Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

Әsərdəki təşbehlər çox xoşuma gəldi.  Bu

günə kimi o mağara haqqında heç nə oxu ‐

mamışdım. “Dorantağ” əsərini oxuduqdan

sonra isə Әshabi‐Kəhfi ziyarət etmək haqqında

düşünürəm. Bu hissi bizlərə yaşatdığı üçün

müəllifə təşəkkür edirəm. Tanıdığın və zöv ‐

qünə inandığın adamın romanını oxumaq

adamı yormur, həyə canlandırır. Mən bu hə ‐

yə canı Cek Londonun “Həyat eşqi”ni oxu ‐

yanda keçirmişdim. Şəxsən tanıdığın bir yazı ‐

çının belə bir roman yazması adama başqa

cür təsir edir. Oxucu müəllifin  qəh rəmanlığını

gözləyir, amma düşdüyü mühitdə  qəhrə ‐

manlıq göstərə bilməməsi onu  qəh rə mana

çevirir. 

Mən evdə bu romanı oxuduqca hərdən

roman haqqında evdəkilərə danışırdım. Sonda

məndən “Nə oldu, necə bitdi”, – soruşanda

– “Bilmirəm”, – dedim. Romanı böyük

maraqla oxusam da, oxuduğuma heç kimi

inandıra bilmədim. Məncə, bu, elə yazıçının

uğurudur. Roman  sonda oxucunu müəm ‐

malar içində qoymalı, bitməməli və dü şün ‐

dürməlidir. Qoy elə Vüsal Nuru romanı

saxladığı yerdən hər oxucu öz abzasını

başlasın.



Mustafa Çəmənli:

‐ O qəhrəman elə bir cəhalət dövrünə

gedib ki, qəhrəmanlıq edə bilməzdi.

Nuranə Nur:

‐ Amma qəhrəmanlıq etməməklə

qəhrəman çıxdı...

Təranə Vahid:

‐ Vüsal Nuru fantastik yazıçıdır, Onun

öz yolu, öz üslubu, öz dəst‐xətti var. Son

olaraq deyə bilərəm ki,  “Dorantağ” romanı

ədəbiyyatımızda fantastik janrda yazılmış

ən uğurlu və ən maraqlı əsərlərdən biridir.

“Dorantağ”ı oxucuların və zamanın ixtiyarına

verək...    



İlqar Fəhmi:

‐ Məncə, müzakirə maraqlı alındı. 



Vüsal Nuru:  

‐ Bütün fikirlərə görə təşəkkürümü

bildirirəm. Xüsusən İlqar Fəhmiyə

minnətdaram ki, heç kimi diqqətdən kanarda

qoymur. Yazıçı da bir əsgərdi, hansı səngərdə

döyüşməsinə baxmayaraq, məqsədi, amalı

hər şeyin yaxşılığa doğru dəyişməsidi. 

Sonda Azərbaycan Yazıçılar Birliyinin

katibi İlqar Fəhmi yeni yazılan əsərlərin AYB

ədəbi seksiyalarında mütəmadi olaraq

müzakirələrinin keçiriləcəyini bildirib.

Aylıq ədəbiyyat dərgisi

60

ULDUZ /

Dekabr 2015



VAN QOQ MELANXOLİYASI

arl günəbaxanlarının

abşeron günəbaxanlarından

abşeron günəbaxanlarının 

kioto günəbaxanlarından

ferqi nədir müsyö vinsent

gözlərin çox uzaqdı

bəlkə bir qədəh absent

mənim ömrüm ömür deyil

mənim ömrüm macəradı qəza qədərdi

bu gün bizim də fərqimiz

günəbaxanların fərqi qədərdi

kiotoda gün çıxıb

arlda yağış yağır

abşeronda umudların 

gözləri kor qulaqları sağır

deyirsən müsyö vinsent

bəlkə bir qədəh absent

saqqalımda gizlətmişəm

üzümün cizgilərinə

hopmuş bütün umudsuzluqları

gizlətməyin mənası yox

gözlərimdə yuva qurmuş kədəri

bu gün mən parisin yabancısıyam

fəlakət qoxuyur paris şəhəri

mən hər an ürəyi partlaya biləcək

sərsəriyəm sərsəri

tütünün varmı müsyö vinsent

bəlkə bir qədəh absent

61

ULDUZ /

Dekabr 2015



bu halımda heç bilmirəm

nə deyim sənə

məmləkətin nar çiçəklərini

unutmamışam yenə

an que ça fait bien dent endre parler

françıs*


bir dostum var parisdə

müsyo benjamen pere**

mən yanıqlı nəğmələr oxuyuram

dərd boğaza gələndə

müsyo pere kövrəlir

o bir şairdi zatən

əlindən nə gəlir

fərqimiz nədir müsyo vinsent

bəlkə bir qədəh absent

bu gün mən bir divanəyəm

dünya başıma dardı

röyalarımın rəsmini çəkirəm

suların aynasında

yağış yuyub apardı



***

göyərçinlər yuva qurmuşdu damda

səhərlər umudun rəsmini çəkərdi

göyərçinlər

mən ilk şeirlərimi yazırdım

təravi namazı qılırdı nənəm

gözlərindən əskik olmazdı kədər

alça ağacı vardı həyətdə

alça dadını unutmamışam

hansı fəsil idi xatırlamıram

asi könlüm qürbətlərə sovruldu

qürbət gecələrində ciyərlərim qovruldu

əcəl palyonço qiyafəsində göründü mənə

uşaqlar palyonçlArı sevərlər

cocuqlar ölümə göz dağıdır*

şairlər də cocuqlar kimidirlər zatən

unudulmuş bir duanın sözlərini

xatırlaya bilmədim mən

sənsiz yaşamaq nəyə yarar

demişdim bir gül qadına

yazdığım bütün şeirlər

onun adınadı onun adına

məmləkətin buludları

çökür başıma çökür

uzaqlarda bir qadın

qanlı göz yaşı tökür

nə günlərə qaldım allahım

ağlaya ağlaya şeir oxuyuram

akvariumda üzən qırmızı balıqlara

sevda gözləriylə baxdım dünyaya

yenildim imansız ayrılıqlara

sən yandıran şamların pərvanəsi olmuşam

divanə aşiqlərin divanəsi olmuşam

sən bir gül ləçəyiylə sil gözlərini

yuxumda vurdular məni

yıxıldım qara torpağa

təzə ot qoxusu dəydi burnuma

hansı fəsil idi xatırlamıram

göyərçinlər yuva qurmuşdu damda

təravi namazı qılırdı nənəm

bir kəpənək uçub gəldi hardansa

qanadlarıyla qapadı göyüzünü

sonra bir yağış yağdı incədən incə

yaramız açıldı yağış kəsincə

yağış yadımdadı unutmamışam

hansı fəsil idi xatırlamıram

dənizin üstündə əsir rüzgar

haralardan gəlirsən belə başı bəlalı

mən də sənin kimi yurdsuz yuvasız

xəyal məyal bir şeylər görünür gözlərimə



***

bağlı qapılar arasında boğulur hər gecə

boğulur tənhalığın sərxoş əks sədası

ağır gəlir mənə çox ağır gəlir

göydə ayın soyuqqanlı ədası

gecələr yağış səsi kimi girirəm

uğursuzluq labirintində çırpınan

qəriblərin yalqızların şairlərin odasına

macəramı yazdım şeirlərimdə

taleyimlə rus ruleti oynadım

amma dözə bilmirəm ayın soyuq ədasına

ağır gəlir ağır gəlir mənə

ay buludlar arasında gizlənir yenə

mən hər yerdə yabancıyam  yabancıyam

yabancı

Aylıq ədəbiyyat dərgisi

62

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə