Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

1. Məmməd Dəmirçioğlunun 

rənglər dünyası

Bəri başdan etiraf edim ki, tanınmış

rəssam, heykəltəraş və Azərbaycan

ədəbiyyatında  öz dəst‐xətti olan süfi şair,

Məmməd Dəmirçioğlunun rəsm əsərləri

haqqında nə qədər yazsam belə, həmin

əsərlərin daxili aləmini, məziyyətlərini sözlə

ifadə edə bilməyəcəyimdən bir təəssüf hissi

keçirirəm. Açığını deyim, Dəmirçioğlunu

peşəkar rəssam, mahir heykəltəraş və əvəzsiz

tərtibatçı olmasına baxmayaraq, şair kimi

daha çox tanıyıram və rəssam kimi

səciyyələndirmək mənim üçün bir qədər

çətindir. 

Lakin müəyyən qədər

məlumatım var ki, o hələ uşaq yaşlarında öz

taleyini rəssamlıqla bağlayıb. Erkən gənclik

illərindən şeir yazsa da, “Uzun illər şeirlərimi

çap etdirməyə qorxurdum. Çünki məndə

şeirə münasibətdə bir Ağamalı Sadıq, Akif

Səməd, Məmməd İlqar xofu var idi”‐deyir.

Beləliklə, bu kiçik  yazıda çalışacam ki, rəssam

Məmməd Dəmirçioğlunun portretini

“çəkməyə” cəhd edim. Öncə onu demək

istəyirəm ki, Dəmirçioğlu Böyük Yaradanın

ən sevdiyi bəndələrdəndir. O, bu övladına

bir neçə istiqamətdə istedad verib. 

Yuxarıda qeyd etdiyim kimi, o, nadir

istedad sahibi olaraq Azərbaycanda və eləcə

də, onun hüdudlarından kənarda istedadlı

heykəltəraş, maraqlı dizayner, mahir söz

ustası və təkrarsız rəssam kimi tanınır.

Ancaq maraqlıdır, görəsən, ilk növbədə

onda hansı istedad özünü büruzə verib. Təbii

ki, bu, yalnız özünə bəllidir. Lakin mən də

Məmməd Dəmirçioğlunu tanıyan adam kimi

deyə bilərəm ki, onun ilk istedadı rəssamlıq

sahəsində üzə çıxıb. Әvvəla, ona görə ki,

Dəmirçioğlu son dərəcə həssas adamdır.

Onun ovqatı bir əsən mehdən, bir xoş sözdən,

bir çiçəyin duruşundan, bir gülün baxışından,

bir quşun səsindən, bir sözlə, ətrafda baş

verən ən xırda hadisədən dəyişə bilər. İkincisi,

Məmməd Dəmirçioğlunun dünyaya göz

açdığı məkan elə mənzərələr diyarıdır.

Fikrimcə, əvvəlcə bu əsrarəngiz mənzərələr

Dəmirçioğlunun şair xəyalını, rəssam

duyğusunu vəcdə gətirmiş, sonra o, həmin

mənzərələri kətana köçürərək insanları

heyrətə gətirmişdir.

Çox qəribədir, Məmməd Dəmirçioğlu  nə

yaradırsa, istər şeir olsun, istərsə tablo, istərsə

də heykəl – yaratdıqlarının hamısında bir

rəssam dəst‐xətti var.  Әn maraqlısı odur ki,

ədəbiyyatımızda yeni olan “insan

mənzərələri” seriyasından yazdığı əsərləri o

məhz mənzərə şəklində yaradır. O,

müasirlərinin, tarixi şəxsiyyətlərin,

qəhrəmanların obrazını “İnsan mənzərələri”

adı altında oxuculara təqdim edir. 

76

ULDUZ /

Dekabr 2015



SӘNӘT


Bir çox hallarda şair kimi də sözlə qeyri‐

adi rəsmlər çəkir:



Leysan olur göylərdəki hay‐həşir,

Külək döyür, söy vələslər gərnəşir,

Quzeylərdə buz bulaqlar göynəşir,

Dodağımla ovuşmasa, ovunmaz.

Təsviri incəsənət yaradıcılığın elə bir

növüdür ki, sərhəd tanımır. Bu əsərlərin dili,

milləti yoxdur. Bu əsərlər dünyada nə qədər

dil, xalq varsa, danışa bilir və bu mənada,

bütün rəssamlar kimi, Dəmirçioğlunun

əsərləri də sərhəd tanımır. Onun portretləri,

peyzajları, tabloları neçə‐neçə xalq

nümayəndələrinin şəxsi kolleksiyalarını

bəzəyir.


Məmməd Dəmirçioğlunun rənglər

dünyası çox maraqlıdır, deyir ki, mövcud

olan əsas yeddi rəngin hamısı onun xoşuna

gəlir. 


Lakin rəssamlıqdan məlumatı olan hər kəs

bilir ki, bu yeddi rəngin qarışığından minlərlə

çalar əmələ gəlir və elə rəssamlar da

əsərlərində bu rənglərdən möcüzələr yaradır.

Məmməd Dəmirçioğlunun da bütün rənglər

xoşuna gəlir, yalnız birindən başqa. Bu rəng

ağla qaranın qarışığından əmələ gələn boz

rəngdir. Və qəribəlik də bundadır ki, qara

fırçanı ağ kətan üzərində gəzdirəndə

Dəmirçioğlunun elə ilk rast gəldiyi rəng də

boz rəng olur. 

Məmməd Dəmirçioğlunun portret

janrında yaratdığı əsərlərdən biri – atası

Musa kişinin portretidir. Әsər qeyri‐adi

dərəcədə səmimidir. Tamamilə zəhmətdən

yoğrulmuş Musa kişinin obrazını yaratmaq,

onun xarakterini açmaq müəllif üçün çox

çətin olsa da, atasını – onun məhz özünün

tanıdığı, hiss etdiyi doğma bir insanı yarada

bilib. 


Dəmirçioğlunun yaradıcılığından söhbət

açarkən sevimli şairimiz Akif Səməddən yan

keçmək mümkün deyil.

Bu yazının bir neçə yerində mən Akif

Səmədin Dəmirçioğlu ilə,Nəvai Mətinlə

münasibətləri barədə müəyyən detallar

vermişəm. Ümumiyyətlə, bütün söz və

sənətsevərlər üçün Akif Səməd qeyri‐adi  bir

şəxsiyyət olub.

Akif Səməd obrazı Dəmirçioğlunun (elə Qafar

Sarıvəllinin də, Nəvai Mətinin də) daimi

obrazıdır. Hamımıza məlumdur ki, Akif

Səmədin qəbirüstü abidəsinin də müəllifi

Dəmirçioğludur. Onun Akif Səmədə həsr

etdiyi çoxsaylı əsərləri var.

2. Qafar Sarıvəllinin danışan 

obrazlar qalereyası

Qafar Sarıvəllinin yaradıcılığı ilə tanışlığım

ötən əsrin 90‐cı illərindən başlayır. Amma

mənə elə gəlir ki, Qafarı lap uşaqlıqdan

tanıyıram. Onun  yaradıcılığı çox zəngin,

obrazlarının əhatə dairəsi müxtəlifdir. Qafar

özü də şəxsiyyət kimi bizim el‐obanın köhnə

kişilərini xatırladır. Yerişi, duruşu, sözü,

söhbəti, ünsiyyəti və koloriti ilə. Bu mənada,

habelə əsərləri baxımından onu klassik

rəssamlara aid etmək olar. Onun əsərləri

ciddi, mənalı, düşündürən və müxtəlif

“izm”lərdən uzaqdır. 

Qafarın yaradıcılığında rəssamlığın bütün

janrları öz əksini tapıb. Klassik ənənələrə

söykənən, rəssamlığın ən sərt qanunlarına

ciddi riayət edən Qafar Sarıvəlli özünün

dəst‐xəttini yaradıb.

Rəssamlığın ən qədim janrlarından biri

olan portret janrı Qafar Sarıvəllinin

yaradıcılığında mühüm yer tutur.

Onun  yaratdığı portretlərə fikir versək,

görərik ki, ən çox yaradıcılığına və şəxsi

kefiyyətlərinə görə dərin hörmət bəslədiyi

şəxsiyyətlərin, yaxından tanıdığı insanların

obrazlarını yaradır.

Diqqət edin Qafar Sarıvəllinin qəhrəman ‐

larına, ‐ Səməd Vurğun, Nəriman Həsənzadə,

Aşıq Әdalət, Zəlimxan Yaqub, Nizami

Cəfərov, Mirvarid Dilbazi, Ağamalı Sadiq,

Məmməd İlqar, Akif Səməd və daha kimlər.

Onun şairlərə, yaradıcı insanlara müraciət

etməyinin səbəbi elə şeirə, sənətə, saza‐sözə

olan böyük məhəbbətdən, sevgidən irəli gəlir.



Aylıq ədəbiyyat dərgisi

77

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə