Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə35/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   31   32   33   34   35   36   37   38   ...   105

hakimiyy
əti öz əlinə  alır,  yəni  qış  girir.  Qışın  ölümlə, 
qaranlıqla,  zülmətlə  bağlanılması  heç  də  təsadüfi  deyil…  Ayı 
il
ə  qurdu onun köməkçiləri hesab edən  slavyanlara görə,  qış 
gündoğumu vaxtı ayı öz kahasında bir böyründən o biri böyrü 
üst
ə  çevrilir. Qurd isə  çovğun,  boran  gətirir. Slavyan 
dill
ərindəki “Ona Karaçun gəldi”, “Karaçunu gözlə”, “Karaçun 
tutub”… kimi ifad
ələr  aid  olduğu  şəxsə  azar-bezarın,  ölümün 
g
əldiyindən xəbər verir. Maraqlıdır ki, bu gün Karaçun soyadı 
geniş yayılmış soyadlardandır. Hətta ona toponimlərdə də rast 
g
əlirik. Bundan başqa Karaçun həm də milad çörəyinə verilən 
addır.  Bu  çörəyi ailə  üzvləri həm  öz  aralarında,  həm də  ev 
heyvanları  arasında  bölür,  bir  tikə  də  qoruyucu vasitə  kimi 
saxlayırlar. Karaçun çörəyilə fala baxmalar da maraq doğurur. 
Ev yiy
ələri çörəyi  suda  isladaraq  onu  döşəmədə  diyirləyirlər. 
Əgər arxası üstə düşərsə, heyvanlarla, ailəylə bağlı bir fəlakətin 
baş  verəcəyi  düşünülür. Bəzən Karaçun çörəyini  qapıdan 
masaya q
ədər diyirləyirlər ki, çörək bol olsun. Xalq Kolyada 
bayramında  müxtəlif maskalar geyinir ki, Marenadan, yəni 
qışdan  qorunsunlar.  Qərbdə  xristian kilsəsinin  xalqın  qədim 
inancı ilə mübarizədə zəngin təcrübəsi vardı. Xristian kilsəsi bu 
t
əcrübədən  slavyanlar  arasında  da  geniş  istifadə  edirdi. 
“N
əticədə qədim slavyan Kolyada bayramı… İisusun doğumu 
il
ə  əlaqələndirildi.  Sonralar  buraya  vatiz  bayramı  da  əlavə 
olundu” [116, s.19].     
Müxt
əlif təbiət hadisələri, Günəşin  durumu  dünyanın 
bütün xalqları tərəfindən eyni cür qəbul olunsa da (yəni onlar 
21  dekabrı  22  dekabra  bağlayan  gecənin ilin ən uzun, ən 
qaranlıq  gecəsi  olduğunu  bilirlər), hərənin bu hadisəyə  fərdi 
yanaşma  tərzi var. Bu da,  əsasən,  iqlim  şəraiti, hakim dinlər, 
coğrafi yerləşim yeri, məşğuliyyət sahəsi… ilə bağlıdır... 
121 
 


 
1) YELDA GECƏSİ 
 
Gün
əşin  dirilməsi ilə  əlaqədar  olan Yelda gecəsi  tək 
farslarda  deyil,    h
əm də türklər arasında keçirilən mərasimdir. 
Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın bir çox yerlərində bir 
çox xalqlar Gün
əşin  doğmasını  bayram  edirlər. Hərə  həmin 
gün
ə  bir ad verir, süfrəsinə  yaşadığı  yerin  özəlliklərinə  xas 
nem
ətlər düzür.  
Folklorşünas  alim  Ə.Cəfərzadə  “Unudulmuş  əziz 
günl
ərimiz”  məqaləsində  Yelda gecəsinin  şairlərimizin 
yaradıcılığındakı əksindən, qısaca da olsa, danışır, daha sonra 
“Çill
ə çıxarma Bayramı” başlıqlı mövzuya keçir, bizlərə Böyük 
Çill
əylə  Kiçik Çillədəki adətlərlə,  Xıdır  Nəbi, Novruz 
bayramları,  ağız  ədəbiyyatı  örnəklərilə  bağlı  çox  dəyərli 
materiallar verir… [5, s.157-176]  
Araşdırmalar göstərir ki, İranda mövsüm hesabından hələ 
d
ə  istifadə  edilir.  Burada  artıq  neçə  əsrdir ki, 21 dekabrda 
keçiril
ən, payızın bitdiyinin xəbərçisi olan şəb-i yelda şənlikləri 
qeyd olunur. Kökü Gün
əş  Tanrısı  Mitranın  doğumu  ilə  bağlı 
olan  bu  bayramın  əvvəli  20,  sonu  26  dekabra  düşür.  Şəb-i 
Yelda önc
əsi İranda hər kəs bu uzun gecə üçün alış-veriş edir. 
Dey ayının birinci  günü,  yəni 21 dekabr  axşamı başda qarpız 
olmaqla  masaya  nar,  alma,  portağal,  narıngi,  halva,  müxtəlif 
ç
ərəzlər qoyurlar. Farslar, o cümlədən də  Güney Azərbaycan 
türkl
əri inanırlar ki, Yelda gecəsi nə qədər çox qarpız yesən, bir 
o q
ədər soyuqdan, xəstəlikdən uzaq olarsan. Vaxtilə Osmanlıda 
Yelda gec
əsi, yəni ilin ən uzun, ən qapranlıq gecəsi ilə bağlı bir 
beyt dill
ər əzbəri idi: 
 
 
 
122 
 


Şeb-i yeldayı müneccim ile muvakkit ne bilir 
Müptela-
yı gama sor kim geceler kaç saat. 
 
M
əşhur  Türküstan  şairi  İshakxan  İbrət (1862-1937) 
yazırdı: 
 
Ahim tü tümle çozgarim. 
Yelda tünidey qara bolubdur. 
 
(Ahımın tüstüsündən həyatım 
Yelda gec
əsitək qara olubdur). 
 
Oğlaq bürcündə Günəş 0 dərəcəlik açılır. 0 dərəcə həyat 
enerjisinin başlanğıcı olaraq qəbul edilir. Əski xalq inancında 
21 dekabra «ayna günü» d
ə  deyilir.  Dekabrın  21-dən 22-ə 
keç
ən gecə Günəşin yenidən doğulmasına inanırdılar. Bu gecə 
köhn
ə  Günəş  öləcək, sabah isə  yenidən  doğulacaqdır. 
Xürr
əmilər də  Yelda gecəsini Xorrəm-Ruz (Mübarək Gün) 
kimi qeyd edirdil
ər… 
Az
ərbaycan  aşıq,  eləcə  də  klassik  ədəbiyyatında  yelda 
gec
əsi ilə bağlı bir çox örnəklər var: 
 
Dilq
əmi saydı bir gəda, 
Rüb
ənd açdı mələkzada. 
Müxt
əsər, şəbi-yeldada 
M
ən onu mahtaban gördum [38, s.7]. 
“Gördüm”  
 
123 
 


Klassik 
ədəbiyyatda özünə dərin kök salan “şəb-i yelda”, 
“yelda gec
əsi”  ilə  gözəlin  qaşlarının,  gözlərinin,  saçlarının, 
onsuz keç
ən günlərin qaranlığı müqayisə olunur: 
XV 
əsrin  Osmanlı  şairlərindən  olan  Əhməd  Paşa 
sevgilisinin  saçlarını  şəb-i  yeldaya,  yanaqlarını  al-qırmızı 
Novruza b
ənzətmiş,  uzun  qış  gecələrindən sonra gələn al-
qırmızı Novruzla qara saçlar arasında paralellər aparmışdır: 
 
Ey müneccim ruh u zülfin göricek dilberümün 
İyd-i nevruza bulaşmış şeb-i yelda göresin  [59, s. 45] 
 
 
2) BÖYÜK ÇİLLƏ 
 
Qeyd etdiyimiz kimi, Yelda gec
əsinin bağlı olduğu təbiət 
hadis
əsi, yəni ilin ən uzun, ən  qaranlıq  gecəsi Azərbaycanda 
Böyük Çill
ənin  girişi,  Çillə  gecəsi  adı  ilə  keçirilir.  İnsanlar 
magik xarakterli sözl
ər və ayinlərlə, bayram əhval-ruhiyyəsilə 
Gün
əşə yardım etdiklərini düşünürdülər. 
“Çill
ə” (qırx) sözünün el arasında əsas mənası “ağırlıq”, 
“ç
ətinlik”, “ağır sınaq”dır. Ələvi-bektaşi dərvişləri yalnız çillə 
çıxarandan  sonra  əsl  ərmiş  sayılırlar.  Bunun  üçün  çillə 
çıxaracaq şəxs dəyirman daşı ilə bağlı mağaraya girir, 40 gün, 
y
əni Böyük Çillənin  vaxtı  qədər bəs edə  biləcək çörək, su 
götürür,  40  gün  burada  qalırdı.  Əsl  ərmiş  o  şəxs  sayılırdı  ki, 
vaxtın tamamında mağaradan çıxanda, çörəyindən quşlara yem 
ola bil
əcək, suyundan da bir udum saxlamış olsun. 
Bir çox xalqlarda, o cüml
ədən də  özbəklərdə  həm yay
h
əm də qış çilləsi var. Belə ki, özbəklər arasında 22 iyundan üç 
gün sonra, y
əni iyunun 25-dən avqustun əvvəlinə qədər 40-41 
124 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə