“Türküstan” kitabxanası Şirvani Ədilli


Hərəkəsiz və hərəkəli ərəb hərfləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

 
42
Hərəkəsiz və hərəkəli ərəb hərfləri. Şərti işarələri uyğun olaraq:  
 ا (əlif)
 

 
 ه (hə) 
Müxtəlif kombinasiyaları nəticəsində  
6 rükn yaranır: 
 
 
Rüknlər: yüngül səbəb (bir hərəkəli və bir hərəkəsiz hərf), ağır səbəb (iki 
hərəkəli hərf)yanaşı vətəd (iki hərəkəli və bir hərəkəsiz hərf), aralı vətəd (bir 
hərəkəli, bir hərəkəsiz və bir hərəkəli hərf), kiçik fasilə (üç hərəkəli və bir 
hərəkəsiz hərf), böyük fasilə (dörd hərəkəli və bir hərəkəsiz hərf). 
Müxtəlif kombinasiyaları nəticəsində  
8 əsli təfilə yaranır: 
 
 
Əsli təfilələr: fə’Ulün, fA’ilün, məfA’İlün, fA’ilAtün, müstəf’ilün, müfA’ələtün, 
mütəfA’ilün, məf’UlAtü 
Müxtəlif dəyişmələr  zihaflar nəticəsində  
60-dan çox  törəmə təfilə  yaranır: 
 
 
Törəmə təfilələr 
Müxtəlif kombinasiyaları nəticəsində  
qəliblər yaranır 
 
 
Qəliblər 
Yarandığı əsli təfilələrdən asılı olaraq  
16 bəhrdə qruplaşdırılır: 
 
 
Bəhrlər: Təvil, mədid, bəsit, vafir, kamil, həzəc, rəcəz, rəməl, səri, münsərih, 
xəfif, müzare, müqtəzəb, müctəs, mütəqarib, mütədarik 
Ritmik yaxınlıqlarına görə 5 dairədə  
qruplaşdırılır: 
 
 
Dairələr: I dairə təvil, mədid, bəsit; II dairə vafir, kamilIII dairə -həzəc, 
rəcəz, rəməl; IV dairə səri, münsərih,  xəfif, müzare, müqtəzəb, müctəs; 
V dairə mütəqarib, mütədarik. 
 
Sxem-2 


 
43
Adətən  əruzun  ərəb dilindən öz-özünə doğduğunu, 
yəni  ərəblərin xalq yaradıcılığının məhsulu olduğunu de-
yirlər.  Əslində isə  əruz elə bir dəqiq ritmik sistemə ma-
likdir ki, heç bir xalqın (o cümlədən ərəblərin) dilində öz-
özünə formalaşa bilməzdi. Yəni bu vəzn xalq yaradıcı-
lığının məhsulu ola bilməz (bax, 13). Bu gün əruzdan isti-
fadə edən xalqlar (ərəblər, farslar və s.) da əruz yaranana 
qədər xalq yaradıcılığı  məhsulu kimi məhz sillabik vəzn-
dən istifadə etmişlər. Məsələn, Ərəblər özləri də əruz ya-
ranana qədər sillabik xarakterli “rəcəz”  şeir formasından 
(bax, 54 və 13) istifadə ediblər və bu forma üzərində 
şüurlu fəaliyyət nəticəsində  əruzu yaradıblar. Belə olan 
halda heca vəzninə necə yalnız türk dilinə  məxsus və 
əruzdan mənşəcə tamamı ilə  fərqlənən bir vəzn kimi 
baxmaq olar? 
Əruz vəzni haqqında yanlış təsəvvür yaradan (hətta 
əksər filoloqlarda) əsas amillərdən biri əruzun guya heca 
vəznindən fərqli olaraq misralarda heca sayının 
bərabərliyinə  əsaslanmadığı fikrinin irəli sürülməsi-
dir. Yuxarıda istinad etdiyimiz kitabımızda toxunduğumuz 
bu problemə yenə və daha ətraflı toxunmağı lazım bilirik. 
Çünki, kiminsə nə vaxtsa belə yanlış fikri irəli sürməsi 
və əruzu yaxşı bilməyən şəxslərin kor-koranə bu fikri 
dönə-dönə  təkrarlaması demək olar ki, şeirşünaslığı-
mızın yanlış bir istiqamətdə inkişaf meylinə  səbəb 
olmuşdur. Bu fikri inanan şəxslər  əruzla heca vəznini 
mənşəcə tamamı ilə biri-birindən ayırırlar və elə güman 
edirlər ki, əruz mənşə etibarı ilə  ərəb dilinin, heca vəzni 
isə türk dilinin təbiətindən doğmuşdur. Başqa sözlə, heca 
vəzni türk dilindən necə doğmuşdursa,  əruz vəzni də 
ərəb dilindən elə doğmuşdur. (halbuki, yuxarıda da qeyd 
etdiyimiz kimi
 
ərəblər özləri də  əruz yaranana qədər 
sillabik vəzndən istifadə ediblər və bu vəzn üzərində 
əruzu yaradıblar). Və hesab edirlər ki, heca vəzninin 
misralarda heca sayının bərabərliyi prinsipi türk dilindən 


 
44
doğan və heca vəzninə məxsus müstəsna xüsusiyyətidir 
ki,  əruz vəznində yoxdur. Əslində isə,  əruz vəznində  də 
misralarda sırf səsləniş baxımından heca sayları bərabər 
olur (bəzi hallar istisnadır, bax 13, s. 19-20), bunu inkar 
etmək olmaz. Və bu vəzn heca vəznindən əsasən əlavə 
bir şərtlə – uzun və qısa hecaların dəyişməz ardıcıllığı ilə 
fərqlənir. Burada sabit, dəqiq, ahəngdar ritm yarandığın-
dan yeni, heca vəznindəkindən fərqli bölgülənmə forma-
ları meydana çıxır və sözlərin bölgülərdə parçalanması 
həmişə normal səslənir.  Yəni  əruza  əslində heca 
vəzninin xüsusi halı kimi də baxmaq olar. Bu 
baxımdan  əruz  əslində yalnız  metrik yox, sillabik-
metrik vəzndir. 
Bəs  əruzda misralarda heca saylarının bərabər 
olmaması fikri haradan qaynaqlanır? Bu yanlış fikir onun-
la  əlaqədar meydana çıxmışdır ki, ərəb müəllifləri  şeirə 
hecalar və onların səslənişi baxımından yox, ərəb qrafi-
kasındakı  hərflərin sayı  və xüsusiyyəti baxımından ya-
naşmışlar. Problemin kökü burdadır. Ərəb dilində də əruz 
şeirinin səslənməsindən açıq-aşkar heca saylarının bəra-
bərliyini müşahidə edə bilərik.  
Bütün bu yanlış baxışlar  əruzvəznli türk poeziya-
sının inkişaf tarixinin də düzgün qiymətləndirilməməsinə 
səbəb olmuşdur. Guya əruz vəzninin türk dilinə  tətbiq 
olunması ərəb və fars dilləri ilə müqayisədə həddən artıq 
çətin və problemli olmuş,  şairləri bu həmişə narahat 
etmişdir. Əsas və demək olar ki, yeganə problem kimi isə 
türk sözlərində saitlərin süni uzadılması göstərilir. Əslində 
isə  şeirdə  əruzun tələbi ilə saitlərin süni uzadılması 
(“imalə”) klassik poeziyamızda nəinki böyük problem 
hesab edilməmiş, hətta bir ənənəyə çevrilmişdir. Belə 
uzanmalara  ərəb və fars şeirində  də rast gəlinir. Bunu 
böyük bir problemə, faciəyə çevirmək lazım deyil. Bu hal 
hətta heca vəznində  də  (bax, səh. 39-40), musiqimizdə 
də baş verir. Özü də türk şeirində bu uzanmalar əsasən 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə