Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə19/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   15   16   17   18   19   20   21   22   ...   90

46
№ 2 (14) Yay 2015 
 
beş  yaşının  yarıdan  çoxunu  həbsdə  keçirən 
Şirxan “krıtıya” cəzaçəkmə müəssisəsindən 
cəzalandırılıb  göndərilmişdi.  İçində  şeytan 
gizlənən bu adam uzun illər ərzində xüsusi 
duyum  qabiliyyəti  qazanmışdı.  Kamerada 
yaşadıqları  bir  neçə  ay  ərzində  onun 
ehtiraslılığını, 
içində 
gizlətdiyi 
biseksuallığını hiss etmişdi. Heç demə, “sən 
mənim kiçik qardaşımsan” deyə Nizamı hər 
dəfə  əzizləyib  tumarlayanda  öz  çirkin 
niyyətinə hazırlaşırmış. 
Nəhayət,  günlərin  birində  kamera 
yoldaşları  ilə  birgə  hamamda  çimərkən 
Şirxan  yarıxoş,  yarızor  onu  arxadan 
qucaqlayıb istəyinə çatdı. O an içində nəsə 
qırılan  kimi  oldu,  nə  edəcəyini  bilmədi. 
Etiraz  eləmək,  çapalamaq, qışqırmaq  istəsə 
də  səsi  çıxmadı.  Çıxsa  da  yanındakılardan 
kimsə  ona  kömək  etməyəcəkdi.  Qorxdu 
Şirxandan,  ətrafındakıların  ona  dikilən 
canavar  baxışlarından.  Anladı  ki,  bu  tək 
Şirxanın  yox,  o  birilərinin  də  istəyi  imiş. 
Sadəcə  işin  başlanğıcı  Şirxanın  boynunda 
imiş. Xeyri olmayacaqdı atılıb düşməyinin. 
Daha  bundan  sonra  hamı  onu  üzdəniraq, 
petux sayacaqdı... 
          Sonralar 
Şirxan 
əclafın 
“adətkarlığını”,  ondan  əvvəl  iki  cavan 
oğlanı  da  bu  cür  bədbəxt  elədiyini 
biləcəkdi. 
 İki  aydan  sonra  Nizamı  başqa 
kameraya köçürdülər. Daha bütün həbsxana 
onun 
üzdəniraq 
olduğundan 
xəbər 
tutmuşdu.  Müxtəlif  kameralardan  onun 
üçün  edilən  “sifarişlərdən”  paqon  da 
faydalanıb  öz  xeyrini  güdürdü.  Qapalı 
həbsxanadakı  cəzasının  sonunadək  beləcə 
dörd kamera dəyişdi. 
          Gülbaxt  cəzaçəkmə  müəssisəsinə 
göndəriləndə  qət  etmişdi  ki,  necə  var  cinsi 
passivlikdən  əl  çəksin,  “passiv”  olmasını 
gizlətsin. Ancaq gizlətmək mümkün olmadı. 
Hər bir məhkumun kim olması barədə xəbər 
zona  az  qala  özündən  qabaq  gəlib  çatırdı. 
Həm  də  daha  gec  idi,  çər  dəymiş  bədəni 
alışmışdı. “Passiv”liyi artmış, vərdiş olaraq 
onun  üçün  xroniki  xəstəliyə  çevrilmişdi: 
özü ilə heç cür bacarmırdı...  
          Həmkəndlisi ilə zonda rastlaşanda isə 
səksəndi, 
üzdəniraqlığına 
görə 
yer 
ayrılsaydı yerə girməyə hazır idi... 
          Ürəyinə 
daman 
başına 
gəldi. 
Kəndlisinin  cəzası  çox  deyildi.  Cəzadan 
azad  olan  kəndlisi  az  keçməmiş  onun 
üzdəniraq  olmasını  tanıdığı  hər  kəsə,  hətta 
valideynlərinə  də  çatdırmışdı.  Eşitdiklərinə 
inanmaq  istəməyən  valideynləri  xəbəri 
dəqiqləşdirmək  üçün  cəza  yerinə,  onunla 
görüşə  gəldilər.  Həqiqət  olduğunu  biləndə: 
“bizim  sənin  adında  oğlumuz  yoxdur”,  – 
deyib  ondan  imtina  etdilər.  Əvvəllər  altı 
aydan  bir  yanına  gəlirdilərsə,  indi  bu 
söhbətdən  iki  il  keçməsinə  baxmayaraq, 
çöldən kimsə onu axtarmırdı.  
          Belə  yaşamaq  nə  qədər  olardı?!  Ona 
görə  də  yaşamamağı,  özünü  öldürməyi 
qərara almışdı... 
 
*   *   * 
          Bütün  zabit  və  nəzarətçi  heyətinə 
elan  olundu  ki,  növbə  təhvil-təslimindən 
sonra  hamı  rəisin  kabinetinə  gəlsin,  iclas 
olacaq.  Adətən  rəis  iclası  hər  həftənin 
başlanğıcında 
edərdi. 
İclasın 
növbədənkənar  olması aydın məsələ idi ki, 
səhər  yoxlaması  zamanı  baş  verən  özünə 
qəsd hadisəsi ilə bağlıydı.  
          Deyilən  vaxtda  hamı  müəssisəyə 
girişlə üzbəüzdə yerləşən idarənin qarşısına 
yığıldı.  Əməliyyat  üzrə  müavin  ədliyyə 
polkovnik-leytenantı  Kamalzadə  Niyaz  
rəisin  kabineti  ilə  üzbəüz  otaqdan  çıxıb 
soruşdu: 
             –Gecikən yoxdur? 
             –Xeyr, hamı burdadır. 
            –Rəis deyir gəlsinlər, – rəisin böyük 
çilçıraqlı,  geniş  kabinetinə  daxil  olub, 
çöldəkiləri  də  içəri  dəvət  etdi,  –  gəlin 
arxamca... 
            –Bir  az  cəld  olun,  işimiz  çoxdu,  – 
rəis işçiləri tələsdirdi. 
          Müavin rəisin stolunun sağında, digər 
əməkdaşlar isə divarboyu düzülmüş stullara 
əyləşdilər. Rəis stolunun sol tərəfindəki boş 
oturacağa tərəf baxıb dedi:  
            –Bəs  Səfər  hardadı,  işə  gəlib 
çıxmayıb? 
            –Məhkəməyə 
gedəndi, 
hələ 


                            Üç aylıq ədəbiyyat dərgisi 
47 
 
gəlməyib. 
          Ədliyyə  mayoru  Səfər  Nəzərli  rəisin 
tərbiyə 
işləri 
üzrə 
müavini 
idi. 
Məhkumların vaxtından əvvəl şərti azadlığa 
buraxılması  məsələsində  məhkəmə  ilə 
münasibətləri, 
daha 
doğrusu 
“sövdələşmələri”  yoluna  qoymaq  işini  rəis 
ona tapşırmışdı.  
           –Çöldə kimsə qalmadı? 
           –Xeyr, rəis, – növbətçi məruzə etdi. 
          –  Növbədənkənar  iclası  ona  görə 
etdim  ki,  hər  biriniz  biləsiniz  ki,  işinizdə 
məsuliyyətinizi artırmalısınız, – rəis nitqinə 
başladı.  –  Məsələ  məhkumun  ölüb-öl-
məməyində 
deyil, 
sizin 
xidmətə 
münasibətinizdədir.  Bu  cür  hadisələrin 
qarşısı 
əvvəlcədən 
alınmalıdır. 
Niyə 
alınmır,  əməliyyat  hara  baxır?  Nəzarətçilər 
yoxlamadan  əvvəl  niyə  hər  tərəfi  dəqiq 
yoxlamırlar?  Belə  məsuliyyətsizlikmi  olar? 
Kalonun 
qarşısındakı 
çöldəki 
itləri 
görmüsüz,  oradakı  ərazini  necə  diqqətdə 
saxlayırlar, yad adam görəndə necə reaksiya 
verirlər. Onlar qədər sayıqlığınız da yoxdur. 
İşə  elə  bil  biyara  gəlirsiz.  Xidmətlə 
yaşamırsız.  Əsl  işçi  xidmətlə  nəfəs 
almalıdır.  Niyaz,  köhnə  növbədə  olanların 
hamısından  hadisə  ilə  bağlı  izahat  alarsan, 
sonra 
evə 
buraxarsan. 
Nəzarətçilərə 
tapşırırsan,  bundan  sonra  səhər  və  axşam 
yoxlamaları 
zamanı 
hər 
yer 
ciddi 
yoxlanılsın, yataqxanalar qıfılla bağlanılsın. 
Qapılar  hamı  yoxlanıldıqdan,  yoxlama 
bitəndən sonra açılsın. Aydındırmı? Dustağı 
qanunsuz  yox,  yalnız  qanuni  yollarla 
sıxmaq 
lazımdır 
ki, 
qudurub 
məhkumluğunu  unutmasın.  Sizin  bir 
nömrəli  vəzifəniz  məhkumları  həmişə 
nəzarətdə  saxlamaq  və  nə  iləsə  başlarını 
qatmaqdır.  Onlar  boş,  baxımsız  qaldılarmı, 
mütləq  beyinlərinə  axmaq  fikirlər  gələcək, 
pis  hadisələr  törədəcəklər,  rejim  şəraitinin 
stabilliyini pozacaqlar. Bizə isə müəssisədə 
ən  vacib  olanı  daimi  gərginliksiz  sabitliyi 
qorumaqdır.  İslah  İdarəsindən  tapşırılan 
bəzi  mühüm  işlər  var,  mən  məcburam 
yubanmadan  onlarla  məşğul  olam.  Niyaz, 
sənə  gərək  olacaq  işçiləri  yığ  otağına, 
iclasın  ardını  orada  davam  elə.  Fikrimcə 
əlavə  müzakirəyə  gərək  yoxdur.  Gedə 
bilərsiniz. 
          Rəisin  itləri  nümunə  göstərməyindən 
narazı 
qalan 
əməkdaşlar 
dinmədən 
yerlərindən  durub  bir-bir  Niyazın  qarşıdakı 
otağına  sarı  yollandılar.  Niyaz  kabinetinin 
qapısını açıb elan etdi: 
            –Əməliyyat-rejim  işçiləri,  bir  də 
köhnə  növbə  ilə  təzə  növbə  gəlsinlər. 
Qalanlar öz işlərinə getsinlər. 
          Niyazın  otağı  rəisin  kabinetinin 
dörddə  biri  boyda  idi.  İş  stolunun  sağında 
və  solundakı  iki  stuldan  əlavə  otağa  altı 
ədəd  stul  sığışırdı.  Çox  vaxt  otağa  daxil 
olan  əməkdaşların  əksəriyyəti  ayaqüstə 
dayanmalı  olurdu.  Rəisdən  fərqli  olaraq 
müavin  uzun-uzadı  danışar,  əməkdaşların 
ayaqüstə  dinmədən  qulaq  asmalarından, 
onlara  fiziki  və  mənəvi  əzab  verməyindən 
həzz  alardı.  Arabir  cümləsinin  ortasında 
gözlənilmədən  bir  anlığa  susar,  qulaq 
asanların diqqətini yoxlayaraq hamıya nəzər 
yetirər,  hamını  hipnozda  saxlamasıından 
aldığı  məmnunluqla  cümləsini  davam 
etdirərdi. 
          Bir  yerdə  çalışmalarına  baxmayaraq 
hamı  bilirdi  ki,  Məhyəddinlə  Niyazın  bəzi 
xüsusiyyətləri  tərs  mütənasibdi.  Rəis 
kabinetdə  çox  oturmağı  sevməzdi,  bütün 
günü  zonu  başdan-ayağa  gəzər,  işçilərdən 
də  durmadan  “obxod”  etməyi  tələb  edirdi. 
Yaşı  əllini  ötsə  də  uzun  boyu  və  qıvraq 
görkəmi ilə idmançı təsiri bağışlayırdı.  
          Həmyaşıd olmasına baxmayaraq kök, 
bəstəboylu  müavin  rəisindən  daha  yaşlı 
görsənirdi.  Günboyu  otağında  oturub  
məhkumları  qəbul  edər,  öz  məlumat 
gətirənləri  vasitəsilə  yerindən  tərpənmədən 
zonda  yaşanan  hər  şeydən  xəbərdar  olardı. 
Hansısa 
əməkdaşın 
məhkumla 
anlaşılmazlığı  yarananda  da  belə  deyərdi: 
“hökumət  sizə  otağı  niyə  ayırıb?  Apar 
otağına, başa sal”. 
          Rəis  məhkumu  karserdə,  müavinsə  o 
balaca  otağında  dubinka  ilə  döyərdi. 
Məhyəddin  kefinin  xoş  vaxtlarında  zarafat 
edərdi,  Niyaz  isə,  həmişə  qaradinməz  idi. 
Biri  daz,  digəri  gur  saçlıydı.  Əksliklə  dolu 
belə  misalları  çox  çəkmək  olardı. 


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə