Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

Z

ərif  hisslər, lirik duyğular... Qadın

dünyasını, onun incə aləmini bu

sözlər olmadan təsəvvür etmək

mümkün deyil. Azərbaycan ədəbiyyatı,

xüsusilə poeziyası əsrlər boyu o zəriflərin

gözəlliyini, onlara pərəstişi, sevgini vəsf

etməkdən yorulmayıb.

Azərbaycan zəriflərinin özləri də təkcə

şeir qəhrəmanı yox, həm də şair olublar,

poeziyanın müxtəlif janrlarında yazıb‐

yaradıblar. Məhsətidən Firuzə Məmmədliyə,

Natəvandan Fərqanəyə, Heyran xanımdan

Nurəngiz Günə, Umugülsümdən Afaq

Məsuda, Mirvarid Dilbazi, Nigar Rəfibəyli

və Mədinə Gülgündən bu günün ən gənc

zəriflərinə qədər... Bu yazar xanımlar (bu

sıraya digər adları da əlavə edə bilərəm) öz

lirik duyğularını, zərif hisslərini, yeri gələndə

isə qəhrəmanlıq çağırışlarını, həm də nisgil

və fəryadlarını məhz ədəbiyyat vasitəsilə

dünyaya çatdırıblar.

Mən istedadlı jurnalist və nasir Zemfira

Məhərrəmlini də bu ənənəni yaşadan bir

yazar hesab edirəm. Jurnalist sözünü ön

sıraya çıxarmağımda məqsəd odur ki, Zemfira

xanımı, ilk növbədə, onun “Döyüşə qızlar

gedir” kitabında toplanan publisistik yazıları,

sənədli hekayələri ilə tanımışam. Həmin

yazılarda Azərbaycan qadınının yurdsevər,

vətən uğrunda savaşlara atılan mübariz obrazı

yaradılıb. Zemfira xanımın təsvir etdiyi həmin

qadınlar zərifliyin qəhrəmanlığa, qızılgülün

qılınca çevrildiyini təcəssüm etdirirlər.

Sonra mən onun “Qırx qız dastanı”

kitabını da oxudum. Daha sonra “Qarabağda

savaş var” kitabını. Bizim bir çox jurnalistlərin,

yazarların düçar olduğumuz müharibə

haqqında bir sətir belə qələmə almadığı,

Qarabağ müharibəsinin ağrı‐acısını içində

yaşatmadığı bir çağda Zemfira Məhərrəmlinin

bu kitabları çox dəyərlidir, həm də qəlbində

düşmənə qarşı savaş əzmi olmayanlara ibrətdi,

utancdı.


Z.Məhərrəmli bədii nəsrlə də məşğul olur.

Mən “məşğuliyyət” sözünü peşə anlamında

işlətmirəm. Təbii ki, bədii ədəbiyyat

məşğuliyyət olmamalıdır. Zemfira xanımın

“sadəcə oxumaq üçün” mənə təqdim etdiyi

nəsr əsərlərini də onun yazıçı olmaq iddiası

kimi qəbul etmirəm. Bu yazılar ürək

çırpıntılarından, qəlbin qarşısıalınmaz

istəyindən yaranıb.

Savaş publisistikasından lirik nəsrə

keçməklə Zemfira Məhərrəmli Azərbaycan

73

ULDUZ /

Dekabr 2015

Vaqif YUSİFLİ

ZӘRİF

HİSSLӘR,

LİRİK

DUYĞULAR



zəriflərinin sevgi dünyasını, ailə‐məişət

aləmini, ən başlıcası isə hisslər dənizini bədii

sözə çevirib.

“Oyuncaq” povestində Nərgiz və Rəsul

sevgisi Leyli‐Məcnun silsiləsinin bir çalarıdır.

Leyli Məcnuna qovuşmadığı kimi, Nərgiz‐

Rəsul sevgisi də baş tutmur. Müəllif onların

qəlb çırpıntılarını, mehriban, isti münasibətini,

ünsiyyətini real təsvir edir. Həm də belə bir

həqiqəti sübuta yetirir ki, sevgi yaşayır –

böhranlı çağlar, ortaya çıxan maneələr, mənəvi

fırtınalar olsa belə...

Zemfira Məhərrəmlinin hekayələrinin,

məncə, bir mövzusu var – qadın həyatı, qadın

psixologiyası. Onun hekayələrinin süjeti də

sadədir. Bu yazıların dili rəvan, axıcı, təmizdir.

Bir sözlə, o, bir hekayənəvis kimi püxtələşə

bilər.


Böyük qırğız yazıçısı Çingiz Aytmatov

deyirdi ki, hekayə qravüra sənətinə oxşayır,

hekayə mozaikadır, müxtəlif xırda və zərif

hissəciklərin qaynağıdır. Zemfira xanımın

hekayələrində də ayrı‐ayrı “hissəciklər” bir

tam halında birləşməyə can atır.

“Yuxunu suya danış” kövrək bir

hekayədir. “Bir qaranlıq gecədə” kənd

qadınının dolğun, dönməz xarakteri açıqlanır.

“Analıq haqqı” Ana istəyinin, sevgisinin

təcəssümüdür. “Beş saniyənin hökmü” həyat

və ölüm qarşıdurmasını əks etdirir. “Qisas

qiyamətə qalmaz” hekayəsi isə şərin iflasını,

xeyirin qələbəsini canlandırır. 



Aylıq ədəbiyyat dərgisi

74

ULDUZ /

Dekabr 2015



* * *

Bizimki yaşamaq deyil,

Canı çürütməkdi, bala.

Başına bir ip keçirib

Ömrü sürütməkdi, bala.

Baxıb əmlik quzulara, ‐

Dadmadığın ruzulara,

Çatmadığın arzulara

Xəyal yürütməkdi, bala.

Ömrü‐günü bilə‐bilə

Nahaq yerə verdik yelə.

“Düzələcək”‐ demək elə

Özün kiritməkdi, bala.

* * *


Köhnə ildə qoydum

əlimdən yox,

ətəyimdən tutub

sallanan dostları.

Unutdum

dünya malına allanan dostları.



Köhnə ildə qoydum 

nəfsi iti, 

yaxabiti dostları.

Çörəyi diz üstə imiş

çörək kəsdiyim o adamlar,

Bir gün


çörək qənim olacaq

geci‐tezi var.

Köhnə ildə qoydum

köhnədən dost bildiklərimi.

Ayrıldım,

köhnə ildən ayrılan kimi.

* * *

Ustad Rəsul Rzanın xatirəsinə

Bu bizik...

Yaxşıların qədrini 

sağlığında bilməmişik,

fərəhinə uçunub,

dərdini bölməmişik.

Nadanlığımızla

çərlədib öldürmüşük,

aləmi 

özümüzə güldürmüşük.



Öldürüb

sonra da


üstündə ağı deyib ağlamışıq,

dəfninə arsız‐arsız 

çələng də bağlamışıq.

Bu bizik, ustad...

Şeirimizə dodaq büzənlər,

səndən, 


məndən gen gəzənlər

qəbrimiz üstə

tərif yarışına çıxırlar,

yalandan ağlamsınırlar,

yalandan gözlərini sıxırlar.

Bu bizik...

Heyif ki, bu bizmişik,

belələrini görməkdən 

bezmişik,

ustad,


bezmişik!..

75

ULDUZ /

Dekabr 2015

Әdalət SALMAN



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə