Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   2   3   4   5   6   7   8   9   ...   37

təbiətlə görüşməkdən vacib şey ola bilməz,

düz demirəm, hə?

O, Katyaya göz vurur və sürəti artırır.

Bir dəqiqə keçir, iki dəqiqə ötür və birdən...

budur o müdhiş, nəhs yer. Qabaqdan gələn

furqon ağ folksvageni ötərkən yolu ortadan

ayıran xəttin soluna keçir. Ford cəld sağa

döndərir. Katya qışqırır. Maşın yamaca düşüb

aşır və cevrilərək böyrü üstə ağaca çırpılır...

O bütün bunları görür: İlahi, gör neçənci

dəfədi görür, elə bil həmin anda o da onlarla

birlikdə olub. Görür ki, qızı oturacağa sıxılıb,

Alik onu qucaqlayıb oturacağa sıxıb. Beləliklə,

Alik onun qızını ölümdən qurtarmışdı; qızın

gözləri bərələ qalıb, qız Alikin qan içində

olan gicgahına baxır və qışqıra bilmir,

qorxudan  heç ağzını da aça bilmir, qolları

isə ölü kimi Alikin maykasına ilişib; qız elə

hey baxır, baxır, Alikin gicgahından isə qan

axır, qırmızı qan; qızı nə Marinanın qışqırığını,

nə də "Təcili yardım"ın sirenasını eşidir...

Andrey siqaret kötüyünü küçəyə tulladı

və kötükdən çıxan ağ tüstü bir andaca yağış

suyunda yox oldu.

Yağış ikinci gün də yağdı, üçüncü gün də

tökdü. Hətta kəsəndə belə göy üzü yenə

tutulmuşdu, sanki yağış yenidən güc

toplayırdı.

‐ Kənddəki yağış şəhər yağışına bənzəmir,

‐ əri fikirli‐fikirli dilləndi. ‐Cansıxıcı deyil,

elə bil daha diridir...

‐ İlahi, görəsən, yağışın axırı olmayacaq?!

‐ arvadı ah çəkdi. Arvadı üçün yağış hər

zaman sadəcə yağış olub, adi su ‐ özüylə

soyuq və palçıq gətirən su! O, elə hər şeyə

bu cür yanaşır, hər şeyə! Hər gün belədir!

Artıq yeddi ildir! Yeddi ildir ki, bir yerdə

yaşayırlar. O, buna necə dözüb? Axı o, nəyə

ümid edir belə?

‐ Axı sən nəyə ümid edirsən?

Bir dəfə elə Alik də ona bu sualı vermişdi,

hələ heç Svetayla evlənməmişdi onda.

Düşünürsən ki, Zoluşka şahzadə xanıma

dönə bilər? Sən romantiksən, sən gərək

müharibədən film yox, nağıl çəkəsən! Sən

dünyadakı bütün qadınları xoşbəxt eləmək

istəyirsən və başa düşmürsən ki, bəzən bir

nəfəri belə xoşbəxt eləmək üçün ömür çatmır.

Gücün çatan işdən yapış. Və eləsini də seç

ki, hər halda, onu xoşbəxt eləmək üçün sənə

mane olmasın...

Alik ona xəbərdarlıq eləmişdi, lakin özü

bundan sığortalana bilmədi, bir gün ona

zəng vurub yoğun səslə dedi:

‐ Lələ, mənə sənin antikvariatın lazımdı...

Antikvar saxta olsa da, əntiqəydi, qədim

boyunbağı kimi görünürdü. O, bu

boyunbağını ilk tammetrajlı filmindən xatirə

kimi saxlamışdı; bu filmdə müasirlik də,

müharibə də, Napoleonun Beryozindən geri

çəkilməsi səhnələri də vardı... Filmin süjeti

Napoleonun xəzinələri ətrafında qurulmuşdu,

onun ləl‐cəvahiratları arasında bu boyunbağı

da vardı...

‐ Maraqlıdı, de görüm şahzadə xanımlar

üçün nəzərdə tutulmuş daş‐qaşları taxa bilən

qadınları harda görübsən?

‐ Təsəvvür elə ki, Mərkəzi univermaqda.

O, mənim gözümün qarşısında əyilib vitrinə

baxanda dərhal düşündüm ki, ondan yaxşı

natura çıxar. Təsəvvür elə ki, qadın əyilib

özünə saat brasleti seçmək istəyirdi...

Alik peşəkar rəssam idi; bütün gözəl

qadınlar onun gözünə hər şeydən əvvəl

gələcək rəsmləri üçün natura kimi görünürdü.

‐ Yəqin, o qadını dilə tutmaq və natura

üçün razı salmaq səninçün çətin olmadı?

‐ Onun nişanlısı var, özü də pozada

duranda mütləq gərək nişanlısı yanında

olsun.


Andrey razılaşdıqları kimi emalatxanaya

bir qədər gec gəldi. Çox da hündür olmayan

kilkəbaş oğlan özünü kresloda taxtda oturan

kraliçalar sayağı əzib‐büzən lüt qızın qabağına

çalağan kimi atıb onu qarşıladı; lakin Andrey

qızın gözqamaşdırıcı ağ bədəninə baxmağa

macal tapdı, bir anlıq gözləri qızın üzündə

ləngidi; qızın təbii gözəlliyi əzəli qadın sirriylə

tamamlanırdı, hətta qırx yaşlı qadında olan

cazibə kimiydi. 

Alik ondan boyunbağını aldı və öz

mənzilinin açarını dostuna uzadaraq göz

vurdu. Alikin mənzili  onun emalatxanasıyla

eyni binada yerləşirdi. 



Aylıq ədəbiyyat dərgisi

12

ULDUZ /

Dekabr 2015



‐ Evdə gözləyə bilərsən?

Andrey mənzilə getməmiş yaxınlıqdakı

qastronomdan iki şüşə şampan şərabı aldı,

apelsin, banan götürdü, sonra qayıdıb satıcıdan

xahiş elədi ki, bir dənə də araq versin...

İki aydan sonra Andrey Svetayla

aralarında ciddi münasibət yarandığını dilinə

gətirəndə Alik ondan soruşdu:

‐ Sən nəyə ümid edirsən?

‐ Axı sən özün onun portretini çəkəndə

onda şahzadəlik görürdün,‐ deyə Andrey

dalğın‐dalğın cavab verdi.

‐ Həmişə insanın yalnız özü real olur,

kölgəsi yox! Rəssamlar isə çox vaxt kölgəni

çəkirlər.

‐ Әgər incəsənət real həyatda görünən

əlçatmaz şeylərin ifadəsidirsə, onda belə

sənətin dəyəri nədir?..

Tutqun və rütubətli bir səhər idi; göyün

üzü qara buludlarla doluydu, sanki elə indicə

göy üzü buludların ağırlığına tab gətirə

bilməyəcək və onlar yerə töküləcəkdi. Bağdakı

otlar teyxa su içindəydi və ayaq basan kimi

yağış suları adamın ayaqlarına sıçrayırdı, elə

bil suyun içində yeriyirdin. Andrey çox çalışdı

ki, qızıyçün heç olmasa bir ovuc çiyələk

yığsın, mümkün olmadı ‐ əlinə gah çəhrayı‐

yaşıl, gah da çürümüş çiyələklər keçirdi.

Birdən qəflətən geri çəkildi: yaşıl yarpaqlar

arasında islanmış qaranquş balası gördü və

ətcəbala qara bapbalaca ürkək gözlərini

Andreyə dikdi.

‐ Sveta!

Andrey arvadını çağırdı və otluğun arasını

əliylə yoxladı. Və indi aydın gördü ki, iki

qaranquş ətcəbalanın başının üstündə

həyəcandan çığıra‐çığıra uçur. Yerə düşmüş

yuvalarından bir parça yarımdairəvi torpaq

qalağı qalmışdı, elə bil divara hörülmüş bir

neçə cərgə muncuq idi.

‐ Nə var? ‐ arvadı soruşdu.

‐ Bura bax.

Andrey yarpaqları araladı.

‐ Yazıq, ‐ deyə arvadı ətcəbalaya sarı əyilib

şəfqətlə dilləndi.

‐ Bəlkə, o, tək deyil? Adətən qaranquşlar

dörd‐beş bala çıxardır.

Başladılar axtarmağa, lakin heç nə

tapmadılar.

‐ Görünür, pişik yeyib. ‐ Arvadının səsində

təəssüf hissi duydu.

‐ Bizim pişik? ‐ kişi qeyri‐ixtiyari soruşdu.

Bu sualın heç yeri də deyildi.

‐ Get özündən soruş! ‐ arvadı zəhərli

cavab verdi. ‐ Gedim Katyanı çağırım.

‐ Amma o biri balalar barədə ona bir söz

demə.

Avtoqəzadan sonra ilk dəfəydi ki, Katya



gülürdü. Yox, bu, hətta gülüş də deyildi‐

qızın yalnız dodaqlarının qıraqları qaçdı,

gözləri isə gülmürdü! Onun baxışları

sevincdən təəccüb doğdu; bu, qəflətən və

yaxşı baş verdi. Balaca quşcuğaz qorx ‐

muşdu, üzülmüşdü və birdən‐birə adi

oyuncağa döndü. Lakin bircə dəqiqəlik,

çünki qız:

‐ O, burda yaşayır? ‐ deyə soruşdu.

Andrey arvadına çöndü və cavab

verməzdən qabaq bir qədər susdu.

‐ Yox, yuvasında.

‐ Bəs yuvası hardadı?

‐ Ordaydı, bax, damın qırağında. Amma

yerə düşüb, dağılıb.

‐ Dağılıb? Bəs indi o, harda yaşayacaq?

Yaşamaq! Onun üçün yaşamaq necə də

sadə bir şeydi!

‐ Bəlkə, onu açıq yerə gətirək, hə? ‐ arvadı

inamsız təklif etdi. ‐ Bəlkə, qaranquşlar onu

burda yemləyəcəklər?

Andrey başını buladı.

‐ Çətin. Sən yerdə qaranquş görmüsən

heç? Bəs pişikləri fikirləşmirsən? Elə bağdan

çıxan kimi onun başının üstünü alacaqlar.

‐ Gəl onu evə aparaq! ‐ Katya ucadan

təklif elədi.

‐ Bəs onu necə yedizdirəcəyik? Axı o, lap

körpədir.

‐ Birtəhər çəmin taparıq!

Çox keçmədi ki, arvadı ölü milçək gətirdi,

onu quşçuğazın dimdiyinə dürtdü, lakin

ətçəbala ölü milçəyi, deyəsən, möhkəmcə

sıxdı, vəssalam.

‐ Görürsən, səni öz anası kimi qəbul

eləmir, ‐ kişi istehzayla güldü.



Aylıq ədəbiyyat dərgisi

13

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə