Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   2   3   4   5   6   7   8   9   ...   37

‐ Al, özün ver. Amma sən qaranquşa yox,

daha çox qartala oxşayırsan.

Bunu ərinin burnuna görə deyirdi. 

Andrey quşcuğazın qabağında əllərini

sanki zarafatla yellətdi və görünməmiş hal

baş verdi: quşcuğaz dimdiklərini geniş araladı,

gözlədi, yox o gözləmirdi, o, yemək tələb

edirdi!


Qaranquş balasının sonrakı taleyi həll

olundu.


Onun üçün tort qutusundan yuva

düzəltdilər. Qayınananın deyinməsinə

baxmayaraq, köhnə balışlardan birini yırtıb

toyuq tüklərini çıxartdılar, onları qutunun

içinə yığdılar. Quşcuğazı qutuya qoyub

üstünü əsgiylə örtdülər. Ev soyuq olmasa

da, ətcəbala qurumurdu ki, qurumurdu.

Qabağına oyuncaq boşqabın içində ölü

milçəklər qoydular, amma quşcuğaz onları

görmədi. Katya buna görə hətta sevindi. Qız

israrla dedi ki, yalnız o özü toppuş əllərini

quşcuğazın dimdiyi qarşısında yellədəcək,

bu qara canlı məxluqcığaza görə məsuliyyət

daşımaq onun xoşuna gəlir. Bu hərəkətlə

quşcuğazı çox asanca aldatmaq olur, hər

dəfə dimdiklərini geniş aralayır. Qız dirildi,

sanki hərəkətə gəldi, başladı tez‐tez

gülümsəməyə.

Neçə gün idi ki, günəş görünmürdü,

görünür, havanı kimsə lənətləmişdi. Onlar

evdəki milçəklərin, demək olar ki, hamısını

tutdular və qaranquş balasını islanmış çörəklə

birlikdə yemlədilər. 

Bir dəfə yatmazdan qabaq axşam Katya

soruşdu:

‐ Nə üçün ətcəbala hələ də islaqdır?

Atası susdu, anası cavab verdi:

‐ Bilmirəm. Sabah fenlə qurulamağa

çalışarıq.

Lakin gecə quşcuğaz öldü. Bunu səhər

bildilər. Katya hələ də yatmışdı. Sanki

quşçuğaz da yatmışdı, lakin onun xırda başı

əyilmişdi, boynu gözlənilmədən çox

uzanmışdı.

‐ Aman Allah! ‐ Andrey qızını dur ‐

quzmamaq üçün yavaşça yataq otağından

mətbəxə keçdi.

‐ Bəs indi neyləyəcəyik? ‐ arvadı soruşdu.

Әri çiyinlərini çəkdi.

‐ Qızı birtəhər hazırlamaq lazımdı...

‐ Sən ona həqiqəti söyləmək istəyirsən?

Bilirsən nolar? Bu qədər həngamədən,

sarsıntıdan sonra bu xəbər ona daha bir zərbə

olacaq.


‐ Bəs ona nə deyək?

‐ Bilmirəm... Deyək ki, qaranquş balası

uçub getdi...

‐ Bura bax, uşaq sən deyən də sadəlövh

deyil.

Onda deyərik ki, qorxduq ki, ətcəbala



ölsün, buna görə də onu başqa yuvaya

qoyduq.


‐ Bəs niyə qabaqcadan ona heç nə

deməmişik? Onu özümüzlə aparmamışıq?

Arvadı başladı narahat olmağa.

Әsəbiləşirdi.  Elə bil əri yalandan, onun

acığına hər sözünə etiraz edirdi.

‐ Yaxşı, özün bir şey fikirləş! ‐ deyə arvadı

acıqla bildirdi.

‐ Məncə, biz ona həqiqəti deməliyik.

‐ Nə?

‐ Yaxşı olar ki, düzünü deyək.



‐ Yaxşı olar?  Yenə özünə qapılsın, yenə

bütün günü ağzına su alsın, hə? Yaxşı olar?

Bu da sənin həkimlərin! Qızınızı kəndə aparın!

İşə bax da!

‐ Axı niyə belə danışırsan?

Andrey çalışırdı ki, mülayim olsun,

mübahisə etmək istəmirdi, hətta gülümsəyirdi,

lakin məhz bunu etmək lazım deyildi.

‐ Sənə nə var, gülməli gəlir sənə! Sən elə

həmişə beləsən, daşdan səs çıxar, səndən

yox! Әlbəttə! Axı sən yalnız özün barədə

düşünürsən: bircə qızın səndən inciməsin,

nə bilim bircə...

‐ Bəsdi.


‐ Nə bəsdi! Sən ki onu yalnız bazar günləri

görürsən!

‐ Mənim işim olur! 

‐ Әlbəttə, işin olur! Sənə iş, mənə də uşaq!

Gəlirsən, uşaqla şirin‐şirin danışırsan, sən

olursan yaxşı, olursan ən sevimli! Ata, olar?

Olar. Bu olar? Olar. O olar? Olar. Hər şey

olar! İstəyirsən yad adamlarla balıq tutmağa



Aylıq ədəbiyyat dərgisi

14

ULDUZ /

Dekabr 2015



getmək? Buyur, get! Qızım, get! Onu nə üçün

buraxdın? Nə üçün sən özün onunla

getmədin?

Hiss etdi ki, içində nəsə sıxıldı, bax elə

bu dəqiqə içində partlayış baş verəcək, açılıb

çölə töküləcək. Әvvəl‐axır içindəki şey

partlamalıydı, çölə çıxmalıydı. İndi bu hissi

həmişəkindən daha çox anlayıb yaşadı.

Bədbəxtlik onları birləşdirmədi, sanki rentgen

kimi onların qəlbinin şəklini çəkdi, qoydu

ortalığa – açıq‐aşkar bilindi ki, onlar biri‐

birindən hələ də uzaqdılar, bir‐birlərini

axıradək başa düşmürlər.

O, nəyə ümid edir? Bəs o, özündən on

yaş kiçik olan bu kənd qızından nə istəyirdi?

Rejissor arvadı olmaq ilk vaxtlar qadına

maraqlıydı, sonra gördü ki, yox, çox çətindi.

Ona yaddır, nəhayət, onun bir vaxtlar möcüzə

kimi təsəvvür etdiyi həsəd aparılası aləm

deyil. Lakin məgər buna görə o günahkardır?

Qadını təntənəylə gətirdiyi bu aləm çoxları

üçün əlçatmaz və sirli görünürdü; bu aləmdə

aktyorlar, artistlər, rəssamlar yaşayırdı; burda

təkcə bayramlar olmurdu, həm də adi  həyat

olurdu, adi günlər, cansıxıcı yeknəsəklik və

tənhalıq baş alıb gedirdi, daim maddi

çətinliklərlə yaşamalı olurdular... bütün

bunlara görə günahkar odur məgər?

Birdən qapı açıldı və ayaqyalın,

topuqlarına qədər uzun rəngli gecə xalatı

geyinmiş qızı yavaşca mətbəxə girdi. Onun

balaca ovcunda sinəsinə sıxdığı qaranquş

balası vardı, quşcuğazın xırda başı əyilmişdi.

‐ O ölüb, ‐ qızı astadan bildirdi.

Pəncərə şüşəsində atılıb‐düşən milçək

göründü, sükutu milçəyin vızıltısı pozdu.

‐ Onu dəfn eləmək lazımdı, ‐ qızı, nəhayət,

dilləndi və bu anda uşaq valideynlərinə

yaşından tamam böyük kimi göründü, özləri

isə qızla müqayisədə başlarını itirmiş sadəlövh

uşağa döndülər.

Xoşbəxtlikdən səhər yağış kəsmişdi və

təxminən saat onda onlar beli götürüb bağa

getdilər. Qayınana bağda alaq vururdu, onları

gördü, belini dikəltdi, amma bir söz demədi:

bəlkə də, onlar uzaqda idilər, ona görə heç

nə demədi, bəlkə də, hər şeyi başa düşmüşdü.

Qız bağın qırağında qəbirin yerini özü

göstərdi, onu qazmağı isə atasına etibar etdi.

Təəccüblü olsa da özünü sakit aparırdı, ancaq

toyuq tükləri arasında yatan quşcuğazı

qutudan çıxarıb qəbirə qoyanda gözləri kədərli

görünürdü.

‐ İstəyirsən sənə tutuquşu alaq? ‐ anası

qızından soruşdu.

‐ Yox, ‐ uşaq yavaşca cavab verdi.

‐ Niyə?

‐ Biz harasa getməli olsaq, yazıq tək‐tənha



qalar, o da ölə bilər.

Ertəsi gün hava açıldı. Günortaya yaxın

qərb tərəfdə göy üzü duruldu; sanki hansısa

gözəgörünməz əl boz qara bulud topasını

çəkib araladı, gün işığı göründü.

Qaynana qonşu uşağının əlindən tutub

içəri gətirdi.

‐ Elə hər gün məndən soruşurdu ki, Katya

nə vaxt gələcək. İndi isə utanır gəlməyə...

Oğlanın adı Anton idi. O, Katyadan bir

yaş kiçik idi. Onlar ötən il, Katyanın Minskiyə

qayıtmasından bir gün qabaq tanış

olmuşdular,.

‐ Gedək, sənə qaranquş balasını harda

basdırdığımızı göstərim!‐ qız oğlana dedi. 

Anton heç nə demədi, sadəcə itaətlə qızın

dalınca düşüb getdi.

Andrey siqaret götürdü. O, həyətdə

siqaretini sümürə‐sümürə bağın qırağına

tərəf baxırdı. Uşaqlar quşcuğazın qəbrinin

böyründə çömbəlib oturmuşdular. Katya

oğlana çox ciddi şəkildə nəsə danışırdı, gah

əllərini açır, gah da yuxarı qaldırırdı. Anton

da əllərini dizlərinin üstünə qoyub sakitcə

qulaq asırdı. O, qızı dərhal böyük kimi qəbul

eləmişdi və görünür, qız nə arzulasaydı, onu

dərhal yerinə yetirməyə hazır idi.

Siqaret kötüyü çəmənliyə düşdü və bir

andaca günəş şüalarının işıqlatdığı qızılı su

hörümçəkləri həyəcanla dağılışdılar.

İlahi, o, bu mənzərəni çoxdan idi ki,

görmürdü...



Tərcümə etdi: 

Kamran Nəzirli

Aylıq ədəbiyyat dərgisi

15

ULDUZ /



Dekabr 2015


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə