|
![](/i/favi32.png) Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləRBu səhifədəki naviqasiya:
- Huşa, huşa öküzüm, Sel gəldi, ho, sel gəldi. Huşa, huşa maralım, Yel gəldi, ho, yel gəldi.
- Huşa, gülüm, bizə gəl, Dağdan enib düzə gəl. Boyunduruq nalçalı, Torpağımı bizə gəl...
- Yel gəldi, ho, yel gəldi. Yel gəldi, yel gəldi. Yel gəldi, ho, yel gəldi. Yel gəldi, ho, yel gəldi
- Hütə, hütə, hütə, ho, Hütə, hütə, hütə, ho. Öküzüm, maralım hütə, Qaldı avalım, hütə. Hütə, hütə, hütə, ho
- Ho-ho, ho-ho, öküzüm, Ho-ho, ho-ho, öküzüm. Budu bütə öküzüm, Bir qarış yerim qalıb, Ho, ho, ho
- Ala kəlim, huş ho, Qara kəlim, huş ho, Ana kəlim, huş ho. Huş ho, huş ho
- “Dostum, mən də görürəm buğada çılğınlığı, Bizi qorxuda bilməz onun bu azğınlığı. O buğanı ikimiz bir yerdə öldürərik
- Alnına, peysərinə xəncər vuracağam mən.” Enkidu hərləyərək onun dalınca qaçdı, Quyruğunun lap yoğun yerindən o yapışdı.
- Bir az kənarda durub, səcdə etdilər ona”
101
Baba-Dərviş və Əlikömək təpəsində isə bu göstəricilər müqabil
olaraq 23,4 %, 36,5 % və 43,3 % idi (Гулузаде, 2005, с. 83).
Deməli, həmin dövrlərdən etibarən öküzləri yeməyə başla-
mışlar. Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər. Bir
sözlə, öküz kultu yerini tədricən günəş kultuna vermişdi. Bu da
təbiidir. Çünki zaman keçdikcə insanların sayı durmadan artmış
və bu da ərzaq probleminin yaranmasına gətirib çıxarmışdı.
Öküz və inək isə həm zəngin ət, süd mənbəyi, həm də əkinçi-
lərin işini yüngülləşdirən səmərəli güc mənbəyi kimi çıxış etmək
potensialına sahib idi. Artıq son Eneolit – erkən Tunc dövrlə-
rindən etibarən öküzlərin kotana qoşulduğunu təsdiqləyən çox
sayda fakt mövcuddur. Bununla belə, dövrümüzədək ulaşan və
həmin dövrlərin yadigarları olan cütçü nəğmələrindən də görün-
düyü kimi, öküzə hələ də son dərəcə xoş münasibət bəslənilir, o,
marala, ceyrana bənzədilərək əzizlənirdi:
Huşa, huşa öküzüm,
Sel gəldi, ho, sel gəldi.
Huşa, huşa maralım,
Yel gəldi, ho, yel gəldi.
Huşa, huşa öküzüm,
Yar gəldi, ho, yar gəldi.
Huşa, huşa, ceyranım,
Qar gəldi, ho, qar gəldi.
Huşa, gülüm, bizə gəl,
Dağdan enib düzə gəl.
Boyunduruq nalçalı,
Torpağımı bizə gəl...
Huşa, huşa maralım,
Sel gəldi, ho, sel gəldi.
Huşa, huşa, ceyranım,
Yel gəldi, ho, yel gəldi.
102
Yel gəldi, ho, yel gəldi.
Yel gəldi, yel gəldi.
Yel gəldi, ho, yel gəldi.
Yel gəldi, ho, yel gəldi
(Nəğmələr, inanclar, alqışlar, 1986, s. 28)
Eyni münasibəti aşağdakı nəğmədə də görürük:
Hütə, hütə, hütə, ho,
Hütə, hütə, hütə, ho.
Öküzüm, maralım hütə,
Qaldı avalım, hütə.
Hütə, hütə, hütə, ho,
Hütə, hütə, hütə, ho.
Gün getdi, yağış gəldi,
Gəl, kalça kəlim, hütə.
Hütə, hütə, hütə, ho,
Hütə, hütə, hütə, ho”
(Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27)
Başqa bir cütçü nəğməsində isə öküz belə əzizlənir:
Ho-ho, ho-ho, öküzüm,
Ho-ho, ho-ho, öküzüm.
Budu bütə öküzüm,
Bir qarış yerim qalıb,
Ho, ho, ho,
Ho-ho, ho-ho, öküzüm
(Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27)
Digər bir nəğmədə öküzə ―ala kəlim, qara kəlim, ana kə-
lim‖ deyə müraciət edildiyini müşahidə edirik:
Ala kəlim, huş ho,
Qara kəlim, huş ho,
Ana kəlim, huş ho.
Huş ho, huş ho,
Huş ho, huş ho,
Huş ho, huş ho
(Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27)
103
Tunc dövründə günəş kultunun öküz kultunu üstələməyə
başlamasını və hətta həmin dövrdə öküzün kəsilərək günəşə qur-
ban verildiyini yazılı mənbələr də təsdiq etməkdədir. Bu baxım-
dan şumer ədəbiyyatının şah əsəri hesab edilən ―Bilqamıs das-
tanı‖nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur:
“Dostum, mən də görürəm buğada çılğınlığı,
Bizi qorxuda bilməz onun bu azğınlığı.
O buğanı ikimiz bir yerdə öldürərik,
Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.
Buynuzuna zeytun yağı dolduru, Luqalbandaya çatdıraram.
Sən onun quyruğunun yapış yoğun yerindən,
Alnına, peysərinə xəncər vuracağam mən.”
Enkidu hərləyərək onun dalınca qaçdı,
Quyruğunun lap yoğun yerindən o yapışdı.
Bilqamıs öz dostunun igidliyini gördü,
Buğanın alnına, peysərinə xəncər vurdu.
Gətirdilər qoydular Utunun qarşısına,
Bir az kənarda durub, səcdə etdilər ona”
(Bilqamıs dastanı, 1985, s. 51)
Nəsir Rzayevin sözlərinə görə, Tunc dövrü abidələrindən
danışarkən Azərbaycanda ―Çoban daşı‖ adı ilə məşhur olan
menhirlərdən də söz açmaq lazımdır. Dağ və dağətəyi zonalarda
rast gəlinən, hündürlüyü təqribən 1 metr və daha çox olan və
şaquli şəkildə yerə basdırılan bu abidələrə ancaq qəbiristanlıq-
larda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər
Tunc dövründən sonra öz əhəmiyyətini itirmişdir. Qədim qəbris-
tanlıqlarda cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar
ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş
ölən adamı təmsil edərək onu bu dünyada əbədi yaşadacaqmış.
Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə sə-
ciyyəvi abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar ara-
sında, ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəl-
mişlər. (Azərbaycan incəsənəti, 1977, s. 12).
Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və
dilimizdəki ―başdaşı‖ ifadəsi həmin daşlarla bağlıdır.Bu daşların
Dostları ilə paylaş: |
|
|