Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   29   30   31   32   33   34   35   36   37

Təbii ki, bu kiçik yazıda Qafar Sarıvəllinin

nəinki bütöv yaradıcılığı haqda, heç onun

yaratdığı portretlər haqda da ətraflı fikir

yürütmək mümkün deyil. Lakin Qafar

Sarıvəllinin yaradıcılığına və şəxsiyyətinə

məhəbbəti olan adi bir seyrçi kimi, onun bir

neçə əsəri haqqında öz fikirlərimi sizinlə

bölüşmək qərarına gəldim.

Qafar Sarıvəllinin obrazlar qalereyasının

bəzəyinə çevrilən qəhrəmanlarından biri

böyük şairimiz Səməd Vurğundur. 

Heç kəsə sirr deyil ki, Səməd Vurğun

dövrümüzün ən böyük şairi kimi Azərbaycan

poeziyasının nəhəng nümayəndələri Şeyx

Nizami, Mövlana Füzuli, Seyyid Nəsimidən

sonra hələ min illər yaşayacaq və ona nə

qədər əsərlər həsr edilsə belə, Səməd Vurğun

şəxsiyyətini bütövlüklə aça bilmir. Qafar

Sarıvəllinin yaratdığı Səməd Vurğun portreti

də bu əmələ, bu arzuya xidmət edir. Hazırda

şairin ev muzeyinin ən dəyərli eksponat la ‐

rın dan biri olan bu portret Səməd Vurğun

şəxsiyyətinə məhəbbətdən yaranıb. Tale elə

gətirib ki, nə Qafar Sarıvəlli, nə də bu yazının

müəllifi böyük şairin müasirləri olmamışıq.

Lakin onun haqqında yazılmış əsərlərdən,

məqalələrdən, xatirələrdən bilinir ki, Səməd

Vurğun həm şair kimi, həm insan kimi, həm

də ictimai xadim kimi bütöv bir şəxsiyyət

olub. O, xarici görkəm etibarı ilə də yaraşıqlı,

nurani bir insan idi.

Qafar Sarıvəlli, mənim fikrimcə, bu

əsərində Səməd Vurğunun bütün böyük ‐

lüyünü, yuxarıda qeyd etdiyim xüsusiyyətləri,

habelə müəllifin öz içində illərlə cücərdib

böyütdüyü, yalnız onun özünə məlum olan

böyük Səməd Vurğun obrazını nümayiş

etdirməyə, tamaşaçıya çatdırmağa cəhd edib

və buna nail olub.

Qafarın işlədiyi bütün portretlərə diqqət

yetirərək dərhal duyursan ki, onlar canlıdır.

Sənlə söhbət edir, sənə nə isə danışır. Bir

sözlə, Qafar Sarıvəlli öz portretləri ilə “danışan

obrazlar qalereyası” yaratmışdır. 



3. Nəvai Mətin və impressionizm

Bu il rəssam Nəvai Mətinin 50 yaşı tamam

oldu. Sənət dostları, yaxınları, doğmaları

onun bu yarım əsrlik yubileyini sevinclə qeyd

etdi. Mən də həmin təbriklərə qoşularaq onun

rənglər dünyasına bir az səyahət etdim.

Uşaqlıq illərindən rəssamlıq sənətinə

dəlicəsinə vurulan, o illərdə öz uşaq aləmi

ilə mənzərə və portretlərini yaradan Nəvai

Mətin rəssamlıqla daha ciddi məşğul olmaq

istəyirdi. Rəssam olmaq Nəvai Mətinin uşaqlıq

arzusu idi. Bu arzu onu Pedoqoji İnstitutun

bədii qrafika ixtisasına gətirib çıxartdı. Ali

təhsil almaqla yanaşı, öz yaradıcılığında

davam etdirdi. O illərdə Nəvainin dostu,

mərhum şairimiz Akif Səməd onun haqqında

yazırdı: “Rəssam var ki, adam, at, it şəkli

çəkə bilmir, nəsə çəkir və adını da nəsə “izm”

qoyur, amma Nəvai adam, at, it şəkli çəkə

bilir...”Sənət və həyat dostu, onun həmyerlisi

böyük sənətkarımız rəssam heykəltəraş, şair

Məmməd Dəmirçioğlu isə Nəvai Mətin

yaradıcılığını belə səciyyələndirir: “O zamankı

APİ‐də rəssamlıq təhsili alarkən işlədiyi bir

neçə tablo, onun böyük istedad sahibi

olduğundan xəbər verirdi...”

Bir müddət rəssamlığın daşını atan Nəvai

məmurluqla, bizneslə, kommersiya ilə məşğul

olur. Lakin bu uzun çəkmir və o, böyük enerji

və coşqu ilə yenidən sənətə qayıdır. Nəvai

haqqında fikirlərini davam etdirən

Dəmirçioğlu yazır: “Düzünü söyləsəm, onun

rəssamlığa bu cür sürətlə dönüşünə inanmırdıq

və qısa zaman kəsiyində etdiyi sıçrayışlar

sözün həqiqi və yaxşı mənasında mənim

özümü də heyrətləndirdi. O, özünü tapa bildi,

öz palitrasını kəşf etdi”. 

Bəli, indi ömrünün və sənətinin püxtələşən

bir çağında Nəvai Mətin sözün həqiqi

mənasında şedevrlər yaradır.

Düzdür, Nəvai Mətin Uluslararası Aktivist

Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi və

Rəsm komitəsinin başqanı kimi, Azərbaycan

mədəniyyətinin, eləcə də, türk dünyasının

sənət incilərinin və sənətkarlarının dünyaya

tanıdılmasında gərgin və uğurlu iş aparır.



Aylıq ədəbiyyat dərgisi

78

ULDUZ /

Dekabr 2015



Yaradıcılıq Nəvai Mətinin stixiyasıdır.

Mənim bildiyimə görə, o gözəl rəssam,

tərtibatçı, reklamçı olmaqla yanaşı,  şeir də

yazır, gözəl saz çalır və hərdən pəsdən oxuyur

da.Lakin hər şeydən əvvəl,o rəssamdır. Onun

xarici görkəmi də, davranışı da, danışığı da,

hərəkətləri də bunu sübüt deyir. 

Rəssam olmaq Tanrı vergisidir. Lakin

böyük rəssam olmaq üçün sənin biliyin,

dünyagörüşün, informasiyan, duyum

qabiliyyətin, zəhmətsevərliyin və daha nələr

olmalıdır. Nəvai Mətin rəssam kimi doğulub.

Nəvai Mətin  çoxprofilli rəssamdır. Onun

portretlərinin, peyzajlarının, etüdlərinin,

natürmortlarının hər biri ciddi müzakirə

obyektidir. O, rəssamlığın texnologiyasını

mükəmməl mənimsəyib, istər yağlı boya ilə

işləsin, istər akvarellə, istərsə də qrafika, nə

işləyirsə, hamısı çox canlıdır. Seyrçini

heyrətləndirə, düşündürə bilir. Bu əsərlər

seyrçiyə sirayət edə bilir, onun ovqatını

dəyişə bilir, özü də müsbət mənada. Təbii

ki, rəssam olmaq təkcə gördüyünü kətana

köçürməkdən ibarət deyil. Әgər elə olsaydı,

fotoaparat icad edildikdən sonra rəssamlara

ehtiyac qalmazdı.

Rəssamın fotoqrafdan fərqi odur ki, məhz

o, heç kəsin görmədiyi və ya görüb hiss

etmədiyi şeyləri görür və seyrçiyə təqdim

edir. 


Deyirlər, bir gün bir müəllim yazı taxtasına

bir ağ vərəq yapışdıraraq kağızın ortasına

bir nöqtə işarəsi qoyur və şagirdlərdən

lövhədə nə gördüklərini soruşur.

1‐ci  şagird “nöqtə”, 2‐ci şagird “qara

nöqtə”, 3‐cü şagird isə “yağlı qara nöqtə”

cavabını verir. Müəllim təəssüf hissi keçirir

ki, siz burada bu boyda ağ kağızı görə

bilmədiniz.

Yadıma gəlir ki, uşaq vaxtı Novruz

bayramı ərəfəsində ilaxır çərşənbə axşamı

dan atardılar. Sübh tezdən, lap o başdan

hamı yanan lopalarla dəstə ilə axar suyun

üstə gedərdi. Deyərdilər ki, səhər təbiətdə

elə bir məqam, elə bir an olur ki, bir an

içində sular dayanır, ağacların budaqları yerə

dəyir, atlar gülür və s. Həmin anı görmək

üçün gərək yatmayasan, gözlərini

qırpmayasan, hər şeyə diqqət kəsiləsən ki,

həmin məqamı görə biləsən. Lakin bu

vaxtadək həmin anı görən olmayıb.

Mənə elə gəlir ki, rəssamlar, xüsusilə,

mənim qəhrəmanım Nəvai Mətin o anın bir

məqamını görür. Görür və həmin mənzərəni

kətana köçürür.Heç kəsin görə bilmədiyi,

hiss etmədiyi anı görür. O, təkcə gözləri ilə

görmür,sanki onda bəsirət gözü var, bir fəhm

var, hansısa altıncı bir hiss var. 

Deyəsən, Nəvai Mətinin yaradıcılığından

yaza‐yaza gəlib impressionizmə çıxdım. Bir

vaxtlar rəhmətlik Akif Səməd deyirdi ki,

Nəvai Mətinin yaradıcılığında hansısa “izm”

yoxdur. Ancaq, mənim qənaətimcə, onun

rəssam taleyinə də bir “izm” yazıldı. Ancaq

bu “izm” ‐ impressionizm abstraktlığın

əksidir. İmpressionistlər real həyatı daha

təbii və qərəzsiz əks etdirməyi xoşlayırlar.

Nəvai Mətin kimi...

Fikrimcə, Nəvai Mətin impressionist

rəssamdır. 

İmpressionizm fransız dilində “təəssürat”

deməkdir. Təəssürat isə ətraf aləmdəki əşya

və hadisələrin insan şüurunda buraxdığı iz,

onların əksi, ona təsiri deməkdir. Bu, təsviri

incəsənətin XIX əsrin 60‐cı illərində yaranan

istiqamətidir.

İmpressionist rəssamlar

əşyanın rəngdən‐ rəngə düşməsi təəssüratını

yaratmaq üçün bir‐birini gücləndirən

rənglərdən istifadə etməyə üstünlük verirlər.

Bir qayda olaraq, onlar öz əsərlərini

emalatxanada deyil, açıq havada yaradırlar.

Bəli! Nəvai Mətin öz əsərləri üzərində

işləyərkən axtardığı ən əsas faktor işıqdır.

İşıq Nəvai Mətin üçün hər şeydir. 

Mən deyə bilmərəm, Nəvai Mətin

rənglərin texnologiyasını, onların qarışığından

alınan çalarları ali məktəbdə oxuduğu illərdə

öyrənib, yoxsa ona bu istedad fitrətən verilib.

Lakin bilirəm ki, rənglərin qarışığından

məharətlə istifadə etməklə güclü işıq effekti

yarada bilir ki, bu da əsərləri daha cəlbedici,

baxımlı və düşündürən edir.

Dediklərimə misal olaraq, onun “Sınmış

kərpic” əsərini diqqətinizə çatdırmaq istərdim.

Aylıq ədəbiyyat dərgisi

79

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə