Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   29   30   31   32   33   34   35   36   37

Әslində obyekt olaraq, cansız əşya olaraq

kərpic heç bir şeydir. Lakin rəssamın peşəkar ‐

lığı bu cansız, soyuq əşyanı o qədər baxımlı

təsvir edib ki, müəllifin ustalığı qarşısında

baş əyməli olursan. 

Nəvai Mətinin əsərlərinə baxdıqca onlar ‐

dan rənglərin ətri gəlir, onun mənzə rə lə rin ‐

də, portretlərində bir lirizm var. Heç şüb hə

etmirəm Nəvainin əsərləri üzərində iş ləyərkən

pəsdən oxumasına. Sanki oxuduqca musiqi

onun yaratdıqlarına köçür və bu səbəbdəndir

ki, onun əsərlərində bir har mo niya var. 

Nəvai Mətini fərqləndirən cəhətlərindən

biri də odur ki, o, yaratdığı əsərlərin əvvəl ‐

cə dən eskizlərini çəkmir, obrazları birbaşa

naturadan, açıq hava altında yaradır. Özü

də çox qısa bir müddətdə.

Bu gün ömrünün 50‐ci baharını yaşayan

Nəvai Mətin böyük bir coşqu, həvəslə, böyük

bir həyat eşqi ilə öz əsərlərini yaratmaqdadır.

Nəvai həm də daim axtarışdadır və

rəssamlıq sənətində yeni bir ilkə imza

atmışdır. O, tərtibatçı – rəssam kimi vitraj və

peyzajın ideal vəhdətindən 3D formatında

əsərlər yaradır. 

Həmin əsərlərə tamaşa etdikcə iftixar

hissi keçirirsən: bu əsərləri yaradan sənin

xalqının nümayəndəsi, sənin elinin oğlu,

sənin dostun dur.

Qazaxda bir dağ var‐Göyəzən dağı...

Azərbaycanımızın bəxtinə düşmüş nadir

geoloji təbiət abidəsi olan bu dağ haqqında çox

yazılıb. Yazılı ədəbiyyatda Hacıkərim Sa nı lıdan

başlayan Göyəzən mövzusuna əslən Qazax

mahalından olan bütün şairlər müraciət ediblər.

Lakin Göyəzən haqqında şah əsəri Səməd

Vurğun yaradıb (bəzən mənə elə gəlir ki, Səməd

Vurğunun adı və təxəllüsü qarşısında nəsə

yazanda o adın böyüklüyünə bir xələl gəlir).

Göylərə baş çəkir Göyəzən dağı,

Axşam açıq olur ayın qabağı...

Və həqiqət budur ki, Səməd Vurğunun

bu bircə bəndi Göyəzənin şöhrətini bütün

dünyaya yaydı.



Aylıq ədəbiyyat dərgisi

80

ULDUZ /

Dekabr 2015



Bununla yanaşı, Göyəzən elə bir möcü ‐

zə dir ki, haqqında nə yaratsan, onun hüsnünə

yaraşır. Üç rəssam dostumuzun “Göyəzən”

dağının rəsmini yaratması da onun “Şöhrətini

ellərə yaymağa” xidmət edir.

Akvarellə işləmiş Dəmirçioğlunun

Göyəzəni öz əsrarəngiz gözəlliyi ilə insanı

valeh edir. Müəllif dağı bahar çağında təsvir

edib. 

Әsər sanki bütün seyrçiləri  “Gəlin, mənə



tamaşa edin” ‐ deyə səsləyir.

Qafar Sarıvəllinin Göyəzəninin öz gözəlliyi

var. O, Göyəzəni  qış fəslində, axşam çağı

təsvir edib. Yəqin... ”Axşamlar başını duman‐

çən alan, Göyəzən dağı yadına düşübmüş”

(Hüseyn Arif).

Nəvai Mətinin Göyəzəni bir başqa aləmdir.

Әsərə baxdıqca baxmaq istəyirsən. Hər

baxdıqca Göyəzən bütün əzəməti ilə

təsəvvüründə canlanır.  Gözəl şairimiz Eldar

Nəsibli Sibirelin  “Göyəzən” haqqında yazdığı

aşağıdakı şeir parçası sanki Nəvai Mətinin

Göyəzən əsərinə həsr edilib:



Baharda gül‐çiçək,qışda qar ilə

Təbiət bu dağa ”göy bəzən” deyib. 

Zirvəsi oynayır buludlar ilə, 

Onunçün babalar göy əzən deyib.

Mən bu üç rəssamın hər birini Göyəzənə

bənzədirəm ‐ Ucalıqda, məğrurluqda,

yaradıcılıqda, sənətdə... Bu yazının başlığı

da təsadüfən seçilməyib. Onların hər birinin

həm də Göyəzənə böyük məhəbbəti var və

mən onlara Göyəzən vüqarı,  Göyəzən ucalığı

və Göyəzən ömrü arzulayıram.



Ramiz GÖYÜŞOV 

Aylıq ədəbiyyat dərgisi

81

ULDUZ /

Dekabr 2015



Günel EYVAZLI 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin

filologiya fakültəsini bitirib.

Sumqayıt Dövlət Texniki Kollecində çalışır. 

2013‐cü ildə Azərbaycan Yazıçılar Birliyinin

üzvlüyünə qəbul olub. Prezident təqaüdçüsüdür. 

“Yuxumu xeyrə yozun” şeirlər kitabının

müəllifidir. 

Nəsr kitabı çapa hazırlanır.



MONA LİZA

Deyilənə görə, İstanbul sözünün mənası

“İslam bol” sözündən götürülüb. Osmanlı

dövrünün Türkiyə üçün ən böyük ərmağanı

İstanbul idi. Qədim Konstantinopol islam

ab‐havasından fərqli libas geyinmişdi əyninə.

Bu libas onu daha da cazibədar və

özünəməxsus göstərirdi. İstanbul, sinəsində

xaç gizlədib, özünü müsəlman kimi qələmə

verən, inamını, dinini eşqinə qurban verən

xanıma bənzəyirdi. İstanbul mənə bənzəyirdi.

Mən Deyala Salvador Vera sadə xristian

ailəsində anadan olmuşam. Ailəmizdə üç

nəfərik. Atam, anam və mən. İstanbulda mən

hələ körpə ikən məskunlaşmışdıq. Yadıma

gəlir, ilk dəfə şəhər mənim üçün nəhəng

görünmüşdü. Hətta heyrətimdən və

qorxumdan ağlamışdım da. Evin tək övladı

olduğumdan valideynlərim məni çox ərköyün

böyütmüşdü desəm, yanılmaram. Böyük qız

olana qədər atamın dizlərinin üzərində

otururdum. Deyəsən, atam böyüməyimin

fərqində deyildi. Mən onun üçün balaca,

şıltaq Deyala olaraq qalırdım. 

Hər bazar günü kilsəyə gedib dua edirdik

‐ bütün xristianlar kimi. Həftə içi isə heç boş

vaxtım olmurdu. Dərslərim, fransız dilindən

hazırlığım zamanımı büsbütün alırdı. Әslində,

həyatımda Mustafa peyda olana qədər hər

şey çox gözəl davam edirdi.

Biz ikimiz də kursda fransız dilini

öyrənirdik. Qrup elə iki nəfərdən ibarət idi:

Mən və Mustafa. 

Həddən ziyadə ciddi olan müəlliməmiz

missis Forleni razı salmaq çətin məsələ idi.

Mustafa qəliz fransız sözlərini düzgün tələffüz

edə bilmirdi. Miss Forlenin nazik çubuğu

hər dərs Mustafanın kafasına dəyərdi. Mən

isə Mustafanı pərt etməmək üçün gülüşümü

içimdə boğurdum. Güləyən olduğumdan bu

məndə bəzən alınmırdı. Mustafa isə

utandığından qızarardı.

Qəribə oğlan idi. Qaraqabaq, qaradinməz.

Bu qədər heyranım olduğu halda, təmkin

nümayiş edib mənə baxmamasından

qıcıqlanırdım. Olsun. Mən özüm də çox lovğa

birisi idim. Mustafanın çöhrəsinə ya bir dəfə

baxmışdım, ya da heç baxmamışdım.

Bəzən öz‐özümə düşünürdüm, ‐ bu

yaraşıqlı göygöz, sarışın türk erkəyi məni

sevsə və mən onu sevsəm belə, nə olacaq ki?

Bir xristian qızının müsəlman bəyəfəndisinə

aşıq olmağı nə dərəcədə doğrudur? 

Yəni mənim onu sevməyim yasaqdan

yasaq idi. Bu o demək deyil ki, biz

müsəlmanları sevmirik. Yox. Hətta onların

bayramlarını belə qeyd edirdik. Ramazan,

Novruz, Qurbanlıq. Artıq adətlərimiz qarışıq

idi. Və ya Pasxa bayramında müsəlman

uşaqları qapımıza gəlib, “Bayramınız kutlu

olsun!” deyərkən, biz də şirniyyat verərək

onların könlünü xoş edirdik. Onlarla

mehribancasına, birgə yaşayırdıq. 

Mustafanın atası ziyalı birisi idi. Mustafa

fars, ərəb dillərini mükəmməl bilirdi. Üstəgəl

təbiət elmlərini öyrənir və fransız dilinə bələd

olmağa çalışırdı. Onun çox yaxşı rəsm çəkmək

qabiliyyəti var idi. Bir dəfə sinfi tərk

etməsindən istifadə edib dəftərini

vərəqləmişdim. Sonuncu səhifədə şəklimi

çəkmiş, sonra qaralamışdı. 

O, mənə gülərkən çox baxardı. Atam da

sənin çox gözəl təbəssümün var, deyərdi ‐

daima. Mən də saatlarla güzgü önündə

dayanıb gülüşümün necə olmasını

yoxlayırdım. “Belə gülsəm yaxşıdır, yoxsa

bir başqa cür?” Dərsə gəlməmişdən öncə

Aylıq ədəbiyyat dərgisi

84

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə