Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

Bu bizik, Tarix yaşlı türk!

Әsirlərin çərçivəsinə sığmayan ӘR

Dustaqlara yerləşməyən NӘR!

Söyləyin, necə quyruq bulayırsınız

soframızın başında,

Ehey, qapımızın itləri?!

Әlbəttə ki zaman, tərs geyib başmağını…

Yoxsa duyardınız

Qurdumuzun səsi necə uzanır

Altaylardan Balkanlara...

Görərdiniz, qartallarımız necə aslan ovlayır!

Göllərimiz, necə nəhəng yaşadır bağrında...

Onun modern üslubda yazdığı bu şeirini

bütöv şəkildə təqdim etdim ki, oxucunun

təsəvvürü aydın olsun və bu yurdsevər qızın

kiçik həcmli bir poetik mətnin iç qatına necə

böyük məna yüklü fikirlər, dərin mətləblər

sığışdıra bildiyinə şahid olsun... Bu

qabiliyyətin sahibi əsl istedaddır! Türkün bir

millət olaraq kimliyini və Altaylardan

Balkanlaradək ayaqda qalmaq üçün böyük

bir mücadilə yolu keçdiyini, şanlı, şərəfli

tarix yazdığını bədii sözün gücü ilə bircə

şeirdə oxucuya çatdırmağı bacarmaq məhz

istedadlı qələm sahibinin işidir... 

Məlihənin şeirlərində ən çox müraciət

etdiyi mövzu Vətənin azadlığı, istiqlal,

müstəqillik, ana dilinin əsarətdən qurtuluşu,

ədəbi dilin inkişafı, qədim Türk yurduna

məhəbbət, el‐obaya sədaqət hisləridir. Şeiri

insanın həyat və yaşayışının aynası kimi

dəyərləndirən xanım yazar müsahibələrində

daim vurğulayır ki, şeirləri məhz Güney

Azərbaycanı, doğma xalqının real həyatını

tərənnüm edir. Milli ruhlu yazar çağdaş şair

və araşdırmaçıların səylərinə, bu yöndə

xidmətlərinə baxmayaraq, Güneydə bu gün

vahid ədəbi dilin tam şəkildə formalaşa

bilməməsindən dərin narahatlıq hissi keçirir.

Güney ədəbiyyatının mövcud durumunu

ayıq nəzərlərlə müşahidə edir, sağlam

məntiqlə düşünür və real mənzərə qarşısında

bir ziyalı, yazar kimi susa bilmir və aktiv

mövqe sərgiləyir. 

O, vaxtaşırı Güney Azərbaycanda çağdaş

şeirin durumunun aydın xülasəsini verir,

istedadlı gənc şairlər sırasında öncüllərdən

biri olduğunu təsdiqləyən bitkin modern

şeirlər yazır.  Әdəbiyyat sahəsində bəzi qələm

sahiblərinin yalnız modern və avanqard

ədəbiyyatı dəstəklədiyini, bəzilərinin klassik

ədəbiyyatı yenidən qavrayaraq ona yeni

özəlliklər aşılamaqla çağdaşlaşdırmağın

tərəfdarı olduğunu, bir qisim şairin ədəbiyyatı

şeirdən, bəzilərinin isə yalnız və yalnız

nəsrdən ibarət sandığını bəlirləyən şair‐

tədqiqatçı yazır ki, istər şeir, istərsə də nəsr

əsərlərinin əsas mövzusu yenə də vətən,

özgürlük, sürgünlük, sevgi, ayrılıq, həsrət

və s.‐dir. Pəhləvi rejimi devrildikdən sonra

Vətənin fəzası bir az açılıb aydınlaşdı, Güney

Azərbaycan şeirində yeni dönəm başlandı, ‐

deyən Məlihə xanım 1986‐cı ildə Səhər

xanımın (Həmidə Rəiszadə) “Mavilər” adlı

şeir kitabının nəşrini çağdaş Güney

ədəbiyyatında yeni ədəbi hadisə sayır.

”Mavilər” kitabındakı şeirlərin ədəbiyyatda

yeni ruh, yeni atmosfer yaratdığına, Güney

poeziyasının canlanmağa başladığına diqqət

çəkən şair‐araşdırmaçı Səhər xanımın fikir

və duyğularının ifadəsində də tamamilə

dəyişik, yeni bir forma ‐ canlı təsvir, simvollar

və rəmzlər, orijinal bədii təsvir və ifadə

vasitələrindən istifadə etməklə yaşadığı

dövrün, cəmiyyət və fərdlərin açıq‐gizlin

dərdlərini cəsarətlə açıqlamadığını vur ‐

ğulayır...

Məlihə Әzizpurun gənc nəslin Şəhriyara

münasibətinə, eyni zamanda ustad şairin

Güney ədəbiyyatı qarşısındakı misilsiz

xidmətləri məsələsinə daha həssas və içdən,

həm də qlobal yanaşması düşündürücüdür:

“İranda fars dili və ədəbiyyatı qarşısında

türkcə uzun illər boyunca susarkən son

dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük

şairi Şəhriyar yetişdi. Şəhriyar, İranda farsca

qarşısında yox olmağa üz tutan türk dilini

”Heydər Babaya salam” əsəri ilə əbədi olaraq

ayağa qaldırıb başını göylərə çatdırdı”.

Təbii, həqiqətən çətindi, doğma Vətənin

qoynunda dili, arzuları bağlı yaşamaq...

Səhəndin təbirincə desək, “Keçmişindən,

gələcəyindən söz açması, dədə‐babasından



Aylıq ədəbiyyat dərgisi

44

ULDUZ /

Dekabr 2015



ad alması” yasaqlanmış bir rejimdə ömür

sürmək... Güneyli yazarlar bu yasaqlara son

qoymaq uğrunda çabalar göstərir, bu amacla

qələmə sarılır, söz və əməl cəbhəsində savaşa

atılırlar. M.Әzizpur insanı varından yox edən

bir şeirində bu çox çətin və ağır savaşın

labüdlüyünü bədii poetik sözün gücü ilə

çatdırır oxucusuna... “Çatdırır” sözü çox

yüngül səslənir, onun mətləbləri birbaşa

oxucunun beyninə, ürəyinə millənir... Bu

şeiri oxuyarkən insanın ruhu, damarlarındakı

qanı donur:   



Köynəyinin yaxasını aç, köksünü görüm, 

Offfff! 

Burada ki dost izi var,

‐ Necə də mehriban əlləri varmış ‐

pambıqla kəsib döşlərini.

Heç inciməyib, gözlərindən bəllidi.

Qoy kürəyinə də baxım.

Yaralarına toxunmaram, qadan alım,

Yalnız söylə, 

Bu qamçı‐qamçı qan yollarının sonunu 

Kimdən xəbər alım mən?

Olursa yaşmağını da aç, 

Gülümsəməni görüm lütfən.

Ağlamaram, söz vermişəm  Türk kimi –

Amma yaylığını götürmə kəsin,

Götürmə yaylığını.

Sənə gələrkən gördüm:

Saçlarından çatı hörmüşdülər dar ağaclarına.

Dur, yola sal məni, 

Saçlarını geri almağa gedirəm

Naməhrəm əllərdən.

Dua et mənə, Maralım, Yaralım.

Bayraq edək bu dərdimizi birliyə, bütövlüyə, 

azadlıq zirvəsinə ucalaq! 

Qalxaq ayağa, 

ey Bütöv Azərbaycan!

Üzdə dost görünən, saxta mehribançılıq

oyunu oynayan düşmənin nə mehriban əlləri

varmış ki, pambıqla kəsib döşlərini... Sətiraltı

məna səni düşündürməyə bilmir... Ancaq

şair qətiyyətlidir, gələcəyə ümidli, inamlıdır...

Lirik qəhrəmanı ölümə məhkum edilmiş

günahsız bir elin mərd oğul və qızlarını

asmaq üçün gərək olan “dar ağaclarına çatı

hördüyü sevgilinin‐Vətənin saçlarını

naməhrəm əllərdən geri almağa”, qamçı‐

qamçı açılan qan yollarının sonunu bulmağa‐

azadlıq zirvəsinə‐Bütövləşməyə aparan yol

uzun və çətin yola çıxmaqda israrlıdır...  Bu,

maneələrlə dolu ağır bir yoldu, savaş da ağır

savaşdı, ancaq bu savaş labüddü...

Məlihə xanımın Güney Azərbaycandakı

real vəziyyətin, gerçək mühitin diktəsilə

söylədikləri ‐ bu acı həqiqət insanın ayaqlarını

yerə mıxlayır və soydaşlarını bu barədə ciddi

düşünməyə səfərbər edir: “Qurtuluşun və

azad bir millət olmanın bədəli vardır. Heç

bir millət öz‐özünə qurtulmur. Heç bir

qurtuluş dirənişsiz olmur. Bizim gənclərimizin

bu yolda çəkdikləri əzablar, zindanlar və

gördükləri işgəncələr, bu qurtuluş yolunda

ödənilən bədəldir. Bu da nəticəsiz qalmayacaq.

Çünkü tarixdə doğruluq, haqq və ədalət

yolunda gedən mubarizələr sonucda

qurtuluşla nəticələnmişdir, ancaq qurtuluş

düşüncəsini, qurtuluş duyğularını toplumun

dünyagörüşündə əkən və oluşduran yazarlar,

şairlər və aydınlar olmuşlar. İndiki mərhələdə

milli qurtuluş, zaman keçdikcə türk

toplumunun dünyagörüşündə bir inanc şəkli

almaqdadır. Bu inancı ayrıntıları ilə açıqlayan,

etik və estetik tərəflərini izah edən, milli

dilimizdə yazılan modern ədəbiyyatdır. O

da milli dildə yazılan modern ədəbiyyatın

yaradıcılarından biridir... Әnənəvi fədakar ‐

lıqlar, sevgilinin aşiqi üçün göydən ulduz

qoparmaq, dənizi hədiyyə vermək, dünyanı

bağışlamaq, yaxud “Sarıköynək” təki bəzi

aşıq mahnılarında hətta “Anasını belə

sevdiyinə qurban etmək” kimi üsullar da

çağdaş Güney poeziyasında dəyişilməyə

məruz qalıb, tam yeni forma və ifadə üsulu

ilə əvəzlənib... Və... Məlihə Әzizpurun: “Mənə

bir küçə bağışla! Gözləri tam dənizə açılan,

bir sevdanın xəyalı ilə uyuyan, ürəyi uzaqdan

gələn gəmilərin səsi ilə döyünən, yolçuların

ayaq səsi ilə oyanan, mahnıların səsi ilə

oynayan bir küçə” arzusuna, diləyinə çevrilib...

Elə bir küçə ki, “Gözlərindən ürəyinə köçə

bilim” kimi dəlicə bir istəyə, kövrək və israrlı

Aylıq ədəbiyyat dərgisi

45

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə