dostlarına  necə  mürəvvət  göstərdiyini  düşmənlərinə  qarşı 
necə  hərəkət  etdiyini  soruşdu.  Ulaş  da  nə  bilirdisə,  hamısını 
danışdı.  Xan  buna  görə  ona  çoxlu  hədiyyə  verdi  və  yurduna 
göndərdi.  
Div Yavqu xanın uluq (böyük) bəyləri yazır elindən Alan 
və Arlan, dügər elindən də İrkıl Xoca idilər. 
Xan bir gün ov ovlayıb, yurd quranda atdan yıxıldı, kəllə 
sümüyü qırıldı və elə bundan da öldü” (Ögəl, 2006, s. 237).  
Firidun Ağasıoğlu yazır: 
"Dəclə  çayı  ilə  Urmu  (Urmiya)  gölü  arasında  ayrı-ayrı 
bəyliklər şəklində yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı 
Akkad  və  Elam  dövlətlərinin  hücumlarına  məruz  qalır,  var-
dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında 
göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, 
bu  boyların  hamısı  ayrılıqda  quti  adlanmırdı.  Sonrakı 
mənbələr göstərir ki, bəzi yazılarda "quti" adı o dövrdə həmin 
ərazidə  yaşayan  subar,  turuk  (türk),  kuman,  bars,  börü, 
qarqar,  azər,  zəngi  və  sair  türk  boylarının  ümumi  adı  kimi 
işlənmişdir” (Ağasıoğlu,2005, s. 147). 


78 
 
Alimin  sözlərinə  görə,  Miladdan  öncə  XXlll  əsrin  sonunda 
yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəy-
liyi az sonra güclü dövlət qura bilmişdir (Ağasıoğlu,2005, s. 147). 
Tarixi  mənbələrdən  məlumdur  ki,  kutilər  İkiçayarasında 
(Messopatamiyada) baş verən hadisələrə müdaxilə edirdilər. On-
lar  Şumer  ilə  müttəfiq  münasibətləri  saxlayır,  lakin  Akkad 
hökmdarlarının  işğalçılıq  siyasətinə  qarşı  çıxırdılar.  Epik  əsər-
lərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü 
hövzəsində  yaşayan  tayfalara  qarşı  təcavüzkar  siyasət  yürüdür-
dü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi 
etnosları ittifaq  yaradırlar. Müttəfiqlərə qarşı  göndərilən Akkad 
ordusu məğlubiyyətə uğradılır.  
Naran-Suen  eyni  zamanda  şumerlərin  dini  mərkəzi  olan 
Nippur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıt-
maq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu 
şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir 
(e.ə.2225-2205)  durmuşdu.  Onun  şərəfinə  Nippur  şəhərinin 
mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir "qüd-
rətli,  Kutium  (kutilər  ölkəsi)  və  dünyanın  dörd  səmtinin  hökm-
darı" adlandırılmışdı (Azərbaycan tarixi, 1994, s. 69). 
Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (in-
diki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda 
əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, ku-
tilərin  Laqaş  canişini  Qudea  (e.ə.  2133-2117)  bu  barədə  belə 
yazmışdı: 
"Şəhərin  məzarlığında  qəbir  qazılmadı,  heç  bir  ölü  gö-
mülmədi, qala rahibi musiqi aləti daşımadı, ondan bir nəğmə 
(yas  havası)  çıxmadı,  ağıçı  qadın  ağı  demədi."  (Ağasıoğlu, 
2005, s. 148).  
Yazılı  mənbələrdə  İkiçayarasıda  möhkəmlənən  kutilər  ba-
rədə  ilk  məlumatlar  e.ə.  lll  minilliyə,  yəni  4,5-5  minil  öncəyə 
aiddir.  Maraqlıdır  ki,  bu  tarix  "Oğuznamə"lərdə  söylənilənlərlə 
üst-üstə  düşür.  "Hunların,  türklərin,  moğolların  və  daha  sair 
qərbi  tatarların  ümumi  tarixi"  adlı  çox  maraqlı  monoqrafiyanın 
müəllifi J. Dögin (1721-1800) yazır:  


79 
 
"Sonra  (Oğuz  xan)  İraqı  (Ġkiçayarasını)...  fəth  edərək 
Şam,  yaxud  Suriyaya  qədər  irəlilədi  və  orada  uzun  müddət 
oturdu... Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il 
keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış 
olacaqdır." (Tahirzadə,1991, s. 63). 
Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən tür-
kiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını 
bildirməkdədir.  Ədalət  Tahirzadə  bununla  əlaqədar  yazır  ki, 
Besim  Atalayın  bu  sözləri  1920-ci  ildə  yazdığını  nəzərə  alsaq, 
Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür: 
"Bu  tarix  J.Döginin  göstərdiyindən  cəmi  130  il  azdır  və 
Döginin  yazdıqlarının  gerçəkliyinə  inamı  bir  daha  artırır." 
(Tahirzadə,1991, s. 64). 
Naran-Suen e.ə. 2201-ci ildə Enridavazirlə döyüşdə ölür və 
bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti altına 
düşür.  Ancaq  Akkad  və  Şumer  üzərində  tam  nəzarətə  kutilər 
Elulemişin  dövründə  nail  olurlar.  Beləcə,  F.Ağasıoğlunun  fik-
rincə, kutilərin Şumer üzərində 91 il 40 gün (e.ə 2200-e.ə 2109) 
sürən  hakimiyyəti  başlayır.  Bəzi  alimlərə  görə,  bu  hakimiyyət 
124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc 
tarixi  barədə  də  mütəxəssislər  arasında  yekdil  fikir  yoxdur. 
Məsələn,  L.Helpen  e.ə.  2622-ci  ili,  E.Meyer,  Ş.Günaltay  e.ə. 
2550-2374  ci  illər  arasını  göstərirlər.  İ.Dyakonov  bu  hakimiy-
yətin son  ili  kimi  e.ə. 2109-cu ili  qəbul  edir ki,  F.Ağasıoğlu  da 
bu fikrə şərik çıxır. 
Sözügedən  dövrdə  Kuti  imperatorluğunun  paytaxtı  olmuş 
bugünkü  Kərkük  şəhərinin  tarixi  bilinməyən  dövrlərdən  oğuz-
türkmənlərlə  məskun  olması  faktı  da  kutilərin  qədim  oğuzlar 
olduqları  barədə  söylənilən  fikirlərə  haqq  qazandırmaqdadır. 
Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə 
Səlcuqlar  və  ya  Abbasilər  dövründə  gəldikləri,  ondan  öncə  sö-
zügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğ-
rultmur. Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiy-
yatında,  o  cümlədən  Aşa  və  Nabiğa  kimi  şairlərin  şeirlərində 
türklərdən  bol-bol  söhbət  açılmaqda,  tarixi  mənbələrdə  Həzrət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə