Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   29   30   31   32   33   34   35   36   37

güzgü önündə pozlarımı aydınlaşdırırdım.

Və dərs boyu fransız dili bir kənarda qalardı,

mən isə Mustafanın qarşısında poz verirdim.

Onun mənə baxan ciddi, guya laqeyd baxışları

çox xoşuma gəlirdi. 

Hə, Mustafa məhz mənim gülüşümə

heyran qalmışdı, şıltaq gülüşümə. Bəs mən

Mustafada nəyi sevmişdim? Deyim ki, savadlı

olsa da, nisbət baxımından savadı məndən

az idi. Mən fransızcanı tum kimi çırtlayanda

Mustafa hıqqınırdı. Doğrudur ərəbi, farsı

onun kimi mükəmməl bilmirdim. Yenə də,

mən ondan qat‐qat savadlı və bilikli idim.

Həm də o, çox qaraqabaq idi. Bəs nə idi

bizi bir‐birimizə bağlayan? Niyə mən onu

unuda bilmirdim? Niyə beynimin içində

həmişə o yaşayırdı? Niyə onu görəndə ürəyim

titrəyirdi? Niyə o məni görəndə üzümə baxa

bilmirdi? Niyə əlləri əsirdi, dili topuq çalırdı?

Niyə bu qaraqabaq oğlan mənim üzümə

baxarkən çöhrəsində gülüşünü gizləyə

bilmirdi? Niyə onu görəndə daxilimdə

kəpənəklər uçuşurdu? 

Mustafa! Bir adı bəs edirdi ki, mən milyon

dəfə rəng alıb, rəng verim. 

Mənim ona hər gün daha çox öyrəşməyim

düzgün deyildi. Bunu bilirdim, “O mənim

dostumdur” sözünü bəlkə yüz dəfə özümə

əzbərlədirdim. Yox, alınmırdı. Axı o da mənə

qarşı laqeyd deyildi. Qısqanclığını hiss

edirdim. 

Hə, “sevirəm” demirdi. Heç nə demirdi.

Demədi də. İnsan sevəndə deyirmi? Bax

bunu bilmirəm. Bəlkə, həqiqi eşq elə buna

deyilir?

Mən onun emalatxanasında olmuşdum.

Doğrusu, oraya getməyi o mənə təklif etmişdi.

Razılaşmışdım. Atam bilsəydi... Nə yaxşı ki,

bilmədi. Valideynlərim mənim Mustafaya

olan hisslərimdən şübhələnmişdilər. Keçəridir,

deyə düşünürdülər. Keçəri olmurdu.

Mustafadan “sevirəm” sözünü eşitmək ümidi

ilə mənə doğru gələn hər kəsi özümdən

uzaqlaşdırırdım. Amma o, heç nə demirdi...

demirdi...

Әgər “məndən uzaq dur” desəydi, əgər

hər şeyi mənə başa salsaydı, belə olmazdı.

Hər gün məni evə ötürəndə “gələn dəfə

olmasın, istəmirəm”, deyərdim. Amma

ötürmələr davam edirdi və hər gün onunla

olan söhbətim məni ona daha çox bağlayırdı. 

Ara‐sıra yazdığı məktublarını evin bir

köşəsində saxlasam da, sonra dönə‐dönə

oxumaqla məhv olurdum. 

Bir xanıma nə lazımdır? Diqqət. Mən

onun diqqətinin, şirin sözlərinin içində



Aylıq ədəbiyyat dərgisi

85

ULDUZ /

Dekabr 2015



üzürdüm. Yadımdadır, Mustafadan, “Sevdiyin

varmı?” deyə soruşmuşdum. “Yox” demişdi.

Hə, indiki kimi yadımdadır, “yox” demişdi.

İndi hisslərimin ona açıq‐aydın olan

zamanında, ona bu qədər öyrəşəcəyim bir

anda qəflətən özündən uzaqlaşdırması məni

öldürürdü.

Әtrafım insanla dolu olduğuna

baxmayaraq, içimdəkilərlə sızlayırdım,

ölürdüm. Onun isə vecinə də deyildi.

Bilmirəm, bəlkə Mustafa məni sıradan

biri hesab etmişdi? Həyatına gələcək növbəti

qadın, eləmi, Mustafa?  Bu kimə nəsib

olmuşdu ki, indi sənin də ağlından keçmişdi.

Bacarmadın. Alınmazdı. Səhv düşünmüşdün

haqqımda.

Mustafanın atası ziyalı olduğu qədər də

qatı dindar və millətçi idi. O, öz dinindən,

millətindən, dilindən olmayan birisini özünə

gəlin etməzdi. Mən sonralar bildim ki,

Mustafanın göbəkkəsdisi var imiş. Bizdən

aralı məhəllədə yaşayırdı. Mustafa, demək,

hər məni evimizə ötürdükdən sonra o qıza

da baş çəkərdi. Məni özünə bağlamaqla,

ondan da əl çəkməzdi.

Mən o qızı Mustafanın emalatxanasında

görmüşdüm. Rənglərin, fırçaların arasında,

kağızların üzərində. Rənglərə bulaşmış

bədənlər məni görcək çaşıb qalmışdılar.

Mustafanın sirrini tapmış olmuşdum. 

Mustafa, əslində, hökmlü valideynlərini

belə razı salmağı bacaran birisi idi. Hətta

istəsəydi, məni də özünə övrət etməyi

bacarardı. Sadəcə içindəki balaca vicdan

onun yolunu kəsirdi. Göbəkkəsdisi Tellinaz

ona təslim olmuşdu günlərin bir günü.

Mustafa küçücük qızın bakirəliyini

pozduğundan özünü günahkar bilmiş və

ona sahiblənəcəyinə söz vermişdi. İndi məni

sevərək məndən uzaqlaşmış, vaxtı‐vaxtında

ona kişilik borcunu ödəyirdi. emalatxanasında.

Xanımlara layıq olmayan yerdə. Kağızların,

fırçaların arasında. 

Kim bilir, bəlkə bir zamanlar məsum

görünən Mustafa məni də emalatxanasına

bu niyyətlə dəvət etmişdi? Zavallının başına

açdığı oyunları mənim də başıma açmaq

istəyirdi. Bilmirəm. Onun dinməz

baxışlarından, susqun görkəmindən heç nə

anlamamışdım. 

Həyat sınaqdır... 

Bu gün yenə külək əsir. Әsən külək dənizin

duzunu dodaqlarıma gətirir. Bu, insanı çox

susadır. 

Evə dönmək və hər şeyi yenidən başlamaq

zamanıdır. Zaman kimi çökdürmək istəməz

ki? Amma məni yox. Bacarmaz!

Mən Mustafanın toyunda iştirak da

elədim. Sonra onların oğul övladı dünyaya

gəldi. Sonra ayrıldılar. Mustafa tək qaldı.

Mənim kimi...

Bu gün Mustafanın rəsm sərgisi idi.

Getmək istəmirdim, Marta məcbur etdi. Niyə

getdiyimi özüm də bilmirəm.

Qapı ilə üzbəüz böyük bir portret

asılmışdı. 

Leonardo da Vinçidən sonra “Mona

Liza”nı çox rəssamlar işləmişdilər. Bənzər

təbəssümü heç kim yarada bilməmişdi. Çünki

müəllifi Mustafa olan “Mona Liza”nın üzünə

qonmuş təbəssüm, məndən oğurlanmış

təbəssüm idi. 

...Deyilənə görə, İstanbul sözünün mənası

İslam bol sözündən götürülüb. Osmanlı

dövrünün Türkiyə üçün ən böyük ərmağanı

İstanbul idi. Qədim Konstantinopol, islam

ab‐havasından fərqli libas geyinmişdi əyninə.

Bu libas onu daha da cazibədar və



Aylıq ədəbiyyat dərgisi

86

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə