86
Nəsir Rzayev yazır:
“Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə
həm Cənubi, həm də Şimali Azərbaycanda rast gəlinir. Bu
izlər qədim azərbaycanlıların şumerlərlə qaynayıb qarışma-
sının, etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır. Bu
etnik yaxınlığın digər bir göstəricicsi Aydın Məmmədov və di-
gər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili para-
lelləridir. Bu dil qohumluğu həm qədim, həm də uzun tarixi
bir prosesin nəticəsidir.
Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığın-
dan, qan qohumluğundan xəbər verən bir çox maddi mədə-
niyyət, incəsənət abidələri içərisində Qobustanın günəş gəmi-
ləri xüsusi yer tutur.
1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu
müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya insti-
tutunun baş elmi işçisi Henrix Anoxin Qobustan petroqliflə-
rinə baxmış, eramızdan əvvəl III minilliyə aid günəş gəmiləri-
nin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər”
(Rzayev, 1985, s. 67).
Qədim şumer yazılı abidələrindən belə məlum olur ki, Mes-
sopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk
hakim sülaləsi Kiş sülaləsi, ilk şəhərləri də Kiş şəhəri olmuşdur.
Buradakı ―Kiş‖ adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş
kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir. Görünür,
qədim şumerlər Azərbaycandan İkiçayarasına köçərkən əski
yurdlarının adlarını da özləri ilə aparmışlar. Məlumat üçün bildirək
ki, eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.
―Tövrat‖da Nuh tufanından, Nuhun oğulları və onların soy-
ları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış in-
sanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən
də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir:
“Yer üzndə bir dil və bir ləhcə var idi. Nuh övladları Şərq-
dən hərəkətə keçərək Şumer ölkəsində düzənlik bir yer tap-
dılar” (Библия, l. X. l).
87
Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq
ölkəsindən gəldiyi bildirilir. Qədim və orta əsrlər yəhudi və
xristian abidələrində, o cümlədən Musa Kağankatlının ―Albani-
ya tarixi‖ kitabında ―Şərq ölkəsi‖ deyilərkən şimali Azərbaycan
ərazisi nəzərdə tutulur.
Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq
ölkəsində olduğunu qeyd edərək yazır: "Müqəddəs patrik Kişə
gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin
bütün kilsə və şəhərlərinin başlanğıcıdır..." (Kalankaytuklu,
1993, s. 18).
Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə
istinadən verdiyi bir məlumat da çox maraqlıdır. Onun yazdı-
ğından belə aydın olur ki, qədim Çol, yəni Dərbənd şəhəri də
Şərq ölkəsinə daxil olmuşdur. Deməli, şumerlər İkicayarasına,
başqa sözlə Messopatamiyaya Şərq ölkəsindəki, yəni Azərbay-
candakı Kiş çayı hövzəsindən köçmüşdülər (Oğuz Y., Tuncay
Bakı: 2009, s. 128).
Əski şumer mənbələrinin yazdığına görə, Kiş sülaləsinin və
Şumer dövlətinin ilk hökmdarı Etana olmuşdur. Bu adın bir türk
adı olduğu, Anadolunun bir parçasında bir müddət bəylik etmiş
türk sülalələrdən birinin Eretana oğulları adlandığı məlumdur.
Qədim şumerlər Etana ilə bağlı bir dastan da qoşmuşdular və bu
dastanın süjeti Azərbaycanda çox məşhur olan Məlikməmməd
nağılının süjeti ilə ağlasığmaz dərəcədə üst-üstə düşür. Dastanda
əbədi həyat çiçəyini tapmaq qərarına gələn Etana şah tanrıların
məsləhəti ilə yola çıxır və bir quyuya düşür. O orada balaları
qartal tərəfindən yeyilmiş ilanın həmin qartalla döyüşünün
şahidi olur və ilanı öldürür. Etana qartalın belinə minib göyə
qalxır. Göyə qalxanda Etana ilə qartal arasında dialoq baş verir.
Quş qəhrəmana yerə baxmağı və onun nəyə oxşadığını təsvir
etməyi təklif edir. Etana yeri öncə xəlbirlə, sonra çörəklə müqa-
yisə edir (Oğuz Y., Tuncay Bakı: 2009, s. 128).
88
Dastanın yazıldığı gil lövhə qırıq olduğundan onun ardı
məlum deyil. Lakin elə bu qədər də söhbətin ―Məlikməmmədin‖
şumer variantından, daha dəqiq desək, prototipindən getdiyinə
heç bir şübhə oyatmır. Belə ki, bizim qəhrəman da əbədi həyat
çiçəyi axtaran Etana kimi, cavanlaşdırıcı almanın dalınca gedir.
O da quyuya düşür. O da əjdaha ilə zümrüd quşunun konflik-
tinin şahidi olur. O da əjdahanı öldürür və quşun belində uçur.
Ona da quş yerə baxmağı və nə gördüyünü söyləməyi təklif edir.
Məlikməmməd də eynən Etananın verdiyi cavabı verir.
―Bibliya təpələri‖ kitabının müəllifi, qədim Şərq tarixinin
böyük bilicisi Erix Tseren vaxtilə yazmışdır:
“Alimlərin çoxu şumer dilini türk dili saymış və bu gün də
saymaqda davam edirlər”( Церен, 1986, c. 193).
Şumer və türk dillərinin qohumluğu müddəasını ilk dəfə irəli
sürənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar. Son-
ralar bu fikir Əhməd Cavad, Naili Boratav və başqaları tərəfindən
daha da inkişaf etdirilmişdir. Bu iş sonrakı dövrlərdə də davam
edirilmişdir və bu sahədə görkəmli Azərbaycan dilçisi Aydın
Məmmədov və tanınmış qazax alimi Amanjolov, məşhur qazax
şairi Oljas Süleymenov, qaraçay-balkar alimi Miziyev, türkiyəli
tədqiqatçı Osman Nədim Tuna və başqalarının əməyini xüsusi
qeyd etmək lazımdır. Hommel və Qroznı bu dillərin genetik
qohumluğu müddəasını ilk növbədə həmin dillərin hər ikisinin
aqqlünativliyinə əsaslanaraq irəli sürmüşlər. Amanjolov da bu
yolla gedərək, 20-dən artıq şumer sözünün türk sözləri ilə ey-
niliyini fonetik qanunauyğunluqlar əsasında açıb göstərmişdir.
Əhməd Cavad, Naili Boratav və Miziyev də Hommel kimi
bir çox şumer-türk sözlərinin qarşılıqlı müqayisəsini vermiş və
bu dillərin genetik qohum olduqları versiyasını müdafiə etmiş-
lər. Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə
həsr etdiyi əsərində 170-ə qədər şumer kəlməsini türk kəlməsi
ilə tutuşdurmuş və linqvistik qanunauyğunluqlar əsasında şu-
mer-türk leksik uyğunluqlarını müəyyən etmişdir. Alim fonetik
səs əvəzlənməsi prinsipinə istinad edərək belə nəticəyə gəl-
Dostları ilə paylaş: |