Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

Vəfa Yazıçılar Birliyinin tədbirlərinə

uzaqdan gəlir ‐ Әlətdən. Heç vaxt da

gecikmir, Natəvən klubunda əyləşən kimi

yanındakı boş stula da çantasını qoyur. Bu

boş  stula qoyulan çanta haqqında sonra.

Vəfa  şeirdə birdən‐birə dəyişdi. Elə bil

qabaqkı şeirlərinin üstündən xətt çəkib ayrı

bir səhifə başladı. Bu səhifənin başında ayın,

ilin tarixi yoxdur. Çünki şeirlərinin yazılma

tarixi  olmur.

Bəlkə də, günah məndə. Vəfanın qabakı

şeirlərinin içində  son şeirlərinin havası

varmış, yüz faiz. Olmamış olmazdı.

Olmasaydı,  belə yazılmazdı. Bəzən biz

eynəyimizin tozunu silmirik.

Vəfa Mürsəlqızının son axtarışları onun

şair həqiqətini təsdiqləyir. Başqalarının  asan

yolu ilə irəliləməkdənsə öz cığırını açmağa

üstünlük verir. Təkrar fikir istehsalına

arxalanmır. Daim yeniliyə can atır. 

Vəfanın şeirlərində  Bakı‐Әlət yolu var.

Bu yolların avtobusları yorğun olur, həm də

“qoca” olur,  bir az da səsi bərk çıxan

xoruldayan, təpəl avtobuslar olur.  Bakı ətrafı

yaşayış massivlərinin avtobusları hamısı

belədir, məncə.

Vəfa  əyləşir avtobusa, çantasını da qoyur

yanındakı boş yerə. Avtobusun şüşələri

tərlidir, Vəfa barmaqları  ilə şüşəyə nəsə

yazır; ya xətt çəkir, ya da şüşənin tərindən

bir gözlük açır ki, çölə baxsın. Çöllər, yol

kənarındakı dirəklər yuxuludur hələ.

Başını pəncərə şüşəsinə də söykəmək olar.

Uzun nəsə düşünmək olar. Başını avtobus

şüşəsinə söykəyib düşünməyin  dadını

bilirsinizmi heç?

Özü də bu, səhərlər gözəl olur.  Buna

bax‐Vəfa deyir‐ elə bil qara asfalt  valdı,

təkərlər valı oxudur. Burda üç element, əşya

iştirak edir. Qara asfalt,  təkər, əyləc, asfaltdakı

azacıq nəmişlik, avtobusun harasındasa

boşalmış bir hissənin cırıldayan yeri və

başdakı fikir. Bu fikir dünəndən qalıb, həm

şirindir, həm də kədərli. Avtobusun səsi ilə

uzlaşır. Bir sözlə, Bethoven.

Bu yollar adama şeir yazdırır. Amma

metro zəif nəsrdir. Avtobusların səhər çağı

sərbəst şeiridir. Günortası qoşmadır, axşamı

nasirin şeir, ya da şairin nəsrə başlamasıdır.

Bir sözlə, avtobusların axşamı biabırçılıqdır.

Vəfa Mürsəlqızı haqqında mənə  ilk dəfə

gözəl şair, əziz dostum Eldar Səfa demişdi.

71

ULDUZ /

Dekabr 2015



HÜCRӘ

Qəşəm NӘCӘFZADӘ

AVTOBUSUN

TƏRLİ

ŞÜŞƏSİNDƏN

HƏYATA BAXMAQ

(Vəfa Mürsəlqızının şeirləri haqqında)


Günlərin bir günü Vəfa gəldi  Yazıçılar

Birliyinə. Tanış olduq.

Amma mənim Vəfa ilə əsl tanışlığım

“Azadlıq” radiosundakı şeirləri, hekayələri

ilə başladı. Sonra bu tanışlığı kimə dedimsə,

inanan olmadı, heç  inanmasınlar, özüm

inansam, elə  ədəbiyyat üçün bəs eləyir ‐

dedim ‐ və həmin şeirləri bir də oxudum.

Bəlkə, bu şeiri Vəfa Bakı ‐ Әlət avtobusunun

şüşəsinə yazmışdı və ya o şüşənin tərinin

altında hazır halda tapmışdı. Çünki avtobus

şüşələrinin təri altında  əvvəldən yazı olmamış

deyil. Mən də  şeirlərimi  bəzən hazır halda

tapıram. Elə bilirəm, bu şeirləri nə vaxtsa

itirmişəm, indi qarşıma çıxır. Vəfa da belədir,

yəqin. “Yazıq Gülnar” şeirindən bir sətrə,

yarım saatlıq “Әlət‐Bakı yolu”na baxın:

Gəlin oldu, ərinin yumruqlarını daşıdı

üzündə, gözünün altında

Elə bil bu misra bir dram əsəridir.

Səhnələşdirmək olar. Tamaşa hazırlamaq olar

bu misradan. “Daşımaq” burda ömür sürmək

deməkdir.  Әdəbiyyat həm də sinekdoxadır,

ad qoymaqdır. Şair şeirdə  yaşamağın adını

daşımaq qoyub.

Mən 10‐cu sinifdə oxuyanda, 1978‐ci ildə

bir şeir yazmışdım, Vəfanın “yazıq Gülnar”

şeirinin əvvəli kimi.

Ay kişi, döymə arvadını,

Ay əllərin qurusun,

Heç bilirdin onu kim sevirdi?

Vəfa da “Yazıq Gülnar” şeirini  bu il

yazıb, 2015‐ci ildə. Gör neçə ildi Azərbaycan

qadını döyülür, üzündə təbəssüm

gəzdirməliykən, qara qançırlar gəzdirir. 

Bir gün də Gülnarın cansız, balaca

vücudunu daşıdı çiynində səkkiz kişi,

Onların içində əri də vardı, oğlanları da,

qardaşı da.

Heç kim anlamadı ki , tabut niyə belə

ağırdır axı?

Gülnar yox idi tabutda, ömrü boyu

daşıdıqları vardı çünki.

Yenə deyirəm, bu şeir deyil, dramdı,

tamaşadı, səhnədi və olduqca gözəldi. Açığı,

bir az da əsəbiləşirəm. Gülnarı bu günə qoyan

cəmiyyətə və Vəfanın istedadının qəd ‐

darlığına. 

Vəfanın  “Yazıq Gülnar” şeiri Cəfər

Cabbarlı dramaturgiyasının davamıdır. Onun

obrazlar səltənətinin yenidən doğuşudur.

Gültəkindir, Firəngizdir, Dilarədir, Füruzədir,

amma Almaz  deyil. Yaxşı ki, Almaz deyil.

Avam getdi dünyadan Gülnar!

Amma bircə şeyi daşıya bilmədi!

Әrinin ürəyində ömrü boyu başqa qadını

daşıdığını.

Yazıq Gülnar!..

Amma günah həm də Gülnarındır, Vəfa,

bunu bilirsənmi? Gülnar onu sevəni yox,

yumruqlarla gözünə sürmə çəkən kişini seçdi.

Ramiz Rövşənin “Qara paltarlı qadın”ının

taleyi var bu şeirdə. Bəli, sonra  kişilər peşman

olacaq,  öldürdükləri qadınlar üçün. Nüsrət

Kəsəmənli “Etiraf”da, Ramiz Rövşən “Qara

paltarlı qadın” da.

Bakı ‐ Әlət avtobusunun təkərlərinin

oxutduğu  qara val ‐ asfalt. Әtrafa  yayılan

səs ‐ vals. Tərli pəncərə şüşəsində çölə baxmaq

sevgi  kimidir və tərli pəncərə şüşəsinə yazılan

şeirlər heç vaxt silinmir.Vəfa, düz demirəmmi?

Bilmirəm, Әlət ‐ Bakı avtobusu  səhər

Bakıya  saat neçədə çıxır, bax, o saatlarda

onun tərli şüşələrinə söykənən üz,  müxtəlif

xətlər çəkən barmaqlar yenə var. O,  yenə

dünən baş verən  kədərli və ya sevincli

hadisəni  tərli pəncərə şüşəsinə pıçıldayır.

Şüşə yenidən tərləyir. Kimsə o tərin altında

o yazını nə vaxtsa tapacaq.

Vəfa Yazıçılar Birliyinə çatır, tədbir hələ

başlamayıb, çantasını  yanındakı  boş stula

qoyur.  Bir az  keçir, oturmağa yer tapılmır,

ayaq  üstə qalanlar Vəfadan çanta qoyulmuş

boş stulda əyləşməyə icazə istəyirlər. Vəfanın

səsini eşidirəm: “Zanitdi”. O boş yerin sahibi

haqda növbəti yazımda.



Aylıq ədəbiyyat dərgisi

72

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə