Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

bir sevgi etirafına dönüb... Sevgilinin gözlərinə

köçüb orada ömrü boyunca qalmaq! Bundan

orijinal, bundan təsirli sədaqət andı, sevgi

etirafı olarmı?! Elə bir küçəni hansı aşiq bula

biləcək, görən? Məlihənin oxucunun gözlərinə,

sonra isə qəlbinə, ürəyinə köçüb əbədi qalan

küçədə yansıyan diləklər: 

Mənə bir küçə bağışla! 

Tam dənizə açılsın gözləri.

Martılar keçsin xəyalından səhər‐axşam.

Və uzaqdan gələn gəmilərin səsi ilə 

Döyünsün ürəyi...

Mənə bir küçə bağışla!

Yolçuların ayaq səsi ilə oyansın.

Mahnı səsi ilə oynasın. 

Və bir sevda xəyalı ilə uyusun...

Mənə bir küçə bağışla! 

Gözlərindən

Ürəyinə köçə biləcəyim bir küçə... 

Modern şeir sonsuzluqda, alt qatda

gizlənən mənalarla yüklü olur. Bu tipli

şeirlərindən birində sərgilənən alt qatdakı

anlamda “İnsan ən dəyərli varlıqdır və bu

dəyərli varlıq Tanrıya aid olmur. Tanrı ilə

bərabər olaraq dünyanı bölüşür. Ancaq ən

sonunda bütün dünyanı Tanrıya buraxıb,

təkcə “sən”i seçir. Bu “Sən” onun üçün çox

önəmli, dəyərlidir. Bu, əslində varouşçuluq

fəlsəfəsidir: “Sən, mən, dünya və Tanrı‐

inanc...” İnsan olanı yaşadan ən dəyərli

nəsnələr:

Dünən, Tanrıyla bölüşürdük varlığı. 

Yeri o götürdü, göyü isə mən. 

Sən ortada görününcə 

göyü bağışlayıb, səni götürdüm...

O, həm də kiçik hekayələr qələmə alır,

şeirlə deyə bilmədiklərini yığcam nəsr

nümunələrində, miniatür, özünün ifadə etdiyi

kimi, “kibriti hekayələr”ində deməyə çalışır...

“Ulduz”un dəyərli oxucularına çağımızın

istedadlı qələm sahibinin həmin  “kibriti

hekayələr”ini təqdim edirəm... 



Esmira FUAD 

KİBRİTİ

HEKAYӘLӘR

Məlihə ӘZİZPUR

LAL HACİYӘ

Bozarmış çadrasını belinə bağlayıb,

yepyekə başmaqları ilə küçənin duvarına

söykənib, avara‐sərgərdan baxışlarını gəlib‐

gedənin üzünə sərir. Onun önündən keçərkən

gülümsəyib başımla salam verirəm. Maraqla

iki addım irəli gəlib səsinin bütün tutqunluğu

ilə “Səlam... keyfin?! –deyə qarşımda dayanır.

Yenidən kefini sorub getmək istəyirəm.

Arxamca bağırıb deyir:

‐ Baci, əhbə öydü.

Yanlış duyduğumu sandım. Geri dönüb

qarşısında dayandım və: 

‐ Necə oldu? – deyə ondan soruşdum.

Әlini əlinin üstünə çırpıb və isınaraq

təkrarlayır: “Әhbə öydü”. Sözlərindən

şaşırıram, həm də gülməyim gəlir. O an mırt

edib deyirəm:

‐ Haciyə, bəs mənim sırğamı havaxt

alacaqsan? Toya gedəcəyəm, ha?!

Mənə qaşqabaq edərək başını tovlayıb

başmaqlarını sürütləyə‐sürütləyə gedir.

Yoluma davam edirəm. Onunla zarafat

elədiyim üçün üzülürəm. Axı o, özü məni

gördüyü vaxtlarda ərinin ölməsi üçün sürəkli

dua etməyimi istəyirdi, mənsə özümü o yola

vurub deyirdim: 

‐ O ölsə, muştuluq nə verəcəksən mənə?

O da iki əlini göyə qaldırıb ərini qarğayır

və mənə sırğa alacağına and içirdi.

Әrinin ölməsindən bir həftə keçir. Haciyə

küçənin başında onun tiryək‐siqara qoxulu

köynəyini bağrına basıb ağlayır, uşaqcasına

bağırır:


‐ Allah... Bağışla məni... Bilmədim... Allah...

Qonşular onu sakinləşdirməyə çalışırlar,

mənsə boğazımdakı qəhəri yastığımla

boğmağa...



Aylıq ədəbiyyat dərgisi

46

ULDUZ /

Dekabr 2015



SARI SӘRÇӘ

Doqquz yaşında idim. Әn böyük bilgim

“yaxşı qız” olmaq üçün çalışmağım idi.

Bununla belə yerdə, göydə dayanmır, keçi

kimi dam‐duvara dırmaşardım.

Onlar qonşuluğumuzda olan kirayə evə

yenicə daşınmışdılar. O hər axşamçağı

qapılarında dayanıb küçədə şıltaqlıq edən

uşaqlara baxardı. Mən isə onun yenicə bitməyə

başlayan bığlarına baxıb qaqqıldayardım. O

isə qıpqırmızı qızarıb evlərinə girərdi. Onların

gəlişindən iki ay sovuşurdu. Bir axşam yenə

də o, qapılarının önündə dayanmışdı. Məni

görüb qızara‐qızara yanına çağırdı. Ona

doğru gedib nə söyləmək istədiyini sordum.

O, arxasında gizlətdiyi əlini qabağa uzadıb

dedi:

‐ Bax, bunu səninçün tutmuşam. Sarı



sərçədi....

Sevincək ona baxdım. Elə utandım ki,

gözlərindən.... Sarı sərçəni alıb evə gətirdim.

Allahım!!! O nə qədər sevimli bir quş idi.

Sarı sərçəm qaçmasın deyə ayağına sap

bağlamışdım. Axşamlar daha küçəyə çıxmayıb

yalnız o quşla oynayardım. Bir dönə  nədənsə

səhv edib onu gözdən qaçırmışdım. Amma

ayağına sap bağladığıma görə tezliklə

tapacağıma əmin idim. Sarı sərçəni nə qədər

axardımsa, tapa bilmədim, o üzdən quşu

tapmağa yardım istəmək üçün onların

qapısına getdim.

Qapını çalarkən küçədəki uşaqlar, onların

keçən gecə köçüb getdiklərini söylədilər.

Üzgün‐üzgün evimizə döndüm. İki gün sonra

sarı sərçənin ayağındakı sap ilə bağcamızdakı

qızılgül butasından asıldığını gördüm.



KÖRPӘ

Ana on üçüncü dönə doğdu. Yenə də

körpəsinin “İnqə” səsini duymadan ayırdılar

onları. Ana ağzını yerdən göyə qədər açıb

bağırdı. Doğum sancısından deyil, ayrılıq

ağrısından da yox. Döşləri partlayırdı yazıq

qadının.

Quduz siçanlar onun əmziyinə daraşdılar.

Bir damla südü yerə düşməməli idi. Yoxsa....

Ana acımadı. Eyni birincidən on

ikinciyəcənin tərsinə. Ana güldü eyni

birincidən on ikinciyəcənin tərsinə...

Körpəni bir daxmaya apardılar. Orası

ölüm quyusu idi, deyəsən! Daxmanın hər

bucağına orada olan köpəkləri illər boyu

aclıqdan qoruyan qədər sümük qalanmışdı.

Qancıqlar ulaşırdılar. Onların da əmzikləri

partlayacaq qədər şişmişdi. Oysa körpəni

görcək gözləri güldü. Axı körpə onları, o

canalıcı ağrıdan qurtaran tək kişi idi. Qancıqlar

körpəni əmizdirmək üçün sıra çəkdilər. Ancaq

onların heç birisinin əmziyini tutmadı uşaq.

Onlar öz‐özlərini əmməyə başladılar. Onlar

əmişdikcə körpə qusdu. Onlar hürüşdükcə

körpə susdu.

Qancıqlar rahatlanmış kimi görünürdülər.

Ancaq körpə sancıdan ağlamağa başladı. Onun

qarnı elə şişmişdi ki, hamilə qadına bənzəyirdi

və bu görüntü ona heç yaraşmırdı. Qancıqlar,

yenə də əmziklərinin ağrısından hürüşməyə

başladılar. Körpə onlardan qorxmuş kimi

görünürdü. Bir azdan sonra o da bağırmağa

başladı. Sanki doğum sancısı çəkirdi zavallı

uşaq. Qancıqların hürüşməsi kəsilirdi asta‐

asta, bu hal isə köpəkləri çox şaşırdırdı. Körpə

də susmuşdu artıq. Axı o da rahatlanmışdı.

Körpə bir sürü siçan doğmuşdu.

KÖLGӘ

Әllərinə baxdı. Dırnaqarı uzanmışdı bir

az. Sağ əlinin baş barmağını ağzına aparıb

dırnağını çeynədi. Nişana barmağını da...

Orta barmağını da.... Üzük barmağını da....

Çulu barmağını da habelə.

Sol əlinin də dırnaqlarını çeynədi birbəbir.

Barmaqlarının başı göynədi. Sağ əlinin baş

barmağını ağzına aparıb o qədər sümürdü

ki, barmağı partladı. Nişana barmağı da.....

Orta barmağı da.... Üzük barmağı da... Çulu

barmağı da habelə...

Sol əlinin də barmaqlarını sümürdü

birbəbir. Әlləri əyildi. Ürəyi bulandı birdən‐



Aylıq ədəbiyyat dərgisi

47

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə