Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

47 
 
yüksəldirlər.  Türkçülük  –  İslamçılıq  təzadı  göz  qabağındadır;  islam 
qorxuçuluğu,  xofçuluğu  –  türk  qorxmazlığı,  cəsurluğu;  islam  itaət-
çiliyi  –  türk  yenilməzliyi;  islam  axirətçiliyi,  dünyasızlığı  –  türk 
Tanrıçılığı,  təbiətçiliyi,  dünyaçılığı;  islam  şəhvətçiliyi,  hərəmxana-
çılığı  –  türk  qadınçılığı,  ailəçiliyi.  Bu  baxımdan  Asif  Ata  deyir: 
“İslamlaşma  Türkün  belini  əyməsəydi,  Batıçılıq  türkün  belini 
qırmazdı”. 
Çağdaş dövrdə dinə inanmağın ən təhlükəli cəhəti odur ki, çağdaş 
dinçilik  daha  çox  mənəviyyat  amili  kimi  çıxış  edərək  özünü  Batı 
əxlaqsızlığına, açıq-saçıqlığına qarşı qoyaraq çaşqınlıq yaradır. Ona 
görə  də  “Ruhaniyyatçılıq”  dedikdə  ən  birinci  göz  önünə  dinçilik 
gəlir.  Hansı  ki,  din  özü  ruhaniyyat  adından  nə  qədər  danışsa  da, 
Batıçılıq qədər antiinam, antiidrak, antimənəviyyat, antiiradədir.  
Türkçülüyün  ikinci  düşməni  yenə  də  əvvəllər  olduğu  kimi 
Avropasentrizmdir.  Avropasentrizmin  məğzi  Avropa  irqini  yeganə, 
əsil, üstün irq saymaqdır. Belə olan halda Batı özünü xüsusi mərkəz, 
sivilizasiya  təmsilçisi kimi  təqdim və təlqin edir. Batı sivilizasiyası 
maddiyyatçılıq, texniki tərəqqi və demokratiya birliyidir. Maddiyat-
çılıq, pulçuluq insani münasibətlərin üzərində mənafe, fayda münasi-
bətlərini  qurur,  praqmatizm  yönü  dünyaya,  həyata,  insana  baxışın 
canı olur.  
Texniki tərəqqi insanın insan kimi yaşamasına, onun zəruri tələb-
lərinin  ödənilməsinə  qulluq  etməli  olduğu  halda  məqsədə  çevrildi. 
Texniki tərəqqi maddiyyatçılığı qızışdırdı, artırdı və qorudu.  
Demokratiya  xalq  hakimiyyəti  yalanının  təbliğidir.  Demokratiya 
yarandığı  gündən  bu  günə  kimi  bir  saat  da  xalqın  hakimyyəti 
olmayıb.  Əvvəldən  seçilmişləri  seçmək  hələ  hakimiyyətə  gəlmək 
deyil,  həmin seçilmişlərin xalqüstü hakimiyyətidir, azad ağalıq, azad 
köləlik, azad pulçuluq, azad antiinsanlıq həşiridir.  
Demokratiya  türkçülüyə  qarşıdır,  bir  zaman  sosializm  rusçuluq 
olan kimi, indi də demokratiya deyən kimi Batı anılır. Köklü keçmişi 
olan Batı – türk təzadını heç vaxt unutmaq olmaz.  


48 
 
Avrosentrizm  əvvəlcə  özünə  inamsızlığı  alışdırır:  türk  vəhşiliyi, 
türk  azğınlığı  adlı  böhtan  məktəbi  yaradır.  Zahirən  irqçiliyə  qarşı 
çıxış edən Batı hər addımda “avropoid üstünlüyü”nü təbliğ edir.  
Asif  Ata  türkçülüyün  sonrakı  düşməni  olaraq  çağdaş  kosmopo-
litizmi göstərir. Vaxtilə sosializm beynəlmiləlçiliyi nə qədər türkçü-
lüyə qarşı çıxış edirdisə, indi kosmopolitizm bir o qədər millətçiliyi 
inkar  edir.  Bir  zamanlar  İslamçılıq  –  ərəbləşmə,  beynəlmiləlçilik  – 
SSRİ-ləşmə  olduğu  kimi,  indi  kosmopolitizm  –  Batılaşma  anlamını 
verir. 
Türkçülüyün  ən  qatı  düşmənlərindən  olan  marksizm  yenə  də 
düşmən statusunu saxlayır. Çünki Yer üzündə əməkçi problemi həll 
olunmayınca, kommunizm təhlükəsi yaşayacaq.  
Türkçülüyün bir düşməni də keçmiş SSRİ ərazisində yaşayan türk 
xalqlarına  aid  olan  Avroasiya  ideyasıdır.  Zahirən  çox  cəlbedici 
görünən  bu  ideyanı  yayanlardan  biri  də  Qazax  yazıçısı  Oljas 
Süleymanovdur. Bu ideyanın məğzi ondan ibarətdir ki, guya slavyan 
–  türk  birliyi  mövcuddur,  slavyanlarla  türklər  haradasa  birdirlər, 
Avroasiya  məkanının  bu  iki  böyük  xalqı  birləşsələr  səadətə 
çatacaqlar,  həm  türklərin,  həm  də  slavyanların  əzəli  məsələləri  həll 
olunacaq. Mahiyyətcə yeni rusçuluq olan Avroasiya ideyası türkçü-
lüyə qarşıdır, çünki ümumrus etnosunun hakimiyyətinin türk üzərin-
də qurulacağı şəksizdir.  
Türkçülüyün  çağdaş  dövrdə  başqa  bir  düşməni  xüsusilə 
Azərbaycanla bağlı olan tayfaçılıqdır. Millətçilik – xalqı bütöv, vahid 
varlıq  kimi  dərk  etməkdir.  Tayfaçılıq  onu  bölür,  ayırır,  parçalayır. 
Buna görə də, tayfaçılıq millətçiliyin ölümüdür. 
Asif Ata indiyə qədər mövcud olan türkçülüyü inkar eləmir, lakin 
eyni zamanda onu türkçülüyün qələbəsi üçün yetərli və kamil hesab 
etmir.  Asif  Atanın  Azərbaycanda  qaladığı  Ruhaniyyat  Ocağının  bir 
məqsədi də türkçülüyün yeni səviyyəsinə çatmaqdır. Bu yeni səviyyə 
türkçülüyün yeni İnam səviyyəsidir – türkün ruhani (inamlı, idraklı, 
mənəviyyatlı, iradəli) birliyinin yaranması üçün ən zəruri səviyyədir. 
Asif  Ata  Ocağının  ideyaları  türk  ruhunun  əsasında  yaranmış  və 
insanın, türkün, Doğunun (Şərqin) yeni səviyyəsini yetirən ideyalar-
dır (bu ideyaları  yuxarıda “Asif Ata Amalı” yazısında vurğuladıq).  
 


49 
 
Asif Ata  
 
Mütləqlə Görüş 
 
– Sən əbədisən, möhtəşəmsən, sonsuzsan, əvəzsizsən, sənə səcdə 
qılıram. 
– Mən Sənəm, Özünü yaxşı tanı. Mən Səndə Varam. 
– Mən Sən ola bilmərəm. Ağlım naqisdir, hissiyyatım bulanıqdır, 
iradəm zəifdir, qədim olsam da, naşıyam, özümə ləyaqətli həyat qura 
bilməmişəm, yanlışlıqlar içərisində itmişəm, çox axtarıb az tapıram, 
yaratdıqlarıma sahib olmamışam, ehtiraslarımı cilovlamağı bacarma-
mışam, daxilimdəki şəri öldürməmişəm. Mən Sən deyiləm. Sən ola 
bilmərəm. Özünü mənə oxşatma. Sənin yanında mən bir heçəm. 
–  Ona  görə  ki,  özündə  deyilsən,  özün  ola  bilməmisən.  Ruhun 
alidir, Mütləqdir – onu eşitməmisən! Məhəbbətin ilahidir – onu qəl-
bindən qovmusan! Müqəddəslik duyğun ülvidir – ondan əl çəkmisən! 
Peyğəmbərlik  siqlətin  əzəmətlidir  –  onu  anlamamısan!  Özündən 
aliyə qovuşmaq həvəsin zəruridir – ondan əl çəkmisən! Mahiyyətin, 
mənan  genişdir,  lakin  mühitə  sığmısan!  İndiyə  qədər  sən  özün 
olmamısan! 
–  Zəif  olduğum  üçün  olmamışam!  Zəifliyimi  dərk  etmişəm  və 
zəif  qalmışam.  Sən  hədsiz  dərəcədə  güclüsən  və  bu  səbəbdən  də 
gücünü dərk etmisən. Mən Sən olsaydım, güclü olardım. 
– Sən öz Allahlığını özündən ayırıb nadir övladlarında təcəssüm 
etdirmisən.  Peyğəmbərlərin  səni  öz  ürəklərində  görüblər,  dahi 
sənətkarların  əsərlərində  vəsf  ediblər,  musiqidə  ilahi  səsi eşitmisən, 
qəhrəmanlarında,  fədakarlarında  ölümsüz  qüdrətini  hiss  etmisən. 
Özün  isə  özündən  ayrı  düşmüsən,  çünki  naşılıgın,  şərin,  naqisliyin 
sözünü eşitmisən və öz təbiətinin əksinə yaşamısan! 
   –  Hərcayi  sözlərə  qulaq  asanı  Mütləq  saymaq  olarmı?  Mütləq 
olsaydım, Şəri eşitməzdim. 
   –  Sənin  ruhani  mənan  ilahidir,  cismani  mənan  bəsitdir. 
Daxilində həm Mütləq, həm də Nisbilik yaşayır. Ancaq mahiyyətin – 
Mütləqdir, buna görə də sən şəri daxilindən silməyə qadirsən. Ancaq 
sən  bunu  eləmirsən,  Mütləqin  gücünə  arxalanmırsan,  Mütləqi 
unudursan,  onu  qəlbində  görmürsən  və  nisbi,  natam,  bayağı 
ehtiraslar, düşüncələr həyatına hakim olur. Sən elə bilirsən ki, busan, 
özünə inamın sarsılır və şər qüvvələr səni öz alətinə çevirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə