Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   29   30   31   32   33   34   35   36   37

Və bir gün...

Uzun müddətdir analıq yükünü daşıyan

həyat yoldaşının sancı çəkməsi xəbəri gəlir

Exnatonun otağına. Kənizi kənara itələyib

uşağının yanına qaçır.

Sirr doğulur. Bu sirdən Exnaton və  ən

yaxın dostu kahin xəbərdar idi. Exnaton

bilirdi ki, sona qədər bunu daşıya bilməyəcək.

İlahi Aton onu bağışlamayacaq. O bilirdi ki,

doğulmuş qız övladını kişi kimi böyütməklə

səhv edir. Müəyyən yaş dövründən sonra

qızının inkişafını, yetkinləşməsini heç kimdən

gizlədə bilməyəcək. Nə etməlidir?

Çox  götür‐qoy edərək keçmiş əcdadlarının

və şəcərəsinin naminə kahinə  övladının

sinəsinə  damğa vurması əmrini verir. Ufaq

körpə damğa basılandan sonra huşunu itirir.

Deyilənə görə, həftələrlə cansız cəsəd kimi

səsini belə çıxarmır. Süd anaları onu yedirdə

bilmir. Exnaton peşmançılıq keçirərək yeganə

varisinin ölümünə fərman verdiyi üçün canına

qıymaq istəyir. Bıçağı köksünə batırmaq

istədikdə körpənin çığırtısına diksinir, son

anda onu ölümdən saxladığı üçün tapındığı

Allahına ömrünün sonuna qədər ibadət edir. 

Sinəsi möhkəm sarınan körpə sərin otaqda

saxlanılırdı. Acından süstəlmiş bədəni bir

müddət sonra özünə gəlir. Qayğı və sevgi

ilə əhatələnir. 

Tutenxato(u)n

Beləcə Tutenxaton böyüyürdü. Hərbi

təlimi ilə xüsusi müəllimlər məşğul olur,

oğlanlardan uzaq saxlanılırdı. Kahin ona

kişilik dərsləri keçər, hərbi müəllimi isə ox

atmağı, nizə tutmağı, silahla davranmağı

öyrədərdi.

Şəninə nəğmələr qoşulardı Tutenxatonun.

Kənizlər onun üzünü görmədən belə ona

aşıq olardılar. 

Qızıla bürünmüş kəcavələr qara qulların

çiyinləri üzərində şəhər meydanından keçərdi.

Tutenxatonun siması yaxasına çəkilmiş qızıl

piltələrdən par‐par parlayardı. Bu işıqdan

onun üzünü görmək mümkün olmurdu.

Adətən fironlar bunu Allah olduqlarını xalqa

nümayiş etdirməkdən ötrü edərdilər.

Tutenxaton bu iddiadan uzaq birisi idi. Әsas

məqsədi sinəsi üzərində qaralan damğa yerini,

ləkəni gizlətmək idi. Halbuki bu ləkənin niyə

onun üzərində olmasını anlamırdı. İşıqdan

gözü qamaşan kütlə fironların üzünə nur

qonduğunu düşünər, onları ilahiləşdirərdilər.

Tutenxatonun yeniyetmə çağları çox çılğın

idi. O sanki özünü axtarırdı. Bəzən həddindən

artıq kobud, bəzən isə həddindən artıq

mülayim olurdu. Onu bəzəməyə gələn

kənizləri heç sevməzdi. Ona toxunan qadın

əllərini tənindən qovlayardı daima. 

Exnaton çox dərd çəkirdi. Hər şeyi yenidən

bərpa etmək üçün çox gec idi. Övladına

içirdilən xüsusi məhlullar onun səsini

kobudlaşdırar, daxili orqanlarının inkişafını

saxlayardı. Exnaton, əslində, bu minvalla

övladının çox yaşamayacağını bilirdi. Amma

nə etməli? Özü də artıq köç karvanına

qoşulmaq üçün məqam gözləyirdi. Anası

Tiyin qəfləti ölümü onu bir az da zəiflətmişdi.

Nefertitinin heç olmamış kimi qeybə çəkilməsi,

sarayda başlayan hərc‐mərclik, kahinlərin

ədavəti onu sarsıdırdı. 

Tutenxaton meylini qoca kahinə salmışdı.

Ondan heç nəyi gizlətmirdi. Saatlarla başını

kahinin dizləri üzərinə qoyub məsləhətlərinə

qulaq asardı. Özü də olanlardan ona nəql

edərdi. Günlərin bir günü Tutenxaton qəlbinin

dərinliyində onu narahat edən bir hissi kahinlə

bölüşür. 

‐ Kahin, mən qəribəyəm. Bax burda, sol

sinəmin altında nə isə çırpınır. O nədir?

Aylıq ədəbiyyat dərgisi

89

ULDUZ /

Dekabr 2015



‐ Ürəyindir, balaca.

‐ Bax, qulaq as, sənin yanında çox sakitdir,

amma Amentonu gördükdə elə şiddətlə

döyünür ki... Anlamıram.

O sənin dostun, qardaşındır. Sənin ona

olan sevgindən, hörmətindən irəli gəlir.

‐ Ola bilər. Dostlarım çoxdur, niyə ona

qarşı beləyəm, anlamıram?

‐ Böyüyəcəksən, keçəcək.

‐ O zaman tez böyümək istəyirəm. İncidir. 

Tutenxaton taxta çıxır. O, Amon Allahının

şərəfinə Tutenxamona çevrilir. Taxta

çıxmasından iki il sonra atası keşişlər

tərəfindən bıçaqlanır. Onun gözü qarşısında

Exnatonun səltənətindən qalmış abidələr,

izlər məhv olurdu. Exnaton Misir tarixindən

silinməyə başlayırdı. 

Bəlkə də Tutenxamon bu səltənətin

sonuncu hökmdarı idi. Bəlkə də tarix onun

atasını unudan kimi bir gün Tutenxamonu

da unudacaqdı? Şəninə ucaldılan abidələr

Exnatonun abidələri kimi yerlə yeksan

olacaqdı? Kim bilir...

Hər şey əksinə olur. Tale, qismət onu

Misir tarixi üçün sona qədər qoruyur.

Sərdabəsindən bir quruş belə oğurlanmır,

talanmır. Çünki qız doğulub kişi həyatı

yaşamının ağırlığını çəkən zərif çiyinləri

qarşısında bütün bəşəriyyət günahkar idi.

Bu tale yolunu o yaşayırdı, bu iztirabı o

çəkirdi. Bu hisslərin ağırlığını o daşımalı idi

və daşıyırdı da. 

İndi.

İndi, vaxtilə hamını öz cazibəsinə salmış



Tutenxamon qoca kahinin qarşısında ölü

vəziyyətində uzanmışdı. Kahin beş gün

ərzində qarşısında uzanmış gənc, baxımlı

bir cəsəddən ancaq zövq almağı bacarırdı.

Onun bədənini deşmək, yaralamağı fikrindən

belə keçirmək istəmirdi. Kahinə kömək etmək

üçün gələnlərin hamısı geri göndərilmişdi.

Gənc Tutenxamonu özü mumyalamalıydı.

Dininə, dövlətinə sadiq kahin yerdə qalan

bir ömrünü susaraq keçirməli, qarşısındakı

on doqquz yaşlı gəncin həyat hekayəsini özü

ilə dəfn etməli idi. Amma necə...

Söz, sirr elə bil bıçaqdır ki, içəridən səni

yaralayır. Qoca kahin bu boyda ağırlığın

öhdəsindən gələ bilmirdi. Ona görə sevimli

nəvəsi Dadon onun daxilində gizlənən sirrinin

daşıyıcısı oldu. Dadon ona nəql olunan

hekayələri mətnlərdə, nəğmələrdə

səsləndirirdi. Zərif Tutenxamonun həyat

hekayəsi dodaqdan‐dodağa qonub yayılırdı.

Bu ilahi nəğmələri dinləyən Misir xalqı

həqiqətdə onların kimə aid olduğundan

xəbərsiz idi.

Külək gəlir, külək gedir

Sən gəlirsən, tələsirsən.

Mən yazığam, mən nökərəm,

Sən ağasan, sevilirsən.

Mən susuram, susmalıyam.

Sən danışma, danışarlar.

Bu Allahlar yenə gəlib

Taleyimə qarışarlar.

İndi gecdir, mən ölürəm.

Salamat qal, salamat ol.

Mən bilirəm, sən sevirsən,

Ağrılara alışqan ol.

Bəlkə, geri dönən zaman

Mən həyata, mən həyata

İsidatək dönəcəyəm.

Sən belə qal, sən belə qal.

Hər şey belə olmuşdu...

Exnatonun qarışıq röyasını yozan

Haumata onu qız övladının dünyaya



Aylıq ədəbiyyat dərgisi

90

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə