Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   29   30   31   32   33   34   35   36   37

özünəməxsus göstərirdi. İstanbul, sinəsində

xaç gizlədib, özünü müsəlman kimi qələmə

verən, inamını, dinini eşqinə qurban verən

xanıma bənzəyirdi. İstanbul mənə bənzəyirdi.

İstanbulun tarixində bir xristian qızının

da göz yaşı əbədiləşib. İndi, Deyala Salvador

Vera İstanbul üçün sadəcə təbəssümü

oğurlanmış Mona Liza idi. 



TUTEN XATUN

Nə azadam bu aləmdə, nə də ixtiyarım var.

Nə qüssə əl çəkir məndən, nə dildə bir qərarım

var.

Dilim bağlı, gözüm bağlı, qulağım kar, üzüm

gülməz.

Günə həsrət qalan günsüz, səfasız laləzarım var.

(Bir müəllifin)

Әmon. Amon. Ay Amon.

Külək danışır...

Misir dünyanın ən sirli məkanıdır. Sarı

qumlu səhra üzərində yerləşən bu yerin

yaşını heç kim bilməyir. Deyilənə görə, izi

itirməkdən ötrü Tanrı buraları qum səhrasına

çevirmişdir. Kim bilir bu dövrümüzə kimlərin

izi daşlaşmış şəkildə gəlib çatacaqdı?

İlanlar sürünür üzərində. Cızılmış

müvəqqəti naxış bir müddət sonra əsən

küləklə yox olar.  Qızmar günəş altında

gözlərin qaralar. Uzaqlara baxdıqca

sonsuzluqdan  usanarsan. İçinə çökmüş istilik

həm də sənə xoş gələr. Həmin anda Məcnuna

dönərsən, ya özünü elə hiss edərsən. Yalnız

zınqırov səsi səni sevindirə bilər. Səhrada

tək deyilsən. 

Sarvan böyük bir dəvə karvanının önündə

gedir. Hara gedir? Niyə gedir? Bilinməz... 

Qoca Dadon dizlərinin ağrısını unutmaq

üçün onları quma basdırardı. İstilik canına

elə yayılardı ki... Canı qızışardı. Başının

üzərində iki qara qul çətir tutardı daima.

Günəş yalnız dizlərini isidərdi Dadonun.

Qocalıq pis şeydi. İnsanın içinə çöküncə yaşı

bilinməz. Bir də elə bir qoca ruhlu cavan

görərsən ki, öz halına baxıb şükr edərsən. 

Dadonun cavan ruhu var idi. O, şeirlər

yazıb, nəğmələr qoşardı. Misir əkinçiləri

əməklərinin yüngül olması üçün zümzümə

edərdilər onları. Gizlicə. Asta, çox asta. 

Çünki ruhu oxşayan ilahi nəğmələr qara

kütlə üçün nəzərdə tutulmamışdı. Bu

nəğmələrə fironlar qulaq asmalı, bu kəlmələri

fironlar eşitməliydi.

Dadonun nə az, nə çox, yüz əlli yaşı var

idi. Dərd ortağı kahin babası idi. 

Kahin qocanın əldən düşməsinə

baxmayaraq, hələ də ağlı üzərində idi. O,

məbəddə  fironların dəfninə hazırlıq işinə

baxar, onları mumyalayardı. Bütün bu işləri

elə zövqlə edərdi ki... Hətta mumyalamanın

yetmiş günü bitənə qədər məbəddən çölə

bir addım belə atmaz, çörəyini, suyunu orada

nuş edərdi. 

Bir zamanlar  sarayın ən adlı‐sanlı

adamlarından biri idi. Exnatonun qəlb sirdaşı

indi  onun  ölümündən sonra nədənsə

məbəddə yaşamağı qərarlaşdırmışdı. 

İşi çətin, ürəyi isə dolu idi. Bu illər ərzində

susmağı öyrənmişdi. İçində qocalıb, büzüşmüş

ürəyi “hələ yaşa, zaman yetincə gedəcəksən”,

deyirdi. Zadəganlar ölümlərindən öncə

mumyalanmasını kahinin tərəfindən

olunmasını vəsiyyət edərdilər. 

Qədim misirlilər cəsədin ürəyinə to xun ‐

mazdılar. Daha doğrusu, ürəyi gipslə bərkidib

yenidən sinədə yerləşdirərdilər. Ürək gipsə

alışana qədər cəsədləri günəş altında qurudar,



Aylıq ədəbiyyat dərgisi

87

ULDUZ /

Dekabr 2015



bədənin rütubətinin tamamilə yox olmasını

gözləyərdilər. Sonra isə ənənəvi işlər: On

beş gün ərzində sarğı ilə cəsədi sarımaq,

balzamlamaq və ətirləmək. 

Göz oyuqlarının yerinə qiymətli daşlar

yerləşdirər, kişiləri qırmızı, qadınları isə sarı

rənglə boyayardılar. Vaxtilə dirilik rəngi

sayılan və ölülərin üzünə çəkilən yaşıl boya

sonralar qızıl maskalarla əvəzlənmişdi.

Bir gün...

Misir üzərinə bəla gəldi. Gənc

Tutenxamonun ölüm xəbəri keşişlər arasında

yayıldı. Ölkəni çaxnaşmaya salmamaqdan

ötrü xəbəri kütlədən gizlətmək lazım idi. Bu

müddət ərzində onun şərəfinə tikilən ehramda

tamamlama işləri gedirdi. Rəssamlar,

nəqqaşlar öz əməklərini sərf edərək gənc

Tutenxamon üçün yatacaq, duracaq

hazırlayırdılar. 

Fironun ölüm  xəbərini çox gizlətmək

mümkün olmadı. Hakimiyyət uğrunda

mübarizənin kəskinləşməməsindən istifadə

edib mərhumu öz adına, sanına layiq dəfn

etmək lazım idi. Saray dəfnetmə ritualını

həyata keçirmək üçün tam hazır vəziyyətdə

idi. Qızıl kəcavədə uzadılan gənc fironun

üzərinə bəyaz örtük çəkmişdilər. Sarayda

qəribə bir sükut və ağırlıq var idi. 

Sıra ilə düzülmüş qullar fironun tabutunu

çiyinləri üzərində qayığa tərəf apardılar. Nil

onu gözləyirdi. 

Geyiniləcək paltarları ‐ silahları, atı onun

yanında ‐ sərdabədə gömüləcəkdi. 

Exnaton ‐ Tutenxamonun atası.

Exnaton çox gənc evlənmişdi. Onun

hakimiyyətə gəlişi yeni dövrün başlanğıcı

idi. Çünki o, yeni dini islahatlar, dəyişikliklər

gətirmişdi Misir üçün. Minilliklər boyu

çoxallahlığa sitayiş edən əhali indi Exnatonun

əmri ilə Atona səcdə etməli idi. Doğrudur,

gözdən pərdə asmaq üçün hakimiyyətə

gəldiyi ilk dövrlərdə Fiv allahı Amona sitayiş

edirdi, amma bir müddət sonra Aton allahına

sitayiş etmə kultunu gətirdi və ona tapınmanı

vacib saydı. Aton hamının allahı olmalı idi. 

Bütün saray əhli, keşişlər ona nifrət

edirdilər. Tayfa başçıları, kahinlər bunu qəbul

edə bilmirdi. Necə yəni? Rəiyyətlə ağaların

eyni Allahımı olsun? Yox, mənim Allahım

dəbdəbə sevir, o murdar əkinçinin Allahı isə

özü kimi palçıqlı və çirklidir, deyirdilər... 

Exnaton  gətirdiyi dinə balaca bir əlavə

də etdi. Әslində, bu əlavə onun bacısına

doğan eşqindən qaynaqlanırdı. Bunu bir

Exnaton bilirdi, bir də evinin küncündə olan

bütü. İnandığı Atonun ruhunu özündə

daşıyan bütü. O büt ki, gənc Exnatonun

sirlərinin ortağı idi. O büt ki, ölü doğulan

övladlarını görmüşdü. O büt ki, Exnatonun

yeni arzularının reallaşması xatirinə qızıla

bürünmüşdü. 

Uzun müddət övladının olmamasını

kahinlər Allahların onu qarğıması ilə əlaqə ‐

lən dirirdilər. Exnaton sarsılmış vəziy yətdə

dolaşırdı sarayının içində. Varisinin olma ‐

masına yas tuturdu. O, döyüşlərə həvəssiz

gedirdi, həvəssiz dönürdü xanımının yanına.

Bəzən daxilində ‐ “bəlkə, həqiqətən Ra Amon

məni cəzalandırıb”, ‐ deyə düşünürdü.

Yoldaşına yaxınlaşmayan Exnaton başqa

kənizlərlə könül əyləndirirdi. Firon könlünü

ovlamaq elə də asan məsələ deyildi. Sarayda

məhz bunun üçün hazırlanan, müəyyən

qaydalar çərçivəsində böyüyən, tərbiyələnən

qızlar var idi. Onlar Exnatonun bir baxışı ilə

onun ağuşuna atılmağa hazır idilər.

Həddindən artıq incə və həssas davranardılar

hökmdarları ilə. 



Aylıq ədəbiyyat dərgisi

88

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə