Ulduz Dekabr 20151115 Layout 1


Әvəz Nəbioğlunun tərcüməsi



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix14.01.2018
ölçüsü0,87 Mb.
#20512
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

Әvəz Nəbioğlunun tərcüməsi

“ARS POETİKA”

Mən nə çox poeziya, nə də çox proza olan

Daha tutumlu, dolğun forma arzulardım həmişə.

Kimisə ‐ müəllifi, ya oxucunu sonsuz əzablara

Düçar etmədən imkan verə fikir söyləməyə.

Nəsə xoşagəlməz bir şey var poeziyanın varlığının özündə,

Içəridən ‐ varlığından xəbərsiz olduğumuz bir şey çıxır.

Döyürük gözümüzü, elə bil içimizdən sıçrayan şir

Aydınlıqda dayanıb quyruğunu yellədir.

Odur ki, nahaq demirlər: poeziyanı ruhlar yaradır.

Әslində, şişirdirlər, sanki bu, şəksiz, mələklərdir.

Anlamaq çətindir hardan gəlir şairlərin vüqarı,

Zərifliyi görünəndə utanıb qızarırkən.

Ona öz evindəkitək hökm edən min dildə danışanların

Həm dilini, həm əlini qəsb etdikləri azmış kimi

Şansını öz xeyrinə dəyişməyə çalışanların

Iblislər şahlığı olmağa aqil razı olarmı məgər?

qədər ki, günümüzdə ağrılar qiymətdədir,

Kimsə mənim sözlərimi bir zarafat biləcək.

Ya ironiya vasitəsilə sənəti tərif üçün

Mən daha bir üsul icad etmişəm.

Vaxt vardı, oxunardı yalnız müdrik kitablar,

Ağrı, yaxud bədbəxtliyi silməyə kömək edir deyə.

Bu, əlbəttə, birbaşa dəlixanadan gələn

Minlərlə sicilləməni vərəqləmək deyil.

Bizə göründüyütək deyil, əslində, başqadır dünya,

Və biz özümüz də başqayıq, huşsuzluqda sayıqlamırıq.

Bax buna görə adamlar qoruyur ədəbli sükutu,

Bununla qazanırlar doğmaların, qonşuların hörmətini.

Poeziyanın xeyri odur‐ bizə “özün” olmağın

Necə çətin olduğunu xatırlatmasıdır.

Bununla belə, taybatay açıqdır bizim ev, açar yox qapılarda,

Gözəgörünməz qonaqlar hər vaxt girib‐çıxırlar...

Burda nə ki söylədim, sizinlə razıyam, poeziya deyil.



Aylıq ədəbiyyat dərgisi

26

ULDUZ /

Dekabr 2015



Hicran Hüseynovanın tərcüməsi

ARS POETİKA

Daha dolğun bir forma axtarmışam həmişə ‐

nə həddən çox poeziya, nə həddən çox nəsr ola...

Oxucunu, ya yazarı əzab vermədən anlada.

Bir yaramazlıq var şeirdə nəsə: sanki daxilindəki pələng 

şəstlə irəli atılır, quyruq bulayır

və sən xəbərsizdin indiyədək bu gücdən; 

gözlərini döyürsən... 

Yaxşı deyirlər ki, şeiri dedirdən ruhlardı,

düzdü, “yəqin, mələklərdi” deyəndə də şişirdirlər...

Amma bu da anlaşılmazdı: zəifliyi görünən an

xəcalət çəkən şairlər vüqarı hardan alır?

Razı olarmı ağlı olan,

razı olarmı qəlbinə hakim olan, neçə dildə danışan,

əlini, dilini, qismətini acgöz niyyətiyçün oğurlayan

iblislər şahı olmağa?.. 

İndi ki xəstələrə qiymət var bizim günlərdə

yəqin, mənim də sözümü zarafat sayar kimsə... 

ya da,..  ya da başqa bir yol bilirəm‐

tərifləyək sənəti istehzayla, rişxəndlə.

Vaxt vardı ki, ağrını, bədbəxtliyi qoparan

o müdrik kitabları oxuyardılar ancaq.

Bu,  eyni deyil hər halda

ruhi xəstəxanadan gələn minlərlə uydurmayla. 

Kainatsa başqa cürdü, baxma, 

bizə belə gəlir, elə biz də bir başqayıq, 

huşsuz vaxtı sayıqlayan həmin sərsəmlər deyilik.

Susur,danışmır adamlar yadlar,doğmalar eşqinə...

Qapılar taybatay açıq‐biri girir,biri çıxır hər zaman, görünmədən...

Ah,necə çətindi bu halda özünlə olub da baş‐başa qalmaq...

Bunu xatırladır bizə poeziya, bax, budur onun xeyri...

Bütün bu dediklərimsə, razıyam, şeir deyil.



Aylıq ədəbiyyat dərgisi

27

ULDUZ /

Dekabr 2015



Nəsir Әhmədlinin tərcüməsi

"ARS POETICA"

(“POEZİYA SӘNӘTİ”)

Mən elə bir əsər sorağındayam,

Şeirlə hekayə dursun yanbayan.

Elə bir sadəlik marağındayam, 

Nə yazan incisin, nə də oxuyan.

Şeir doğulanda incidir bizi,

Çıxır bətnimizdən üzündə qürur.

Heyrətlə döyürük gözlərimizi,

Sanki önümüzdə bir pələng durur.

Şeiri yazdıran şeytandır, şeytan, 

Bir çoxları onu mələk sanırlar.

Bəzən utanırlar yazdıqlarından,

Bəzən də fəxr edib lovğalanırlar.

Kim istər, içində iblis gizlənsin,

Şeytana verilsin hökmdar taxtı?!

Sözü, əməlləri daim izlənsin,

Yenidən yazılsın yazılmış baxtı?!

Sanmayın, zarafat etməkdir peşəm,

Pisə “yaxşı” deyib düşmüşəm dilə,

Ya da yeni üsul icad etmişəm, ‐

Öyürəm sənəti kinayə ilə.

Bir vaxt oxunurdu yaxşı kitablar,

Ağrılar, acılar çıxırdı candan.

Indi də  minlərlə gözəl kitab var,

Dəlilər evində yatır haçandan.

Başqa cür görünür bizə bu dünya,

Tamam başqa cürük biz özümüz də.

Kim ki dinməz durur üzündə həya,

Hörmət sahibidir o, gözümüzdə.

Şeirin faydası bundadır yalnız, ‐

Deyir: “Fərd olmağın çətinliyi var.

Daim açıq olur qapılarınız,

Hey gəlib‐gedirlər gizli qonaqlar”.

Bilirəm, həqiqi şeir deyil bu,

Şair yaza bilməz əzab çəkməsə. 

Bütün şairlərin birdir arzusu:

Xidmət etməsinlər təki İblisə.

Həyat Şəminin tərcüməsi

POEZİYA

Daha tutumlu bir yazı, daha da yığcam,

Nə çox poeziya olsun orda, nə də proza.

Yazmaq istədiklərimi bir yerə yığacam,

Nə oxuyan əzab çəksin, nə də ki yazan.

Nə qədər çirkinlik yağır şeirin üzündən,

Qaynağı bizdədir, heyhat, biz bilmirik bunu.

Açırıq gözlərimizi, şirə dönür həyat,

Bərk‐bərk tuturuq dünyanın əyri quyruğunu.

Düz deyirlər, poeziya ‐ ruhların diktəsi,

"İlham pərisi" adında uydurmalar da var...

Hardan gəlir şairlərə bunca qürur hissi?

Zəif görünər üzləri, bir az utansalar...

Ağlı başında olanın nəyinə gərəkdir,

İblislərin çarlığında yaşamaq istəyi?

Burda hər gün oğurlanan söz dolu ürəkdir...

Dəyişər sözə aldanan şairin taleyi.

Xəstələr nə qədər hörmət, dəyər sahibidir?

Kimsə mənim sözlərimi zarafat bilməsin,

Mən daha yeni bir üsul düşünmüşəm, budur:

İroniya qaldıracaq bu zərif sənəti. 

Bir zamanlar yalnız müdrik kitablar var idi,

Bu kitablar qoruyardı bizi bəlalardan...

Lakin bu, o demək deyil, məcburuq oxuyaq

Dəlixanalardan çıxmış dəli misraları.  

Bizim düşündüyümüzcə deyil heç də dünya,

Bəzən sayıqlamalarla itirdik qayğını,

Susmaq qızıldırsa, yəqin, bununla qazandıq

ən yaxın dostdan, qohumdan hörməti, sayğını.

Poeziyanın faydası, əlbəttə ki, vardır,

Dəyişməyək özümüzü, özümüzdə qalaq,

Gözəgörünməz qonaqlar hər gün girib‐çıxır,

Evimizin qapıları açarsız və açıq. 

(Razıyam, bu yazdıqlarım, 

şeriyyatdan uzaq, canım!)...

Aylıq ədəbiyyat dərgisi

28

ULDUZ /

Dekabr 2015



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə