Üç aylıq ədəbiyyat dərgisi №2(14)



Yüklə 275,5 Kb.
Pdf görüntüsü
səhifə23/90
tarix26.09.2017
ölçüsü275,5 Kb.
#2233
1   ...   19   20   21   22   23   24   25   26   ...   90

54
№ 2 (14) Yay 2015 
 
də  yerliləri  keçmiş  “əhl”  başçıları  cəza 
müddəti  qurtarıb  azadlığa  gedəndə  onun 
yerinə İmranı seçdilər. 
          Həqiqət  bu  idi  ki,  rəis  Məhyəddin 
“qara”  zonu  basqı  altında  “qırmızıya” 
cevirsə  də  oğru  dünyasının  iradəsini  zonda 
tam  qıra  bilməmişdi.  Baxmayaraq  ki,  o, 
eyni  yerdən  olan  məhkumların  birliyinin 
olmaması  üçün  onları  ayrı-ayrı  dəstələrə, 
yataqxanalara  paylamışdı.  Qruplaşmanın 
qarşısını  almaqdan  ötrü  asudə  vaxtlarda  üç 
nəfərdən 
artıq 
toplanmağı 
qadağan 
etmişdisə  də,  məhkumlar  öz  niyyətlərindən 
əl  çəkməmişdilər.  Ani  fürsət  düşən  kimi 
gizlin 
fəaliyyətlərini 
davam 
etdirir, 
qruplaşır,  digər  zonlardakı  oğru  və 
avtoritetlərlə  müxtəlif  vasitələrdən  istifadə 
etməklə  əlaqələr  yaradırdılar.  Lazım 
gələndə  isə  işçilərin  rüşvət  damarını 
tutmaqda bacarıqlı idilər. 
        Hələ 
çox 
illər 
bundan 
əvvəl 
Məhyəddin 
rəis 
işləməyə 
başlarkən 
mərkəzdəki  əməliyyat  şöbəsindən  təklif 
etmişdilər  ki,  əgər  istəyərsə  zonda 
idarəetməni  asanlaşdırmağa  hazır  kadr  – 
“obşak”  verə  bilərlər.  Lakin  Məhyəddin 
onların  bu  köməyindən  imtina  etmişdi. 
Çünki,  birincisi,  o,  müəssisədə  özünü 
hakim,  şəriksiz  lider  hiss  etmək  istəyirdi. 
İkincisi  də,  nə  vaxtsa  yuxarıların  özləri 
təşkil 
etdikləri 
obşakla 
başını 
ağrıdacağlarından 
ehtiyatlanmışdı. 
Bu 
səbəbdən:  “mənim  ehtiyacım  yoxdur”,  – 
demişdi.  Bununla  belə  məhkumların 
“köpünü  almaq  üçün”  əməliyyatçı  Bəkirə 
müəyyən  məsələlərdə  onlarla  razılığa 
gəlməyə,  sabitlik  naminə  güzəştə  getməyə 
icazə vermişdi. 
          Bəkir  də  elə  bu  icazəyə  bənd  imiş. 
Dərhal 
məhkumların 
içərisindəki 
avtoritetlərlə  gizli  söhbətlər  aparıb  göz 
yumacağı  hallara  görə  müəyyən  etdiyi 
“haqqı”  tələb  etmişdi.  Bir  çox  məsələlərdə 
qarşılıqlı  razılaşma  baş  tutmuş,  “alver” 
alınmışdı.  Bəkir  çayxanada  on  nəfərlik 
stollarda  hər  bir  “əhl”in  qrup  halında 
əyləşib  istirahət  etməsinə  izn  vermiş,  hər 
stolun  da  haqqını  ayın  sonunadək 
çatdırılmasını  şərt  qoymuşdu.  Qanun  yol 
verməsə  də,  avtoritetlərə  bir  ədəd  mobil 
telefondan  gününə  on  manat  ödəməklə 
gizlin istifadəsinə də göz yummuşdu (Heyf 
ki,  bu  yarımsəhralıqda  internet  qaydasında 
deyildi.  Puluna  minnət,  avtoritetlərə 
“internet 
də 
satardı”..). 
İmranın 
bədbəxtliyinə  şərait  yaradan  da  həmin  cib 
telefonu olmuşdu. 
          Həbsdən  qabaq  yaşadığı  şəhərin 
qonşu  mikrorayonundan  olan  İqbal  zona 
gələn  gündən  İmranın  “əhl”  başçılığını 
həzm  edə  bilmirdi.  İqbal  da  onun  sayaq 
əvvəllər  məhkum  olunmuşdu.  Bir-birilərini 
yaxından 
tanımasalar 
da, 
keçmişləri 
haqqında  məlumatlı  idilər.  O,  karantindən 
baraka  köçən  kimi  həm  yerliləri,  həm  də 
avtoritetlər  arasında  İmranın  “əhl”  başçısı 
sayılmasının  oğru  dünyasının  qaydalarına 
zidd  olduğunu  bildirdi.  İmran  bu  etirazı 
sakit  qarşıladı:  “Əgər  “əhl”  başçılığını  öz 
boynuna  götürmək  istəyirsənsə,  mən  etiraz 
etmirəm, uşaqlar razılaşsın, sən ol başçı”, – 
dedi.  İqbal  isə:  “Mən  başçılıq  istəmirəm, 
layiqli  oğlanın  başçılığını  istəyirəm”,  – 
cavabını vermişdi. 
          Avtoritetlər 
İmrana 
göstərdiyi 
münasibətə  görə  onu  qınayanda,  İqbal 
səbəbini  onların  növbəti  toplantısında 
açıqlayacağını 
bildirmişdi. 
O, 
oğru 
dünyasının qaydalarını yaxşı bilirdi. Bilirdi 
ki,  kimisə  günahlandıranda  gərək  sübutun 
olsun.  Sübutun  olmayacağı  təqdirdə  özün 
cəzalanacaqsan. 
          İmranın da iştirak etdiyi avtoritetlərin 
növbəti  gizlin  toplantısında  İqbal,  nəhayət 
onunla bağlı iradını açıqladı: 
            –Mən sözü açıq deyən adamam. Bu 
adamın  anası,  bacısı  yaşadığı  məhlədə  pis 
ad çıxarıb, soraqları Dubaydan, Anadoludan 
gəlir. Onu “əhl“ başçısı seçməyiniz düzgün 
hərəkət deyil. 
          Bu sözlərdən İmranın halı dəyişdi: 
            –Vicdanın  olsun,  mənə,  ailəmə 
böhtan atma... 
            –Böhtan  atmıram.  Ya  illərdir 
türmədəsən,  xəbərin  yoxdur,  ya  da  özünü 
bilməmiş kimi aparırsan. 
          Ətrafdakılar 
əsəbiləşmiş 
İmranı 
sakitləşdirdilər: 


                            Üç aylıq ədəbiyyat dərgisi 
55 
 
            –Yaxşı,  sakit  olun,  –  avtoritetlərin 
böyüyü  dilləndi,  –  əgər  dediyin  kimidirsə, 
özün  bilirsən  də  sübut  eləməlisən.  Sübut 
edə bilməsən ağır cəzalanacaqsan.  
            –Bilirəm.  Sübut  edəcəyəm.  Belə 
edək,  gəlin  həmin  məhəllədə  və  yaxud 
məhəlləyə yaxın ərazidəki dostlarımızın bir 
neçəsinə  zəng edək, bir  şərtlə  ki,  telefonun 
səsini  hamının  hündürdən  eşitməsi  üçün 
mikrofona  qoyaq.  Soruşaq  ki,  belə  bir 
söhbət  var,  doğrudur,  yoxsa  yalandır? 
Desələr  ki,  yalandır,  mən  sabahdan  gedib 
girirəm sanitarların barakına, yox doğrudur 
desələr 
İmranı  cəzalandırırsız. 
Zəng 
edəcəyiniz adamları da özünüz seçin... 
          Razılaşdılar.  Avtoritetlər  İmranın  evi 
yerləşən ərazidəki dostlarından ikisinə zəng 
vurub hal-əhvaldan sonra soruşdular: 
            –Sizin  tərəfdə  evi  olan  İmran  adlı 
bir dustaq yoldaşımız var. Yəqin tanıyarsan. 
Hə,  deyirlər  anası,  bacısı  son  illər  yollarını 
azıblar,  özləri  azmış  başqa  qadınları  da  pis 
yola  çəkirlər.  Həqiqətdir  deyilənlər,  ya 
yalan, böhtandır?..    
            –Atam balası, neynirsüz bunu?.. 
            –Lazımdı  ki,  soruşuruq  da,  lazım 
olmasa soruşmazıq ki... 
            –Nə  deyim,  vallah,  od  olmayan 
yerdən  tüstü  çıxmaz.  Gözümlə  görməsəm 
də, mən də eştmişəm, var elə bir şey... 
          İkinci  zəng  olunan  da  birinci 
deyənləri  təkrarladı.  İqbalın  iradı  telefon 
danışıqları  ilə  təsdiq  olunanda  İmranın 
rəngi  ağarıb  meyidə  döndü.  Başını  yerə 
dikib  susdu.  Doğrudur    onu  sanitarların 
barakına  göndərməsələr  də  yataq  yerini 
qapıya yaxın yerə dəyişdilər. Onunla salam-
kəlamı  kəsib,  bir  daha  dindirmədilər.  Bax, 
cinayət aləminin belə üzüdönüklüyünə görə 
Ayazın onlara nifrəti hədsiz idi... 
                                             * * * 
          Rəis 
Məhyəddinin 
işində 
maaşdankənar  qazandığı  pullar  nə  qədər 
çox  olsa  da  axır  vaxtlar  bərəkəti  olmurdu. 
Yoxlamalar,  iki  gündən  bir  “hüquq 
müdafiəçisi”  adı  ilə  müəssisəyə  gələn 
qonaqlar,  mərkəzin  tələb  etdiyi  müxtəlif  
ödəmələr,  oğlunun,  qızının  xərcləri,  üstəlik 
aylardır  yataq  xəstəsi  olan  arvadının 
müalicəsi...        
           Əvvəllər  hərdənbir  kefinin  yaxşı 
vaxtlarında  kabinetində  hamıdan  gizlin 
narkotikadan  istifadə  edirdisə,  arvadı 
xəstələnəndən  sonra  dərdini  unutmaq  üçün 
azqala  hər  gün  yararlanmağa  başlamışdı. 
Arvadının  sağalmaz  xəstəliyə  düçar  olması 
dünyanı gözündən salmış, bütün rahatlığını 
əlindən almışdı, bilmirdi nə etsin... Hər dəfə 
bu  barədə  düşünəndə  istehza  ilə  Bəkirə 
həsəd  aparırdı:  “Vallah,  səndən  ağıllısı 
yoxdu.  İkisini alıb  boşamısan,  hərəsinin də 
iki  uşağı.  Yəqin  ki,  çaşıb  qalmısan  nə 
edəsən  –  qazancını  bazdığa  xərcləyəsən, 
yoxsa arvadlarının tələblərini ödəyəsən...” 
          Həyat  yoldaşı  xəstələnən  gündən 
fövqəladə hal, gücləndirilmiş rejim olmazsa 
axşama  yaxın  müəssisəni  müavini  Niyazın 
öhdəsinə  buraxıb  evə  getməyə  məcbur 
olmuşdu.  Hər  dəfə  məhkumlar  qarşısında 
özünəməxsus  çıxışlar  edən  Məhyəddin 
yoxlamadan  sonra  getməyini  onlara  belə 
izah  etmişdi:  “Yoldaşım  həmişə  məni 
qınayırdı  ki,  dustaqları  məndən  çox 
istəyirsən,  evdə  tapılmırsan.  Qısqanclıqdan 
indi özün vurub xəstəliyə, göstəriş verib ki, 
evə  tez  gəl.  Getsəm  də,  narahat  qalıram, 
ürəyimi burda qoyub gedirəm...” 
          Unudulmayan  hərarətli  niqtlərdən 
birini  isə  ötən  bayramların  birində  etmişdi. 
Rəis  çıxışına  təbriklə  başlamışdı.  Üzünü 
məhkum  kütləsinə  tutaraq  ucadan:  “Sizin 
ananızı,  bacınızı”,  –  deyərək  ani  fasilə 
vermişdi.  Bu  an  ərzində  hamının  əsəbləri 
gərilmiş,  ətrafdakı  zabit  və  nəzarətçilərin 
ürəkləri döyünmüşdü: “nə danışır, ə, bu?”  
          Məhyəddin ani fasilədən sonra davam 
etmiş:  ”...Qadınlar  bayramı  münasibəti  ilə 
təbrik  edirəm!”  Bütün  meydandakılar 
dərindən nəfəslərini dərmiş, rəisin təbrikini 
alqışlarla qarşılamışdılar.   
          Niyaz  gündə  cəmisi  on  saat  evində 
olurdu: 
gecə 
saat 
onbirdən 
səhər 
doqquzadək.  Qalan  on  dörd  saata  yaxın 
zamanı  müəssisədə  keçirərdi.  Öz  təbirincə 
desək  qəlbən  xidmətlə  yaşayardı.  İstirahət 
və  bayram  günləri  də  işləyərdi.  Özünü 
nümunə  göstərib    ixtiyarındakı  zabitlərdən 
də “xidmətlə yaşamağı” tələb edərdi.  


Yüklə 275,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə