Ulduz Dekabr 20151115 Layout 1



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

birə. Yerə tüpürdü... Tüpürcəyi qanlı idi.

Ağzını silmək istədi. Әlləri qalxmadı.

Güzgünün qarşısına keçdi. Dodaqları

parçalanmışdı. Dişləri uzanmışdı.  Hörümcəyə

bənzəyirdi güzgüdə. Acığı gəldi özündən.

Güzgünü sındırmaq istədi,  əlləri qalxmadı.

Dışarıya qaçdı. Kölgəsi uzanmışdı. Özünü

çeynəməyə başladı.



KİLİM

Nə duvar başında pişik, nə ağac dalında

qarğa, nə sərçələr, nə də küçədə şıltaq uşaqlar

var. İl bayramına iki gün qalır. Deməli, birisi

gün bayram axşamı sayılır. Qışın ən son gün ‐

ləri olduğuna baxmayaraq, soyuq külək bütün

gücü ilə əsir. Qadın çadrası boynunda,

çəkmələri ayağında, qollarını çırmalayıb bir

köhnə kilimi küçənin çuvər simtələri üstə açıb,

zinə gələn suyu üzərinə çilləyir və bir kulə

süpürgə ilə islanmış yerlərini süpür gə lə yir.

Külək elə sərt əsir ki, birdən kilimi ortasına

qədər qalxızıb yerə çarpır. Qadın su şlanqını

dəbbəyə qoyub süpürgəni yerə atır və əlləri

tutar‐tutmaz, kilimin qırıncını açır. Bir kərpiç

parcası tapıb bir guşəsinə qoyur. Bir guşəsinə

isə yarıya qədər dolmuş su dəbbəsini qoyur.

Sonra kilimi yenidən süpügələməyə başlayır.

külək yenə də güclənib kilimi qırışdırır.

Qadın gözlərini ovuşdurur, kilimin qırınclarını

açıb qalan yerlərini də süpürgələyir.

Qadın kilimin üstündən su axıdıb qatlayır.

Külək hızlıca əsir. Qadınsa sabahı yox, birisi

günü düşünür. Bir də haradasa gizlənmiş

günəşi...

AYNA

Qapını kilidlədi. Lampanı yandırmasaydı

da olardı, amma işığın saçılması daha gözəl

olurdu. Bədənini bir qızışma bürüdü...

Köynəyinin birinci... ikinci... üçüncü...

dördüncü düyməsini belə açdı... Barmaq ları ‐

nın ucu ilə köynəyinin yaxasından tutub as ‐

ta ca silkələdi. Ax... necə də yapışırdı o incə

sə rinlik! Duvardakı aynanın qarşısına keçdi.

Kiçik barmağı ilə aynanın tərini çizdi. Sallana‐

sallana köynəyini sonra da başqa geyimlərini

soyundu (Ağappaq, süd kimi idi bədəni!).

Hörüyünü açıb çiyinlərinə dağıt dı. Aynadan

uzaqlaşdı bir az (Geş taltca sına” görünmək

is təyirdi)...  Hey!!!

Nə gözləmişəm mən! Bir kəşf olunmamış

sirr kimi!

Mızıldandı özü ilə. Aynaya yaxınlaşdı.

Yenə yaxınlaşdı... yenə də... gözlərinə baxdı.

Yanaqlarına... dodaqlarına... və... Sonra

gözlərini yumdu, aynadakı şəkli dodaqlarına

dayadı matıklı dodaqlarını. Şampun... sabun

qoxuyurdu öpüşləri.

İsti su altında gözlərini açmadı kəsin.

Yalnız təmizləşməyi fikirləşirdi...

KÖPӘK

Gecə bir az da yetişdi. Gözləri qaranlığa

alışmamışdı. Kor havası əlilə bir yer tapıb

oturdu. Yerində rahatlanıb qarşıya göz dikdi.

Neçənci gəlişi idi bilmirdi. Gəldiyi hər dönə

birinci, oranı tərk edən də sonuncu adam

olardı, amma nədənsə bu dönə gec qalmışdı.

Hələ özünə gəlməmişdi. Səhnə dönə‐dö ‐

nə təkrarlanırdı beynində. Bir tikə dialoq

dili nin əzbəri olmuşdu və kəsmədən, dəli cə ‐

si nə söyləyirdi öz‐özünə.

Qapı açıldı. Gözağrıdıcı işıq gözlərini

qapandırdı. Bir çolaq köpək səssiz‐səsiz

gedirdi.


AĞ GECӘ

Tam romantikcə yaşayırdı. Birisini sevərdi

ölümsüzcəsinə. Nədənsə onu itirmişdi bir

türlü... Günün səksən altı min dörd yüz

saniyəsini ancaq onu düşünərdi. Çevrəsində

baş verən olaylarda yalnız onu anımsadan

bir ələman arayırdı və ona bənzəyən hər

kəsə sevdalanardı dəlicəsinə...

Bir romantik gecədə qarşılaşdılar. Ancaq

onunla kəsin görüşmədi. Artıq nifrət edirdi.



Aylıq ədəbiyyat dərgisi

48

ULDUZ /

Dekabr 2015



TELEFON

Telefon ağappaq gözlərimə baxır. Әllərim

dəstəyinə uzanır. Üzüntülü bir səs sinirlərimi

pozur. Dəstəyi yerinə qoyuram. Ancaq zəng

etmək üçün maraqlanıram. Dəstəyi yenidən

götürüb qulağıma yaxınlaşdırıb beş saniyəyə

qədər o halda saxlayıram. Yenə də bir az

öncəki çıldırdan səs beynimi qazmağa başlayır.

Zəng etməkdən vaz keçirəm. Dəstəyi telefonun

üstünə buraxıb oturduğum yerdən qalxıram.

Әllərimi tellərimdə daraqlayıb tavandan asılan

lampaya göz dikirəm. Gözlərim qaralır. Birdən

dizlərim üstə çöküb gözlərimi bütün gücümlə

qapayıram. Azacıq rahatlayandan sonra yerim ‐

də oturub masanın üzərindəki kitabı götürüb

maraqsızcasına varaqlamağa başla yı ram. Kita ‐

bın qırxa yaxın səhifəsi var, ancaq arabir oxu ‐

duğum sətirlər onun ağır düşüncə daşı dı ğını

bəlləndirdi. Kitabın illik varaqlarına dö nüb,

onun yayım ilinin zamanını arayarkən tele fo ‐

nun gərgin səsi fikrimi dağıdırdı. Kitabı eləcə

qoyub dəstəyi götürürəm. Bir yabançı səs:

– Alo, orası...‐nınmı evidir? ‐ deyə soruşur. 

– Yanlışdır, deyil, ‐ deyə qapadıram. 

Әlim hələ dəstəyi buraxmayıb. Bir şeylər

keçir fikrimdən... Üşüntülü bir hiss bütün

gövdəmi titrədir. Naşı oğru kimi öz

hənirtimdən belə qorxuram. Bu halımın

nədənini isə heç anlamıram.

Dəstəyi hələ də əlimdən buraxmamışam.

Astaca qulağıma doğru aparıram. Telefonun

“Duuuuuud” səsi ilk nömrə yazılınca kəsilir.

Hər nömrəni yazdıqca höyüşnəm çoxalır, ürə ‐

yim çılğıncasına döyünür, sonuncu nömrə ya ‐

zı lır. Az vaxtdan sonra telefonun açılmasını və

“Alo” söyləyən səsi indidən eşidib aydın ca ‐

sına hiss edə bilirəm. Hər an iztirabdan bo   ğa ‐

zım quruyur. Zaman sovuşur, lakin birisi o

tay dan telefonu qaldırıb tutqun səsi ilə “Alo”

söyləməyir!

İldırım çalmış adam kimi yerimdə quru ‐

yuram. Öz halıma gülməyim gəlir. Yəni boşu‐

boşunamı bu qədər iztirab çəkmişəm?!..

Dodağımı dişlərimlə sıxıb gözlərimi

duvara zilləyirəm. Birdən duvarda iki gün

sayar diqqətimi çəkir.

– Ah... bu gün ayın nəhs günüdür! Bunu

öncədən bilməliydim! Ancaq ki... tam yeddi

saatdır otaqdayam. Dışarıya çıxıb hava almaq

istəyirəm.

Ancaq telefonun səsi otağı doldurur.

Dəstəyi götürürəm. Yenə də o yabançı səs:

– Alo,......orası‐.......nınmı... evidir?” ‐ deyə

soruşur. “Yox....! Bu ikinci dönədir zəng

açırsınız, buraxın lütfən”, ‐ deyirəm və tele ‐

fo nu qapadıb otaqdan çıxıram.



QAR  DANӘLӘRİ

Pəncərə arxasında dayanıb asfalta qonan

qar dənələrinə baxır. Әlləri qıpqırmızı qızarıb.

Hərdən insafsızcasına hovxurur donmuş

barmaqlarına.

Bir yadırğanmış şeyi anımsamış kimi

birdən dönüb otağın bucağına atılmış qara

çadrasını götürür, başına salar‐salmaz qapıya

doğru qaçır.

Xiyabandakı hər kəs onun neçə dəqiqə

öncə döndüyünü bildirir.

Məzarlığa qar yağır....



BAYRAM

Yenicə evlənib. Әn böyük yatırımı

biləyindəki gücüdü, bir də ürəyindəki ümidi..

Adı Bayramdır. Bütün bayram günləri də

gözləri dolar nədənsə. Nə isə... Bir şirkətdə

çalışır. İşi ağır olsa da, qatlaşır... “Kişi özünü

qorxutmamalıdır çətinliklərdən”, – düşünür.

Bütün işçilər nahar yeməyinə çıxıblar.

Hər kəs evindən gətirdiyini yeməklə

məşğuldur.

Bayramı isə yarım saat öncə apardılar.

Deyirlər: «Düz biləkdən qırılmışdı əli...»



Aylıq ədəbiyyat dərgisi

49

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə