Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

Türkün dastanı
97
Nə vaxtsa Atilla Haqqın əliylə,
Atanın yerini tutası idi!
Atilla çox cavan, gənc olduğundan,
Əmisi Ruaya keçdi iqtidar.
Xaqana ehtiram göstərdi candan,
Digər qardaşları Aybars və Oktar.
Rua başbuğ kimi davam eylədi
Babası Ulduzun siyasətini.
Orduyla Bizansın üstünə gəldi,
1
                                               
Göstərdi hunların cəsarətini!
Yanına alardı Atillanı da,
Günləri səfərdə ötüşsün deyə.
İstərdi hər yanı ona tanıda,
Qüdrətli bir xaqan yetişsin deyə!
Bizansın rəhbəri başqa yol seçdi,
”Dirəniş göstərə bilmərəm“,- dedi.
Hunlarla döyüşdən tamam yan keçdi,
Vergi ödəməyi qəbul eylədi.
2
Bizans Hunla dostluq yaradan kimi,                                        
Romaya sahiblik eşqinə düşdü.
İkinci Teodos
3
 - Bizans hakimi
Artıq tamahından pis günə düşdü.
mişdir.  
1 422-ci ildə olmuşdur. 
2.llik vergi 350 librə altundan ibarət idi. 
3 Bizans imperatoru II Theodosios nəzərdə tutulur. 


Munis
98
Roma, komandanı Ayetüs ilə
Bir məktub göndərdi başbuğ Ruaya.
Bizans güclənməsin, düşünüb Rua,
Çəkdi qoşununu İtaliyaya.
1
Bizans dərk eyləyib məğlubiyyəti,
Döyüşdən vaz keçdi, vəziyyəti mat.
Bu oldu ”qazancı, varı-dövləti“,
Qoyuldu boynuna ağır təzminat.
Ancaq əl çəkmədi hiylələrindən,
Cəsuslar göndərdi Hunlara sarı.
Rua cana doyub belələrindən,
Təkrar hazırlatdı o, qoşunları.
Teodos qorxudan təşvişə düşdü,
Elçilər göndərdi Huna durmadan.
Amma əcəliylə Rua ölmüşdü,
2
Gələnlər sınırı keçdiyi zaman.
Teodos düşündü, bu vaxtdan belə,                                           
Bizans azad olub xoş gün görəcək.
Ancaq bilmirdi ki, gənc xaqan hələ,
Çox belə gözlərdən yaş tökdürəcək.
O böyük sərkərdə - igid Atilla,
Bütün Avropaya diz çökdürəcək!
       
1Mənbələrdə qoşunun 60000-dən ibarət olduğu göstərilir.  
2.Rua 434-cü ildə öldü, yerinə qardaşı Muncukun oğlu 
    Atilla keçdi. O vaxt Atilla 39-40 yaşlarında idi.


Türkün dastanı
99
                
                  A T İ L L A                                                             
Batılılar Atillaya Tanrı göndərən,
Göy üzünün Yer üzündə elçisi dedi!
Haqq yolundan dönənlərə cəzalar verən,
Göy Tanrının haqq-ədalət qamçısı dedi!
                             ***
Atillanın xaqanlığı çox təcrübəli,
Püxtələşmiş, müdrikləşmiş vaxtına düşdü.
Sanki ona dəstək oldu Tanrının əli,
Qüdrətlilik, cəngavərlik bəxtinə düşdü!
Dönə-dönə əmisindən öyrəndikləri,
Dərk etməyə imkan verdi hakimiyyəti.
Səfərlərdə, görüşlərdə olandan bəri,
O, yaxşıca mənimsədi hər siyasəti.
Xaqan kimi baş əymədi heç zaman yada,
Öz xalqının, məzlumların gərəyi oldu.
Hakimiyyət işlərində qardaşı Buda
1
,
Atillanın yardımçısı, köməyi oldu.
Olmamışdır rəqiblərin dediyi kimi,
Qardaşların taxt üstündə mücadiləsi.
Hər işləri şəffaf idi dağ suyu kimi,
Nə varıydı xalqdan ayrı, gizli böləsi?
1.Avropalılar ona Bleda deyirdilər. 


Munis
100
Üzü ağdı Atillanın Tanrı yanında,
O vermişdir hər zəhmətin düz qiymətini!
Bəylərin də, nökərin də, qardaşının da
Ulu Xaqan kəsməmişdir öz qiymətini!
Buda yaman çox sevirdi əyləncələri,                                             
Ona görə olmamışdır taxt həvəsində.
Əcəliylə ölənədək on bir il ömrü -
Yaşamışdı Atillanın himayəsində...
                        ***
Bizansdan gələn elçilər                                                       
İndi yeni Xaqan gördü.
Dağ cüssəli, yaraşıqlı,
Bənzərsiz bir insan gördü.
Marqos qalası önündə,
At üstə oturan gördü.
Bu görkəmə, bu görüşə,
Söhbətə heyran qaldılar!
Atilla diqtə etdirdi,
Qərarını, şərtlərini.
Elçilər boğdu içində,
Qəhərini, dərdlərini.
Bu dəfə qurammadılar,
Hiylə dolu fəndlərini.
Hər sorğuya, hər suala,
Tutarlı cavab aldılar!


Türkün dastanı
101
Təkliflər qəbul olundu,
Marqos barışı yapıldı.
Ağır tələblər önündə
Rəqibin bağrı çapıldı.
Hər bir dərdə axtarılıb,
Axır ki, çarə tapıldı.
Bənd-bənd qoyulan şərtlərin
Həllinə hazır oldular!
Barış tələbinə görə:
Gərək Bizans heç bir zaman
Toxunmasın sərhədlərə.
Huna tabe tayfalarla
Danışıb, görüşə bilməz.
Gizli sövdələşə bilməz.
Hun tərəfdən qaçanlara
Sığınacaq verməyəcək.
Bu vaxtadək qaçmışları
Dərhal geri göndərəcək.
Yunanəsilli qaçqının
Əvəzini ödəməli.
Gərək ticarətin yeri                                                              
Hər tərəfə olsun bəlli.
İllik vergi innən belə
İki dəfə artırılsın.
Üç yüz əlli librə altun
Tam yeddi yüz librə olsun.
Bizans bu şərtlərə göstərdi hörmət,                                         
Atilla hökmünə yoxuydu zaval. 


Munis
102
Xaqan qaçmışlara verməyib fürsət,
Karsus
1
 qalasında asdırdı dərhal.
Bu olay göstərdi bütün Hunlara,
Bizansa, Romaya, başqalarına,
Səhlənkarlıq hara, Atilla hara,
Nə qədər ciddidir öz qərarına.
Çəkilən hər təlaş, qorxu, həyəcan,
Hər kəsdə intizam hissi oyatdı.
Ağıllı, zəkalı o Ulu Xaqan,
Yenilməz, sarsılmaz birlik yaratdı!
Boğdu yuvasında üsyankarları,
Rahat oturmadı, göz də yummadı.
Belə təmizləndi Hun civarları,
Atilla kimsədən kömək ummadı.
Özü gücləndirdi, özü saxladı,
Bütün bölgələrə nəzarətini.
Daim at belində yer ayaqladı,
Kəsmədi kimsədən mərhəmətini.
Nə doğma, nə ögey bilindi orda,
Tayfalar çəkmədi yersiz harayı.
Böyük Atillanın xaqanlığında,
Qırx beşə qədərdi onların sayı.
Akaritlər yersiz baş qaldıranda,
Dərhal yatırtdılar qalxan üsyanı.
1 Karsus - Bolqarıstanda bu günkü Hirsova. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə