Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   29   30   31   32   33   34   35   36   37

gələcəyindən xəbərdar etmişdi. Exnaton

övladı doğulana qədər əsəb və gərginlik

içində idi. 

Nəhayət, doğum vaxtı yetişincə, bu işdə

yardım etmək üçün çağırılan kənizlər uşaq

dünyaya gəldikdən sonra edam edildilər.

Dünyaya gəlmiş qız övladı Exnaton üçün

göz dağı idi. Sirri məndən başqa bir kimsə

bilmirdi, Dadon. 

Exnaton öz bacısı ilə evlənir. Uzun

müddətdir bir‐birinə qan qohumluğu ilə

bağlanan şəcərə artıq məhv olmaq üzrə idi.

Exnatonun həyat yoldaşı ard‐arda iki dəfə

ana olmağa hazırlaşır və hər iki körpə

doğulmadan ana bətnindəcə ölür. Üzgün

Exnaton arvadının üçüncü hamiləliyində

onunla daha diqqətli davranmağı əmr etmişdi.

Gördüyü yuxu onu məyus etsə də, uşaq

doğulmamışdan onun gələcək həyatını özü

yazır. Dünyaya gələn qız övladı oğlan adını

qazanır, oğlan libası geyinir.

Misir fironu Exnaton, bir müddət sonra

yeniyetmə olacaq qızının dikəlib göz deşəcək

yerlərini gizlətməyin yolunu fikirləşirdi.

Onun sinəsinə dağ basmağı mənə həvalə

etmişdi. Firon bunarı ondan sonra taxta

gəlməyə layiq olan övladı və öz şəcərəsi

naminə etmişdi. Mən qoca kahin isə baş

verən hadisələrin sadəcə iştirakçısı idim. 

Ruhu ilə qadın olan Tutenxamon incəliyini

gizləyə bilmirdi. Ona elə gəlirdi ki, erkək

belə də olmalıdır. O sığaldan, bəzəkdən

tamamilə uzaqlaşdırılmışdı. Yalnız kişilərə

məxsus bəzəklərlə bəzədilirdi. Öz

həmcinslərinə olan hissinin doğru olmadığını

anlayırdı. Özü ilə də bacara bilmirdi. Yaxın

dostu Amentona olan hisslərindən mənə də

bəhs edirdi. Mənim qarşımda ağlayırdı. Әsl

həqiqət hər dəfə dilimin ucuna gələrək geri

qayıdırdı. Mən Tutenxamona, “sən zərif

xanımsan və bir kişini sevməyin qəribə deyil”

‐ demək istəyirdim. Çox istəyirdim. Onun

göz yaşlarına, hıçqırtısına dözə bilmirdim.

Bu sirr qəbir evinə qədər getməli idi.

Artıq Misir əvvəlki Misir deyildi. Xalqın

arasında gedən canlanma, hökmdarı taxtdan

salma eşqi güclənirdi. Exnatonun nəsli ondan

öncəkilərə və ondan sonrakılar məsxərə

obyekti olmamalıydı. Mən də çox qocayam,

bundan o tərəfə yaşamaq istəmirəm. Bəlli

bir zamanda, bəlli bir yerdə gənc

Tutenxamonun ölümünə fərman verdim.

Yeməyinin içinə zəhər qatdım. Bir neçə saat

öncə, hansı yeməyi daha çox yemək istərdin,

sualını vermişdim hökmdarıma. O, uzun‐

uzadı gözlərimin içinə baxdı. Elə bil hər şeyi

hiss edirdi. “Fərq etməz”, ‐ dedi. Mənə

inanırdı. Ona görə də yeməyini yoxlatmadı.

Mən isə ən sevimli təamını onun üçün

hazırlatmışdım. Həmişəki kimi geniş süfrə

açılmışdı. Masanın ətrafında heç kim yox

idi. Təkcə Tutenxamon həvəssiz oturmuşdu.

Mən də qarşısında. Üçüncü qaşıqda artıq

onun rəngi gömgöy idi.

Onun hıçqırtısı indiyənə kimi

qulaqlarımda səslənir... “Düz etdin. Çox sağ

ol. Nə yaxşı ki, gedirəm. Ona deməyin...”

Hər şeyin əvvəli olduğu kimi sonu da

var.  Bu onun taleyi, bu onun qisməti idi. O,

bu yükü daşımalı idi. O, bu yüklə ölməli idi.

Məni incidən onun ölümü deyil, bəlkə də,

mən düz etdim.  Ölüm onun üçün ən asan

yol idi. Әzab çəkirdi. Məni incidən onun

məhəbbəti idi. 

Hətta sevdiyi dostunun yanına getməmək

üçün ayağını belə sındırmışdı. Saraydan

Amentonun səsi gəlincə əsanı əlinə alıb onun

yanına qaçırdı. Üz‐üzə dayanıb saatlarla



Aylıq ədəbiyyat dərgisi

91

ULDUZ /

Dekabr 2015



susardılar. Böyük saray bu eşqin qarşısında

lal idi. 

‐ Çox maraqlıdır. Tutenxamon qadın

olduğundan bu hissi yaşayırdı, bəs Amenton?

O necə? Məgər düşünmürdü ki, bir erkəyə

vurulub ‐ Dadon soruşur.

‐ Məncə o, hər şeyi çox gözəl bilirdi.

Tutenxamon təpədən‐dırnağa xanım idi. Zərif

idi, gözəl idi. Çox gözəl idi. 

Yetmiş günün tamamında Tutenxamonun

şərəfinə bəzədilmiş sərdabədə iş tamam ‐

lanmışdı. Bütün naxışlar qızılla işlənmişdi.

Әzəmətli gənc, on doqquz yaşlı Fironun nəşi

qızıl tabuta yerləşdirildi. Boynuna bənövşə

və çobanyastığı çiçək lərindən hörülmüş çələng

asıldı. Qayığa yerləşdirilmiş tabut “Ölülər

diyarı”na yan aldı. 

Xəfif aprel küləyi Nil çayını qadın zərifliyi

ilə dalğalandırıb qayığın sahilə çatmasını

ləngidirdi. Ağ yelkənlər uzaqdan hamilə

qadına bənzəyirdi. 

Deyilənə görə, Amenton döyüşlərin

birində həlak olmuşdu. Bəlkə də, ölmək

istəmişdi sadəcə...

Kahin öz missiyasını yerinə yetirdikdən

sonra öz ölümünə fərman vermiş və Exna ‐

tonun ayaqlarının altında basdırılmışdı. Qoca

Dadon isə hakimiyyətə yeni gəlmiş sülalə

üçün nəğmələr qoşaraq könülləri əyləndirərdi. 

Qədim, sirli Misir gənc Tutenxamonu

unutmadı. Və bu sirr, özündə iz saxlamayan

səhra qumunun üzərindən əsən xəfif külək

ilə hamarlandı. 

ENAREY (KAHİN)

Aydını çoxdan tanıyırdım. Lap çoxdan.

Doğrudur, onun dediklərinin bir faizinə də

inanmırdım. Danışdığı uydurmaları isə

dinləməyi çox sevirdim.

Hər yeni rəvayətə başlayanda düymə

boyda gözlərini yumar, sonra söhbətə

başlanğıc verərdi. Әllərini də  bir‐birinə elə

bərk sıxardı ki, elə bil mühüm bir şeydən

söz açacaq. Uydurmalarına özü də inanardı

hərdən. Yalan tez unudulduğu üçün qəsddən

bir neçə gündən sonra ona eyni hadisədən

hissələr danışardıq. “Aydın, o hadisənin axırı

necə olmuşdu?” deyərdik. Nağılları su kimi

yuyulub beynindən getdiyindən öncə

gözlərini qırpar, sonra söhbətin ucundan‐

qulağından çırpışdıraraq birinin üstünə beş

də qoyub yeni rəvayət uydurardı özündən.

Biz də ona inanardıq.

İndi isə Aydın yadıma yuxu kimi gəlir.

Nə yaxşı ki, həyatımda tanıdığım belə bir

adam olub. 

İyirmi ildən sonra Qatura getmək

iməkləməyə başlayan uşağın dünyanı lap

yenicə tanıması kimiydi. Kənddə yalnız

qocalar qalmışdı. Bütün cavanlar bir qarın

çörək üçün buraları tərk etmişdilər. Cansıxıcı

idi kənd. Әvvəlki təravəti də qalmamışdı.

Palçıqdan yapılmış komalar bir az da ot

basmış görkəmi ilə adamın ürəyini sızladırdı. 

Uzaqda, lap uzaqda damın üzərində

oturan bir nəfəri gördüm. Qamış

uzunluğunda ayaqlarını qucaqlamışdı. Aydın

olmasın bu? Oturuşu eynilə ona bənzəyir.

Biz tərəflərdə meyvə ağaclarının gövdəsinə

balta çalarlar. Üstündən bərəkətinin əskik

olmaması üçün. Ahıllar, bax, “təbiətin də

gözünü gərək belə qorxudasan”, deyərdilər. 

Aydıngildən yuxarı sıra ilə düzülmüş

çinar ağacları var idi. El arasında çinarlıq

deyərdilər buralara. Nədənsə o ağacların da

gövdəsinə balta çalınmışdı. 



Aylıq ədəbiyyat dərgisi

92

ULDUZ /

Dekabr 2015



Üçüncü çinardan o tərəfə nələrin olma ‐

sın dan bixəbər idik. Ora getmək olmaz. Güz

var deyərdilər. Dilimizdə də əzbər idi. Filənkəs

güzlükdə itdi. Üçüncü çinardan keçdiyindən

başına belə gəldi. Nə isə, bizim oralara

getməyimiz yasaq idi. İçimdə nə qədər qorxu

olsa belə, üçüncü çinardan o tərəfə keçməyin

arzusunda idim. 

Ayağımdan pıtraqları qopara‐qopara

uzaqdan gördüyüm o adama sarı  gedirdim.

Balaca palçıq evin dövrəsində iki nar, üç

armud, səkkiz alma ağacı var idi. Həyətin

dörd bir yanında it bağlanmışdı. İtin ikisinin

qarşısında sümük, ikisinin qarşısında isə ət

var idi. Dörd itin heç biri hürmürdü,

qarşılarındakı yeməyi də yemirdilər. Alma

ağacının birində ağ kəlağayı asılmışdı. Külək

kəlağayının bir ucunu evin damına sancmışdı.

Evin qapısı arasında üzərlik var idi.

Kələğayının ucu ona sancılmışdı. Külək isə

əsərək üzərliyi çaqqıldadırdı. Damın üstün ‐

də kinin isə  insan olmadığını gördüm. Yəqin,

üç gün bundan öncə əsən külək ağacın

kötüyünü buraya atmışdı. 

Biz tərəflərdə güclü küləklər əsir. Necə

olub ki, kötük parçasını insana bənzətmişəm?

Bilmədim.

Yadımdadır, Aydın bir rəvayət danışmışdı

bizə. O zaman onu məsxərəyə qoymuşduq.

Deyirdi, vaxt gələcək bir gecənin içində hamı

qocalacaq. Uşaqlar isə alma ağacına çevriləcək.

Biz də onu əsəbiləşdirib, “yox, biz alma yox,

armud ağacına çevriləcəyik”, deyərdik. O isə:

gülün, gülün, bir vaxt gələr, siz də görər siniz ‐

deyə təkrarlayardı. İki gündən son ra rəvayəti

ona xatırlatmaq istəyəndə danışmaq istə mə ‐

mişdi. Danışmıram, danışmıram ‐ söy lə mişdi. 

Qazanın altında alov yanmazdı. Yer kürəsi

başına hava gəlmiş adam kimi dövr edərdi

kainatda. Nənə isə halvanı hey qarışdırardı.

Deyilənə görə, Aydının ulu babası da uşaq

olarkən Ulu dağdan qaynayan halvanın püs ‐

kürərək ətrafa sıçramasını görmüşdü. Deyir,

nənəm o dəqiqə əlinə qazan alıb soyuq bulağa

qaçmışdı. Sonra bulaq suyunu evə gətirib

yeddi yerə çömçə ilə su tökmüşdü. Babam

isə hər su tökülən yerə arpa bas dır mış dı.

Yeddinci arpadan sonra Ulu dağ sa kit ləşmişdi.

Sonra hər evdən bir qoç gətirib Ulu dağın

ətəyində qurban kəsmişdilər. Nənəm isə

alnıma qurban qanından nöqtə qoymuşdu. 

Soruşanda ki, ay Aydın, dağ qurbanı ney ‐

nir? Aydın cavab verərdi ki, kəsilən qurban

Aylıq ədəbiyyat dərgisi

93

ULDUZ /

Dekabr 2015



insanın malından asanlıqla keçməsinə işarədir.

Axı mülk, mal şirin şeydi. Heç kim balaca

qəpiyindən də keçməz. O ki qaldı qoç olsun.

Tanrı səxavəti sevdiyindən insanların bu

canfəşanlıqlarına biganə qala bilmir. Hər

qurban ayinindən sonra onlarla bir az da

yumşaq davranarmış. 

Ulu dağın arxasında dilək ağacı var idi.

Ağacın, bəlkə də, milyon yaşı olardı idi.

Aydının babasının, babasının babasının da

yadına bu ağac gəlirdi. Heç kim onun dəqiq

yaşını bilmirdi. İçi boş, üstü yaşıllıq, altı

kölgənəcək. “Belə ağaclar əbədiyyət

simvoludurlar”, ‐ Aydın deyirdi. Hər əşyanın

sonu var. Әşyaların da, ağacların da taleyi

var. 


Bu dilək ağacına da dilək edib kəlağayı

asardılar. Hər böyüyən gənc nəsil bu ayinə

məsxərə ilə yanaşar və inanmazdılar. Yaşlılar

isə, həqiqət olduqda söylənilər, deyirdilər.

Yalandan həqiqət doğmaz. Әgər təsadüfən

doğubsa, o zaman mütləq cəzası çəkiləcək. 

Yüz il sonra gələcək, min il sonra gələcək,

amma həqiqəti yerində oturtmaq üçün kimsə

mütləq gələcək. 

(Kitabda belə yazılıb: Onların əməlləri

zəngin dənizin zülmətinə bənzər. Onu bir

dalğa, o dalğanın üstündən bir dalğa, onun

da üstündən bir bulud (dalğa) – zülmət

üstündən zülmət örtər. O, əlini çıxartdıqda,

hardasa onu görməz. Allah bir kəsə nur bəxş

etməsə, onun nuru olmaz).

Həqiqəti susdurmaq üçün bürüyərlər.

Sonuncu bir dalğa üzərindən bir dalğa deyilişi,

qaraya bürünən qadınları, çadranı yadıma

salırdı. Qadın həqiqətdir. Və hər kişi öz

həqiqətini gizlətmək istəyir. O zaman həqiqətə

yalnız özü şahid olur. O həqiqət onun olur.

Və günlərin bir günü həqiqət boğulur və

səssiz‐səmirsiz itir. Vaxt gəlir, yenə də

həqiqətləri aydınlatmağa başlayırlar. Həqiqət

aydınlaşdıqca, qadın göründükcə bəşəriyyət

hərəkətə gəlir. Sonra həqiqəti yenə zülmətə

bürümək üçün onu kirlədirlər. Sonra kişilər

həqiqətləri xilas etməyə başlayır və başqasının

görməməsi üçün onu yenə də bürüyür,

bürüyür və bu silsilə sonsuzluğa qədər davam

edir.


Onu bir dalğa, o dalğanın üstündən bir

dalğa, onun da üstündən bir bulud (dalğa) ‐

zülmət üstündən zülmət örtər. O, əlini

çıxartdıqda, hardasa onu görməz...

Həmin günü çox yol getdim. Ağ atın

tərkində çinarlığa yollanmaq maraqlı idi.

Uzun müddətdir at çapmamışdım.

Ayaqlarımın arasından qalxan ağrı bədənimi

keyidirdi. Doğru deyirlər insan nəyə adət

etsə, ona asan gələr.

Çinarlığa çatmaq Feyzulla babamın

nağılları kimi ‐ saqqız kimi uzanırdı. Niyə

saqqız kimi uzanmasını bilmirdim, demə,

dünya sonsuzdur. Məkanlar isə yer dəyişən.

Babam mənə deyəndə ki vaxtilə Xəzər

dənizinin suları indiki Böyük Qafqazın üzərini

örtürdü, inanmırdım. Sən demə, Xəzərin

yerində Pətək ölkəsi mövcud imiş. Adının

Pətək olması isə təsadüfi deyildi. Yerin

tərkində oyuq açan insanlar orada

yaşayırdılar. Kənardan baxanda pətək kimi

deşik‐deşik görünərdi düzənlik. Dəliklər

arasına ağ təbaşirdən yol çəkilərdi və bütün

dəliklər sap üzərinə düzülmüş muncuğu

xatırladardı insana. Babama, “bəs dəniz

ölkənin üzərinə axmırdı?”, sualını verirdim.

O, hər dəfə fikrə gedib, “səddə idi”‐ deyərdi.

“Sədd isə həqiqət məhv olanda dağılır”.

Demək, kainatda olan bütün canlılar, əşyalar,

dağlar, dənizlər, çaylar gözəgörünməz sədlə



Aylıq ədəbiyyat dərgisi

94

ULDUZ /

Dekabr 2015



haşiyələnib.  O vaxt ona həqiqətin niyə yox

olduğu sualını verməmişdim. İndiki ağlım

olsaydı, sualı sualın üstündən yağdırardım

babama. Amma vaxtından əvvəl hər şeyi

bilməyin də mənası yoxdur. Hər kəs öz

həqiqətinə nə zamansa çatır.

İndi mən də çinarlığa nə üçün getdiyimin

fərqinə varırdım; bu yolun niyə bu qədər

uzun gəlməsini dərk edirdim. 

Skiflərdə falçılıq və öncəgörmə geniş ya ‐

yıl 

mışdı. Enarey adlanan kişiyəbənzər



qadınlar söyüd çubuqları ilə fala baxardılar

keçmiş zamanlarda. Onlar kişi görkəmli olsa ‐

lar da, qadın libasları geyinər və falabaxma

mə rasimlərində xüsusi ayinlər yerinə yeti ‐

rər dilər. Hətta səsləri belə qadın səsinə bən ‐

zə yən cəngavər qadınlar Skiflər üzərinə gə ‐

ləcək bəlaları öncədən sezər və zamanında

çara xəbər verərdilər. Onların həqiqətdə kişi

və ya qadın olması bilinmirdi. Deyilənə görə,

tanrılar yalnız və yalnız qadınların qulaqlarına

pıçıldamağı sevərdi. Qadınlar isə söz saxlaya

bilmədiklərindən o dövrün adamları tanrıları

aldatmaq üçün kişilərə qadın paltarı gey di ‐

rərək fala baxmaq ayinini gerçək ləş di rir dilər. 

Kainatda başlanğıcın adı qadındır. Adəm

özü də Həvvanı içində gəzdirirdi. Adəm yarı

Həvva, yarı Adəm idi. Allah öz ruhundan

ona üfürmüşdü. 

İndi Xəzər sularının altında qalan Pətək

ölkəsinin varlığını düşündükcə tüklərim biz‐

biz olur. Həqiqəti gizlətmək üçün Yaradan

bütün dünya üzərinə müxtəlif örtüklər

çəkmişdi. Həqiqət həmişə nəyinsə altında ‐

gizlindədir. İnanıram ki, nə zamansa Pətək

ölkəsinin sakinləri yeni dünyanın adamlarına

kim olduqlarını söyləyə biləcəklər. 

Çinarlığa çatmağa dörd ağaclıq yol

qalmışdı. Ulu dağın üzərində at ayağının

zərbələrini gəzdirmək mənə əzab verirdi.

Düşünəndə ki, daşlar da canlıdır və yer

üzərində addımlayan insanların zərbələrindən

qeyzlənə bilər, Yerin nifrətindən qorxurdum...

Hər şey eyni silsilə ilə davam edir:

keçidlərlə, dolanbaclarla, üstüörtülü,

tanınmaz, sirli, unudulmuş, tapmacavari,

gizlin şəkildə... Sözlər kimi. Ağızdan‐ağıza

ötürülmüş şəkildə qulaqlara çatar. Qulaq,

bütün gerçəklərin və bilinməzlərin qara dəlikli

giriş qapısıdır.

“Әkil, bəkil quş idi. Meydana qonmuş

idi...”

Bu deyimləri çinarlığa az qalmış



xatırladım. Atdan endim. Böyük bir meydanda

insanlar əyləşmişdi. Kimə danışsam, inanmaz. 

Ölkənin şahı rəhmətə getmişdi. Demə,

bura gəlməyimin elə bir önəmi yox imiş.

Әvvəl‐axır həqiqət azad olacaqdı. Bunu

ürəyimdən keçirəndə yanımda əyləşən

ağsaqqal,  “hələ sona qədər dinlə, səbrin

olsun” ‐ dedi. 

Yeni doğulmuş uşaq gətirdilər meydana.

Hamı ona baş əyməyə başladı. 

“Diqqət, diqqət! Eşidin və agah olun,

bundan sonra taxtın sahibi Yunis ibn Adəm

olacaq. Bundan sonra bu taxta o keşik çəkəcək

və qanunları o verəcək”.

Yanımdakı ağsaqqalın qulağına

pıçıldadım: “Siz heç bilirsiniz, bu nə deməkdi?

Siz indi açılması gərəkən həqiqətin üzərini

yenidən bağlayırsınız”. 

O, mənə bir rəvayət danışdı. Və mən

orada qalmağımın bir mənasını görmədim.

Atın tərkinə minib geri qayıtdım. Anladım

ki, “çinarlığa getmə, orada Güz var” deyənlər

əslində doğru deyirdilər. Uzaqlara həqiqət

axtarışına getməyin mənası yoxdur. Adəmdən

Xadəmə insanlar alın yazısı qarşısında qul

Aylıq ədəbiyyat dərgisi

95

ULDUZ /

Dekabr 2015



kimi ikiqatdırlar. Taleyin yalnız istiqamətini

bir balaca dəyişmək olar. Onu yenidən

yazmağa heç kimin cürəti çatmaz. Hamımız

müəyyən qabiliyyətlərlə və kodlarla

doğuluruq. Әsas missiyamız daxilimizdə

yerləşən o sirri tapmaqdır.

Və qoca mənə deyəndə ki, Yaradan insanı

yaratdıqdan sonra, ona ruh üfürməmişdən

öncə yaratdığı bütün varlıqları yanına yığır.

Deyir, ey yaradılanlar, mən uşaq kimi

ərköyün, bəzən tənbəl, azdan doymayan,

çoxla qane olmayan, qanı sevən, ölümə sitayiş

edən, bəzən rəhmli, bəzən rəhmsiz, həm

özünü tanıyan, həm də tanımayan bir məxluq

yaratmışam. Adını İnsan qoymuşam. Bu

insanın həqiqəti mənim əlimdədir, amma

bilmirəm onu harada gizlədim. Harada

gizlətsəm, tapacaq. Yerin altına da gedəcək,

yerin üstünə də... Hər canlı, “ver mən

saxlayım, ‐ dedi ‐ məndən ala bilməz”.

Yaradan çox düşündü: Yox, mən bu sirri

dərin quyunun içində gizlədəcəyəm. O sirr,

yalnız işığa doğru qalxa biləcək. Zülmətdə

isə köz kimi qaralacaq. 

‐ O quyu, nə quyudur elə?

‐ İnsanın daxili.

Mən anladım ki, insan istəsə də, özündən

qaça bilmir. Özündən qaçmanın bir yolu

yoxdur, əslində. Bu mümkünsüzdür. Daha

çox içinə enməlisən, özündən qopmamalısan.

İndi düşünürəm ki, Aydın hər şeyi doğru

deyirdi. Vaxtilə güldüyümüz ağıllı insanlara

sonradan inanmağa başlayırıq, indi isə öz

axmaqlığımızı dərk edirik. 

Kəndimizə dönəndə hər kəsin işində‐

gücündə olduğunu gördüm. Bura necə də

gözəl, necə də yaraşıqlı və abad imiş. Onu

görmək üçün dərk etməmin lazımlığı

gərəkirdi. Gözün və qulaqların olması azdır.

Onlar yalnız vasitədir, əsl həqiqət isə qəndil

içində yanan çıraqdır.

İndi Enerey bir dua oxuyacaq... 

Bilmirəm, günəş nə zaman sıyrılıb yerə

düşəcək. Bircə onu bilirəm ki, o, bizə nöqtə

boyda görünən, əslində isə böyük bir həqiqətin

üzərini açacaq. Və həmin an biz yerlə göyü

birləşdirən dayaqları gözlərimizlə görəcəyik

və bütün həqiqətlər örtüyünü öz üzərindən

yerə salacaq. Gəlinin üzündən çəkilən duvaq

kimi... 


Aylıq ədəbiyyat dərgisi

96

ULDUZ /



Dekabr 2015

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə