Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

Azərbaycan elitası, başda Anar olmaqla böyük

ziyalılarımız Nazim Hikmətin Türkiyəyə

dönüşündə, qəbul olunmasında  mühüm rol

oynadı.


Nazim Hikmət, nəinki Türkiyə  ədə biy ‐

yatında,  bütövlükdə dünya şeirində  sərbəst

şeirin yeni formalarını yaratdı, şeirləri ilə

dünya azadlıq hərəkatına, sülh və demok ‐

ratiyaya böyük təkan verdi. Nazim Hikmət

novator şair idi. Әsərləri müxtəlif dünya

dillərinə tərcümə olundu, pyesləri bir çox

ölkələrin dram teatrlarında tamaşaya qoyuldu. 

Dialektik materialist şair kimi tanınan

Nazim, şeirləri ilə təpədən‐dırnağa

müstəmləkə siyasətinə qarşı yönəlmişdi.  O,

türk insanını  yeniliyə, mübarizəyə  səsləyir,

nəinki doğulduğu məmləkətin, bütün

dünyanın şüurunda bir rezonans yaradırdı.

Müasir  Azərbaycan ədəbiyyatının formalaş ‐

mağında  müstəsna rolu olan Nazim Hikmət

Azərbaycan xalqının yaxın dostu idi. Bir çox

yazıçı və şairlərimizlə dostluq və yaradıcılıq

əlaqələri saxlamışdı. İlk şeirlər kitabı olan

“Günəşi içənlərin türküsü” də Bakıda işıq

üzü görmüşdü. Azərbaycanda Nazimsevərlər

onun şərəfinə  öz övladlarına Nazim  adını

verirdilər.

Onu sevən qadınlar, şeirlərinin  həyəcanını

yaşayıb , mübarizəyə qoşulmuş gənclər,

demək olar ki, xoşbəxt ola bilmədilər. Şair

özü də əslində, təbliğ etdiyi  Kommunist

rejiminin caynağına düşmüşdü, hər yeni

kitabının nəşrindən sonra öz ölkəsində  həbsə

məruz qalırdı.

Onun poeziyasında ən gözəl və

yaddaqalan ştrixlər bu əsərlərin içində bir

gizli eşqin olması idi. Mən onun

poeziyasındakı sevgini sevdim. Başda anası

Cəlilə xanım olmaqla, “Vətən xaini” nin

sevdiyi qadınların hamısının taleyində bir

Nazim qüruru, bir Nazim yanğısı, bir Nazim

mücadiləsi olub. Sevdiyi qadınlara həsr etdiyi

şeirlərin hər birində sevginin son dərəcə

böyük səmimiyyətinə rast gəlirik. Bu şeirləri

gözəl yazdıran həbsxana həyatı,həsrət idimi,

yoxsa özü idi  şeirləri belə gözəl yazmaq

üçün bu həyatı seçən ? 

“Pirayə üçün yazılan saat 21‐22 şeirləri”

silsiləsində həsrət sonsuzdur. Həbsə alındığı

gündən hər gecə bu saatlarda yazırmış

şeirlərini:

Necə də gözəl duyğudur xatırlamaq səni

Ölüm və zəfər xəbərləri içində.

Həbsdə

Və yaşım qırxı keçəndən sonra…

Necə də gözəl duyğudur xatırlamaq səni

Bir mavi parçanın üstündə unudulan əlində

Və saçlarında

Vüqarlı yumşaqlığı canımın içi İstanbul

torpağının…

İçimdə ikinci bir insan kimidir

Səni sevmək səadəti…

Şeirlərini yazarkən əlini şeirin ritminə

uyğun masaya vurur və ya kağızın kə nar ‐

larında o ritmə düşənə kimi cizgilər çizirdi. O,

həm də rəssam idi axı. Bəzən kağızın bir

üzündə şeiri yazar, o biri üzündə o şeirə uyğun

rəsm çəkərdi. Həmişə daha öncə yazmadığı

şəkildə yazmağa çalışardı. Dili dəyişər, bəzən

şeirin  əvvəlini hecalarla yazıb, ortasında çox

sadə  danışıq dilinə keçdiyi anlar da olardı.

Həm çox aydın, həm çox məntiqli... Bəzən ya

sadə, ya tam qəliz...” Şərabı su ilə qarışdırmağa

nə gərək var ki, ya su iç, ya şərab “ düşündüyü

anlar ...Xaotik təfəkkürlü, dəmir məntiqli bu

adam  düşüncə “günahları” nın qurbanı idi.

Mən onun  düşüncə şeirlərində özümü dəfələrlə

itirib, tapmışam. Hər dəfə özümü tapanda

sanki həyatın yeni bir pilləsini qalxmış oluram.

“Ceviz ağacı “ şeiri haqqında saatlarla  dü ‐

şün müşəm. 



Yarpaqların əllərimdir, düz yüz min əlim var,

Yüz min əllə toxunuram sənə, İstanbula.

Yarpaqların gözlərimdir, baxıram heyrətlə

Yüz min gözlə seyr edirəm səni, İstanbulu.

Yüz min qəlb kimi çarpar, çarpar yarpaqlarım.

Mən bir ceviz ağacıyam Gülhanə parkında,

Nə sən bunun fərqindəsən, nə polis fərqində.

Onun şeirlərini Türkiyə türkcəsində

oxumağı sevirəm. Haqqında 2007‐ci ildə

Aylıq ədəbiyyat dərgisi

66

ULDUZ /

Dekabr 2015



çəkilmiş möhtəşəm “Mavi gözlü Dev” filminə

baxdım  və 2‐3 gün təsirindən yayına

bilmədim. O filmdə böyük şairin həbsxana

həyatı ,o ağır rejimdə milli mücadiləyə əzmi,

qadınına olan həsrəti tamaşaçıya çox  həssas

biçimdə çatdırılır. Filmdə də daha çox

qadınına yazdığı sadə və səmimi şeirlər ürək

yandırır.



O indi neyləyir

hal‐hazırda, indi görəsən?

Evdədir, küçədədir,

İşləyir, uzanıb, ayaq üstədir?

Qolunu qaldırıb, bəlkə də,

‐ hey gülüm,

O ağappaq biləyini necə də göstərər bu hərəkətin!…



O indi neyləyir,

hal‐hazırda, indi görəsən?

Bəlkə dizinin üstündə bir pişik balası var,

Sığallayır,

Bəlkə də harasa gedir, indicə addım atacaq…

“Həbsxanadan məktublar” silsiləsində ilk

baxışdan bəsit təsir bağışlayan dərin  poeziya

təsvirləri yer alır. Bu təsvirlər həbsxana

həyatında bütün kişilərin xəyalına gələ biləcək

şeylər olsa da, onu oxuyan adamın xəyalı

ola biləcəkləri aşır. Onun həsrətinin gözü ilə

baxırsan artıq hadisələrə. Yoluxursan

həsrətinə, bürünürsən nisgilinə...

Bir dənəm! 

Son məktubunda:

“Başım ağrıyır,

ürəyim dolu qəm”‐

deyirsən.

“Yaşamaram səni asarlarsa,

səni itirsəm” ‐

deyirsən.

Yaşarsan, bir dənəm.

Qara duman kimi xatirəmi dağıdar küləklər.

Yaşarsan, qəlbimin qızıl saçlı bacısı,

Әn artıq bir il çəkər

iyirminci əsrdə 

ölüm acısı.

Şairin bütün şeirlərində yaşamaq eşqi,

yaşamaq fəlsəfəsi dərin bir düşüncə olaraq

zəngin ədəbiyyat materialıdır. Nazim  yek ‐

nəsək həyatı ədəbiyyata çevirə bilirdi. “Hər

şeyi  görmək azdır, yaşamaq lazımdır” deyirdi

şair. Və yaşamaq çox ciddi işdir, sevmək

kimi...


Geniş meydanda saat zəng çaldı.

Bir azdan kameraların qapıları bağlanacaq

bu dəfə məhbəs uzun çəkdi:

8 il

yaşamaq: ümidli bir işdir, sevgilim,

yaşamaq:

səni sevmək kimi ciddi bir işdir…

Sonralar belə deyirdi Nazim Hikmət:

“Ürəkli bir qadının başı, ürəksiz bir kişinin

çiyninə ağır gəlir!”  Həyatı bu qədər gözəl

bilən adamın qənaəti ilə yaşamı uyğun gələ

bilmirdi. Onunla bərabər  düz 8 il həbs

həyatının ağrılarını yaşamış həyat yoldaşı

Pirayə Altınoğlu şairin saf məhəbbətinə

qarşılıq olaraq bütün çətinliklərə dözmüşdü.

Həbsxana həyatının sonu bu inanılmaz, böyük

eşqin də sonu oldu. Həbsdən azad olmasına

az qalmış dayısı qızı Münəvvər xanım

ziyarətinə gəlir və Nazim ona vurulur.

Azadlığa çıxıb Münəvvərlə evlənir. Mehmet

adlı bir oğlu da olur. Münəvvərə və oğlu

Mehmətə yazdığı şeirlərdə də son dərəcə

səmimi bir eşqin şahidi oluruq. Amma hərbi

çağırışdan yayınmaq üçün Münəvvərdən də

xəbərsiz Rusiyaya gedir. Və bu  zaman türk

vətəndaşlığından çıxarılır. Münəvvər isə hələ

də onu ürəyindən çıxarmamışdı. Bu qədər

cəsarət saçan şeirlər müəllifi canının parasını

qoyub kilometrlərlə uzaq bir diyara getmişdi.

Zaman və həyat bu qəhrəman insanı aciz bir

adama çevirmişdi. Oğluna yazdığı “Mehmətə

son məktubumdur”  şeirindən onu nə qədər

sevdiyi və nə qədər çarəsiz olduğu məlum

olur.


Bir yandan cəlladlar girdi araya, 

Bir yandan oyun etdi mənə 

bu məndəki ürək, 

Nəsib olmayacaq Məhmətim, yavrum, 

səni bir daha görmək. 

Aylıq ədəbiyyat dərgisi

67

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə