8
Bir gün insan oğlu fikirləşir ki, hər şeyin padşahı, böyügü
var. Quşların da gərək padşahı olsun. Bütün quşdarı yığıb
deyir ki, hansınız lap yuxarı qalxsanız onu padşah qoyacıyam.
Quşdar razı olur. Uçullar, ancax qartal hamısınnan hündürə
uçur. Bu dəmdə insan oğlu görür ki, qartalın tükləri arasın-
nan cırt-cırt quşu çıxdı, lap yuxarı uşdu. Bını quşdar da gördü,
pərt oldular ki, bınnan bizə padşah çıxmaz.
İnsan oğlu cırt-cırt quşuna deyir ki, sən lap yuxarı uşdun,
ancax kələyinən. Ona görə gərək sənə bir iş də tapşıram. Onu
da eləsən, səni padşah qoyacıyam. Get mənə elə bir çöp gətir
ki, nə əyri olsun, nə də düz.
Deyillər ki, cırt-cırt quşu o vaxtdan həmişə kolluqda gəzir,
həmin çöpü axtarır, ancax tapammır. Qartal isə quşların
padşahı olur (Azərbaycan
mifoloji mətnləri, 1988, s. 67).
Türk, o cümlədən Azərbaycan folklorunda geniş yayılmış
quşlardan biri də Humaydır. Bu quşdan söz açan B.Ögəl bildirir:
“Bu quĢun adı əfsanəvi hüma//humay quĢunun adından
gəlir. Bununla bərabər, bu ad indi mövcud olan quĢlara da
verilmiĢdir. Məsələn, huma və ya hüma Krımda ən yaxĢı cins
qartallardan birinə verilən addır. Bu quĢun adı qırğız
ləhcəsində kumay olmuĢdur. Qırğızlar vulturide növünün ən
böyük cinsinə kumay deyirlər. Bu, ağbaba cinsindən olan, qar
quĢu da deyilən böyük bir qartaldır” (Ögel, 1989, s. 365).
Eyni mövzuya Bəhlul Abdulla da müraciət etmiş və ―Kita-
bi-Dədə Qorqud‖dakı quş obrazlarından söz açmışdır (Abdulla,
1999).
Mövzumuz baxımından aşağıdakı Altay əsatirində söyləni-
lənlər də böyük maraq kəsb edir:
Çox böyük bir xan vardı çox-çox əski çağlarda,
Yaşardı, hökmdardı Altaydakı dağlarda.
Bu xanın çox gözəl biricik qızı vardı,
Onu görən hər igid tutuşaraq yanardı.
Xanın yurdundan bir gənc bir gün xana vararaq,
“Qızı mənə ver” deyə ağlamış yalvararaq.
Xan razı olmuş, fəqət oğlana bir şərt qoymuş,
9
Gəl ki xanın bu şərti çox-çox çətin, çox zormuş.
Xan oğlana demiş ki:
“Bilirsənmi, Daruqa müqəddəs bir qartaldır,
Bədəni çox böyükdür, tükləri sanki budaqdır.
Gedib bu qartalı tap, tükündən gətir mənə,
O zaman düşünmədən qızı verərərn sənə”.
Gənc almış yarağını, dağlara çıxmış ova,
Axtarmağa başlamış belə böyük yuva.
Sora-sora gedərkən görmüş yolda bir ərmiş,
Dərdini ona açmış, o da bir öyüd vermiş.
Ağ saqqallı ixtiyar demiş bu yoldan sapma,
Bu işi mən bilirəm, kim nə desə, sən yapma.
Bu yolla gedən oğlan ağ bir dağa yan almış,
Ətrafında dolaşmış, ətəyinə yanaşmış.
Nədənsə yerlə göylər birdən-birə ağlamış.
Ağca buludlarsa yer üzünə yaxınlaşmış.
Oğlan yenə durmamış, keçmiş dağ aşaraq,
Dörd tərəfə böylanmış özü möhkəm çaşaraq,
Görmüş dağ-daş, hər tərəf süd rəngində, bəmbəyaz.
Bu rəng göyləri tutmuş, göy də olmuş apayaz.
Oğlan “Bu nə ?” deyincə, haradansa bir səs gəlmiş,
“Göylərin arxasında süd dənizi var” demiş.
Oğlan şərqə boylanmış, buludun arxasından,
Gözünə kölgə dəymiş köpüklər arasından.
Düşünmüş uzun-uzun “Bu qara şey nə?” -deyə,
-“Süd dənizi içində bu gölgəlik var niyə?”
Çox düşünmüş, bu işə bir məna verəmməmiş,
Göydən bir səs ona səslənib, belə demiş:
“Qarşıdakı qaraltı çox böyük bir ağacdır,
İnsana həyat verir, göylərə isə tacdır.
Onun yanındakı da qapqara bir ormandır,
İçindəki qımıldayan Daruqa xandır.
Müqəddəs süd dənizi dağın başındadır,
Cənnətin bağçaları dənizin bağrındadır
(Ögəl, 2006, səh125-126).
10
Onqon-quş motivi oğuzlar arasında da çox yayğın olmuş-
dur. Hər bir oğuz soy və boyunun ayrıca quş onqonu olduğunu
həm Fəzlullah Rəşidəddin (Rəşidəddin, 2003, s. 54-60), həm də
Əbülqazi (Əbülqazi Bahadır xan, 2002, s. 70-72) göstərmişlər.
Onlara istinad edən Bahəddin Ögəl həmin onqonları boy və
soylar üzrə aşağıdakı kimi sıralamşdır:
Bozuqlar: Sağ qol.
Gün Xan: simvolu Ağ Şahin,
Ay Xan:
simvolu Qartal,
Ulduz Xan: simvolu Tauşancıl
Qayı - Ağ Şahin / Şunqar (Şunqar)
Bayat - Ağ Şahin / Bayquş (Üği)
Alkaravlı – Ağ Şahin / Siçantutan qırğı (Köykenek)
Qara-uyli – Ağ Şahin / Çalağan (Göbek-sarı)
Yazır – Qartal / Bildirçin çalan qırğı (Torumtay)
Dökər – Qartal / Çalağan (Köçken)
Dodurğa – Qartal / Qırmızı qırğı (Kızıl-qarçağay)
Yaparlı - Qartal / Qırğı (Kirğu)
Avşar – Dovşancıl / Ağ şahin (cere-laçin)
Qızıq – Dovşancıl / Sar (Sarıca)
Bekdili – Dovşancıl / Laçın (Bihri)
Qırqın - Dovşancıl / Su berkutu (Su bürkütü)
Uçuqlar: Sol qol.
Gök Xan: simvolu Şunqar
Dağ Xan: simvolu Üği
Dəniz Xan: simvolu Çakır
Bayındır – Şunqar / Şahin (Şahin)
Beçenə - Şunqar / Ala şahin (Ala-toğanaq)
Çavuldur – Şunqar / Qartal (Buğdaynık)
Çəbni - Şunqar / Humay (Humay)
Salur – Üği / Berkut (Bürküt)
Eymir – Üği / Ançarı
Alayuntlı – Üği / Gərgincək (Yağılbay)
Ürəgir – Üği / Qırğı (Bayqu)
İqdır - Gərgincək / Qırğı (Karçiğay)