50
–
Deməli, mən yenə də Sən deyiləm. Sən bütövsən, mən
yarımçığam, sən vahidsən – mən müxtəlifəm, sən paksan – mən
bulanığam.
– Mən
Mütləqəm, sən özündə Mütləqi gəzdirən. Fərqimiz
bundadır. Mən İşığam, qəlbinə axmışam. Sən İşığı unutmusan,
qaranlığa
qovuşmusan. Sənin bütövlüyün mahiyyətindədir,
Mahiyyətin isə – Mənəm.
Sən – Mənsən!
Mahiyyətinin ifadəsində – Mütləqlə yanaşı, nisbi, yanlış, şər də
aşkara çıxırsa – bu səni çaşdırmasın.
İfadə mahiyyətdən aşağıdır.
Sənin bəlan ondadır ki, zahirdəkinə uyursan, daxildəkini unudursan,
Allahlığından ayrılırsan. O zaman ki, sən öz Peyğəmbərlərinə,
Qəhrəmanlarına mənən, idraklı, hissi yaxınlaşacaqsan, onda özün
olacaqsan, Mütləqə qovuşacaqsan.
– Demək istəyirsən ki, mənim gücüm sonsuz, duyğularım,
düşüncələrim mütləq mənada ülvi olacaq, idealım tam həyata
keçəcək, mən Sənin kimi ölümsüz olacağam?! Bu mümkündürmü?!
– Özünü dərindən anla! Bunların hamısı səndə var. Özündən əl
çəkdiyin üçün onları özündə görmürsən. Ruhani qüdrətin hüdudsuz-
dur: o səni ülvi şəxsiyyətə çevirə bilər, daxili aləmini mütləq mənada
saflaşdıra bilər, sənə ölümsüzlük bəxş edə bilər, bir şərtlə ki, özün-
dəki Mütləqi görəsən, özünə tam qayıdasan! Əgər özündə Mütləqi
görmürsənsə, deməli, insan kimi yaşamırsan. Sən – Mütləqsən, ancaq
bunu bilmirsən. Faciən bundadır. Mütləqliyini bilsəydin, ruhsuz,
mənəviyyatsız, idraksız həyatı həyat saymazdın, mühitdə itməzdin,
maddi nemətlərin əsiri olmazdın, heyvanat dünyasıyla öz dünyan
arasında fərqi görərdin, məhəbbətin ilahi mənasını qoruyardın,
daxilini çirkin duyğulardan təmizləyərdin, mütilikdən, köləlikdən,
qorxu kabusundan xilas olardın, həqiqəti, ədaləti özün qədər sevər-
din.
Bunlardan ona görə uzaqsan ki, özündəki Mütləqi görməmisən!
– Mütləqdən ayrılmışam, deməli, Mütləq olmağa layiq deyilmi-
şəm! Özünü mənə bənzətmə! Mütləqsən, ona görə də özündən
ayrılmamısan!
– Sənin Mütləqə qayıtmaqdan başqa əlacın yoxdur. Nisbi idrakla,
mənəviyyatla, hissiyyatla sən yaşaya bilməyəcəksən. Ya Allah
olmalısan, ya da ölməlisən! Başqa yol yoxdur!
Mütləqin
səsi zəhmli, hökmlü və sərt idi!
51
İçərisi
Mütləqə İnam Dünyabaxışının iki təməl anlayışı ......................3
Asif Ata kimliyi...........................................................................5
Asif Atanın soydaşlarına ilk çağırışı
Doğmalarıma ................................................................7
Ocaq Məramı ................................................................8
Asif Ata Amalı
Ruhani İntibah (Dirçəliş) ............................................................11
Mütləqə İnam Ocağının iç quralları (qaydaları) və yaşam tərzi..17
Ocaqçı ...........................................................................19
Mütləqə İnamçı .............................................................20
Ocaqdostu və ya Ocaqsevər .........................................20
İnamın
Dindən üstünlüyü
Təməl prinsiplərdə yalan olmamalıdır
I. Yazının yazılma səbəbi-giriş sözü .............................21
II. İnsanı qorxutmaq yox, İnandırmaq gərəkdir ............25
III. Daxilində xurafat bəsləyib həqiqətə inanmaq olmaz32
IV.
Xurafatdan xurafata yox, xurafatdan Həqiqətə ......35
V. Mütləqə İnam yalansızdır .......................................38
İnamda Türkçülük Bəşəriliyin təsdiqidir .............................42
Mütləqlə Görüş ....................................................................49