Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

***

Mən sənə alacaqdım, qızım,

and içirəm babamın ruhuna,

nənəmin üz qoyduğu torpağa,

alacaqdım!

İzn vermədilər, quzum,

izn vermədilər pulum yetsin,

əl uzatdığın vitrinlərə əlim yetsin!

Sənin arzuların gözündə,

mənimki ‐ «Mütləq bir gün alacam»‐da qaldı!

Mənim umudlarım “alacam” adlı siyahıda,

sənin gözlərin evimizə qalxan surahıda

qaldı!

And içirəm, quzum,



and içirəm bizi Yaradanın cah‐cəlalına,

o cah‐cəlaldan istədiyin

ufacıq ayaqqabı,

bapbalaca bant,

qıpqırmızı don qədər

mənə düşmədi.

And içirəm sənin əziz canına!

***


Nə çox ilməsi var ömür hanamın,

Qarışmış rəngləri ovxarlayıram.

Yağışlar düşəndə yazıq babamtək

Mən də öz qıçımı ovxalayıram.

Ömrün bahar fəslin toxuduq getdi,

Gözdən dirənmişik qış aşrımında.

Ötən gəncliyimin təsəllisi var

Oğlumun qızımın addımlarında.

Yağar yavaş‐yavaş payız yağışım,

Dəli sevdaların xatirəsinə.

Aşmış çəpərlərdə gözüm ilişər

Saralmış gəncliyin xəritəsinə.

Rəngdən‐rəngə düşür 

gözümdə ömrüm,

Sənsiz günlərimi qayçılayıram.

Ana, məzarına söykənib bu gün,

Sənə çatmağımı hesablayıram.

Yer də götürmüşəm ayağın altdan,

Ömür çürüdürəm can savaşında.

Gözünnən oxudum dönüklüyümü,

Dizimə sürtünən Alabaşın da!

DӘLİNİN TOYDA DÜŞÜNCӘLӘRİ

Allah, bu bəy də öləcək,

Gözlərin qapayacaqlar.

Bilmirəm nə vaxtsa harda,

Bunu da ağlayacaqlar.

Kəfən olacaq gəlinlik,

Saçı öləcək bu qızın.

Boşqabı qıran ayağı,

Әli öləcək bu qızın.

Bir oğul doğacaq bu qız,

Çiyninə mələk qonacaq.

Ata olacaq bu oğlan,

Məzara enəcək bir gün.

Gözləri gülür, şadlanır,

Hələ meyxoşdu bəyimiz.

Ölüm heç eyninə gəlməz,

Bəxtəvərdi gəlinimiz.

40

ULDUZ /

Dekabr 2015

ŞEİR VAXTI

Sakit SABİROĞLU



Öləcək bütün sevgilər,

Təzə sevgi doğmaq üçün.

Çıxıb TANRI dərgahındnan,

Sevənlərə baxmaq üçün!!!

***

Bakirə qızlar uçuşar,



Atların qanadlarında!

Quşlar nalını tökəcək

Bir eşqin budaqlarında!

Uçar, atlar çapıb gedər,

Gedər Tanrı dərgahına.

Quşların yalı tökülər

Yalançı sevgi ahına!

Göyün səhrasın dolanar,

Məcnun gəzər dəli kəhər.

Quşlar ot yeyən dünyada

İkimizi boğar qəhər.

Qanadlar, yuva tanışdı,

Bu, at deyil, quşdu, Tanrım.

Mizan‐tərəzi dəyişib,

Yoxsa yerin boşdu, Tanrım?!

***


Bağışla məni, ay ana,

Bu yaz da gələ bilmədim.

Keçən yayı da ötürdüm,

Payızda gələ bilmədim.

Torpağını sulamadım,

Üz qoyduğun torpaq yandı.

Qəbrin üstə çiçəklərin

Gülü soldu, yarpaq yandı.

Getdiyin dağlar vəfalı,

Laçın sənə meh göndərdi.

Gülü solmuş məzarının,

Güllərinə şeh göndərdi.

Hazır eylə yurd‐yuvamı,

Az qalıb, çəkib gələcəm.

Bir az yır‐yığışım qalıb,

Yanına köçüb gələcəm!

***

Unutdum səni də elə



Hər şeyi unutduğum kimi.

Könlümün islaq yerini

Günəşə tutduğum kimi.

Atdım özümü bu eşqdən,

Atdım solğun aya kimi.

Eh... birtəhər yaşayacam

Könlümdəki o dənizdən

Lal sükutlu çaya kimi.

Yola verəcəm bu ömrü,

Şaxtasıyla, ayazıyla.

Səsim göylərdə qalacaq,

Azmış bir qu avazıyla.

O səs ağladacaq səni,

O səsdən eşq umacaqsan.

Sən göylərə gələnədək

O səslə bir yanacaqsan!



Aylıq ədəbiyyat dərgisi

41

ULDUZ /

Dekabr 2015



Yeganə Kamal CABBARLI

YASӘMӘN QOXULU XATİRӘLӘRİM

Mənə şəkərsiniz, mənə balsınız,

Hərdən uzun çəkən qalmaqalsınız,

Tanrıya şükür ki, məndə varsınız,

Məni sevgisiylə boğan qəhərim,

Yasəmən qoxulu xatirələrim.

Ruhum əsir düşüb bulaqlarında,

Sədası hər zaman qulaqlarımda,

Qanadsız bülbüləm, dodaqlarımda,

Laylaya dönüşən qəmim, kədərim,

Yasəmən qoxulu xatirələrim.

Gözümü yumaram, yuxularımda,

Dalaram uşaqlıq qorxularıma,

Sizdə saxladığım yoxum, varım da

Başına döndüyüm barım, bəhərim,

Yasəmən qoxulu xatirələrim.

Gah candan can alan zaval kimidi,

Gah haya çağıran qaval kimidi,

Әhvalın içində əhval kimidi

Gümüşü yalınlı ay ağ kəhərim,

Yasəmən qoxulu xatirələrim.

Könlümə biçilən donum oldunuz,

Azala‐azala sonum oldunuz,

Gözüm baxa‐baxa itirdiklərim,

Yasəmən qoxulu xatirələrim...

***

Ömrümün payızı düşüb yollara,

Sarala‐sarala, nigaran gedir.

Yağış yağdırırdı, çevirdi qara,

Bağın afat vurmuş bir bağban gedir...

Yamyaşıl pöhrəli, zümrüd naxışlı,

İlləri düzmüşdü budağı üstə.

Qəfil hardan əsdi bu külək, ALLAh,

Töküldü yarpaqlar dəstəbədəstə...

Daha günəşi də isitmir, solğun,

Hərdən işıldayır başımın üstə.

İllərin köhləni dayanıb yorğun,

Dağları zor aşıb, dirənib düzdə...

Ömrümün dumanlı yoxuşlarında

Geridə qoyduğum illərdə xəstə

Nisgilim göllənib baxışlarımda,

Axır damla‐damla yanağım üstə,

Axır damla‐damla yanağım üstə...



Aylıq ədəbiyyat dərgisi

42

ULDUZ /

Dekabr 2015



Bu sirdaşın adı Məlihə, soyadı

Әzizpurdur... 1979‐cu ildə Güney Azərbayca‐

nın Әhər şəhərində doğulub... Lakin sonralar

ailəsi Təbrizdə məskunlaşdığından Məlihə

də bu qədim şəhərin əsrarəngiz qoynunda

boya‐başa çatıb. İlk və orta məktəbi də elə

Təbrizdə bitirib. Ali təhsil almaq üçün

sənədlərini Təbriz Universitetinə təqdim edən

istedadlı gənc qız 2002‐ci ildə psixologiya

fakültəsindən məzun olub. Daha çox oxumaq

və yeni‐yeni fəaliyyət sahələrində özünü

sınamaq, xalqına daha çox faydalı olmaq

amacıyla qəzetçilik‐jurnalistika məktəbində

də dərs almağa başlayıb. Bundan sonra

Təbrizdə ayrı‐ayrı qəzet və dərgilərlə

əməkdaşlıq edib, bir sıra maraqlı mövzularda

yazdığı dərin məzmunlu məqalələrlə

oxucuların diqqətini çəkib, rəğbətini qazanıb.

Güney Azərbaycanda uşaq ədəbiyyatı

sahəsində böyük bir boşluğun olduğunu

görən gənc yazar məhz uşaqlar üçün

“Qarışqa” adlı dərgi dərc etmək qərarına

gəlib və nəşrinə icazə almaq məqsədilə İran

İslam‐e İrşad İdarəsinə müraciət edib. Lakin

müraciət etdiyi vaxtdan 10 ildən də çox

zaman keçməsinə baxmayaraq, “Qarışqa”ya

nəşr izni ala bilməyib... “Әsr‐e Azadi”,

“Nəsim‐e Qaradağ”, “Azər Türk”, “Aftab‐e

Azərbaycan” kimi bir dərgi və qəzetlərdə

uşaq ədəbiyyatı bölümlərinin sorumluluğunu

üzərinə götürüb və müəyyən işlər görməyə

nail olub. 2002‐ci ildə “Yağmur” adlı ilk şeir

kitabı işıq üzü görüb. Daha sonra “Dəmir

sevgi”, “Yasaq duyğular”, “14 qələm bəzənmiş

Ay”, “Göy gözlü Tanrı” şeir məcmuələri bir‐

birinin ardınca Təbrizdə yayımlanıb. “Su

pıçıltısı” və “Mənə bir küçə bağışla” adlı iki

şeir toplusu isə Bakıda “Dayaq” Dünya

Azərbaycanlı Yazarlar Qurumunun layihəsi

əsasında “Qanun” yayım evində nəşr olunub.

Təbrizdə “Ağ gecə” adlı qısa həcmli‐miniatür,

Məlihənin özünün təbirincə desək, kibriti

hekayələr toplusu çap edilib. “Ağ gecə” kitabı

2010‐cu ildə Tehranda “İn əst şəhr‐e mən”

adı ilə Fars dilində də yayımlanıb. “Ağ gecə”

gənc yazarın nəsr sahəsində də qabiliyyətini,

təhkiyə ustalığını üzə çıxarıb. Lakin mövcud

rejimin basqıları ucbatından bir çox

qələmdaşları kimi doğma yurdunda yaşamaq

imkanından ‐ mutluluğundan məhrum edilən

Məlihə Әzizpur bu gün Türkiyənin İzmir

şəhərində yaşayır və Ege üniversitesində

“Türk Dünyası ədəbiyyatları” bölümündə

doktoranturada oxuyur, elmi‐ədəbi‐bədii

yaradıcılığını isə uğurla davam etdirir...

Çağdaş və klassik poeziyanın incəliklərini

mənimsəyərək modern şeirin mükəmməl

nümunələrini yaradan Məlihənin bu gün

Güney Azərbaycanda inkişafda olan “dirəniş

ədəbiyyatı”nın formalaşmasında özünəməx ‐

sus rolu, müstəsna xidmətləri var. Məlihə

dövrümüzün ən çox oxunan, sevilən şair lə ‐

rindən biridir... Xalq şairi Fikrət Qoca onun

bədii yaradıcılığına, poetik duyumuna və

mövzuya yanaşma ustalığına yüksək dəyər

verərək onu çağdaş Azərbaycan ədəbiyyatının

istedadlı nümayəndəsi kimi xarakterizə edib:

“Məlihə Әzizpur müasir şairdir. Müasir Qərb

şeirini də yaxşı bilir. Bilmək azdır. O, müasir

təfəkkürlü şeir misraları arasında şərqin və

qərbin hərarətini saxlayıb. Bunu öyrənmək

mümkün deyil. Buna yalnız istedad lazımdır,

böyük istedad: Bu xanım şairdi, özü də çox

yaxşı bir şairdi!” 



İçinizdə hər an ad dəyişdirən mikroblar!

Siyasət fahişələri!

Tarix zibilliklərində sümsünərkən

Görmədinizmi köpəkliyinizin adına

Bir parça sümüyü belə yoxdur?!

Görmədinizmi

Varlığınız belə yoxluq biçimindədir!

43

ULDUZ /

Dekabr 2015

TӘBRİZ ELİ

“BӘYAZ GECӘ”LӘRİN 

SİRDAŞI



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə