Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

T

ərcümə sənəti ilə bağlı məşhur

fikirlərdən biri budur ki, tərcümə

‐ itkilər sənətidir.  Bu sənət, xüsusən

bədii mətn ikinci dildən çevrilirsə, daha bö ‐

yük itkilər sənətinə çevrilmiş olur. Әlbəttə,

biz müsabiqə üçün  başqa mətn, yaxud rus

şairlərindən birinin şeirini və ya hekayəsini

seçə bilərdik, onda tərcüməçilər orijinaldan

tərcümə etmiş sayılacaqdılar. Amma... İcazə

verin, bu məqamda sizə niyə məhz bu şeiri

və bu şairi seçdiyimizi izah edim. Bunun

çox adi səbəbləri var. Müasir dünya ədəbiyyatı

tarxində şairliklə bağlı, şeirlə bağlı

fundamental, xalis şeirlər çox azdır.

Әksəriyyəti ya səthidir, ya da poeziyadan

daha çox nəğmədir.  Әlbəttə, müsabiqə

iştirakçiları mətnlə tanışdırlar və artıq bilirlər

ki, görkəmli polyak şairi Çeslav Miloşun

çevirdikləri şeirinin mətləbi həm bizim klassik

şeirimizdə, həm də bütövlükdə klassik Şərq

poeziyasında çox işlənmiş, çək‐çevir edilmiş

həmin  mətləb haqqındadır. Nizaminin

“şeirlərin ən yaxşısı onların ən yalançısıdır”,

Füzulinin “aldanma ki, şair sözü, əlbəttə,

yalandır” və bu kimi başqa misallar

yadınızdadır. “Ars poetica” (“Poeziya sənəti”)

şeiri məhz XX əsrin böyük bir şairinin, Qərb

şairinin dilindən o böyük sələflərini və mətləbi

dəyərli təsdiqdən başqa bir şey deyil. Amma

onun dili, üslubu yenidir, çağdaş insanın,

bizim daha çox həmmüasirimiz olan insanın

danışıq və düşüncə tərzindədir.

***

Әdəbiyyat üzrə Nobel  mükafatı  (1980)

Miloşa  belə bir formulə, izah ilə verilmişdi:

“çağdaş dünyada konfliktlər arasında param‐

21

ULDUZ /

Dekabr 2015

В

А

Р



И

А

С



И

Й

А



“Ulduz” jurnalı ilə AYB Bədii Tərcümə və 

Әdəbi Әlaqələr Mərkəzinin birgə layihəsi

Müsabiqə yekunlaşdı (informasiya dəstəyi: ayb.az).

Nobel mükafatçısı, tanınmış Polşa şairi Çeslav Miloşun “Ars poetica”

şeirini yeddi müəllif dilimizə çevirdi. 

Şair‐tərcüməçi Səlim Babullaoğlunun ekspert rəyini oxuculara təqdim

edirik. 


“Ulduz” jurnalının baş redaktoru  Qulu Ağsəsə 

və müsabiqədə iştirak edən bütün həmkarlarımıza!

Hörmətli baş redaktor! 

Әvvəla, sizə təşəkkür edirəm ki, Bədii Tərcümə və Әdəbi Әlaqələr Mərkəzi ilə

birgə layihə kimi “tərcümə müsabiqəsi” keçirmək təklfini verdiz və sevinirəm ki,

müsabiqə yekunlaşdı. Eyni zamanda müsabiqədə iştirak edən bütün həmkarlarımıza

dərin təşəkkür edirəm. 


parça olan insanın gücsüzlüyünü, acizliyini

qorxmaz öncəgörənliklə ifadə edən poeziyaya

görə”.

Bu gün də dünyamızın səhnəsi  o qədər



ürəkaçan deyil, həmin şeirin yazıldığı tarixdən

(1968) bu yana ötən 3 il əskiklə yarım əsr

ərzində dünyamızın səhnəsi daha ürəkağrıdıcı

olub,insanlar fərd olaraq daha da gücsüzləşib,

tənhalaşıblar.

Biz indi az qala III dünya mühairbəsinin

astanasındayıq. Yazılmış bu qədər gözəl

şeirlər, çəkilmiş gözəl rəsmlər, bəstələnmiş

gözəl musiqilər, ağız dolusu danışdığımız

elmi‐texniki tərəqqi, görəsən, dünyanı və

insanı niyə xilas etmir?

Bəlkə, o şeirlər və musiqilər dediyimiz,

sandığımız qədər də gözəl deyilmiş?  Bəlkə,

biz yalan danışmışıq? Bəlkə, biz idarə

olunmuşuq? Bəlkə, biz sevgi adıyla ehtirası,

xeyirxahlıq adıyla gücü, alicənablıq adıyla

miskinliyi vəsf etmişik. Bax, Miloşun şeiri

bu haqdadır. Uzun ömr yaşayan  (1911‐2004),

1951‐ci ildə vətənindən mühacirət edən şair

40  yaşından sonra daha çox  mənəvi, dini və

metafizik problemlər ətrafında düşünürdü.

Çünki o anlayırdı poeziya – xilas edə bilmir.

“Dini traktat” adlı poetik şedevrlərinin birində

o niyə “dini‐metafizik mövzulara yuvar ‐

landığını” belə izah edirdi: “Belə bir traktatı

cavan adamın yaza biləcəyini düşünmürəm.

Amma onu da düşünmürəm ki, bunu ölüm

qorxusu diktə edir. Coxlu cəhdlərdən sonra

bu eləcə bir minnətdarlıqdır, həm də əsrimizin

poetik dilinin mübtəla olduğu dekadansla

vidalaşmadır. Bəs, niyə dini? İlk olan elə

birinci də olmalıdır çünki. Birinci olan isə

həqiqətdir. Və poeziya özünün şəffaf şüşəyə

çırpılan hürkmüş quş davranışıyla sübut edir

ki, biz  fantasmaqoriya ilə yaşaya bilmirik...”

5 il əvvəl Miloşun “Ars poetica” (“Poeziya

sənəti”)  birinci dəfə oxuyanda  və tərcümə

etmək qərarı verəndə çaşmışdım. Necə ola

bilərdi ki, katolik və xrisitian mənsubu bir

şairin şeiri  “Quran”  surəsi və ayələri

(“Şüəra”, 26/ 221‐227) ilə bu qədər birəbir

üst‐üstə düşürdü?  Yaddaşımızı “Quran”la

təzələyək:

221 – (Ey müşriklər!) Şeytanların kimə nazil

olduqlarını sizə xəbər verimmi?

222 – Onlar hər bir yalançıya, günahkara

nazil olarlar.

223 –  (Şeytanlar mələklərdən oğrun‐oğrun)

eşitdikləri (adda‐budda) sözləri onlara

təlqin edərlər. (Yaxud kahinlər

şeytanların uydurmalarına qulaq

asarlar). Onların əksəriyyəti yalançıdır!

224 – (Müşrik və kafir) şairlərə gəlincə, onlara

yalnız azğınlar uyar!

225 – Məgər görmürsənmi ki, onlar hər bir

vadidə sərgərdan gəzib‐dolaşırlar? (Hər

tərəfə meyil edir, birini yalandan mədh,

digərini isə əbəs yerə həcv edirlər!)

226 – Və  onlar  etmədikləri  şeyləri  deyirlər!

(Onların dediklərinin əksəriyyəti

yalandır!)

227 – Ancaq iman gətirib yaxşı işlər görən,

Allahı çox zikr edən və zülmə uğradıqdan

sonra intiqamını alanlardan başqa!

İndi isə Miloşun şeirinin bir neçə

məqamına baxaq:

“Odur ki, poeziyanı gözəgörünməzlərin

(ruhların)  diktə etdiyini söyləyənlər doğru

deyir,


“və yəqin, onlar mələkdi” deyə düşün ‐

məklə hərçənd ki, mübaliğə edirlər...”



***

“Ağıllı adam da cinlərin meydanı olmağa

razı olarmı;

özlərini sənin içində evlərindəki kimi hiss

edirlər...”

Və nahayət, şeirin sonu:

“Bütün bu dediklərim, razıyam, şeir deyil,

Şeirlər nadir hallarda və istənilmədən yazılır,

çox böyük təzyiq altında və ümidlə ki, 

bədxah yox, xeyirxah ruhların ötürücüləri

olacaqlar...”

Görürsüz, Miloş sonuncu bəndin ilk

misrasında “bütün bu dediklərim, razıyam,

şeir deyil...” deyə yazır. Yox, bu qətiyyən



Aylıq ədəbiyyat dərgisi

22

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə