Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə18/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   14   15   16   17   18   19   20   21   ...   90

44
№ 2 (14) Yay 2015 
 
biri  məruzə  üçün  yanaşı  dayanmış  şöbə 
rəislərinə yaxınlaşdı. 
             –Necə  oldu?  –    soruşdu.  –  Ölüb, 
yoxsa sağdı? 
             –Sağdı,  cənab  mayor,  geciksəydik 
öləcəkdi.  Özündən  gedib,  göndərdim 
sançasta. 
             –Şükür,  dayanan  yerdə  bir  petuxa 
görə poxa düşəcəkdik. Ölməli vicdansızdı... 
Sançastda özünə gələr, heç nə olmaz... 
             –Ölən  zibil  deyil,  –  Şamil  də 
deyindi,  –  arada  heç  nədən  bizim  başımız 
ağrıyacaq... 
          Yoxlama başa çatmışdı. Adlar oxunub 
kartoçkalar  yoxlanılmışdı.  Kabinetində 
oturub  tül  pərdəli  pəncərədən  qarşısındakı 
meydana  göz  qoyan  əməliyyat-rejim  üzrə 
rəis  müavini  Niyaza  müəssisə  rəisinin 
növbətçi  köməkçisi  (MRNK),  ədliyyə  baş 
leytenantı Bayram baş verən hadisə ilə bağlı 
bütün təfərrüatları qısa vaxt ərzində məruzə 
edib meydana qayıtmışdı. Onu bu gün əvəz 
edəcək  növbətçi  köməkçi  Faiq  söhbətləşən 
şöbə rəislərinə yaxınlaşıb soruşdu: 
             –Camaat 
dağılışsın, 
yoxsa 
gözləsin? 
             –Dağılışsınlar. 
          Bəkirin 
əl 
hərəkətindən 
icazə 
verildiyini  anlayan  kütlə  Faiq  ağzını 
açmamış  dağılışmağa  başladı.  Klub  və 
çayxanada  özünə  yaxşı  yer  tutmaq 
istəyənlər  kross  yarışına  çıxmışlar  kimi 
hamıdan irəli qaçışırdılar. 
          Nəzarətçilərdən 
biri 
Bayramı 
xəbərdar etdi: 
              –Rəis  gəlir,  qapıda,  enbeemdədi 
(NBM-nəzarət buraxılış məntəqəsi)...  
          Rəis  adətən  müəssisəyə  bu  vaxtlarda 
gəlirdi.  Bayram,  ardınca  Bəkirlə  Şamil 
müəssisənin 
girəcəyinə 
– 
qapıya 
yaxınlaşdılar.  Bayaqdan  meydanda  söhbət 
edən nəzarətçi və zabitlər də rəisin gəldiyini 
eşidincə aralarındakı müzakirəni dayandırıb 
hərə  öz  işi  ilə  məşğul  olmaq  üçün  yavaş-
yavaş dağılışdılar. 
          Bayram  müəssisənin  önünə  təzəcə 
çatmışdı,  iri  dəmir  qapıdan  içəri  daxil  olan 
rəisi  görüb  farağat  vəziyyəti  alaraq 
məruzəyə başladı: 
             –Cənab  polkovnik,  məruzə  edərək 
bildirirəm ki,.. 
             –Gərək  yoxdu,  azad,  –  rəis  onu 
dayandırdı, – sanitarın vəziyyəti necədir? 
          Uca  boylu,  sərt  baxışlı  ədliyyə 
polkovniki  Məhyəddin  bir  dəfə  də  olsun 
bəziləri  sayaq  üzdəniraq  məhkumları  petux 
adlandırmazdı,  həmişə  onlara  sanitar 
deyərdi.  Görünürdü  ki,  rəis  olan  hadisədən 
hərtərəfli xəbərdar idi. 
             –Cənab  polkovnik,  həkim  yardım 
eləsə də, hələ özünə gəlməyib... 
          Bir  qədər  aralıda  duran,  məruzənin 
bitdiyini  güman  edən  Bəkirlə  Şamil 
yaxınlaşıb rəislə görüşdülər. 
             –Hadisə neçə baş verdi? – Rəis cib 
telefonu  ilə  müavini  Niyazdan  və  bir  neçə 
xəbər ötürənindən çox şeyi bilsə də, onların 
da fikirlərini eşitmək istəyirdi.  
              –Rəis,  –  Bəkir  dedi,  –  üzr 
istəyirəm,  bu  it  uşağı  məhkumlar  meydana 
çıxanda 
yataqxananın 
içərisindəki 
ayaqyolunda 
gizlənibmiş. 
Kimsənin 
görməməsi  üçün  hamının  başı  yoxlamaya 
qarışan  vaxtı  özünü  ikinci  mərtəbədəki 
pilləkənin  sürahisinin  –  qırağından  asmaq 
istəyib.  Yaxşı  ki,  vaxtında  görüblər. 
Yadınızdadı  də,  keçən  ay  da  özünü 
yandırmağa cəhd etmişdi. 
             –Adı  nəydi onun? Nazim?.. 
             –Xeyr, Nizamdı... 
             –Nəzarətçilər  bir  az  da  gec  xəbər 
tutsaydılar  canını  tapşıracaqdı,  -  Şamil 
əlavə etməklə söhbətə qarışdı. 
          Qanıqara  rəis  onun  əlavəsindən 
əsəbiləşdi:  
             –Günah 
nəzarətçilərdədi, 
niyə 
sanitarın gizləndiyini vaxtında görməyiblər, 
hara baxıblar? – Şamil dillənməsinə peşman 
oldu.  –  Ötən  növbədə  kim  olub  hamısını 
yığın kabinetimə. Hamısı izahat yazsın... 
          Əsəbiləşmiş  rəis  cavabı  gözləmədən 
dönüb  müəssisənin  idarə  binasına,  öz 
kabinetinə doğru getdi.  
 
 
*  *  * 
        Tibb  məntəqəsində  Nizama  iynə 
vurulsa  da,  gəlib-gedən  nəfəsindən  savayı 


                            Üç aylıq ədəbiyyat dərgisi 
45 
 
onda  həyat  əlaməti  hiss  olunmurdu.  Koma 
vəziyyətinə  düşmüş  kimi  dərin  yuxuya 
getmişdi. 
             –Nə  edək  bu  özünə  gəlsin,  –  tibb 
məntəqəsindəki həkimlərdən biri o birindən 
soruşdu,  –  vurduğumuz  iynənin  təsiri 
olmadı. Bəlkə, yaxşısı təcili etapla mərkəzi 
xəstəxanaya  göndərək?  Öləcəksə,  getsin 
orada ölsün... 
            –Tələsmə. Bir-iki saat keçsin, özünə 
gələcək.  Əgər  özünə  gəlməsə,  onda  o 
barədə düşünərik. 
          Nizamı  üzdəniraqlar  üçün  nəzərdə 
tutulmuş otaqda sınıq çarpayının üzərindəki 
kirli 
döşəyə 
uzatmışdılar. 
Tibb 
məntəqəsində  ən  köhnə,  salxaq  çarpayılar, 
dolablar,  rəngi  getmiş  kətillər,  paralanmış 
yataq  dəstləri  axırncı  palata  sayılan  otağa 
yığılmışdı. Yazılmamış qanuna görə belə də 
olmalıydı:  üzdəniraqlar  hər  şeyin  ən  pisinə 
layiq idilər. 
          Nizam ikinci dəfə idi ki, intihara cəhd 
edirdi.  Bir  ay  əvvəl  zonun  anbarından 
başqasının  adı  ilə  balaca  qabda  əldə  etdiyi 
salyarkanı  üstünə  töküb  özünü  yandırmağa 
çalışmışdı.  Amma 
sanitar 
yoldaşları 
vaxtında  duyuq  düşmüş,  onu  yanmağa 
qoymamışdılar. 
Əynindəki 
qalın 
qış 
paltarından od bədəninə keçməmişdi. Təkcə 
yalın ayaqları bir az yanmışdı. 
          Əməliyyat  rəisi  Bəkir    buna  görə 
Nizamı dubinka ilə döyüb beş günlük karsa 
salmışdı.  Sonra  da  ona  bir  də  belə  “poxu 
yeməməyi”  bərk-bərk  tapşırmışdı.  Əlbəttə, 
Bəkir  Nizamdan  niyə  özünü  yandırdığını 
soruşmuşdu.  O  da  ağlayıb,  daha  yaşamaq 
istəmədiyini bildirmişdi...  
          Altı  ildən  çox  həbsdə  olan  Nizam 
özünü  öldürmək  fikrinə  son  üç  ayda 
düşmüşdü.    Gülbaxta  gələndən  sonra 
buradakı  məhkumlar  arasında  həmkəndlisi 
ilə  rastlaşandan  bəri  onda  bu  fikir 
yaranmışdı:  “Artıq  çox  keçməyəcək,  onu 
tanıyan  bütün  doğmaları,  qohumları  da 
türmədə 
üzdənirağa 
çevrildiyini 
biləcəkdilər. Özü də elə-belə, adi üzdəniraq 
yox, 
passiv 
homoseksual 
olduğunu 
öyrənəcəkdilər. Axı  niyə  vaxtında  qətiyyəti 
olmadı, özü-özünə yiyə dura bilmədi?..” 
          O,  şəhərə  pul  qazanmaq  üçün 
gəlmişdi.  İlk  aylar  məcburiyyət  üzündən 
ağır  işlərdə  çalışdı.  Gəl  ki,  bina  tikintisi, 
tunel  qazıntısı  sayaq  zəhməti  çox  olan 
işlərdə  işləmək  heç  ürəyincə  deyildi. 
Günlərin  birində  rastlaşdığı  iki  həmyerlisi 
ona  pullu,  rahat  bir  iş  təklif  etdi:  sadəcə 
gözətçilik.  Gecələr  “dostları”  əvvəlcədən 
gözaltıladıqları 
mənzillərdə 
oğurluğa 
çıxanda, o, kənardan gözətçilik edirdi. İşləri 
pis  getmirdi.  Aldığı  pulların  hesabına  az 
müddətdə  əyin-başını  təzələdi.  Haqqı 
artdıqca  içkinin,  nəşənin  dadına  baxdı, 
dostlarına  qoşulub  fahişə  ovuna  çıxdı. 
Ehtiraslanmağı  çox  xoşlayırdı.  Etiraf 
etməyə  çəkinsə  də,  bəzən  ürəyindən  qız 
kimi  əzizlənmək  keçirdi.  Onun  üçün  fərqi 
yox idi, qız ya oğlan – sevilmək istəyirdi...  
          Lakin  başa  düşürdü  ki,  bu  oğurluq 
qazancla  uzağa  gedə  bilməz.  Yeni 
vərdişlərinə elə aludə olmuşdu ki, geriyə də 
yol  tapa  bilmirdi.  Qurşandığı  oyunun 
sonunu gözləyirdi. 
          Son gəldi. Növbəti oğurluğa yollanan 
zaman Allah  ağıllarını  neçə  aldısa,  əvvəlcə 
əyləşdikləri  taksini  soymaq  istədilər.  Yol 
qırağındakı ağaclıqda maşını saxladıb özləri 
ilə  götürdükləri  kapron  ipi  sürücünün 
boğazına doladılar. Arxada əyləşdiyinə görə 
iplərin  ucunu  sıxmağı  ona  tapşırdılar. 
Tapşırılan  işin  öhdəsindən  layiqli  gəlməsi 
üçün  sürücü  çapaladıqca  düşünmədən  ipi 
var  gücü  ilə  sıxdı.  Birdən  yanındakı  dostu 
üstünə qışqırdı: 
            –Boğub  öldürdün  bədbəxt  oğlunu, 
bəsdi sıxdın... 
          Sürücü  keçinmişdi.  Dörd  dostun 
maşını  oradaca  ataraq  qaçıb  gizlənməkdən 
başqa  yolları  qalmamışdı.  Bir  həftə  sonra 
onların  ikisini  tutdular.  O  biri  iki  nəfərin 
törətdikləri 
cinayətləri 
də 
üzərlərinə 
götürdülər.  Hər  birinə  on  il  iş  kəsdilər. 
Cinayət ortağını bilmədiyi hansısa səbəbdən 
ondan ayrı saxladılar. Hökmə əsasən birinci 
üç  ilini  qapalı  həbsxanada  çəkməli  oldu. 
Burada  salındığı  dördnəfərlik  kamerada 
Şirxan  deyilən  “zeklərdən“  –  peşəkar 
məhkumlardan  birisinin  əzəl  gündən  ona 
fərqli nəzərlə yanaşdığını hiss etmişdi. Qırx 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə