Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

kötükləriylə aşıb‐daşan külqabılar, bükülüb

zibil qabına tolazlanan siqaret qutuları, qədəh

çıqqıltıları, şən, bir o qədər də sərxoş çalarlarla

zəngin qəhqəhələr  və bu səsləri  xəfif şəkildə

eşidilməz edən həzin musiqilər idi.

***

‐ Bağışlayın, necə kömək edə bilərəm?

Qızın şux səsinə xəyaldan ayıldı. Diqqətlə

bu çəlimsiz, məsum təbəssümlü qızı nəzərdən

keçirdi :

‐ Nə?  Üzr istəyirəm, eşitmədim,  ‐ səbəbini

bilməsə də səsi titrədi və bundan xeyli pərt

oldu. Tez‐tez olurdu bu. Danışdığı yerdə səsi

qırılırdı.

‐ Necə kömək edə bilərəm? ‐ qız oxşar

mimikayla, eyni tonda təkrarladı.

İndi başa düşdü. Neçə dəqiqədir gözünü

vitrinlərdən ayırmamışdı. Heç mağazaya

haçan girdiyini də yadına sala bilmədi. Qızın

gözlərindəki sönüklük handan‐hana diqqətini

reallığa qaytardı. Satıcının pillə‐pillə artan

marağını duydu :

‐ Narahat olmayın, mən sadəcə baxırdım,

‐ dedi. Bu dəfə qızın təbəssümünə uyğun

təbəssümlə, səsi titrəmədən. 

Әvvəllər fayton arabalarının etinasız

cingiltisiylə pozulan sükut indi maşınların

mühərrik səsində itib‐batırdı. Yola xeyli

baxandan sonra küçəylə üzüaşağı addım ‐

lamağa başladı. Qala mazğalını xatırladan

dəlikləri çıxsaq, bu binaların doğma fasadları

da əvvəlki deyildi. Hərdən insanlarda tapa

bilmədiyi doğmalığı binalarda, səkidə,

divarlarda axtarırdı. Bu küçə boyu uzanan

divarlar, işıq dirəkləri ona yaxınlarının

əsirgədiyi hissləri yaşadırdı. Bəlkə, gəncliyində

bu fikrə ondan çox gülən, inanmayan olmazdı.

Necə yəni, isti insan nəfəsində tapmadığı

şeylər soyuq daş parçalarında nə gəzir?

Amma bu sual indi heç bir təəccüb

doğurmurdu. İllərin ötməyinə təəssüflənmək...

Bu lazım deyil. Bəlkə də, o itkilər, sarsıntılar

bəzi qazancların müjdəçisidir. Buna hardasa

həyatın sədaqəti, vəfa borcu da demək olar.

Nəyə lazım idi bu vəfa? Bəlkə, çox vacib idi?

Bu sual haqda düşünmək indi maraqlı deyildi.

İndi daha vacib şeylər var. Belindəki ağrıya,

istiyə dözə‐dözə, təpərsiz ayaqlarını sürüyə‐

sürüyə küçənin sonuna çatmaq.



***

‐ Bəlkə qalxaq? ‐ müəmma ilə soruşdu.

İçki indi‐indi təsirini göstərirdi. Onun

sərxoşluğunu gözlərindən anlayırdı; qızartılı

gözlər, gülümsər çöhrə, alnının qırışları,

itaətkar səsi... Kaş bütün kişilər sərxoşkən

belə olaydı. Qəfil sualdan üzündəki cizgilər

bir anlıq ciddiləşdi. Ciblərini döyəclədi.

Sərxoşlara xas, bir az da məzəli yerişlə

barmenə yaxınlaşdı, uzun müddət söhbət

etdilər. Bistroda qalan sonuncu qonaq onlar

idi. Həmişə belə olurdu, buranı ən son onlar

tərk edirdi. Barmenin xırıltılı qəhqəhəsindən

sağollaşdıqlarını anladı. Gecə uzunu dinib‐

danışmayan barmenin sevinci sonuncu

qonaqların da getməyinə görə idi. Hər dəfə

bura gələndə bu işin ağırlığını bir daha dərk

edirdi.  Ani, amma gözlənilən səsə diksindi.

‐ Hə, gedək?

Bistronun istiliyindən küçənin ayazına

çıxanda xoş bir gizilti bədənini qıdıqladı.

Soyuq dəcəl uşaq kimi, dalğa‐dalğa canına

yeriklədi. Yağış narın‐narın səpələnirdi.

Saatdan xəbərsiz idi, heç öyrənməyə cəhd

etmədi. Gödəkçəsinə bürünüb ona qısıldı.

Bu təmasla kişi hökmranlığının astanasına

qədəm qoyurdu. Bu anın saflığı yağ kimi

canına yayıldı. İndi əsməcə də yerini ilıqlığa

buraxırdı. Qol‐boyun getdikləri bu küçə kaş

qurtarmasın... Qısıldıqca onun ürək

döyüntülərini hiss edirdi. Soyuqdan

qıpqırmızı rəng alan burunlarını kənardan

görsə, uğunub gedərdi. Payızın şıltaqlıqlarına

öyrəşmişdi. Lap uşaqlıqdan bu fəsli çox

sevirdi; dəyişkənliyini, şəhərə gətirdiyi xoş

görkəmi. Payız Tanrının yer üzünə lütfüdür.

Bu dahiyanə fikri onunla bölüşməyə tələsdi:

‐ Payız Tanrının yer üzünə lütfüdü.

‐ Oho, fəlsəfə?

Narazılıq əlaməti kimi incik, bir az

da şeytani ədayla başını yellədi. 

‐ Bu fəsli uşaqlıqdan sevirəm. İstiyə heç

dözümüm yoxdu. Bizim qəsəbədə istiyə

Aylıq ədəbiyyat dərgisi

36

ULDUZ /

Dekabr 2015



həsrət idik. Bəlkə də, ona görədi. Soyuğa

öyrəşmişəm.

‐ Soyuq adama niyə xoş gəlsin ki? Bax

özünəqapalı insanlar da belədi. Təkliyə,

tənhalığa öyrəşəndən sonra insanlardan

qaçmağa başlayır. Sən demiş, öyrəşir buna.

İnsanlara, onlarla ünsiyyətə heç dözümləri

olmur. Təsəvvür elə, insanlar istidi, tənhalıq

soyuq. Qəribə bənzətmə olsa da, bu belədi,

əzizim. 


‐ Özün mənə filosof deyirsən.

‐ Mənim fəlsəfə məzunu olduğumu

unutmusan?

‐ Bir dəqiqə e, bu gəlişigözəl sözləri hardan

öyrənmisən? Həm də sən niyə tənha olasan

axı? Bəs mən nəyinəm sənin, niyə məni

görməzdən gəlirsən? ‐ axırıncı sözdə səsi lap

kövrəldi. 

‐ Bu danışdıqlarım köhnə təəssüratlardı,

əzizim. Xoş deyilsə, danışmayım. 

‐ Yox, danış.

‐ Hə, nə deyirdim?

‐ Tənhalıqdan danışırdın.

‐ Hə, tənhalıq. Әslində, təklik insana çox

şey öyrədir. Daha doğrusu, özünü tanımağa

başlayırsan. Özünlə hesablaşmağa, çək‐çevir

eləməyə çox vaxtın olur.

‐ Sənə nə öyrətdi?

‐ Mənə öyrətdiyi çox şey oldu. Məsələn,

öyrəndim ki, sevgini də, nifrəti də qənaətlə

xərcləmək lazımdı. Bədxərclik eləyəndə hisslər

də iflasa uğrayır.

‐ Mənəvi böhran? 

‐ Mənəvi böhran, hisslərin fiaskosu, fanilik

embarqosu, ruhi katarsis...

‐ Yenə başlama qəliz‐qəliz danışmağa.

Hamı sənin kimi filosof deyil ki. –  bu yerdə

söhbətə yüngülvarı məzə, şirinlik qatmaq

istədi. Çünki onun çətinliklə danışdığını hiss

edirdi.


‐ Gəl bu haqda danışmayaq .

İndi zarafat da ona xoş gəlmirdi, danışmaq

istəyirdi. Heç vaxt demədiklərini yağışın

altında, üzü arabir zil qaranlıqda görünməz

olan, arabir səkidəki işıq dirəklərinin ölgün,

sarı işığıyla aydınlanan sevdiyi qadına

danışmaq.  Danışdıqca onun üz ifadəsini

görmək istəyirdi. İşıqlığa çıxanda üzündəki

təəccübü, gözlərindəki boşluğu lap aydın

görürdü. Qapqara, işıldayan gözlər... Elə ki

qaranlığa girirdilər, o gözlər, o parıltı yoxa

çıxırdı, zülmətə qərq olurdu. Bu müəmmaların

içindən onun səsini güclə eşitdi:

‐ Yaxşı, yaxşı, bağışla. Səni güldürmək

istədim. Danış.

‐ Başlayırsan gülməyə, ürəyindən gələn

kimi yox, özünü məcbur hiss etdiyin kimi

davranmağa. Özündən başqa heç kim hissiy ‐

yatsızlaşdığını, ikiüzlüləşdiyini hiss eləmir.

‐ Çox çətindi bunlar?

‐ Çətin olmaz? Hər şeyi içində saxlayırsan,

üstü kif atır, çürüyür. Amma səni də çürüdür.

‐ Bəs axırı?

‐ Bir gün ummadığın, gözləmədiyin bir

vaxtda o qaysaq, o köz qopur, ağzını möhkəm‐

möhkəm bağladığın o böyük lağım açılır,

illərlə ürəyində basdırdıqların gün üzünə

çıxır. Yenə səni incidir, başqa heç kimi.

‐ Zamanla düzəlir?

‐ Vaxt keçdikcə danışmaq istəyirsən, amma

boğazından yuxarı qalxmır sözlər. Elə bil

nəyəsə ilişir, ya da tükənir.

‐ Ya da içindən gəlmir.

‐ Hə, o da var. 

‐ Bəs bunun sonu yoxdu?

‐ Nə yaman son həvəskarısan.  Sonu odur

ki, əvvəllər əlçatmaz gördüyün şeylər, səndən

dabanına tüpürüb qaçan fürsətlər zamanla

ayağına gəlir. Amma onda da sən istəmirsən.

Bəlkə də, istəyə bilmirsən. Әlinin tərsiylə

imtina edirsən.

İkisi də diksindilər. Qaranlıqda əl boyda,

qapqara bir şey qabaqlarından qaçıb keçdi,

zülmətdə seçə bilmədilər. Səkinin qırağında

kimsə sərələnmişdi. Bir az da yaxınlaşanda

tünd araq qoxusu ikisini də vurdu. Şüşəni

möhkəm‐möhkəm sinəsinə sıxıb yuxuya

getmişdi.

‐ Әcəb bəxtəvər adamdı. Belə şeylərdə

xoşbəxtliyini tapır. 

‐ Bir şüşəlik romantika! Özü də bu havada.

‐ Deyəsən, özümüzdən xəbərin yoxdu. 

Ürəkdən güldülər. Bəlkə də, dünyanın

ən xoşbəxt anı bu idi. Ona daha da möhkəm



Aylıq ədəbiyyat dərgisi

37

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə