Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   23   24   25   26   27   28   29   30   ...   97

80 
 
Peyğəmbərimizin  (s)  səfərlərə  çıxdığı  zaman  türk  çadırında 
yaşadığı barədə məlumatlar bulunmaqdadır (Turan, 1993, s.22). 
Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına 
hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda 
iqamət etdiyini bildirir (Сеидов, 2005, c. 22-24). Burada Aladağ 
toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözü-
gedən  dövrlərə  aid  şumer-akkad  mənbələrində  Azərbaycan  əra-
zisində  mövcud  olmuş  Aratta  ölkəsindən  söz  açılmaqdadır  və 
mütəxəssislər həmin ölkənin adı ilə sözügedən dağın adı arasın-
da bir bağlılıq görürlər. Məsələn, Yusif Yusifov yazır ki, ―Arat-
ta‖ kəlməsinin mənası dağ deməkdir. Eradan əvvəl Vlll əsrə aid 
şumer-akkad  lüğətlərində  həmin  kəlmənin  ―arrattu‖  və  ―aratu‖ 
formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir: 
 “Bu sözlərə oxşar oronimlər dağ, dağ silsiləsi mənaların-
da ancaq türk dillərində işlənmişdir. Məsələn; Alatta, Alatuu, 
Alatoo  kimi  dağ  bildirən  türk  mənşəli  adları  göstərmək  olar. 
Bu  formalar  Orta  Asiyanın  türk  xalqlarının  dilində  işlədilir. 
Bundan başqa, türk dillərində Altay, Alatey, Aladağ, Alatau və 
sairə formalar da vardır. Çox güman ki, Aratta, eləcə də arat-
tu,  aratu  sözləri  erkən  prototürk  forması  olmuş,  sonralar  r-l 
fonetik əvəzlənməsinə məruz qalmış, yəni Alataa, Alatuu, şək-
linə düşmüşdü. Belə fonetik dəyişmənin keçid mərhələsi Alatey 
yer  adında  özünü  təzahür  etmişdi.  Eradan  əvvəl  Vlll  əsrdə 
Urartu qaynaqları keçmiş Aratta ərazisini Alatey adlandırmış-
dı və ona dağ mənasını vermişdi. Alatey türk dillərində işlənən 
Alatay, Altay, Alatey və Alatau dağ, dağ silsiləsi bildirən sözlə-
rin erkən forması kimi qəbul edilə bilər. Bu sözlərin prototürk 
dilinə  nənsub  olması  heç  bir  şübhə  yaratmır”  (Yusifov  Y., 
Kərimov S., 1987., s. 55; Юсифов, 1989, c. 22 прим. 15). 
Fikrimizcə,  Rəşidəddin  "Oğuznamə"sində  Oğuz  xanın 
Azərbaycandakı  yurd  yerinin  Aladağ  olması  faktı  təsadüfən 
qeyd ediməyib. Sözügedən "Oğuznamə"də oxuyuruq: 
"Yay aylarında onlar (oğuzlar) bu vilayətlərin bütün yay-
laqlarını  Səbalan,  Alataq  və  Ağdiberiyə  qədər  bütün  dağlıq 
yerlərini ələ keçirdilər. Deyilənə görə Alataq adını və Səbalan 


81 
 
adını  da  onlar  vermişlər.  Türk  dilində  "meydana  gələn", 
"dikələn" bir şeyə səbalan deyilir." (Сеидов, 2005, c. 22). 
Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən 
biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş 
sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət il-
lərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının 
da  adları  və  hakimiyyət  illəri  qeyd  olunmuşdur.  Kutilərin  yerli 
şumer  əhalisi  tərəfindən  özününkülər  kimi  qəbul  edildiyinin 
anlaşıldığı  bu  sənəddə  diqqəti  çəkən  ən  önəmli  məqam  kuti 
hökmdarlarının  hakimiyyət  müddətlərinin  öncəki  sülalələrin 
hakimiyyət  müddətlərindən  fərqli  olaraq,  müəyyən  nizama  tabe 
olması və bir sistem təşkil etməsidir (Ağasıoğlu, 2005, s. 151). 
Firidun  Ağasıoğlu  bu  halı  tam  haqlı  olaraq,  qədim  türk-
oğuz El (dövlət) sistemi ilə izah edərək yazmışdır: 
"Quti  dövlətinin  El  quruluşu  çağdaş  tarixçilərin  bilgi 
meyarına  uyğun  gəlmir,  qəbul  olunmuş  ölçüyə  sığmır.  Ona 
görə də İ.M.Dyakonov qutilərin ibtidai  icma quruluşunda ya-
şadığını deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çar-
larını) icma şurası tərəfindən seçilən tayfa birliyi adlandırır və 
qutilərin  guya  dövlət  qurmaq  astanasına  gəldiyini,  lakin 
İkiçayarasında  idarəetmə  işlərinə  qoşulub  alışmadıqları  üçün 
böyük  dövlətçilik  təcrübəsi  qazana  bilmədiklərini  yazırlar. 
Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və ölkə-
ləri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nə-
zərə  alanda  dünyada  ilk  imperiyalardan  biri  sayıla  biləcək 
qədər  onun  böyük  dövlət  qurumu  olduğunu  görürük.  İbtidai 
icma  quruluşunda  yaşayan  bir  uruq  (qəbilə)  belə  nəhəng 
dövlət  qura  bilərdimi?  Əlbəttə,  qutilərə  belə  münasibət  qədim 
türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir. 
Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik 
(hərbi  demokratiya)  dövründən  qalan  gələnəklə,  quti  törəsinə 
uyğun  müəyyən  müddətə  seçilirdi,  vaxtı  tamam  olanda  toyda 
(qurultayda)  seçilən  yeni  elbəyi  hakimiyyətə  keçirdi.  Elbəyin 
hakimiyyət müddəti barədə (2, 3, 6, 7 il) toyda qərar qəbul olu-
nurdu.  Quti  sülaləsinin  21  elbəyindən  5-i  onlara  ayrılmş  ha-


82 
 
kimiyyət  müddətini  yarımçıq  başa  vurmuşlar.  bunlardan  so-
nuncu  -  Tirikan devrilmiş,  digər  4-ü isə, görünür,  ya vəzifədə 
ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən vaxtın-
dan  əvvəl  hakimiyyətdən  uzaqlaşdırılmışlar..."  (Ağasıoğlu, 
2005, s. 150-151). 
Alimin aşağıdakı sözləri ilə razılaşmamaq mümkün deyildir: 
"Qədim  dilimizdə  xalq  və  dövlət  anlamlarının  bir  sözlə  - 
"El"  sözü  ilə  ifadə  olunması  da  türk  etnosunun  demokratik 
ruhundan  yaranmışdır.  Demokratik  quruluşlu  dövlətdə  haki-
miyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad 
seçki  ilə  formalaşır,  vətəndaşların  haqq  və  hüquq  bərabərliyi 
təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqin-
də ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhu-
riyyəti (1918-1920) hesab olunur, lakin Qədim Dünya tarixin-
dən  öyrənirik  ki,  Azərbaycanda  4  min  200  il  (!)  əvvəl  demo-
kratik dövlət qurulmuşdur" (Ağasıoğlu, 2005, s. 147-148). 
Əslində,  bütün  mütəxəssislərin  diqqətini  çəkən,  fəqət  nə-
dənsə kutilərin "primitivliyi" kimi dəyərləndirilən bu möhtəşəm 
fakt  bir  yandan  türk  –  oğuz  ölkəsinin  gerçəkdən  də  demokratik 
dövlətçilik  və  idarəçilik  ənənələrinin  təməlinin  qoyulduğu  mə-
kan olduğunu sübut etməkdə, digər tərəfdən isə kutilərin qədim 
oğuzlar olduğunu söyləyən elm adamlarının haqlı olduğunu gös-
tərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi is-
lamın qəbuluna qədər oğuz çəmiyyətinin əsasını təşkil etmişdir. 
Bu baxımdan İbn Fədlanın söylədiklərini xatırlatmaq yetərlidir: 
"Onları (oğuzları) aralarındakı şura idarə edir. Ancaq bir 
şey haqqında qərara gəlmək istəyəndə onların ən kasıbları, ən 
yazıqları gəlib razılaşdırılmış işi pozur." (Koroğlu, 1999, s. 9).  
Başqa  mədəniyyətin  yetirməsi  olan  İbn  Fədlan  kasıb  və 
yazıqların qərarı pozması faktını, təbii ki, anlaya və düzgün yoza 
bilməzdi.  Fakt  isə  budur  ki,  türk-oğuz  cəmiyyətində  ictimai 
mövqeyindən  asılı  olmayaraq,  hər  kəs  eyni  haqq  və  hüquqlara 
sahib  idilər və  bu bərabərlik  dövlət  səviyyəli qərarların alınma-
sında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum olur 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə