T
ərcümə sənəti ilə bağlı məşhur
fikirlərdən biri budur ki, tərcümə
‐ itkilər sənətidir. Bu sənət, xüsusən
bədii mətn ikinci dildən çevrilirsə, daha bö ‐
yük itkilər sənətinə çevrilmiş olur. Әlbəttə,
biz müsabiqə üçün başqa mətn, yaxud rus
şairlərindən birinin şeirini və ya hekayəsini
seçə bilərdik, onda tərcüməçilər orijinaldan
tərcümə etmiş sayılacaqdılar. Amma... İcazə
verin, bu məqamda sizə niyə məhz bu şeiri
və bu şairi seçdiyimizi izah edim. Bunun
çox adi səbəbləri var. Müasir dünya ədəbiyyatı
tarxində şairliklə bağlı, şeirlə bağlı
fundamental, xalis şeirlər çox azdır.
Әksəriyyəti ya səthidir, ya da poeziyadan
daha çox nəğmədir. Әlbəttə, müsabiqə
iştirakçiları mətnlə tanışdırlar və artıq bilirlər
ki, görkəmli polyak şairi Çeslav Miloşun
çevirdikləri şeirinin mətləbi həm bizim klassik
şeirimizdə, həm də bütövlükdə klassik Şərq
poeziyasında çox işlənmiş, çək‐çevir edilmiş
həmin mətləb haqqındadır. Nizaminin
“şeirlərin ən yaxşısı onların ən yalançısıdır”,
Füzulinin “aldanma ki, şair sözü, əlbəttə,
yalandır” və bu kimi başqa misallar
yadınızdadır. “Ars poetica” (“Poeziya sənəti”)
şeiri məhz XX əsrin böyük bir şairinin, Qərb
şairinin dilindən o böyük sələflərini və mətləbi
dəyərli təsdiqdən başqa bir şey deyil. Amma
onun dili, üslubu yenidir, çağdaş insanın,
bizim daha çox həmmüasirimiz olan insanın
danışıq və düşüncə tərzindədir.
***
Әdəbiyyat üzrə Nobel mükafatı (1980)
Miloşa belə bir formulə, izah ilə verilmişdi:
“çağdaş dünyada konfliktlər arasında param‐
21
ULDUZ /
Dekabr 2015
В
А
Р
И
А
С
И
Й
А
“Ulduz” jurnalı ilə AYB Bədii Tərcümə və
Әdəbi Әlaqələr Mərkəzinin birgə layihəsi
Müsabiqə yekunlaşdı (informasiya dəstəyi: ayb.az).
Nobel mükafatçısı, tanınmış Polşa şairi Çeslav Miloşun “Ars poetica”
şeirini yeddi müəllif dilimizə çevirdi.
Şair‐tərcüməçi Səlim Babullaoğlunun ekspert rəyini oxuculara təqdim
edirik.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə
və müsabiqədə iştirak edən bütün həmkarlarımıza!
Hörmətli baş redaktor!
Әvvəla, sizə təşəkkür edirəm ki, Bədii Tərcümə və Әdəbi Әlaqələr Mərkəzi ilə
birgə layihə kimi “tərcümə müsabiqəsi” keçirmək təklfini verdiz və sevinirəm ki,
müsabiqə yekunlaşdı. Eyni zamanda müsabiqədə iştirak edən bütün həmkarlarımıza
dərin təşəkkür edirəm.
parça olan insanın gücsüzlüyünü, acizliyini
qorxmaz öncəgörənliklə ifadə edən poeziyaya
görə”.
Bu gün də dünyamızın səhnəsi o qədər
ürəkaçan deyil, həmin şeirin yazıldığı tarixdən
(1968) bu yana ötən 3 il əskiklə yarım əsr
ərzində dünyamızın səhnəsi daha ürəkağrıdıcı
olub,insanlar fərd olaraq daha da gücsüzləşib,
tənhalaşıblar.
Biz indi az qala III dünya mühairbəsinin
astanasındayıq. Yazılmış bu qədər gözəl
şeirlər, çəkilmiş gözəl rəsmlər, bəstələnmiş
gözəl musiqilər, ağız dolusu danışdığımız
elmi‐texniki tərəqqi, görəsən, dünyanı və
insanı niyə xilas etmir?
Bəlkə, o şeirlər və musiqilər dediyimiz,
sandığımız qədər də gözəl deyilmiş? Bəlkə,
biz yalan danışmışıq? Bəlkə, biz idarə
olunmuşuq? Bəlkə, biz sevgi adıyla ehtirası,
xeyirxahlıq adıyla gücü, alicənablıq adıyla
miskinliyi vəsf etmişik. Bax, Miloşun şeiri
bu haqdadır. Uzun ömr yaşayan (1911‐2004),
1951‐ci ildə vətənindən mühacirət edən şair
40 yaşından sonra daha çox mənəvi, dini və
metafizik problemlər ətrafında düşünürdü.
Çünki o anlayırdı poeziya – xilas edə bilmir.
“Dini traktat” adlı poetik şedevrlərinin birində
o niyə “dini‐metafizik mövzulara yuvar ‐
landığını” belə izah edirdi: “Belə bir traktatı
cavan adamın yaza biləcəyini düşünmürəm.
Amma onu da düşünmürəm ki, bunu ölüm
qorxusu diktə edir. Coxlu cəhdlərdən sonra
bu eləcə bir minnətdarlıqdır, həm də əsrimizin
poetik dilinin mübtəla olduğu dekadansla
vidalaşmadır. Bəs, niyə dini? İlk olan elə
birinci də olmalıdır çünki. Birinci olan isə
həqiqətdir. Və poeziya özünün şəffaf şüşəyə
çırpılan hürkmüş quş davranışıyla sübut edir
ki, biz fantasmaqoriya ilə yaşaya bilmirik...”
5 il əvvəl Miloşun “Ars poetica” (“Poeziya
sənəti”) birinci dəfə oxuyanda və tərcümə
etmək qərarı verəndə çaşmışdım. Necə ola
bilərdi ki, katolik və xrisitian mənsubu bir
şairin şeiri “Quran” surəsi və ayələri
(“Şüəra”, 26/ 221‐227) ilə bu qədər birəbir
üst‐üstə düşürdü? Yaddaşımızı “Quran”la
təzələyək:
221 – (Ey müşriklər!) Şeytanların kimə nazil
olduqlarını sizə xəbər verimmi?
222 – Onlar hər bir yalançıya, günahkara
nazil olarlar.
223 – (Şeytanlar mələklərdən oğrun‐oğrun)
eşitdikləri (adda‐budda) sözləri onlara
təlqin edərlər. (Yaxud kahinlər
şeytanların uydurmalarına qulaq
asarlar). Onların əksəriyyəti yalançıdır!
224 – (Müşrik və kafir) şairlərə gəlincə, onlara
yalnız azğınlar uyar!
225 – Məgər görmürsənmi ki, onlar hər bir
vadidə sərgərdan gəzib‐dolaşırlar? (Hər
tərəfə meyil edir, birini yalandan mədh,
digərini isə əbəs yerə həcv edirlər!)
226 – Və onlar etmədikləri şeyləri deyirlər!
(Onların dediklərinin əksəriyyəti
yalandır!)
227 – Ancaq iman gətirib yaxşı işlər görən,
Allahı çox zikr edən və zülmə uğradıqdan
sonra intiqamını alanlardan başqa!
İndi isə Miloşun şeirinin bir neçə
məqamına baxaq:
“Odur ki, poeziyanı gözəgörünməzlərin
(ruhların) diktə etdiyini söyləyənlər doğru
deyir,
“və yəqin, onlar mələkdi” deyə düşün ‐
məklə hərçənd ki, mübaliğə edirlər...”
***
“Ağıllı adam da cinlərin meydanı olmağa
razı olarmı;
özlərini sənin içində evlərindəki kimi hiss
edirlər...”
Və nahayət, şeirin sonu:
“Bütün bu dediklərim, razıyam, şeir deyil,
Şeirlər nadir hallarda və istənilmədən yazılır,
çox böyük təzyiq altında və ümidlə ki,
bədxah yox, xeyirxah ruhların ötürücüləri
olacaqlar...”
Görürsüz, Miloş sonuncu bəndin ilk
misrasında “bütün bu dediklərim, razıyam,
şeir deyil...” deyə yazır. Yox, bu qətiyyən
Aylıq ədəbiyyat dərgisi
22
ULDUZ /
Dekabr 2015